QILINCLI

sif.
1. Qılıncla silahlanmış, belində, ya əlində qılınc olan.
Əlləri xəncərli və qılınclı qumuqlar iki tirə olub bir-birinə soxulmaq istəyirdilər. Çəmənzəminli.

2. Qılıncı (3-cü mənada) olan. Qılınclı qaban çox qorxuludur.
QILINCLANMAQ
QILINCOTU
OBASTAN VİKİ
Qılınclı
Qılınclı (Laçın)
Qılınclı (Kəlbəcər)
Qılınclı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qılınclı kənd inzibati ərazi dairəsində kənd. == Etimologiya == Oykonimin etnotoponim olması ehtimali var. Bəzi mülahizələrə əsasən, qilicli (qilınclı) keçmişdə Azərbaycanın müxtəlif zonalarında yaşamış tayfalardan biridir. Odur ki, dağın adını "qilicli tayfasına məxsus yurd yeri" kimi mənalandırıb etnotoponim olduğunu qəbul etmək olar. Buna Azərbaycanın müxtəlif rayonlarında Qiliçli adlı obyektlərin olması da əsas verir. == Tarixi == Yaşayış məntəqəsini Laçın rayonundaki Qilişli kəndindən köçmüş ailələr salmışlar.28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Qılınclı kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Qılınclı Kəlbəcər rayonunun tərkibinə daxil edilmişdir.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. == Coğrafiyası == Kənd Tərtər çayının sahilində, sıldırım qayalıq üstündədir.
Qılınclı (Laçın)
Qılınclı — Azərbaycan Respublikasının Laçın rayonu Qarıqışlaq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Qılınclı kəndi dağlıq ərazidədir. Yaşayış məntəqəsi Qilıcdaş adlanan sahədə salındiğına görə belə adlanmışdır. Həqiqətən kəndin cənub-şərq hissəsində qilınca oxşadığına görə yerli tələffüzdə Qilicdaş adlanan dik, sivri qaya var. Kəndin butun əhalisi vaxtila Kəlbəcər rayonu ərazisinə köçüb eyniadli kəndi salmışdır. İndiki sakinlər isə sonralar yaxınlıqdakı Qarıqışlaq kəndindən köçən ailələrdir. Oykonimlərin etnotoponim olması ehtimalı var. Bəzi mülahizələrə əsasən, qilicli (qilınclı) keçmişdə Azərbaycanın muxtəlif zonalarında yaşamış tayfalardan biridir. Odur ki, dağın adını “qılıclı tayfasına məxsus yurd yeri” kimi mənalandırıb etnotoponim olduğunu qəbul etmək olar. Buna Azərbaycanın müxtəlif rayonlarında Qılıçlı adlı obyektlərin olması da əsas verir.1992-ci ildə Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Qılınclı (Urmiya)
Qılınclı (fars. قلينجلو‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 97 nəfər yaşayır (30 ailə).
Qılınclı (Duzluca)
Qılınclı — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kənd 1928-ci ildən eyni addadır.

Digər lüğətlərdə

верте́пник крупору́шня отка́шливание пифагоре́йство шпаклева́ние вдави́ться клубко́м неду́жить проя́снивать рационали́стка стоп-ка́др барбун ишан прочий cornflakes crinkly isolation booth manilio renaissance rolfing traverse благоволить выплясывать притягательный разверзнуться