QILIQ

is. Xasiyyət, yaxşı rəftar.
[Tubu:] Arvadın gərək qılığı olsun. Ə.Haqverdiyev.

◊ Qılığına girmək – birinin etibarını qazanmaq, yaxud müəyyən bir məqsəd üçün ona xoş sifət göstərməklə, şirin dil ilə, yaxud yaltaqlanmaqla ürəyini ələ almaq, tovlamaq.
Mənim qardaşımın da qılığına belə girmişdi ki, bir sözü iki olmurdu. Ə.Haqverdiyev.
Pərzada elə gəldi ki, kimsə qızın qılığına girib başdan çıxarıb, yoxsa belə şey olmaz. Mir Cəlal.
[Mirzə Qərənfil:] Dava yox, biz onun qılığına girib otaqların ikisini ələ keçirə bilərik. S.Rəhman.

Qılıq eləmək (etmək) – yaltaqlıq etmək.
[İmran:] Hə, indi bildim ki, mənə etdiyin bu qılıqlar nə üçün imiş. S.S.Axundov.
Ömər xan kimi bir dilavər ona [Fətəli xana] qılıq eləyir, amma axmaq Məmmədhəsən dirsək göstərir… Çəmənzəminli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QILIQ qılıq bax xasiyyət
  • QILIQ xasiyyət — təbiət

Etimologiya

  • QILIQ Qılmaq feilindən törəyib. Qul, qulluq, qıldıqsız, eləcə də türk dilindəki kollanmaq sözlərinin hamısı qılmaq zəminində yaranıb, “rəftar” deməkdir
QILIC
QILIQLAMAQ

Digər lüğətlərdə

дыми́нка заледенева́ть исчисля́ть перебинто́вывание саморазложе́ние степе́нный чапла́жка всплыть мя́со огне... поси́льный прока́зница свисте́лка кивжа тибека catchy hungeringly khanate obus self-abandonment swift-foot unsportsmanlike малагасиец ориентированный флатовый