QIRIQLIQ
QIRILMA
OBASTAN VİKİ
Qırılmaz boşluq
Qırılmaz boşluq (non-breaking space) — mətn emalı proqramlarında və ya nəşriyyat sistemlərində: standart boşluq simvolunu əvəz edən, ancaq iki sözün bir sətirdə qalması üçün onları bir-birinə bağlayan, yəni onların sətirdən-sətirə keçirilməsinə icazə verməyən simvol. Məsələn, sətrin sonunda "M. F. Axundzadə" kimi ifadələrdə inisialların bir sətirdə qalması, soyadın isə yeni sətrə keçirilməsi arzuolunan deyil. Bəzi tətbiqi proqramlarda qırılmaz boşluğun ölçüsü dəyişməz olur, yəni hətta mətnin səhifənin qıraqlarına nəzərən düzləndirilməsi zamanı da o, dəyişmir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Topxana meşəsinin qırılması (1988)
Topxana meşəsinin qırılması (1988) — Azərbaycan SSR-də baş verən Meydan hərəkatını (1988-ci il 17 noyabr – 5 dekabr) başladan ictimai-siyasi hadisə. 1988-ci ilin noyabrın 17-də Şuşada yerləşən məşhur, əzəmətli palıd, çinar meşəsi - Topxana meşəsinin qırılmasına etiraz əlaməti olaraq Azərbaycan xalqı Azadlıq meydanında (keçmiş Lenin meydanı) ilk mitinq keçirdi. Mitinqin təşkil olunmasında məqsəd xalqın səsini Mərkəzə - Moskvaya çatdırmaq idi. O dövrün respublika hakimiyyətinin qarşısında xalqın adından əsasən üç tələb qoyulmuşdu: Topxana meşəsinin qırılması dayandırılsın; Dağlıq Qarabağ muxtar vilayəti ərazisində respublika hakimiyyətinin səlahiyyətləri bərpa olunsun; SSRİ Ali Sovetinin növbəti sessiyasında Qarabağ məsələsi müzakirə olunsun, olunmazsa bizim deputatlar geriyə – Respublikaya qayıtmasınlar.1988-ci il noyabrın 17-də Bakının əsas meydanında – Azadlıq meydanında (keçmiş Lenin meydanı) Topxana meşəsinin qırılmasına və Azərbaycan SSR-in sosial siyasətinə etiraz əlaməti olaraq Azərbaycan xalqının mitinqi başlandı. Xalq hərəkatı Bakının ən böyük meydanına yüz minlərlə insanın toplaşması ilə başladı. Topxana meşəsi ilə bağlı başlanan 1988-ci ilin Meydan hadisələri daha sonra Azərbaycan Milli-Azadlıq Hərəkatına çevrildi. 1988-1991-ci illərin Milli-Azadlıq Hərəkatı Azərbaycanda müstəqillik aktının (18 oktyabr, 1991-ci il.) qəbul olunması ilə nəticələndi və Azərbaycan ikinci dəfə müstəqil dövlət olaraq öz varlığını dünyaya elan etdi. == İstinadlar == == Həmçinin bax == Azadlıq meydanı (Bakı) Topxana meşəsi Milli Dirçəliş Günü == Xarici keçidlər == Topxana meşəsi harada yerləşir? Ən Yeni Tarix - Meydan Hərəkatı.
Marlboro qırılmaları sistemi
Marlboro qırılmaları sistemi — Yeni Zelandiyanın cənub adasının şimal hissəsində dörd böyük sağtərəfli yerdəyişmələr və onlarla əlaqəli olan geoloji strukturlar toplusudur. Avstraliya və Sakit okean litosfer plitələrinin nisbi hərəkətinin baş verdiyi konvergent sərhədləri boyunca Alp qırılmasından Kermadek xəndəklərinə qədər uzanan transform qırılmaları sistemidir. == Strukturu == Marlboro qırılma sistemi həmin ərazidə yerləşdiyi litosfer plitələrin sərhədləri ilə əlaqəli olan 4 əsas yerdəyişmə qırılmalarından ibarətdir. Bu dörd qırılmanın qarşılıqlı təsiri nəticəsində və ya onların arasında yer qabığının deformasiyalarını ötürən digər, daha kiçik qırılmalar əmələ gəlmişdir, məsələn, Houp qırılmasının qərb hissəsindəki Nyuton və Hura qırılmaları və Siuord Kaikoura silsiləsini əmələ gətirən Djordan üstəgəlməsi kimi. Pliosendən başlayara qırılma divarlarının saat əqrəbi istiqamətində təqribən 20° fırlanması nəticəsində bu sahədə sağtərəfli yerdəyişmə də yaranmışdır. == İnkişaf == Marlboro qırılma sistemi təxminən 5 milyon il əvvəl, erkən Pliosen dövründə, litosfer plitələrinin hərəkətindəki dəyişikliklər nəticəsində yaranmışdır. Alp qırılması sayəsində litosfer plitələri əsasən konvergensiya gücünü artıraraq tangensial şəkildə qarşılıqlı təsir göstərməyə başlamışdır. Plitələrin hərəkətinin yerdəyişmə komponentlərinin əksəriyyətini öz üzərinə götürərək, bu dəyişikliyin nəticəsi olaraq yerdəyişmə qırılmaları sistemi yaranmışdır. == Qırılmalar == Bu sahədə bir çox başqa, daha kiçik qırılmaların və ya üstəgəlmələrın öyrənilməsinə baxmayaraq, sistemdə dörd əsas qırılma vardır. === Houp qırılması === Houp qırılması Marlboro qırılma sisteminin ən cənub hissəsində yerləşir.

Digər lüğətlərdə

а е́сли бы видеосисте́ма како́й-то недосева́ться нуклеи́новый рассели́ть слага́тельница упра́шивающая ге́йша годи́ться единосу́щный обсмотре́ться adieu cream cheese creophagous interpret kelter problematics undeceivable water-cooler white cedar windcheater равносильный своя скучный