QIRILMAQ

f.
1. Kəsilmək, kəsilib ayrılmaq, qopmaq, qopub düşmək. İp qırıldı. Düymə qırılıb düşdü.
– …Taxılın sünbülləri ayaq üstə durduğu yerdə bilmirsən nədənsə qırılıb düşür yerə. C.Məmmədquluzadə.

2. Birdən kəsilmək, əlaqə kəsilmək. Söhbət ortada qırıldı. Əlaqə qırıldı.
3. Sınmaq, parçalanmaq, tikə-tikə olmaq. Pəncərənin şüşəsi qırıldı. Qablar əlindən düşüb qırıldı. Saat düşüb qırıldı. – İnək qoca idi.
Bir buynuzu da dibindən qırılmışdı. C.Məmmədquluzadə.
Qılıncı qırılmış, papağı itmiş polis nəfərləri tələdən qurtulmuş tülkü kimi qaçırdılar. M.S.Ordubadi.

4. məc. İncimək, sınmaq, xatirinə dəymək. Qəlbi qırılmaq. Könlü qırılmaq.
5. Kütləvi surətdə tələf olmaq, məhv olmaq, ölmək. Quşlar soyuqdan qırıldı. Görülən tədbirlər nəticəsində siçanların hamısı qırıldı.
[Üçüncü kəndli:] Bir üç il bundan irəli kəndə “xalyar” naxoşluğu düşmüş idi, nə qədər adam qırıldı. Ə.Haqverdiyev.
[Pirqulu:] Onsuz da ki acından ölürük, qoy birdəfəlik qırılaq. C.Cabbarlı.

6. Ağrımaq; sümüklərdə ağrı, sızı, əzginlik hiss etmək. Bədənim bütün qırılır. – Onun sümükləri qırılırdı.
Bir qədər də yorğana büründü, titrəməyə düşdü. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QIRILMAQ qırılmaq bax 1. sınmaq; 2. ölmək
  • QIRILMAQ incimək — sınmaq
  • QIRILMAQ sınmaq — parçalanmaq
  • QIRILMAQ kəsilmək — ayrılmaq — qopmaq
QIRILMA
QIRILMAZ

Digər lüğətlərdə

адъю́нкт паро́мный пулемётно утильце́х бо́же упаси купа́льщик навы́ворот разду́тый санато́рно-куро́ртный масталыга bronzer chimney-cap falsification fit in herb patience maxi- tangential trail bridge tramontane undebated under-age захныкать ретушь сырник хитростный