QISIR

Qədim mənası “dişi” deməkdir. Görünür, qız sözü ilə qohumdur. M.Kaşğaridə “adğır (ayğır), qısır (madyan) kişnədi” cümləsi var və bu qısır sözünün “dişi” mənasında işlədildiyini bir daha sübut edir. V.V.Radlov bu sözün bir mənasını “неродившая” (qız qalan?!) kimi verib ki, bu da sözün qız kəlməsi ilə qohum­luğuna dəlalət edir. Həmin müəllifdə belə bir deyim də verilib: “pu mundak (bu cür) kişilər (adamlar) bolur ədi (çox) kıs (az) – bu qızsızlığı qıldı “qız” adı qız”. Rus­caya tərcüməsi belədir: отсутствие девиц причина тому, что девицам было дано имя “qız” (редкая). M.Kaşğari də sözün bir mənasını “кобыла, еще не при­носившая приплода” kimi açıqlayıb. Bu da sözün qızla qohum­lu­ğuna dəlalət edir. –ır şəkilçisini dəqiq müəyyənləşdirə bilmədim. Güman ki, sözün etimonu qısmaq feili ilə bağlıdır, r isə ondan ad düzəldib: gəlmək və gəlir (доход) qəlibi üzrə. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

QISĞAC
QISQANMAQ

Digər lüğətlərdə

дермато́лог инде́йки карто́нка кула́н лососёвый мота́ться распродава́ться смути́ться туши́ст ведро́ гедони́ческий палеобота́ник соде́яться рабатка leant moneychanger pedanticism pitter караван начеканить остров оттаивать селенистый солепромышленность тёшка