QIĞILCIM

is.
1. Yanar, yaxud qızarmış bir şeydən sıçrayan od zərrələri; çırtdaq, cılğam, çınqı.
O ki qaldı “qığılcım” kəlməsinə, azərbaycanca qığılcım ən kiçik od şərarələrinə deyilir. M.F.Axundzadə.
Yoğun elektrik kabelinin mis qabığında, çeçələ barmağının ucu enində bir yer sürtülüb açılmış və iki xətt bir-birinə toxunub qığılcım vermiş, bundan da havaya hopan qaz od tutmuşdu. M.Hüseyn.

// Parlaq, işıldayan zərrə; parıltı, bərq. Almazın qığılcımları. Brilyant qığılcım saçır.
2. məc. Bir şeyin çox qüvvətli təzahürü, əlaməti, nişanəsi, işartısı mənasında.
[Kərim babanın] … qalın iri dodaqlarında daşqın sevinc qığılcımları uçuşaraq: – Qızılquş, balasını bu səslə çağırır, – dedi. A.Şaiq.
Bu şeirlər Sabir satirasının zəif bir qığılcımını andırsa da, orijinal xüsusiyyətə malik idi. M.İbrahimov.
Lakin bu ümid qığılcımı bir an parlayıb yenə də söndü. M.Rzaquluzadə.

Синонимы

  • QIĞILCIM QIĞILCIM (od zərrələri) [Həmidin] gürz əlində oyuncaq kimi idi, onu hər dəfə zindana zərblə vuranda kürədən çıxmış qızmar dəmirin qığılcımları bayram
  • QIĞILCIM çırtdaq — cılğam — çınqı
  • QIĞILCIM parıltı — bərq

Этимология

  • QIĞILCIM Bəzi türk dillərində bu sözün əvəzinə, uçqun işlədilir və uçmaq feili zəminində yaranıb. Qığılcım bizdə qaxılcım, qıyılcım kimi olub (bəlkə də, çaxılc
QIĞ-QIĞ
QIĞILCIMLANMA
OBASTAN VİKİ
Qığılcım
Qığılcım — elektrik boşalmaları zamanı müəyyən istiqamətdə yüksək dərəcədə isinmiş və sıxlaşmış havadır və kifayət qədər yüksək elektrik sahəsində tez-tez qaz qarışıqları vasitəsilə ionlaşmış, elektrik keçirici bir kanal yaratdıqda meydana gəlir. Maykl Faradey bu fenomeni "ümumi elektrik enerjisinin axıdılmasına qatılan gözəl işıq parlaması" kimi izah etmişdi. == Xarici keçidlər == Szikrakisülés (1)...(4) Electric spark (1)...(4). Videos on the portal FizKapu (mac.).
Mavi Qığılcım
Mavi İmpuls (ブルーインパルス, Buru İnparusu) — Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə məxsus aerobatika eskadronudur. Komanda 1960-cı ildə yaradılmışdır. Uçuşlar üçün 6 ədəd F-86 Sabre təyyarəsi istifadə olunurdu. 1995-ci ildən etibarən aviaşoular üçün Kawasaki T-4 təyyarələri istifadə olunur. == Tarixi == Yaponiyaya məxsus ilk aerobatika komandası qeyri-rəsmi olaraq 1958-ci ildə yaradılmışdır. Həmin komanda dörd nümayişdən sonra dağıldı. 1959-cu ildə ABŞ aerobatika komandası olan Thunderbirds-in Yaponiyaya ziyarətindən sonra Yaponiya Hava Özünümüdafiə Qüvvələrinin komandirləri öz aerobatika komandalarını yaratmaq üçün ilhamlandı. 1960-cı ildə yeni komanda yarandı. Hansı ki, 1958-ci ildə yaranmış komandadan 3 pilot orada iştirak edirdi. Komananın ilk nümayişi 1960-cı il 4 mart tarixində baş tutudu.
Ağ-qırmızı Qığılcımlar
Ağ-qırmızı Qığılcımlar (pol. Biało-Czerwone Iskry) Polşa Hərbi Hava Qüvvələrinə məxsus olmuş aerobatika eskadronudur. 1969-cu ildə qurulmuşdur. Uçuşlar üçün PZL TS-11 Iskra təyyarələri istifadə olunurdu. 2022-ci ildə komanda son aviauçuşunu həyata keçirdi.
Həyat qığılcımı
Həyat qığılcımı (alm. Der Funke Leben) — Erix Mariya Remarkın 1952-ci ildə nəşr edilmiş romanı. Əsər Remarkın 1943-cü ildə nasistlər tərəfindən başı kəsilmiş bacısı Elfridə həsr edilmişdir. Hadisələr uyğurulmuş Mellern şəhərində yerləşən konslagerdə baş verir. Həqiqətdə belə bir düşərgə olmamışdır, lakin onun təsviri zamanı Remark Buhenvalda dair məlumatlardan istidafə etmişdir. Mellern şəhərini isə özünün doğma şəhəri olan Osnabrük kimi təsvir etmişdir. Remark özü heç vaxt konslagerdə olmamışdır. Lakin romanda rəsmi hesablardan və şahidlərin ifadələrindən istifadə etmişdir. Əsərin konsepsiyası 1944-cü ildən hazır olsa da, o, işlərə 1946-ci ildə - bacısının cəzalandırılmasına dair məlumat əldə etdikdən sonra başlamışdır. Beş illik fəaliyyətindən sonra Remark başa düşür ki, o, bu mövzular üzrə həmin dövr üçün Almaniyada qüvvədən olan prinsipləri pozmuşdur.

Значение слова в других словарях

кали́чий кондиционе́р мы́лкий на отши́бе неохо́тный прочища́ть грунто́вка диоптрия засу́живать председа́тельница продефили́ровать хлорофи́лловый шки́перская кытюшки Alberich flint wheat jack-in-the-box Lina sept- sinuous посерёдке постукивать припёка рефлексологический трут