qəbilə
qəbillər 2021
OBASTAN VİKİ
Qəbilə
Qəbilə (ərəb. قبيلة‎, fars. قبیله‎) — ibtidai cəmiyyətdə bir soydan törəmiş və bir başçının iradəsi altında birlikdə yaşayan köçəri nəsil; oymaq. "Divanü Lüğat-it-Türk"ə görə (XI əsrdə) oğuzca qəbiləyə "boy" (بوى) deyilirdi.
Tayfa
Tayfa — sinifli cəmiyyətdən əvvəlki dövrdə adamların qohumluq münasibətinə, dil və ərazi ümumiliyinə əsaslanan birliyi; qövm/ Tayfa sözü ərəb mənşəli isimdir, "taifə" (ərəb. طائفة‎) kimi oxunur. Bu söz ərəb dilində təriqət, sekta və ya dini icmanı bildirmək üçün istifadə olunur. Ərəbcə qəbilədən böyük insan birliyinə əl-aşirə (ərəb. العشيرة‎) deyilir. Tayfa insanların qəbilədən böyük olan birliyidir. Tayfa üzvləri qan qohumluğu ilə bir-birinə bağlı olur, bir neçə qəbilə və fratriyaya bölünür. Tayfa daxilində hər bir qəbilə müstəqil sosial istehsal vahidi olaraq qalır. Tayfanın digər əlaməti ümumi ərazi, müəyyən iqtisadi birliyin, kollektiv ovçuluq və qarşılıqlı yardım ənənələrinin, vahid dilin (dialektin), endoqamiyanın olmasıdır. Tayfa təsərrüfat fəaliyyətinin, ibtidai mədəniyyətin inkişafına, adamların birləşməsinə, dilin təkmilləşməsinə kömək etmişdir.
Ayova (qəbilə)
Ayova (ing. Iowa, özlərini Bah-Kho-Je adlandırırlar) — "civere" qrupuna daxil olan, cənub-qərb siyudilli hindu qəbilələrindən biridir. Ayova qəbiləsi "Baxoje" qəbiləsi kimi də tanınır. == Adı == Onların adının Sioux ayuhwa ("yuxulu olanlar") sözundən gəldiyi deyilir. Erkən Avropa tədqiqatçıları çox vaxt tayfa adlarını başqa tayfaların onlara verdiyi etnonimlərdən götürürdülər. Bu təqdiqatçılar, bu adların xalqların özlərini adlandırdıqlarından fərqli olduğunu başa düşmurdulər. Beləliklə, ayuhwa sözu Ayova qəbiləsinə məxsus deyil. Bu söz Dakota ayuxbe dilindən gəlir. Xalqın özunu adlandırması isə, "boz qar" kimi tərcümə olunan "Baxoje" adıdır. Baxoje səhv olaraq "tozlu üzlər" və ya "tozlu burun" kimi də tərcümə edilmişdir.
Qəbilə başçısı
Qəbilə başçısı: Povestlər və hekayələr — Əlisa Nicatın 1987-ci ildə nəşr olunmuş povest və hekayələrdən ibarət kitabı.
Rəbiə (qəbilə)
Rəbiə — ərəb qəbiləsi. Ərəbləşmiş daha doğrusu arabı-müstaribe (ərəbləşmiş ərəblər) adlanan Adnanilərə mənsubdurlar. == Tarixi == === Rəbiə qəbiləsi Azərbaycanda === Əş-Şeyban tayfası Məhəmməd Peyğəmbərin ulu babası olan Mudarın qardaşı Rəbiə bin Nizarın qurduğu Rəbiə qəbiləsindəndir. Şirvanşahların əslən İbrahim peyğəmbərin oğlu İsmayıl peyğəmbərin övladları olduğunu hesab edənlər də var. Rəbiə tayfasıdan olan Salman ibn Rəbiə əl-Bəhili xəlifə Osmanın (644-656) zamanında Aranı işğal etdi. Z. Bünyadovun fikrincə, Şirvan tarixində ərəb Rəbiə tayfasının Şeyban qəbiləsinin nümayəndələri böyük yer tutur. Bunlar əvvəlcə, mərkəzi Bərdədə olan yarımmüstəqil əmirlik, sonralar isə XI əsrədək yaşamış müstəqil Şirvanşahlar dövlətini yaratmağa müvəffəq olmuşlar. Məzyədilər kökcə Rəbiə adlı ərəb tayfasından idilər. Hələ xəlifə Osmanın (644-656) zamanında Aranı işğal edən Salman ibn Rəbiə bu tayfanın nümayəndəsi idi. Rəbiə tayfasının Şeybanilər nəslindən olan Məzyədilər Azərbaycanda hələ o zamandan yerləşməyə başlamışdılar.
Bidri (qəbilə)
Bidri (türk. Bıdri) — əsasən Türkiyədə Qozluq və Sasonda yaşayan ərəb qəbiləsi. == Dili == Qəbilənin danışdığı ərəb dialekti Türkiyənin Şanlıurfa, Mardin və Hatay vilayətlərində, eləcə də ərəb dünyasında danışılanlardan əhəmiyyətli dərəcədə fərqlidir və başa düşülən deyil. == Tarixi == Regionda yaşayan ərəblər ermənilər ilə birgə yaşasalar da, sonda bir neçə tayfa istisna olmaqla, əksəriyyəti ermənilərin qırğınında iştirak etmişdilər.
Fəzl (qəbilə)
Fəzl (ərəb. آل فَضْل‎, Āl Faḍl) — orta əsrlərdə Suriya səhrası və çöllərində hökmranlıq etmiş, müasir davamçıları əsasən Suriyanın cənubunda və Livanın şərqində yaşayan ərəb qəbiləsi. Fəzl qəbiləsinin əcdadı Fəzl ibn Rəbiə Bənu Tay qəbiləsinin nəslindən idi. Bu tayfa səlibçilərə qarşı börilər və zəngilərə yardım edərək şöhrət qazanmışdılar. Əyyubilər onları adətən əmir əl-ərəb vəzifəsinə təyin edərək Fəzr əmirlərini Suriyanın şimalındakı bədəvi qəbilələri üzərində səlahiyyət ilə təmin etmişdilər.
Nəxə (qəbilə)
Nəxə (ərəb. النُخَع‎) — Yəmən mənşəli ərəb qəbiləsi. Bu, daha böyük Məzhəc qəbiləsinin bir qoludur. Muaz ibn Cəbəl tərəfindən islamı qəbul etmişdilər. VII əsrdə islam fəthlərində iştirak etmişdilər. Qəbilənin Malik ibn Həris, Əlqəmə ibn Qeys və İbrahim Nəxai kimi görkəmli tarixi şəxsiyyətləri var. Əl-Həmdani "Ərəb yarımadasının təsviri" kitabında Nəxə qəbiləsindən bəhs etmişdir.
Əd (qəbilə)
Əd Kavmi vəya Əd (Ərəbcə: عاد) İslam dinin müqəddəs kitabı Quranda keçən və Nuh Kavmi kimi Allahın qəzabına uğrayaraq yox olan qədim bir Ərəb qəbiləsidir. Kavmin atası olan Əd, Nuhun nəvələrindən Avsın oğludur. Avsın atası İrəm, onun atası Nuhun oğlu Samdır. Tarixi gerçəkliyi haqqında hərhansı hərhansı bir sənəd tapılmayan topluluq, günümüzdə vəya keçmişdə hərhansı bir millət ilə tam bir formada əlaqələndirilməməktədir. Quranda özlərinə öz qəbilələrindən olan Hudun peyğəmbər olaraq göndərildiyindən bəhsedilir. Kavmin yaşadığı yer, qum təpələri anlamına gələn Ahkaf olaraq adlandırılmışdır. Quranda əl-Fussilət surəsi 15. ayətdə keçməkdədir. Əd Kavmindən Quran təfsirlərində yüksək binalar inşa edən, yüksək abidələr tikən və bu etdikləri işin özlərini ölümsüz qılacağını Zənnedən bir qövm olaraq bəhsedilir. Qurana görə yaradılmış ən gözəl şəhər, Əd Kavminin saldırdığı İrəm şəhəridir.
Bayandur (tayfa)
Bayandur — oğuz tayfalarından birinin adıdır. Oğuz tayfa birliklərinin adları Mahmud Kaşğari, Fəzlullah Rəşidəddin, Yazıçı oğlu Əli və Əbülqazi Xan Xivəli tərəfindən qeydə alınmışdır. Türk Muntəhəb-i tavarixi-səlcuqiyyə nin məlumatına görə, Sultan Səncər oğuz-səlcuq qoşununda bayatlar daim sağ cinahda qayılarla birgə dururdular, sol cinahda -bayandurlar və peçeneqlər. == Bayandur adı tarixi mənbələrdə == Mahmud Kaşğari özünün "Divani-lüğət-it türk" adlı əsərində Oğuzun 22 boydan (qəbilə-tayfa birlikləri) ibarət olduğunu göstərir. Fəzlullah Rəşidəddinin "Cami-ət təvarix" (bütün tarixlər) əsərində Oğuzların 24 boydan ibarət olduğunu göstərir. Qeyd olunan müəlliflər Bayandur tayfa adını qeyd etmişlər. Mahmud Kaşğaridə Bayandur adı üçüncü, Rəşidəddində 13-cü çəkilir. Yazıçıoğlu Əlinin "Səlcuqnamə"sində və Əbulqazi xan Xivəlinin əsərində tayfanın adı Bayandur deyil, Bayandır kimi verilmişdir. Bayandur xan adı Orxon-Yenisey abidələrində yüksək titul, fəxri ad hesab olunurdu. Ağqoyunlu tayfa birləşmələrində bayandurlar tayfasının hakim rol oynaması və ağqoyunlu hökmdarlarının bu tayfadan çıxması faktı ilə səsləşirTarixi mənbələrdə Bayandur həm antroponim, həm də etnonim kimi işlədilməsi məlumdur.
Bərgüşad (tayfa)
Bərgüşad — Azərbaycanda kürddilli tayfa. Qızılbaş tayfaları arasında olmuş, şiələrdən ibarət olmuşdur. Şah I Abbasın dövründə Yunsur paşanın başçılğı ilə Qarabağa köçmüşlər.
Cinlilər (tayfa)
Cinnilər (Cin/çen) — erkən orta əsrlərdə indiki İrəvan və indiki Gürcüstan ərazisində yaşamış türkdilli və türkəsilli tayfalardan biri olmaqla yanaşı Azərbaycan türklərinin etnogenezində rol oynamış tayfa. Mənbələrin verdiyi məlumata görə, ilkin türk dövründən başlamış XVIII əsrə qədər Gürcüstan ərazisindən Şəmkirə qədər Kür boyunca Cinni tayfaları yaşamış, XVIII əsrin sonlarında isə gürcü kralının tabeliyindən çıxaraq kəngərlilərlə birlikdə Qarabağ mahalına köçmüşlər.Goranboy rayonunun Cinli-Boluslu (indiki adı Boluslu) və Cinli-Zeynallı kəndlərini cinni tayfaları salmışlar. Mirzə Adıgözəl Bəyin "Qarabağnamələr" əsəri olan bu tarixi sənəddə, cinni tayfaları Şuşa xanı Pənahəli xana sonadək sadiq və loyal mövqedə qalmış, dönük çıxmamış və döyüşkənlikləri ilə seçilmiş qəhrəman elat olmaqla qeyd olunmuşlar. == Ümumi məlumat == Güney Qafqazda cinnilər həm Ermənistan, həm də Gürcüstan ərazisində III–IV əsrdən məskunlaşıblar. Ermənistandakı Cinnilər IV əsrdən xristian dinini qəbul etmişdilər. VIII əsrə qədər ermənlərin qoşunlarının başçılarının hamısı cinni tayfasından idi. Cinnilərin əcdadı Mamiqun adlı başçının adı ilə ermənicə Mamikonian "Mamiqunlar" adını daşıyırdılar. Gürcüstanda Kür çayının sahilində yaşayan cinnilər əvvəlcə xristian dinini qəbul etməmişdilər. Onların yaşadığı qala indi gürcü dilində Şamşvilde adlanır ki, bu da üç ox (gürcü dilində sami – üç, şvilde – ox) adının tərcüməsidir. "Sisakan tarixi" əsərinin müəllifi, əslən türk cinni olan Stepan Orbelian (atasının adı Tarsancdır.
Cəlali (tayfa)
Cəlali — kürd tayfası. Basil Nikitin və Moritz Vaqnerin nəzərlərinə görə kürdləşmiş ermənilərdir. Onlar köçəri şəklində Türkiyənin şərqində və İranın Maku şəhristanında yaşayırlar. Onlar həmçinin, Azərbaycanda Zilanlı tayfa ittifaqının bir parçası kimi məskunlaşmışlar.
Fuqu (tayfa)
Fuqu — Qədim telelərin bir qolu. Başçılarının titulu eltəbər idi. Bu tayfa Tanq Taiçonq dövründə Çinə tabe olmuşdu.
Milanlı (tayfa)
Milli (kürd. Millî) və ya Milan (kürd. Mîlan) — Azərbaycanda kürddilli tayfa. Onlar Rusiya-İran müharibəsindən (1826-1828) sonra Anadoludan köçüb Azərbaycan ərazisində məskunlaşmışlar. Kəlbəcər rayonunda eyniadlı kəndlər mövcuddur. 1833-cü ilin məlumatlarına görə, Naxçıvanda yaşayan 9 kürd tayfa icmasından biri idilər.Milanlı tayfası kürdlərin kurmanci qrupuna daxildir. Sosioloq Ziya Gökalpa görə, Kurmanclar üç qrupa bölünür: Boti, Mehmedi və Silivi. O, onların arasında Silivilərin Mil və Zil olaraq iki yerə bölündüyünü qeyd etmişdir. Onların sonradan Osmanlı qeydlərində Milli və Zilli adlandırılmağa başladığı qeyd edilir. O dövrdə onlar Viranşehir, Ərzurum, Bitlis, Van və Dərsim şəhərlərində, o cümlədən İran sərhədində yaşayırdılar.
Milli (tayfa)
Milli (kürd. Millî) və ya Milan (kürd. Mîlan) — Azərbaycanda kürddilli tayfa. Onlar Rusiya-İran müharibəsindən (1826-1828) sonra Anadoludan köçüb Azərbaycan ərazisində məskunlaşmışlar. Kəlbəcər rayonunda eyniadlı kəndlər mövcuddur. 1833-cü ilin məlumatlarına görə, Naxçıvanda yaşayan 9 kürd tayfa icmasından biri idilər.Milanlı tayfası kürdlərin kurmanci qrupuna daxildir. Sosioloq Ziya Gökalpa görə, Kurmanclar üç qrupa bölünür: Boti, Mehmedi və Silivi. O, onların arasında Silivilərin Mil və Zil olaraq iki yerə bölündüyünü qeyd etmişdir. Onların sonradan Osmanlı qeydlərində Milli və Zilli adlandırılmağa başladığı qeyd edilir. O dövrdə onlar Viranşehir, Ərzurum, Bitlis, Van və Dərsim şəhərlərində, o cümlədən İran sərhədində yaşayırdılar.
Məsqət tayfa
Məsqət — tarixi Azərbaycan ərazisinin bir hissəsi. Massaget tayfalarının məskunlaşdığı həmin ərazi e.ə. VII əsrdən müstəqil Massaget şahlığının ərazisi olsa da, sonradan Qafqaz Albaniyasının, daha sonra isə Şirvanşahlar dövlətinin tərkibinə daxil olmuşdur. Ərazidə ilk siyasi qurum olan Massaget şahlığı isə daha çox fars Əhəməni şahı II Kirin başını kəsərək qətlə yetirmiş cəsur qadın hökmdar Tomrisin adıyla məşhurlaşmışdır. == Tarixi == V–VII əsr erməni mənbələri maskut tayfalarının məskunlaşdıqları Məsqət vilayətinin adını çəkirlər. Sonralar IX–X əsr ərəb mənbələrində Samur çayı, Xəzər dənizi, ləkzlər ölkəsi və Şəbəranla həmsərhəd olan bərəkətli Məsqət – Maskut (indiki Müşkur) vilayətlərindən bəhs edilir. Onun ilkin adı – Maskut, yaxud Maşkut qədim massagetlərin adı ilə bağlıdır.Ammian Marsellinə (IV əsr) görə, alanlar qədim massagetlərdir və deməli, Məsqətin qədim sakinləridir. "Tarix-i əl-Bab"da Şirvana və Dərbəndə hücumlar edən alanların adı dəfələrlə çəkilir. Dərbəndin cənubunun hidronimikasında, ehtimal ki, alan dili leksikasına mənsub olan Rubas ("Tülkü") və Samur çay adları qalmışdır. Lakin Şirvan Xilafət tərəfindən istila edildikdən sonra bu vilayətin adını eşidən ərəblər onun Fars körfəzi sahillərindəki ərəb əmirliyi ilə həmahəng səsləndiyini görüb onu Məsqət adlandırmağa başladılar.
Püsyan (tayfa)
Püsyan — Azərbaycanda kürddilli tayfa. Qızılbaş tayfaları arasında, şiələrdən ibarət olmuşdur. Şah I Abbasın dövründə Yunsur paşanın başçılğı ilə Qarabağa köçmüşlər. Bəzi mənbələrdə onların Anadoludan gəldiyi də qeyd olunur. Buna əlavə olaraq, 1833-cü ilin məlumatlarına görə, Naxçıvanda yaşayan 9 kürd tayfa icmasından biri idilər.
Qacarlar (tayfa)
Qacar tayfası (Qacar qəbiləsi; Qacar oymağı; Qacar soyu) — Oğuz türklərinin Bayat boyuna mənsub oymağı (qəbiləsi)."An Ethnohistorical dictionary of the Russian and Soviet empires"-ə görə bu gün azərbaycanlıların İranın şimalında yaşayan sub-etnik qrupudur. == Yaşayış yerləri == Kompakt şəkildə Gorgan ostanının Sovar-Şaku şəhristanında və Mazandaran ostanının Xəzər-Cərib vadisində yaşıyırlar. Sayları 35 mindən çoxdur. == Tarixi == Qacarların əcdadları XIII-XIV əsrlərdə Orta Asiyadan Ön Asiyaya köç etmişlər. Qacar hərbçiləri Səfəvilər dövlətinin hərbi dayağı olmuşlar. == Din == Qacarların əksər hissəsi şiə müsəlmanlar, az bir hissəsi isə sünnilərdir. == Məşğuliyyətləri == Vadidə əkinçiliklə, dağlarda isə heyvandarlıqla (keçi və qoyun bəsləmənməsi) məşğul olurlar. Bir çox qacarlar şəhərlərdə yaşayırlar və yüksək sosial statusa malikdirlər. Qacarların əhəmiyyətli bir hissəsi farslar tərəfindən assimilə olunmuşdur.
Quşçu (tayfa)
Quşçu tayfası — qədim türk tayfasıdır. Azərbaycan toponimiyasında bu tayfanın məskunlaşması nəticəsində yaranmış bir sıra toponimlər vardır. == Kuşi tayfasının qısa tarixi == Eramızdan əvvəl II əsrdə Orta Asiyanın əyalətləri hunların hücumlarına məruz qalır. Hunlar tərəfindən məğlub edilmiş və qərbə tərəf sıxışdırılmış xalqlar Çin mənbələrində yosti adı ilə məlumdur. Məhz yosti sözünün transkripsiyası tək halda kuşi və ya quşi, cəm halda quşan formasını vermişdir. Türkistanın şərqindəki indiki Turfan şəhərinin yerləşdiyi vilayət də o zaman Quşi adlanmışdır. N.V.Piqulevskaya yazır ki, quşanların tərkibində türklər də vardır. Q.Ə.Qeybullayev XIX əsrdə Azərbaycanda Quşi/ Quşan/Quşçu variantlarında 38 toponimin olduğunu qeyd etmişdir. Quşçu toponiminin müxtəlif variantları qazaxlarda -quşi, başkirlərdə -quşçu, koşsı; türkmənlərdə -qutçi, qaranoqaylarda -quşsi, qırğızlarda-quşçu və s. variantlarda Şimali Qafqazda, Orta Asiyada, Iran və Türkiyədə də yayılmışdır ..
Rafadan Tayfa
Rafadan Tayfa 1 dekabr 2014-cü ildə TRT Çocuk kanalında yayımlanmağa başlayan Türk animasiya cizgi filmidir. ISF Studios şirkəti tərəfindən istehsal olunan və İsmail Fidan tərəfindən istehsal və rejissorluq etdiyi animasiya Ankara'da hazırlanır. Bu gün Ramazan ayında nəşr olunan Ramazan Tayfa və gündəlik nəşr olunan Trafik Tayfa və Dijital Tayfa kimi müxtəlif seriyalar de var.
Su (tayfa)
Su tayfası — tarixi Azərbaycan ərazisində mövcud olmuş ilkin etno-siyasi birliklərdən biri. E.ə. III minilliyin sonunda çivli yazılarda Urmiya gölünün cənubunda"Su adamların ölkəsi" barədə də danışılır. Su tayfaları e.ə. əvvəl XXI əsrin ikinci yarısında Mesopotomiyada hakimiyyətdə olmuş III Ur sülaləsindən asılı idi. Bunu çivli yazılarda Laqaş canişini Urdunnanın Su xalqının ensisi olaraq təqdim edilməsi faktı da təsdiq edir. Su tayfaları e.ə. 2003-cü ildə Elamlılarla birlikdə III-Ur sülaləsinə qarşı hərbi hücumunda və bunun nəticəsində həmin sulalənin süqutunda da iştirak etmişdilər. Tədqiqatlarda qaynaqlara əsaslanaraq Su tayfa adı Subar, Subir, Subi sözü ilə eyniləşdirilir. Görünür ki, bu sözlər qaynaqlarda Su tayfa adının variantları kimi verilir.
Zilanlı (tayfa)
Zilanlı (kürd. Zîlanlî) — Azərbaycanda kürddilli tayfa ittifaqı. Rusiya-İran müharibəsindən (1826-1828) sonra zilanlılar İrandan köçüb Azərbaycan ərazisində məskunlaşmışlar. Tayfa bir neçə tirəyə bölünmüşdür. XIX əsr mənbələrində göstərilir ki, zilanlılar Hüseyn xan Zilanlının başçılığı ilə Azərbaycana gələrək bir sıra yaşayış məntəqələri salmışlar. Azərbaycanın Qubadlı rayonunda eyniadlı kənd mövcuddur. Zilanlı tayfa ittifaqının köçü ilk öncə Arazboyu ərazilərə olmuşdur. Zilanlı tayfa ittifaqı Buriki, Cəlali, Milaya, İradi, Zabuq, Cunuq, Çaxmanlı, Arizanlı və Halisanlı tayfalarından ibarət idi. Bu tayfaların bir qismi Arazboyu ərazilərə, əsas qismi isə İrəvan quberniyasının Naxçıvan qəzasına köçmüşdür.
İmarət Tayfa
İmarət Tayfa – Qarabağ futbol klubunun ən məşhur azarkeş qruplarından biridir. Onlar öz meydanları olan Azərsun Arenada və Tofiq Bəhramov adına Respublika Stadionunda (beynəlxalq oyunlar) klublarına müxtəlif bəstələr, xareoqrafiya və şüarlarla dəstək olurlar. == Tarixi == ''İmarət Tayfa'' azarkeş qrupunun adı Qarabağ futbol klubunun Ağdam yerləşən ilk stadionu olan İmarət stadionundan gəlir. İmarət stadionunun inşasına 1950-ci ildə başlanılıb, 1951-ci ildə isifadəyə verilib. Həmin stadion tikiləndən sonra Qarabağ futbol klubu yaranıb. O vaxt Ağdam şəhərini təmsil edən klubun adı “Məhsul” olub. “İmarət” tikildikdən sonra isə komanda professional klub kimi fəaliyyətə başlayıb. “İmarət” təkcə Ağdamın deyil, bütün Qarabağın futbol məbədi olub.“İmarət tayfa” azad azarkeş qrupu 2009-cu ildə yarandı. “Qarabağ”ın tribunasında onsuz da, azarkeşlər vardı. Ancaq “Qarabağ”a yaraşan ideologiya ilə azarkeş topluluğunun yaranmasına ehtiyac var idi.
İyirmidördlər (tayfa)
İyirmidördlər (kürd. Yirmîdortler) — Azərbaycanda tayfa ittifaqı. İyirmidördlər tayfa ittifaqına həm türk (azərbaycanlı), həm də kiçik kürd tayfaları daxil idi. Mərkəzi Bərdə olan, Tərtər çayı sahili ərazi XVI əsrdən etibarən bu köçəri tayfalara verilmişdir. Tayfa ittifaqına daxil olan kürd tayfaları getdikcə azərbaycanlılara assimilyasiya olunmuşdur. Qarabağ elatlarından olmuş, 1736-cı ildə Muğan qurultayında Nadirqulu xanın şah elan edilməsinə qarşı çıxmışdır.
доброка́чественный жардинье́рочный запеленгова́ть исты́кать контрпа́р ля́рвы отмете́лить стега́ть ша́лость эвапора́ция анчо́усовые подража́тельный зяблик протектор batholith binary gas flower-bed gabbard gas-tube Langobardic marker monocyte легко набухание хлорирование