qəbirqazma
qəbiz
OBASTAN VİKİ
Ağudi qəbirüstü abidəsi
Ağudi qəbirüstü abidəsi — Sisyan rayonunun (keçmiş Zəngəzur qəzasının Qarakilsə nahiyəsi) Ağudi kəndində, Sisyan şəhərindən 5 km məsafədə, Ağudi-Sisyan yolunun kənarında yerləşən abidə. == Haqqında == Sisian şəhərindən 5 km məsafədə, Ağudi-Sisian yolunun kənarında yerləşir. Ağudi qəbirüstü abidəsi VII əsrdə tikilmişdir. 1400 ilə yaxın tarixi olan bu nəhəng qəbirüstü abidə indiyədək qalmaqdadır. == Memarlıq xüsusiyyətləri == Ağudi abidəsi üç pilləli, daha doğrusu, üç mərtəbəli quruluşa malikdir. Abidənin birinci mərtəbəsi geniş meydançanı xatırladır. Bu meydançanın altında iki giriş qapısı olan tağvari kiçik mağara diqqəti cəlb edir. İkinci mərtəbə yanlarda dördbucaq şəkilli iki sütundan və ortada səkkizbucaqlı bir sütundan ibarətdir. Hər iki kənar sütun tağvari hörgü vasitəsilə orta sütunla birləşmişdir. Abidənin üçüncü mərtəbəsi gözəl memarlıq quruluşuna malik üç sütundan ibarətdir.
Zərifə Əliyevanın qəbirüstü abidəsi
Elmi və tibbi ictimaiyyətə, sovet oftalmologiyasına ağır itki üz vermişdir. 1985-ci il aprelin 15-də görkəmli alim, ictimai xadim, Azərbaycan EA-nın akademiki, tibb elmləri doktoru, professor, Ə Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu oftalmologiya kafedrasının müdiri, Azərbaycan EA Fiziologiya İnstitutunun laboratoriya rəhbəri, Azərbaycanın əməkdar elm xadimi, Tibb Elmləri Akademiyası mükafatı laureatı, Sülhü Müdafiə Komitəsinin üzvü, "Bilik" Cəmiyyəti Rəyasət Heyətinin üzvü Zərifə Əziz qızı Əliyeva vaxtsız vəfat etmişdir. 1995-ci ildə hazırlanmış Zərifə Əliyevanın qəbirüstü abidəsinin müəllifi Ömər Eldarovdur.
Üzeyir Hacıbəyovun qəbirüstü abidəsi
Üzeyir Hacıbəyovun qəbirüstü abidəsi — SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü Ömər Eldarovun yaratdığı kamil, plastik sənət əsəridir.
Mir Möhsün Nəvvabın qəbirüstü abidəsi
Mir Möhsün Nəvvabın qəbirüstü abidəsi - Şuşa şəhəri general Quliyev küçəsində yerləşən, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğuna aid ölkə əhəmiyyətli monumental abidə. 1960-cı ildə UNESCO-nun xətti ilə Mir Möhsüm Nəvvabın qəbri üzərində qırmızı mərmərdən abidə-barelyef qoyulub. Abidə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır. 1992-ci ildə Şuşa ermənilər tərəfindən işğal edildikdən sonra abidə dağıdılıb. == Tarixi == Şuşa şəhərində yaşayıb-yaratmış şair, rəssam, astronom, ədəbiyyatşünas, nəqqaş, tarixçi, xəttat və musiqişünas azərbaycanlı alim Mir Möhsün Nəvvab 1919-cu ildə vəfat etmişdir. Qəbrinin üzərində onun oğlu Mir İbrahim Ağamirzadə tərəfindən bunlar yazılmışdır: 1957-ci ildə Tokay Məmmədov Nəvvabın qəbirüstü abidəsini hazırlayıb. Abidənin memarı Rasim Əbdürrəhmanovdur. 1960-cı ildə UNESCO tərəfindən qəbirdə təmir işləri aparılıb. Ermənistan Silahlı Qüvvələri 1992-ci ilin 9 may tarixində Şuşanı işğal etdiyi zaman abidə ermənilər tərəfindən dağıdılıb.7 noyabr 2020-ci ildə Şuşa Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edildikdən sonra abidənin qalıqları aşkar edilib.
Qasım bəy Zakirin qəbirüstü abidəsi
Qasım bəy Zakirin qəbirüstü abidəsi — 1984-cü ildə Şuşada Mirzə Həsən qəbiristanlığında mütəfəkkir Qasım bəy Zakirin qəbirüstündə ucaldılmış abidə. Abidə Şuşa şəhəri işğal edilən zaman erməni vandalizminin qurbanı olmuşdur. == Tarixi == Görkəmli şair Qasım bəy Zakirin anadan olmasının 200 illiyi ilə əlaqədar olaraq Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin xüsusi qərarına əsasən 1984-cü ildə Şuşada Mirzə Həsən qəbiristanlığında onun qəbirüstündə abidə ucaldılmışdır. Əvvəllər şairin qəbirinin üzərində türbə olmuş sonra isə qəbirüstü abidəsi qoyulmuşdur. Qasım bəy Zakirin qəbirüstü abidəsinin müəllifi Əməkdar rəssam, heykəltaraş, Azərbaycan Rəssamlar İttifaqının üzvü Namiq Dadaşov olmuşdur.Qasım bəy Zakirin qəbirüstü abidəsi kiçik bir təpə üstündə - Cavanşir nəslinə mənsub olan sahədədir. Qasım bəy Zakirin qəbrinin ətrafında dəfn olunmuş XIX əsrdə yaşamış tanınmış şəxslərinin də məzarları bərpa edilmiş, kiçik təpəcikdə gül-çiçək və ağaclar əkilmiş, çəmənzar salınmışdı.Qəbirüstü abidə Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra dağıdılmışdır. Abidə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır.
бесси́лить голору́кий золотошве́йня ку́чер слонови́дный черпако́вый городни́чиха моро́зиться нату́рщик необрати́мый подтира́ние промыва́ться три́стих фаза́новые я́мистый еглить Anglian balsam fir dentalize diamagnetism fetch away man-carrying aircraft serine затылочный скрежетать