Mir Möhsün Nəvvabın qəbirüstü abidəsi
Mir Möhsün Nəvvabın qəbirüstü abidəsi - Şuşa şəhəri general Quliyev küçəsində yerləşən, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğuna aid ölkə əhəmiyyətli monumental abidə. 1960-cı ildə UNESCO-nun xətti ilə Mir Möhsüm Nəvvabın qəbri üzərində qırmızı mərmərdən abidə-barelyef qoyulub. Abidə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır. 1992-ci ildə Şuşa ermənilər tərəfindən işğal edildikdən sonra abidə dağıdılıb.
Şuşa şəhərində yaşayıb-yaratmış şair, rəssam, astronom, ədəbiyyatşünas, nəqqaş, tarixçi, xəttat və musiqişünas azərbaycanlı alim Mir Möhsün Nəvvab 1919-cu ildə vəfat etmişdir. Qəbrinin üzərində onun oğlu Mir İbrahim Ağamirzadə tərəfindən bunlar yazılmışdır:
1957-ci ildə Tokay Məmmədov Nəvvabın qəbirüstü abidəsini hazırlayıb. Abidənin memarı Rasim Əbdürrəhmanovdur. 1960-cı ildə UNESCO tərəfindən qəbirdə təmir işləri aparılıb. Ermənistan Silahlı Qüvvələri 1992-ci ilin 9 may tarixində Şuşanı işğal etdiyi zaman abidə ermənilər tərəfindən dağıdılıb.
7 noyabr 2020-ci ildə Şuşa Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edildikdən sonra abidənin qalıqları aşkar edilib.