QƏDDƏMƏK
QƏDƏM
OBASTAN VİKİ
Müqəddəs Qədəh
Müqəddəs Qədəh — Xristian mifologiyasına görə İsa Məsihin Sonuncu şam yeməyi zamanı istifadə etdiyi və hansiniki Arifmeyli Yusif Məsihin qanını yığdığı qədəh.
Harri Potter və Alov Qədəhi
Harri Potter və Alov Qədəhi — roman
Harri Potter və Alov Qədəhi (dəqiqləşdirmə)
Harri Potter və Alov Qədəhi — roman
Harri Potter və Alov Qədəhi (film, 2005)
Herri Potter və Alov Qədəhi (ing. Harry Potter and the Goblet of Fire) — 2005-ci ildə Mayk Nyuelin rejissorluğu ilə çəkilmiş və Warner Bros.-in distribütorluğu ilə çıxarılmış ABŞ və Böyük Britaniya fentezi filmidir. Film Coan Roulinqin eyni adlı romanı əsasında çəkilmişdir. Harri Potter filmlər seriyasından dördüncü film olan “Alov Qədəhi”nin ssenarisi Stiv Klovz tərəfindən yazılmış, prodüsserliyini isə Devid Heyman etmişdir. Filmdə Harri Potterin Hoqvartsda dördüncü tədris ili, Alov Qədəhi tərəfindən seçilərək "Üç Sehrbaz turniri"ndə iştirakı və daha sonra baş verən hadisələr təsvir olunur. "Alov Qədəhi", Harri Potter filmlər seriyasından olan ilk filmdir ki, ABŞ-də PG-13, Birləşmiş Krallıqda isə 12A yaş məhdudiyyət sertifikatı almışdır. Filmdə Deniel Redkliff Harri Potter, Rupert Qrint və Emma Uotson isə Harrinin ən yaxın dostları olan Ron Uizli və Hermiona Qreynceri canlandırırlar. Filmdə ikinci dərəcəli rollarda Qari Oldmen, Robbi Koltreyn, Maykl Qembon, Ralf Fayns, Alan Rikman və Robert Pettinson kimi ulduz aktyorlar da rol almışlar. “Harri Potter və Azkaban Məhbusu” filminin sikveli olan filmdəki hadisələr “Harri Potter və Simurq Ordeni” filmində davam etdirilir. Filmin çəkilişlərinə 2004-cü ildə başlanılmışdır.
Harri Potter və Alov Qədəhi (film musiqisi)
"Harri Potter və Alov Qədəhi" filminin 15 noyabr 2005-ci ildə çıxarılmış musiqi albomudur. Film musiqisi Patrik Doyl tərəfindən yazılmış və London Simfonik Orkestrı tərəfindən ifa edilmişdir. == Musiqi == Əvvəlki üç Harri Potter filmindən fərqli olaraq, Con Vilyams dördüncü filmin musiqisinin yazılmasında iştirak edə bilməmişdir. Buna görə də, bəstəkar kürsüsünə Patrik Doyl dəvət edilmişdir. Con Vilyams isə "Ulduz müharibələri. III Epizod: Sithin qisası", "Geyşanın memuarları", "Münhen" və Stiven Spilberqin "Dünyaların savaşı" remeykinin film musiqisi üzərində çalışmışdır. Ceyms Şermanın rejissorluğu ilə London Simfonik Orkestrı tərəfindən ifa edilmiş film musiqisinə üç yeni mövzu daxildir: bunlardan biri Üç Sehrbaz Turnirini, digəri Lord Voldemortu, üçüncüsü isə Harri Potterin Ço Çanqa aşiq olmasını əks etdirir. Film musiqisinə məşhur "Hedwig's Theme"nin qısa işlənməsi də daxildir. Südrik Diqqoriin ölümü "The Death of Cedric" adlı mövzu ilə qeyd edilmişdir.Albom "Billboard 200" hit paradına səkkizinci, "Top Soundtracks Chart" hit-paradına isə dördüncü yerdən daxil olmuşdur.
Harri Potter və Alov Qədəhi (roman)
Harri Potter və Alov Qədəhi (ing. Harry Potter and the Goblet of Fire) — Coan Roulinq tərəfindən yazılmış Harri Potter romanlar seriyasından olan dördüncü romandır. Kitabda gənc sehrbaz Harri Potterin Sehrbazlıq və Cadugərlik məktəbi Hoqvartsda dördüncü ili və sirli şəkildə "Üç Sehrbaz Turniri"nə qatılması təsvir olunur. Kitab Böyük Britaniyada "Bloomsbury", ABŞ-də isə "Scholastic" nəşriyyatı tərəfindən 8 iyul 2000-ci ildə nəşr olunmuşdur. Bu roman Harri Potter seriyasından olan əsərlər arasında hər iki ölkədə də eyni vaxtda çıxarılmış ilk kitabdır. Əsər Harri Potter romanları arasında Hüqo mükafatına layiq görülmüş yeganə kitabdır. 18 noyabr 2005-ci ildə, roman əsasında çəkilmiş film və "Electronic Arts" tərəfindən hazırlanmış videooyun təqdim edilmişdir. == Məzmunu == Heç kim yaşamayan iqamətgahın (təxminən əlli il əvvəl həmin iqamətgahda Reddllar ailəsi yaşayırdı. Onlar naməlum şəraitdə, naməlum şəxs tərəfindən öldürülmüşdülər) bağbanı Frenk Brays gecə iqamətgahın otaqlarından birində işıq yandığını görür. Evə girən bağban Lord Voldemort və Piter Pettiqryunun söhbətinə şahid olur.
Qədəhvari baldırıqara
Qədəhvari baldırıqara (lat. Adiantum pedatum) - adiant cinsinə aid bitki növü.
Uorren qədəhi
Uorren qədəhi (ing. Warren Cup) – b.e.-nın 5–15-ci illərinə aid olan gümüş qədəhdir. Qədəh üzərində iki eynicinsli əlaqə səhnəsi təsvir edilmişdir. Qədəhin Yəhudi müharibəsi dövrünə aid olan və Fələstin ərazisindən aşkarlanmış dəfinədən əldə edilməsi güman olunur. Qədəh 1999-cu ildə Britaniya muzeyi tərəfindən 1.8 milyon funt sterlinqə alınmışdır ki, bu da o zaman üçün muzeyin ən bahalı birdəfəlik alışıdır. Qədəh adətən Yuililər-Klavdilər sülaləsi dövrünə (b.e. I əsri) aid edilsə də, bu tarixləndirməyə şübhəylə yanşanlar da vardır.Qədəh ilk müasir sahibi olan Edvard Perri Uorrenin adı ilə adlandırılmışdır. Uorren öz sənət kolleksiyası ilə məşhur olmuş, onun kolleksiyasına Rodenin "Öpüş" və Kranaxın "Adəm və Həvva" əsərləri də daxil olmuşdur. == Tarixi == === Uorren tərəfindən alınması === Uorren qədəhi Romada art-dilerdən 1911-ci ildə, £2,000 qiymətinə almışdır. Qədəh Romaya Yerusəlimdən gətirilmiş, orada isə Battir şəhəri ərazisindən (qədim Bethther) imperator Klavdinin sikkələri ilə birlikdə aşkarlandığı və ehtimal ki, Yəhudi müharibəsi dövründə basıdırldığı deyilmişdir.
Vorren qədəhi

Harri Potter və Alov Qədəhi (film)
Herri Potter və Alov Qədəhi (ing. Harry Potter and the Goblet of Fire) — 2005-ci ildə Mayk Nyuelin rejissorluğu ilə çəkilmiş və Warner Bros.-in distribütorluğu ilə çıxarılmış ABŞ və Böyük Britaniya fentezi filmidir. Film Coan Roulinqin eyni adlı romanı əsasında çəkilmişdir. Harri Potter filmlər seriyasından dördüncü film olan “Alov Qədəhi”nin ssenarisi Stiv Klovz tərəfindən yazılmış, prodüsserliyini isə Devid Heyman etmişdir. Filmdə Harri Potterin Hoqvartsda dördüncü tədris ili, Alov Qədəhi tərəfindən seçilərək "Üç Sehrbaz turniri"ndə iştirakı və daha sonra baş verən hadisələr təsvir olunur. "Alov Qədəhi", Harri Potter filmlər seriyasından olan ilk filmdir ki, ABŞ-də PG-13, Birləşmiş Krallıqda isə 12A yaş məhdudiyyət sertifikatı almışdır. Filmdə Deniel Redkliff Harri Potter, Rupert Qrint və Emma Uotson isə Harrinin ən yaxın dostları olan Ron Uizli və Hermiona Qreynceri canlandırırlar. Filmdə ikinci dərəcəli rollarda Qari Oldmen, Robbi Koltreyn, Maykl Qembon, Ralf Fayns, Alan Rikman və Robert Pettinson kimi ulduz aktyorlar da rol almışlar. “Harri Potter və Azkaban Məhbusu” filminin sikveli olan filmdəki hadisələr “Harri Potter və Simurq Ordeni” filmində davam etdirilir. Filmin çəkilişlərinə 2004-cü ildə başlanılmışdır.

Digər lüğətlərdə

ка́рликовость на подхва́те о́тдых покрови́тельствоваться си встрепа́ть гага́ра мышья́к под на́тиском предостерега́ться протра́вочный фуга цюра area school brumal Maria ostreoculture reappear tear-shell treeline мальтузианство перепоясываться пузо рисовый эпидемический