QƏDƏR

[ ər. ]
1. is. Miqdar, say, kəmiyyət. Hər şeyin qədəri vardır.
// Başqa nitq hissələri ilə (say və əvəzliklərlə) birlikdə qeyri-müəyyən say bildirir.
□ Bir qədər – bir az, qeyri-müəyyən miqdar. Bir qədər fikirləşdikdən sonra ayağa qalxdı.
– Bir qədər pul ki, etdilər saman; Oldular xalq xürrəmü xəndan. S.Ə.Şirvani.
Sara xanımın hiddətlənməsindən, doğrusu, mən bir qədər qorxdum. Qantəmir.

Bir bu qədər – bax bu qədər 1-ci mənada.
Bu qədər1) bu miqdarda (adətən çoxluluq mənasında).
Bu qədər vaxt harada idin? – Neyləmişəm bilməm dövri-zalimə; İncidər düşəndə bu qədər məni. Q.Zakir.
Bu qədər çətinlik və məhrumiyyətə baxmayaraq, Azərbaycan xalqının istiqlalə olan ümidləri sönməmişdi. M.S.Ordubadi;

2) bitdi, vəssalam, daha deyəcək söz yoxdur (söhbətə, sözə xitam vermək üçün işlənir).
Nə qədər1) nə miqdar? neçə? neçə dənə? Paltoya nə qədər vermisən? Kitabxanada nə qədər kitab var? Nə qədər vaxta gedirsən?;
2) nə dərəcədə, nə nisbətdə.
Qozalar nə qədər çox, nə qədər iri olsa, o qədər yaxşıdır. Ə.Vəliyev;

3) istədiyin qədər, ürəyin istəyən qədər.
Sənə, yalnız sənə; sənə deməkçün; Könlümdə nə qədər mənim sözüm var. B.Vahabzadə.
Nə qədər ki… – o vaxta qədər ki… Nə qədər ki mənim gözümdə yaş var; Olsun ürəyinin daşına qurban! M.Müşfiq.

O qədər1) o miqdarda (adətən çoxluluq bildirir). O qədər kitabı haradan almısan? O qədər şeyi yığmaq mümkün deyil.
[Qurbanəli:] Məhəmməd ağa oxumaqdan o qədər dəm vurdu ki, indi də qulağım gur-gur guruldayır. N.Nərimanov.
O qədər çox ki, böyük işlərimiz; Onu nəql etməyə şerim aciz. M.Müşfiq;

2) o dərəcədə, o nisbətdə. Bura o qədər gözəldir ki… Nə qədər lazımsa, o qədər çalışmaq lazımdır.
[Pristav:] Doğrusunu de, yoxsa səni yıxdırıb o qədər döydürərəm ki, bir ay yorğan-döşəkdə qalarsan. Ə.Haqverdiyev.
Hər nə isə, qərəz, bunun da o qədər eybi yoxdur… Qantəmir.

2. qoş. Təxmin və təqrib mənasında. Onlar otuz nəfərə qədər adam idi. İclasa iki yüzə qədər adam gəlmişdi.
3. qoş. Bir işin intəhasını, həddini, yaxud davamını bildirir; …dək, …kimi. Axşama qədər səni gözlədim. Gecəni sabaha qədər yatmamışam.
– O gün Araz axşama qədər qızdırma içində od tutub yana-yana inlədi. A.Şaiq.
Kim bilir [Buğac] böyüyənə qədər başına nələr gələcək. M.Rzaquluzadə.

// Bir şeyin böyüklüyünü, uzunluğunu, ölçüsünü bildirir. Topuqlarına qədər uzanmış saç. Dizlərinə qədər.
// Bir yeri digər yerdən ayıran məsafəni, yaxud bir hadisəni digər hadisədən ayıran vaxtı göstərmək üçün işlənir (
…dək şəkilçisi ilə də ifadə olunur). Bakıdan Moskvaya qədər qatarla iki günlük yoldur. Füzulidən Vaqifə qədər olan dövr.
– Dilguşa paltosunu çiyninə atıb, darvazaya qədər Mehmanı ötürdü. S.Rəhimov.

4. qoş. Qabaq, əvvəl. Müharibəyə qədər. Yeni dərs ili başlanana qədər. Dünənə qədər.
5. qoş. Müqayisə mənasında – kimi.
Təbrizin üfüqləri qara keçədən qurulmuş bir alaçığın içi qədər qara idi. M.S.Ordubadi.
İndi bu balaca kəndciyəz Dilara üçün … Bakı qədər əzizdi. Ə.Məmmədxanlı.

Синонимы

  • QƏDƏR I qədər bax miqdar II qədər bax tale 1
  • QƏDƏR kimi
  • QƏDƏR tale — qismət — müqəddərat
  • QƏDƏR miqdar — say — kəmiyyət
  • QƏDƏR qabaq — əvvəl

Омонимы

  • QƏDƏR QƏDƏR I is. [ ər. ] Qeyri-müəyyən miqdar, say, kəmiyyət. Hər şeyin qədəri vardır (“İzahlı lüğət”). QƏDƏR II is

Этимология

  • QƏDƏR Qəzavü-qədər işlədirik, söz ərəb mənşəlidir, cəm forması əqdarddır, “tale” deməkdir. Miqdar sözü ilə kökdaş olan qədər (əsli: qədr) kəlməsi ilə əlaqəs
QƏDƏR
QƏDƏRLƏNMƏK
OBASTAN VİKİ
Axırıncı aşırıma qədər (film, 2002)
Axırıncı aşırıma qədər qısametrajlı sənədli televiziya filmi rejissor Rafiq Quliyev tərəfindən 2002-ci ildə çəkilmişdir. Film Lider Televiziyasında istehsal edilmişdir. Film Fərman Kərimzadənin məşhur "Qarlı aşırım" povestinə tarixi münasibətdir. Əsər əsasında ekranlaşdırılmış "Axırıncı Aşırım" filmindən fraqmentlər göstərilir. Bədii filmdə göstərilən faktların doğru vəya yanlış olduğu araşdırılır, əsl həqiqətlər işıq üzü görür. == Məzmun == Film Fərman Kərimzadənin məşhur "Qarlı aşırım" povestinə tarixi münasibətdir. Əsər əsasında ekranlaşdırılmış "Axırıncı Aşırım" filmindən fraqmentlər göstərilir. Bədii filmdə göstərilən faktların doğru vəya yanlış olduğu araşdırılır, əsl həqiqətlər işıq üzü görür.
İşıqlar yanana qədər (film, 2012)
Nə qədər ki, işıqlar yanır (ing. Keep The Lights On) — ABŞ-nin dram janrında çəkilmiş filmidir. Filmin təqdimatı ilk dəfə 2012-ci ildə Sandens Film Festivalında baş tutmuşdu. Xarici və müstəqil filmlərin distribütoru sayılan Music Box Films 7 sentyabr 2012-ci ildə filmi Nyu-York və Los-Anceles şəhərlərində təqdim etmişdi. Filmin rejissoru Ayra Saks, müəllifi isə Saks və Maurisio Zaxariasdır. Baş rolda Ture Lindhardt, Zaxari But və Culiana Nikolson oynamışdırlar. Filmin süjeti rəssam Averi Uillard barədə sənədli film üzərində işləmək üçün Nyu-York şəhərinə köçən Erik adlı danimarkalı kinorejissor və onun Paul adında nəşriyyat sektorunda hüquqşünas vəzfəsində çalışan və narkomaniya ilə mübarizə aparan gənc oğlanla uzunmüddətli mürəkkəb sevgi əlaqələri haqqda bəhz edir. İkincidərəcəli rollarda David Anzuelo, Maria Dizzia, Süleyman Say Savane, Migel Del Toro və Paprika Stin oynamışdılar. Filmin məzmunu rejissor Saksın keçmişdə sevgi əlaqələrində olduğu Bill Klegg adlı yazıçının 2010-cu ildə Portrait of an Addict as a Young Man adı altında narkomaniya ilə mübarizələrini xatirə (memuar) şəklində nəşr etdiyi romana əsaslanır. == Süjet == 1998-ci il.
Əvvəldən sona qədər (film, 2009)
Əvvəldən sona qədər (port. Do Começo ao Fim, ing. From Beginning to End) — Braziliya istehsalı olan və 2009-cu ildə nümayiş olunmuş dram filmi. == Məzmun == Analarının ölümündən sonra bir-birlərinə qarşı hiss etdikləri qardaş sevgisinin, sonradan isə məhəbbətə çevrilməsini başa düşən Fransisko və Tomas bundan sonra sərhədləri aşaraq əsl sevgi yaşamağa başlayırlar. == İstehsal == Film ilk dəfə 16 noyabr 2009-cu ildə MixBrasil festivalında nümayiş olunan film həmin ilin 27 noyabrında kinoteatrlarda nümayişə başladı. Əsas çəkilişləri Rio de Janeyroda baş tutan filmin Original Motion Picture Soundtrack adlı musiqi albomu da var. Lakin film Braziliyada yalnız 6 kinoteatrda nümayiş olundu. 26 mayda Seattle Beynəlxalq Film Festivalında, 26 iyunda Frameline Film Festivalı'nda, 15 iyulda isə QFest və Outfest Film Festivalında göstərildi. == Rollarda == Clia Lemmertz — Culieta (ana) Fabio Assunçao — Aleksandra (Tomasın atası) Cin Pierre Noher — Pedro (Fransiskonun atası) Lusi Kardoso — Rouz Mausi Martinez Qabriel Kaufmann — Tomas (6 yaşında) Lukas Kotrim as Fransisko (11 yaşında) Rafael Kardoso — Tomas (20 yaşında) Coao Qabriel Vasconcellos as Francisco (25 yaşında) == İstinadlar == == Xarici keçidlər == Əvvəldən Sona Qədər — Internet Movie Database saytında.
Nə qədər ki sağam (film, 2012)
== Süjet == Samar Anand (Şahrux Xan) Hindistan Ordusunda mayor vəzifəsində xidmət edən, heç bir təhlükəsizlik vasitələrindən istifadə etmədən bomba zərərsizləşdirmək üzrə çalışan bir mütəxəssizdir. Bir müddətdən sonra Discovery Channel-da sənədli filmlər qurmaqla məşğul olan Akira Rai (Anuşka Şarma) Ladax-da bir çaya baş vurur və mayor tərəfindən xilas edilir. Samar ona jaketini verir, ancaq geri almadan onu tərk edir. Akira jaketin cibində onun gündəliyini tapır və oxumağa başlayır. Gündəlik Samarın Londonda əvvəllər immiqrant kimi yaşadığı mövzularla başlayır. O həm musiqiçi, həm də digər işlərdə çalışaraq yaşadığı yerin kirayə pulunu ödəməklə bərabər, otaq yoldaşına da yardım edir. Bir gün Samar iş gorərkən Meera-nı (Katrina Kaif) görür və onunla tanışır. İngilis dili dərslərini öyrənmək qarşılığında Samar ona Pəncabca mahnı oxumağı öyrədir. Bir müddətdən sonra Meera atasına Samar ilə olan münasibəti haqqında danışmaq qərarına gəlir, ancaq Samar-ın başına bədbəxt hadisə gəlir, o motosikletlə qəzaya uğrayır. Meera Tanrıya onun həyatını xilas etməsi üçün dua edir və qarşılığında onunla bir də görüşməyəcəyinə dair söz verir.
Sizi dünyalar qədər sevirdim (film, 1985)
Sizi dünyalar qədər sevirdim — filmi rejissor Rasim İsmayılov tərəfindən 1985-ci ildə ekranlaşdırılmışdır. Filmin çəkilişlərində Belarus və Zaqafqaziya hərbi dairələrinin qoşunları iştirak etmişlər. Film Azərbaycan xalqının rəşadətli oğlu, igid sərkərdə, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun həyat və döyüş bioqrafiyasının səhifələrini canlandırır. Film tarixi, döyüş, bioqrafik, müharibə janrındadır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Ramiz Novruzov, Viktor Tarasov, Aleksandr Denisov, Şahmar Ələkbərov ifa edirlər. == Məzmun == Burada hadisələr I Pribaltika cəbhəsində axırıncı döyüş zamanı həlak olmuş Həzi Aslanovun ömrünün son günlərində cərəyan edir...
Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir (kitab)
Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir — ictimai-siyasi xadim, filoloq, tarixçi, türkoloq, “Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin sədri, filologiya elmləri doktoru, professor Əjdər Tağıoğlunun elmi əsəri. Kitabın redaktoru Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Vəli Əliyev və rəyçisi Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyevdir.ISBN 978-9952-37-279-3 == Məzmun == Əjdər Tağıoğlunun “Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir” elmi əsəri qədim müəlliflərə, mötəbər qaynaqlara, etnoqrafik abidələrə, kilsə ədəbiyyatına, məşhur rus, erməni və Avropa tarixçilərinə istinad edərək erməni “tarixşünaslığına” sarsıdıcı elmi zərbələr endirən bir elmi əsər kimi dəyərləndirilir.Kitabda işğalçı rus imperatorluğunun "Mərkəzi Baş kilsəsi"nin himayədarlığı altında Eçmiədzin kilsəsi qədim Naxçıvanın oğuz-türk tarixini dini-mistik əfsanə qəhrəmanı Noyun (Nuhun) mifik şəxsi rəmzində keşişi Vartanın uydurduğu "erməni Naxçıvanı" adı ilə dünya ictimaiyyətinin beynində yerləşdirmişdi. Professor Əjdər Tağıoğlu "Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir" əsərində elmi-tarixi faktlarla bu fikri darmadağın edir. Müəllif dünya arxeologiyasına söykənərək bu nəticəyə gəlir ki, tarixdə nə "dünya daşqını" baş vermişdi, nə də dini mistikada guya yeni insan cəmiyyətinin "əcdadı" hesab edilən Noy real şəxsiyyətdir. Bu dini əfsanəni ilk dəfə xristian missionerləri tarixi bizim eradan əvvəl 5000-ci illərə gedib çıxan şumer-türk əhalisinin abidəsi olan "Bilqamıs" dastanının XI bölməsindən götürmüş, bizim erada "Bibliya"da dövrün dini-siyasi tələblərinə uyğun olaraq, etnik zəmində fantastik əlavələrlə xristian tarixinə çevirmişlər. Müəllif araşdırmasında bu nəticəyə gəlir ki, Eçmiədzin kilsəsinin guya XIX əsrın I yarısında yaşamış, əslində heç bir elmi ədəbiyyatda adı qeydə alınmamış, anonim keşiş Vartanın adına uydurduğu "erməni Naxçıvanı" iddiası ermənilərin "qədim Qafqaz tarixi" qədər mifdir!
Nə qədər ki, işıqlar yanır (film, 2012)
Nə qədər ki, işıqlar yanır (ing. Keep The Lights On) — ABŞ-nin dram janrında çəkilmiş filmidir. Filmin təqdimatı ilk dəfə 2012-ci ildə Sandens Film Festivalında baş tutmuşdu. Xarici və müstəqil filmlərin distribütoru sayılan Music Box Films 7 sentyabr 2012-ci ildə filmi Nyu-York və Los-Anceles şəhərlərində təqdim etmişdi. Filmin rejissoru Ayra Saks, müəllifi isə Saks və Maurisio Zaxariasdır. Baş rolda Ture Lindhardt, Zaxari But və Culiana Nikolson oynamışdırlar. Filmin süjeti rəssam Averi Uillard barədə sənədli film üzərində işləmək üçün Nyu-York şəhərinə köçən Erik adlı danimarkalı kinorejissor və onun Paul adında nəşriyyat sektorunda hüquqşünas vəzfəsində çalışan və narkomaniya ilə mübarizə aparan gənc oğlanla uzunmüddətli mürəkkəb sevgi əlaqələri haqqda bəhz edir. İkincidərəcəli rollarda David Anzuelo, Maria Dizzia, Süleyman Say Savane, Migel Del Toro və Paprika Stin oynamışdılar. Filmin məzmunu rejissor Saksın keçmişdə sevgi əlaqələrində olduğu Bill Klegg adlı yazıçının 2010-cu ildə Portrait of an Addict as a Young Man adı altında narkomaniya ilə mübarizələrini xatirə (memuar) şəklində nəşr etdiyi romana əsaslanır. == Süjet == 1998-ci il.
Qarabağ XIII əsrdən 1920-ci ilə qədər
"Qarabağ XIII əsrdən 1920-ci ilə qədər. Azərbaycan tarixinin açılması" (ing. Karabakh from the 13th century to 1920: Unfolding Azerbaijan's history) — Almaniya tarixçisi Maykl Reynhard Hessin 2020-ci ildə Qarabağ regionu haqqında yazdığı kitab. Əsər Münhendə "Gulandot" tərəfindən nəşr edilmişdir. 2022-ci ilin fevral ayında kitabın İkinci Qarabağ müharibəsinin nəticələri ilə yenilənmiş 3-cü nəşri buraxılmışdır. == Məzmun == Kitabda Azərbaycan ilə Ermənistan arasında münaqişə nöqtəsi olan Qarabağ regionunu tarixi araşdırılır. Burada XIII əsrdə monqol və türk tayfalarının Cənubi Qafqaza gəlişindən 1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulması və ardınca Dağlıq Qarabağ Muxtar Vilayətinin qurulması əhatə edilir.
Çingiz xan: Torpağın və dənizin axırına qədər
Çingiz xan: torpağın və dənizin axırına qədər (Yaponca: 蒼き狼 地果て海尽きるまで Rom: Aoki Ōkami: Chi Hate Umi Tsukiru Made) 2007-ci ildə Yaponiya və Monqolustanın müştərək istehsalı olan və Çingiz Xan haqqında çəkilmiş olan tarixi dramdır. Rusiyada film “Böyük monqol: Çingiz xan” adı ilə nümayiş etdirilmişdir. == Ümumi xüsusiyyətləri == Film Takehiro Nakajima və Şoyçi Maruyamanın yapon klassiki Yasuşi İnouenin (1907–1991) “Mavi qurd” (1960) adlı tarixi romanının ekranlaşdırılmış versiyasıdır. 30 milyon dollarlıq büdcəsi olan film 2006-cı ildə dörd ay ərzində Monqolustanda çəkilmişdir. Filmin çəkilişləri zamanı 27 000-dən çox insan, o cümlədən də 5 000 Monqolustan əsgəri iştirak etmişdir.
Çingiz xan: torpağın və dənizin axırına qədər (film, 2007)
Çingiz xan: torpağın və dənizin axırına qədər (Yaponca: 蒼き狼 地果て海尽きるまで Rom: Aoki Ōkami: Chi Hate Umi Tsukiru Made) 2007-ci ildə Yaponiya və Monqolustanın müştərək istehsalı olan və Çingiz Xan haqqında çəkilmiş olan tarixi dramdır. Rusiyada film “Böyük monqol: Çingiz xan” adı ilə nümayiş etdirilmişdir. == Ümumi xüsusiyyətləri == Film Takehiro Nakajima və Şoyçi Maruyamanın yapon klassiki Yasuşi İnouenin (1907–1991) “Mavi qurd” (1960) adlı tarixi romanının ekranlaşdırılmış versiyasıdır. 30 milyon dollarlıq büdcəsi olan film 2006-cı ildə dörd ay ərzində Monqolustanda çəkilmişdir. Filmin çəkilişləri zamanı 27 000-dən çox insan, o cümlədən də 5 000 Monqolustan əsgəri iştirak etmişdir.
Qədərilər
Qədərilər — İslama nisbət olunan firqə. İnsanın iradə azadlığına üstünlük verən dini cərəyanın mənsubları. == Baxışları == Bu dini cərəyanın mənsubları insanın iradə azadlığına üstünlük verirdilər. Onlar taleyi mütləqləşdirən cəbrilərə qarşı çıxış edirdilər. Qədərilərə görə insan etdikləri əməllərdə mütləq azadlığa malikdir və burada Allahın iştirakı yoxdur. Allah hər hansı törədilən iş haqqında yalnız sonra bilik əldə edir. Bu kimi baxışlarına görə qədərilər insanın mütləq azadlığı tərəfdarları kimi tanınmışdırlar. == Tarixi == Qəza və qədər haqqında fəlsəfi fikirlər İslamdan öncəki dövrlərdə də mövcud olmuşdur. Çünki, insanlar hər zaman şərin Tanrı tərəfindən yaradılması haqqında düşünmüşlər. Bu istiqamətdə insanlar özlərinə dünyada mövcud olan şərin olmasına görə Tanrının məsuliyyət daşıyıb-daşımamağı haqqında sual verilmişdirlər.

Значение слова в других словарях

агрофи́зик аргама́к вжима́ться видение выбура́вливание картинги́ст ка́устик мите́нки нафтали́н пескари́ный про́таль про́чный статуа́рный сыни́шка турбопа́рус ватерпо́ло ориента́льный переу́лок altruist cocktail bar event penury висмут настильный фамильярность