QƏHRƏMAN

[ fars. ]
1. sif. Müharibədə, yaxud başqa bir işdə qoçaqlıq, fədakarlıq nümunəsi göstərən; igid. Qəhrəman ordu. Qəhrəman əsgər.
// İs. mənasında. Azərbaycanın milli qəhrəmanları.
– Seyr edin zamanın qəhrəmanını; Əynində şinel var, çiynində tüfəng. S.Vurğun.
Bu gün alqış demək qəhrəmanlara; Dünyada hər şeydən mənə şirindir. O.Sarıvəlli.

// sif. Qoçaq, cəsur, qorxmaz.
[Ceyran] cəsur, mətin, qəhrəman bir qadın idi. S.Hüseyn.

2. is. Öz dövrünün ictimai mühitinin səciyyəvi xüsusiyyətlərini özündə təcəssüm etdirən şəxs. Zəmanəmizin qəhrəmanı.
3. is. Ədəbi əsərdə iştirak edən şəxslərin ən birincisi, başlıcası. Romanın qəhrəmanı. Pyesin qəhrəmanı.

Синонимы

  • QƏHRƏMAN 1. QƏHRƏMAN Bu gün alqış deyək qəhrəmanlara (O.Sarıvəlli); İGİD (bax). 2. qəhrəman bax şanlı 2
  • QƏHRƏMAN igid — qoçaq
  • QƏHRƏMAN surət — obraz

Антонимы

  • QƏHRƏMAN QƏHRƏMAN – QORXAQ Ceyran cəsur, mətin, qəhrəman bir qadın idi (S.Hüseyn); Ana yurdu bu şən torpaq; Yetişdirməz xain, qorxaq (A
QƏHR
QƏHRƏMANANƏ
OBASTAN VİKİ
"Qəhrəman ana" ordeni
Qəhrəman Ana — SSRİ-də çoxuşaqlı analara verilən fəxri ad. Ad və eyniadlı orden SSRİ Ali Soveti Rəyasət Heyətinin 8 iyul 1944-cü il tarixli qərarı ilə təsis edilib. Azərbaycanda çoxuşaqlı analara keçmiş SSRİ dövründə daha çox rast gəlinib. Amma sovetlər ölkəsində, o cümlədən Azərbaycanda hansısa qadının 18 övlad dünyaya gətirdiyi barədə heç yerdə məlumat getməyib. Bununla belə, sovet hökuməti 10 və daha çox uşaq doğub böyüdən qadınların sosial qayğısını ittifaq dağılan günədək diqqət mərkəzində saxlayıb. Belə qadınlar həm də "Qəhrəman ana", "Şöhrət", "Analıq şöhrəti", "Analıq şərəfi" ordenləri, "Arxa cəbhədə fədakar əməyə görə", "Rəşadətli əməyə görə" kimi orden və medallarla fərqləndirilib. Pensiya təminatı zamanı məhz bu insanlara böyük güzəştlər olunub. Sovet hökumətinin müxtəlif orden və medalları, o cümlədən "Qəhrəman Ana" ilə təltif etdiyi qadınlardan Azərbaycanda indi də yaşayan var. Amma onların nə hansısa sosial güzəştləri qüvvədədir, nə də dəqiq sayı bilinir. Azərbaycanda "Qəhrəman ana"ların sayı barədə sonuncu statistik hesablama 2005-ci ildə aparılıb.
Qəhrəman
Qəhrəman (Urmiya) —
Aşıq Qəhrəman
Aşıq Qəhrəman Hacallı (Qəhrəman Ələsgər oğlu İbrahimov) — Azərbaycan aşığı, şair, mahir söz ustadı == Həyatı == Aşıq Qəhrəman Ələsgər oğlu İbrahimov 1884-cü ildə Gəncə quberniyasının, Qazax qəzası, Yuxarı Hacallı (İndiki Tovuz rayonu Yuxarı Hacallı kəndi) kəndində dünyaya göz açıb. Uşaqlığı və gəncliyi Hacallı kəndində keçmişdir. Gənc yaşlarından aşıq-ozan sənətinə maraq göstərməsi, sazda gözəl havalar ifa etməsi ustad aşıqların diqqətini çəkib. Aşıq Qəhrəman Hacallının sazda hələ yeniyetmə yaşlarından “Ruhani”, “Ovşarı” və “Cəngi” havalarını nəfəs dərmədən səsləndirməsi indi də aşıqlar tərəfindən yada salınır. Aşıq Qəhrəman Aşıq Aslan(Köhnə Qışlaq kəndi), oğulları Aşıq Əlixan və Ziyadxan, Köçəsgərli Aşıq Avıl, Mülkülü Aşıq Musa kimi tanınmış yetirmələri var. O, sinədəftər və hazır cavablığı ilə xalq arasında şöhrət qazanmışdır. Aşıq Qəhrəman Hacallı Aşıq Səməd Öysüzlü və Aşıq Ələsgərdən dərs almışdır. Ustad Aşıq Ələsgərin sevimli şagirdlərindən biri olan Aşıq Qəhrəman “Koroğlu”, “Tufarqanlı Abbas, “Qurbani”, “Xəstə Qasım” və digər Azərbaycan Xalq dastanlarının mahir bilicisi olmuşdur. O saatlarla saz havalarnın müşaiyəti ilə dastan söyləmək qabiliyyətinə malik idi. Aşıq Qəhrəman 1936-cı ildə Azərbaycan SSR Aşıqlar Qurultayının nümayəndəsi olmuşdur.
Cəbrayıl Qəhrəman
Qəhrəmanov Cəbrayıl İsmayıl oğlu (1 sentyabr 1958, Laçın rayonu, Güləbird kəndi) ― pedaqogika üzrə fəlsəfə doktoru (2001), fizika metodikası üzrə alim, şair, yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2016), "Bilik" tədris mərkəzinin direktoru. == Həyatı == Cəbrayıl Qəhrəman 1 sentyabr 1958-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olmuşdur. O, 1975-ci ildə Güləbird kənd orta məktəbini, 1981-ci ildə isə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. 1981–1991-ci illərdə Güləbird kənd orta məktəbində fizika müəllimi və təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifələrində çalışmışdır.Cəbrayıl Qəhrəman 1992-ci ildə Laçının işğalından sonra Bakı şəhərində məskunlaşmışdır. O, 1993–1998-ci illərdə Bakı şəhərində fəaliyyət göstərən 34 saylı Laçın tam orta məktəbində fizika müəllimi işləmişdir. 1995-ci ildən Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunun(indiki Təhsil Problemləri İnstitutu) dissertanturasına daxil olmuşdur.1995–2000-ci illərdə orta məktəbdə fizika müəllimi işləməklə yanaşı, elmi-tədqiqat işləri aparmış və 2000-ci ildə pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. 1998-ci ildən Laçın rayon 6 saylı tam orta məktəbinə fizika müəllimi təyin edilmişdir. Cəbrayıl Qəhrəman 1998-ci ildə "Bilik" tədris mərkəzini təsis etmiş, hal-hazıra kimi həmin tədris mərkəzinə rəhbərlik edir. === Ailəsi === Cəbrayıl Qəhrəman ailəlidir. İki oğlu, üç qızı var.
Elxan Qəhrəman
Elxan Cahangir oğlu Qəhrəman (22 aprel 1965, Bakı) — Azərbaycan Respublikası Küveyt Dövlətində Fövqəladə və Səlahiyətli Səfiri (2016—2022), diplomat. == Həyatı == Elxan Cahangir oğlu Qəhrəman 1965-ci il aprelin 22-də Bakı şəhərində anadan olmuşdur. 1989 – Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirmişdir. 2000-ci ildə Vyana Diplomatik Akademiyasını bitirmişdir. 1989-1991-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası jurnalının Baş Redaktoru vəzifəsində çalışmişdır. 1991-1995-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində İkinci katib vəzifəsində çalışmişdır. 1995-1997-ci illərdə Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyində İkinci katib vəzifəsində çalışmişdır. 1997-1998-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində İkinci katib vəzifəsində çalışmişdır. 1998-1999-cu illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində Birinci katib vəzifəsində çalışmişdır. 1999-2001-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində Şöbə müdiri vəzifəsində çalışmişdır.
Qəhrəman (Urmiya)
Qəhrəman (fars. قهرمان‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 135 nəfər yaşayır (21 ailə).
Qəhrəman (dəqiqləşdirmə)
Qəhrəman (Urmiya) —
Qəhrəman 108
Qəhrəman: 108 (ing. Hero: 108) — Cartoon Network və Cartoon Network beynəlxalq kabel şəbəkələrində və Yenq-Minq Törnc tərəfindən yaradılan ABŞ-də Kabillion OnDemand kanalında amerikan-ingilis-tayvan dillərində yayımlanan animasiya televiziya serialıdır. Serial, "Gamania", "Hong Ying Animation", "Telegael Teoranta" və "Turner Entertainment Networks International Ltd." ilə birlikdə "MoonScoop" tərəfindən istehsal edilmişdir. 1 Mart 2010-cu ildə yayıma başlamışdır. Cizgi serialı 7 may 2012-ci ildə Cartoon Network (Rusiya və Cənub-Şərqi Avropa), İngiltərədə, 30 aprel Cartoon Network-də yayımlanmağa başlayan başqa bir mövsüm üçün yeniləndi. Serial 9 iyul 2012 tarixində sona çatdı.
Qəhrəman Ağayev
Qəhrəman Hüseyn oğlu Ağayev (16 avqust 1950, Şahtaxtı, Noraşen rayonu) — AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Arxeoloji abidələrin toplusu sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndində doğulub. Orta təhsilini 1956-1966-cı illərdə Naxçıvan şəhər 23 nömrəli məktəbdə aldıqdan sonra 1967-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olur və oranı 1972-ci ildə uğurla bitirir.Qəhrəman Ağayev 1975-ci ildən AMEA-da elmi fəaliyyətə başlamışdır. 1975-1991-ci illər ərzində Azərbaycan SSR Elmlər Akademiyası Naxçıvan Elm Mərkəzində, indiki AMEA-nın Naxçıvan Bölməsində elmi işçi vəzifəsində işləmişdir. 1991-ci ildən etibarən Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutunda elmi fəaliyyətini davam etdirir. 1976-1979-cu illər ərzində SSRİ Elmlər Akademiyasının Arxeologiya İnstitutunda tanınmış arxeoloq, t.e.d., professor R.M.Munçayevin rəhbərliyi altında elmi fəaliyyətini davam etdirmiş, sonralar isə, 1981-1993-cü illər ərzində, ayrı-ayrı vaxtlarda elmi stajirovkalarda olmuşdur. 1977 və 1978-ci illərdə SSRİ Aexeologiya İnstitutunun Stavropol vilayətində fəaliyyət göstərən, Aleksandrovsk, 1991-1992-ci illərdə isə, Krasnoyarsk diyarının Xakasiya arxeoloji ekspedisiyalarında aparılan arxeoloji qazıntı işlərində iştirak etmişdəir. 1979-cu ildən etibarən Azərbaycanın, eyni zamanda Qafqazın, Yaxın Şərqin möhtəşəm və maraqlı abidələrindən biri olan, Şahtaxtı arxeoloji abidələr kompleksində müstəqil olaraq arxeoloji tədqiqat işləri aparır. Arxeoloji ədəbiyyatda son tunc-ilk dəmir dövrü abidəsi kimi tanınan Şahtaxtı abidələr kompleksində son illərdə aparılan arxeoloji tədqiqatlarla bu abidənin daha qədim dövrlərə aid olması müəyyənləşdirilmişdir. Şahtaxtı arxeoloji abidələr kompleksində aparılan tədqiqatların nəticəsi olaraq "Şahtaxtı Son Tunc-İlk Dəmir dövründə" adlı rus dilində "Şahtaxtının Orta Tunc dövrü abidələri" monoqrafiyaları, 100-dən artıq elmi məqalələri çapdan çıxmış, "Şahtaxtı arxeoloji kompleksinin Son Tunc-İlk Dəmir dövrünün tədqiqi" adlı dissertasiya işi müdafiə edilmişdir.
Qəhrəman Binnətli
Qəhrəman Binnətli — (d. 04.03.1942- ö. 01.01.2004) Azərbaycan fiziki, fizika-riyaziyyat elmləri doktoru, professor == Həyatı == Binnətli Qəhrəman Hümmət oğlu Gürcüstan Respublikasının Marneuli rayonunun Kürüstü Kəpənəkçi kəndində dünyaya gəlmiş və Bakı şəhərində vəfat etmişdir. == Təhsil və elmi fəaliyyəti == 1964 Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir. 1964–1992 Azərbaycan Politexnik İnstitutunda (indiki ATU) müəllim işləmişdir. 1990 Fizika-riyaziyyat elmləri doktoru adını almışdır. 1991 Fizika üzrə Professor olmuşdur. 1992–1997 Аzərbaycan Memarlıq və İnşaat Universitetində kafedra müdiri işləmişdir. 1995-1997-ci illərdə Türkiyənin Kütahya şəhərində yerləşən Dumlupınar Universitetində elmi ezamiyyətdə olmuşdur. 1997-2002 Аzərbaycan Memarlıq və İnşaat Universitetində kafedra müdiri və eyni vaxtda Qafqaz Universitetində tədris işləri üzrə prorektor vəzifələrində çalışmışdır.
Qəhrəman Məmmədov
Qəhrəman İsrafıl oğlu Məmmədov (13 avqust 1897, Tiflis) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Bakı politexnik məktəbinin memarlıq-inşaat şöbəsini bitirmişdir (1918). Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini dağ mühəndisliyi sahəsində davam etdirmək üçün Berlin Universitetinə (Almaniya) göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–1925-ci illər üçün məlumatında təhsilini bitirməsinə 2 il qaldığı göstərilirdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Qəhrəman Nəsirov
Qəhrəman Fərman oğlu Nəsirov (28 noyabr 2000; Bryansk, Rusiya — 10 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qəhrəman Nəsirov 28 noyabr 2000-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. == Hərbi xidməti == Qəhrəman Nəsirov 2019-cu ildə Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini eyni hərbi birləşmədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq davam etmişdir. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Qəhrəman Nəsirov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın, Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Qəhrəman Nəsirov 10 oktyabr 2020-ci ildə Cəbrayıl rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qəhrəman Nəsirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qəhrəman Nəsirov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Qəhrəman Qaraqaşlı
Qəhrəman Tağı oğlu Qaraqaşlı (1 may 1899, Yelizavetpol - ?) — ilk sovet etnoqrafı, tarix elmləri namizədi (1964). == Həyatı == Qəhrəman Qaraqaşlı 1 may 1899-cu ildə Yelizavetpol (Gəncə) şəhərində anadan olmuşdur. 1918-ci ildə şəhər gimnaziyasını bitirdikdən sonra, müəllimlik etmiş, 1922-1926-cı illərdə "Yeni yol" qəzetinin məsul katibi işləmişdir. 1927-ci ildə gənc alim Qəhrəman Qaraqaşlı Qərbi Azərbaycanda ayrımların kimliyini araşdırırdı. Ona bir ekspedisiya vermişdilər. Sonra bu mövzuda məruzə etdi. Məruzənin başlıca nəticəsi açıqlandı. Bütün komponentlər və göstəricilər sübut edirdi ki, ayrımlar türkdürlər. Amma bu ekspedisiyaya pul qoyan, Azərbaycanı öyrənən cəmiyyətin idarə heyəti bu məruzədən qəti şəkildə narazı qaldı. Çünki, onlar Moskvanın xətti ilə davranmalıydılar.
Qəhrəman Qəhrəmanov
Qəhrəman Mehdi oğlu Qəhrəmanov (26 dekabr 1925, Qafan rayonu – 5 fevral 2006, Bakı) — Azərbaycanlı alim, neyro-fizioloq, professor. == Həyatı == Qəhrəmanov Qəhrəman 26 dekabr 1925-ci ildə Zəngəzur mahalının Qafan rayonununda anadan olmuşdur. === Təhsili === 1952-ci ildə Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmiş. İnstitutu bitirdikdən sonra normal fiziologiya kafedrasında aspiranturaya daxil olmuşdur. 1958-ci ildə Azərbaycan Elmlər Akademiyasının akademiki, professor A.Qarayevin elmi rəhbərliyi altında interoseptiv refleks reaksiyalarının mediator mexanizminin problemləri ilə bağlı dissertasiya müdafiə etmişdir. == Elmi fəaliyyəti == 1960-1966-cı illərdə Moskvada SSRİ Tibb Elmləri Akademiyasının Normal və Patoloji Fiziologiya İnstitutunda çalışmışdır. SSRİ Tibb Elmləri Akademiyasının akademiki, Lenin mükafatı laureatı P.K. Anoxinin (rus.) rəhbərliyi ilə 10 fevral 1966-cı ildə "Beyinin fəaliyyətinin xolinergik və adrenerjik mexanizmləri haqqında" doktorluq dissertasiyasını müdafiə etmişdir. Dissertasiyasını müdafiə etdikdən sonra Bakıya qayıdaraq Azərbaycan Dövlət Tibb İnstitutunda işə başlamış və burada 1970-1991-ci illərdə normal fiziologiya kafedrasına rəhbərlik etmişdir. 1966-cı ildə Qəhrəman Qəhrəmanov tərəfindən SSRİ-də funksional neyrokimyanın inkişafında böyük rol oynayan ilk neyrofiziologiya və funksional neyrokimya laboratoriyasını yaradılmışdı. Qəhrəman Qəhrəmanov SSRİ Böyük Sovet Tibbi Ensiklopediyasının “Fiziologiya” bölməsinin redaktorlardan biri idi.
Qəhrəman Qəhrəmanzadə
Qəhrəman Qəhrəmanzadə (Tam adı:Qəhrəman Rüstəm oğlu Qəhrəmanzadə; d.22 mart 1913; İran, Qaradağ mahalı, Əhər, Vərdin k. - ö.23 yanvar 1990, Bakı) — nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1974). == Həyatı == Qəhrəman Qəhrəmanzadə 1913-cü ildə martın 22-də İranın Şərqi Azərbaycan ostanı ilə Araz çayının cənub qisimində yerləşən Qaradağ mahalında, Əhər deyilən yerdə Vərdin kəndində doğulub. Kiçik yaşlarından Azərbaycanın Gəncə şəhərinə köçmüş, 1928-33-cü illərdə burada 6 saylı birinci dərəcəli ibtidai məktəbi bitirib Bakı pedaqoji texnikumunda təhsil almışdır. İki il Lək və Çobanabdallı kəndlərində ədəbiyyat müəllimi olmuş, 1935-37-ci illərdə APİ-də təhsilini davam etdirmişdi. 1943-44-cü illərdə "İran-Sovtrans"ında yanğınsöndürən vəzifəsində işləyib. 1945-ci ildə Hızbı-Tudeyi İran partiyası sıralarına daxil olub. Təbriz şəhər partiya komitəsinin büro üzvü seçilmiş, İranın cənubunda Düiful şəhərində iki il sürgündə qalmışdır. 1956-58-ci illərdə siyasi fəaliyyəti səbəbində ailəlikcə zindana salınmış 7 ay Tehranda işlədikdən sonra 1958-ci ilin oktyabrında Bakıya köçmüş, burada 1959-63-cü illər Bakı ali partiya məktəbində təhsil almış, 1963-1990-cı illərdə isə Azərittifaqda işləmişdir. 1990-cı ildə yanvarın 23-də Bakıda vəfat etmişdir.
Qəhrəman Rzayev
Qəhrəman Bəhmən oğlu Rzayev (16 oktyabr 1996; Kəbirli, Beyləqan rayonu, Azərbaycan — 7 noyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qəhrəman Rzayev 16 oktyabr 1996-cı ildə Beyləqan rayonunun Kəbirli kəndində anadan olmuşdur. 2002-2013-cü illərdə Məmmədyar Fərzəliyev adına Beyləqan rayon Kəbirli kənd 1 saylı tam orta məktəbdə təhsil almışdır. Ailəli idi. Renat adlı oğlu yadigar qaldı. == Hərbi xidməti == Qəhrəman Rzayev 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Qəhrəman Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Qəhrəman Rzayev 7 noyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində qarşı tərəfin atdığı minaatan mərmisi nəticəsində həlak olmuşdur.
Qəhrəman Süleymanzadə
Qəhrəman Rəfi oğlu Süleymanzadə (1 avqust 1910, Salyan, Cavad qəzası – 29 iyul 2001, Bakı) — Azərbaycan SSR partiya və dövlət xadimi. == Həyatı == Qəhrəman Süleymanzadə 1910-cu il avqust ayının 1-də Bakı quberniyası Cavad qəzasının Salyan şəhərində anadan olmuşdur. Atası Rəfi Süleyman-zadə şəxsigəmisi ilə Bakı-Həştərxan-Ənzəli istigamətində işləmiş, inqilabdan sonra gəmisi, əmlakı müsadirə edilmiş və həyatının sonunadək ailəsini cox çətinliklə dolandırmışdır. Qəhrəman 16 yaşından (1926–1928) "Qırmızı Muğan" nəşriyyatında yığıcı kimi işləməyə başlamış, orta təhsilini tamamladıqdan sonra 1928-ci ildə Azərbaycan Ali Pedaqoji İnstituna daxil olmuşdur. İnstitutun sonuncu kursundan başlayaraq müəllim kimi fəaliyyət göstərməyə başlamış, 1931-ci ildə ali təhsilini başa vurmuşdur. Qəhrəman Süleyman-zadə Zaqatala şəhərində orta məktəb müəllimi və direktoru (1931–1934), Zaqatala rayon Komsomol Komitəsi katibinin müavini (1934–1935), Lenin (Sabunçi) və Maştağa (Abşeron) rayonlarında orta məktəb müəllimi və məktəb direktoru (1935–1938) işləmişdir. 1938–1940-cı illər Maştağa rayon Komsomol Komitəsinin 1-ci katibi, 1940–1942-ci illər həmin rayonun Partiya Komitəsində şöbə müdiri və katib, 1942–1948-ci illəri Maştağa Rayon Partiya Komitəsinin birinci katibi (eyni zamanda 1946–1948-ci illəri Bakı Ali Partiya məktəbini bitirmiş), 1948–1951-ci illər Vartaşen Rayon Partiya Komitəsinin birinci katibi, 1951–1957-ci iiləri Ağdaş Rayon Partiya Komitəsinin birinci katibi, 1957–1966-cı illəri Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində işləmişdir. 1966–1985-ci illərdə M.F. Axundov adina Respublika Dövlət Kitabxanasının direktoru vəzifəsində çalışmışdır. 1985-ci ildə fərdi təqaüdə çıxmışdır. Qəhrəman Süleymanzadə həyatı boyu xalqının, vətəninin taleyini düşünmüş , milli-mənəvi dəyərlərə, adət-ənənlərə ehtiramla yanaşmış, humanizm prinsiplərini əsas götürmüş, haqqı nahaqqa qurban verməmişdir.
Qəhrəman ana
Qəhrəman Ana — SSRİ-də çoxuşaqlı analara verilən fəxri ad. Ad və eyniadlı orden SSRİ Ali Soveti Rəyasət Heyətinin 8 iyul 1944-cü il tarixli qərarı ilə təsis edilib. Azərbaycanda çoxuşaqlı analara keçmiş SSRİ dövründə daha çox rast gəlinib. Amma sovetlər ölkəsində, o cümlədən Azərbaycanda hansısa qadının 18 övlad dünyaya gətirdiyi barədə heç yerdə məlumat getməyib. Bununla belə, sovet hökuməti 10 və daha çox uşaq doğub böyüdən qadınların sosial qayğısını ittifaq dağılan günədək diqqət mərkəzində saxlayıb. Belə qadınlar həm də "Qəhrəman ana", "Şöhrət", "Analıq şöhrəti", "Analıq şərəfi" ordenləri, "Arxa cəbhədə fədakar əməyə görə", "Rəşadətli əməyə görə" kimi orden və medallarla fərqləndirilib. Pensiya təminatı zamanı məhz bu insanlara böyük güzəştlər olunub. Sovet hökumətinin müxtəlif orden və medalları, o cümlədən "Qəhrəman Ana" ilə təltif etdiyi qadınlardan Azərbaycanda indi də yaşayan var. Amma onların nə hansısa sosial güzəştləri qüvvədədir, nə də dəqiq sayı bilinir. Azərbaycanda "Qəhrəman ana"ların sayı barədə sonuncu statistik hesablama 2005-ci ildə aparılıb.
Qəhrəman şəhər
Qəhrəman şəhər (rus. город-герой; ukr. місто-герой; belar. горад-герой) — Müharibələr zamanı müstəsna xidmət göstərmiş şəhərlərə verilən fəxri ad. Qəhrəman şəhər titulu əsasən SSRİ tərkibində olan şəhərlərə verilmişdir. II Dünya müharibəsi dönəmində Üçüncü Reyxə qarşı aparılan hərbi əməliyyatlarda fərqlənmiş 12 şəhər və 1 qala bu titula layiq görülmüşdür. Qəhrəman şəhər titulu işğal olunmuş və sonrakı əməliyyatlarda geri qaytarılmış şəhərlərə verilirdi. Titul şəxslərə verilmiş Sovet İttifaqı Qəhrəmanı titulunun şəhərlərə verilən forması kimi də qəbul edilmişdir. Nizamnaməyə əsasən qəhrəman elan edilən şəhərə Lenin ordeni ilə yanaşı Yüksək Sovet Prezidyumu təqdim edilirdi. Titula layiq görülmüş şəhərin mərkəzi meydanlarının birində Qəhramənlıq heykəli inşa edilməli idi.
Qəhrəman Əhmədov
Əhmədov Qəhrəman Məmmədəli oğlu (7 oktyabr 1953, Gürcüstan SSR) — "Azvirt" MMC-nin baş direktorunun elmi işlər üzrə müavini, Texniki elmlər doktoru (2017), Əməkdar Mühəndis (2011), MDB ölkələrinin Fəxri yol işçisi (2012), Nəqliyyat doktoru, Beynəlxalq Nəqliyyat Akademiyasının akademiki. == Həyatı == Əhmədov Qəhrəman Məmmədəli oğlu 7 oktyabr 1953-cü ildə Gürcüstan SSR-də anadan olmuşdur. 1970-ci ildə Tbilisi şəhərində orta məktəbi bitirmişdir. 1976-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "Nəqliyyat" fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. İxtisas üzrə tikinti mühəndisi, avtomobil yolları mütəxəssisidir. Bundan başqa, Azərbaycan Dövlət İqtisadiyyat Universitetini (maliyyə və kredit mütəxəssisi) və Azərbaycan Patentləşdirmə İnstitutunu (ekspert-patentçi mütəxəssisi) fərqlənmə ilə bitirmişdir. İstehsalatdan ayrılmadan Ümumittifaq Dövlət Yol Elmi-Təqdiqat İnstitutnun (SOYUZDORNİİ) aspiranturasını bitirərək, 1988-ci ildə "Azərbaycan SSR şəraitində yol örtüklərində bitumtərkibli süxurların tətbiqi" mövzusunda disertasiyanı müvəffəqiyyətlə müdafiə etmiş və texniki elmlər namizədi, alimlik dərəcəsi almışdır. "Təbii-iqlim və qrunt-hidroloji şərayətlarini nəzarət almaqla beynəlxalq avtomobil yollarının qeyri-şərt yol geyimlərinin layihələndirilməsinin elmi əsasları" mövzusunda doktorluq dissertasiya müvəfaqiyyətlə müdafiə edib. İxtisas 05.23.11 — Yolların metropolitenlərin, aeroportların, körpülərin və naqliyyət tunellərin tikintisi və layihəndirilməsi. == Əmək fəaliyyəti == 1976–1977-ci illərdə "Azəryollayihə" Layihə İnstitutunun böyük mühəndisi; 1977–1978-ci illərdə Azərbaycan Respublikası Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Texniki İdarəsində böyük mühəndis, böyük ekspert; 1978–1985-ci illərdə Azərbaycan Respublikası Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyınin Elmi-Tədqiqat Laboratoriyasında elmi işlər üzrə direktor müavini; 1985 −1990-cı illərdə Azərbaycan Respublikası Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Elmi-Tədqiqat Laboratoriyasının direktoru; 1990 −1993-cü illərdə Azərbaycan Respublikası "Avtoyol" İstehsalat Birliyinin baş mühəndisi; 1993–1994-cü illərdə Azərbaycan Respublikası "Azəravtoyol" Dövlət Şirkətinin vitse-prezidenti; 1994–1996-cı illərdə "AzərSənayeTikintiMaterialları" Dövlət Şirkətinin Xarici İqtisadi Assosiyasiyasının baş direktorunun birinci müavini; "Bakfininvestbank"ın Idarə Heyətinin Sədrinin birinci müavini və Müşahidə Şurasının sədri; 1996–1997-ci illərdə Xüsusi Quraşdırma Tikinti Nazirliyi "Santexquraşdırma" İstehsalat Birliyinin rəis müavini; 1997–1998-ci illərdə "Azərbaycannəqliyyatyoltikinti" Dövlət Şirkətinin vitse-prezidenti; 1998–2004-cü illərdə "AzQur" Səhmdar Cəmiyyətində tikinti rəisi, icraçı direktoru; 2004–2014-cü illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-də magistral yolların tikintisinin Layihə İdarəetmə Qrupunun direktoru vəzifəsində işləmişdir.
Qəhrəman Əliyev
Qəhrəman Əliyev (şair) — Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü. Qəhrəman Əliyev (məşqçi) — Peşəkar futbol məşqçisi.
İlham Qəhrəman
İlham Qəhrəman (İlham Umud oğlu Qəhrəmanov; 24 aprel 1959, Sus, Laçın rayonu) — azərbaycanlı şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == İlham Qəhrəman 24 aprel 1959-cu ildə Laçın rayonunun Sus kəndində anadan olub. İbtidai və orta təhsilini Laçında alıb. 1983-cü ildə Bakı Maliyə-kredit texnikumunu fərqlənmə diplomu ilə bitirib və mühasib ixtisasına yiyələnib. Oxuduğu zaman Sovet ordusu sıralarında hərbi xidmətdə olub. Təyinatı Bakıda Material Ehtiyatları Komitəsinə ("Qossnab") verilmiş, ordan da "Azərtəchizkom"a (Azersnabsbıt) göndərilmiş, böyük iqtisadçı vəzifəsində çalışmışdır. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Laçın seçki dairəsindən deputatlığa namizəd olmuşdur. 2021-ci ildə "Laçın" döş nişanı ilə təltif olunub. Evlidir, üç övladı var.
Şahin Qəhrəman
Şahin Qəhrəman (tam adı: Rəhimov Şahin Qəhrəman oğlu; 1 may 1979, Maştağa) — Azərbaycan kinorejissoru. == Həyatı == Şahin Rəhimov (Şahin Qəhrəman) 1979-cu ildə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində anadan olub. 1986–1996-cı illərdə 187 saylı orta məktəbi, 1996–2000-ci illərdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivi rejissorluğunu bitirib. 2005–2009-cu illərdə ANS TV-də, 2009–2011-cu illərdə Azad Azərbaycan TV-də rejissor kimi çalışıb. === Ailəsi === 2004-cü ildə ailə qurub. Ailəlidir. 2 övladı var. == Filmoqrafiya == Qışlama əməliyyatı (2008, tammetrajlı film-tamaşa) rejissor Ssenarinin dağılması 2009 tammetrajlı film-tamaşa)- rejissor Yatmış gözəl (2009, tammetrajlı film-tamaşa) rejissor Birinci demokratın ölümü (2009, sənədli televiziya filmi) – rejissor Xilaskar bulaq (2010, sənədli televiziya filmi) – rejissor Qorxulu Rasputin (2010, sənədli televiziya filmi) – rejissor Azərbaycan sirləri (2010–2011, sənədli serial) – rejissor, montajçı Qərib yurdum – İrəvan (2011, sənədli televiziya filmi) – rejissor Ögey ata (film, 2013) — rejissor Toy gecəsi (serial, 2013) — rejissor Səni ürəyim sevdi (serial, 2014–2015) — rejissor Dəfnə ağacı (teleserial, 2016) — rejissor Günəşim ol (teleserial, 2016) — rejissor Laləli saray (film, 2017) — rejissor O gecə serialı 2018–2019- rejissor Bir qadın serialı 2019–2020- rejissor Vağzalı filmi-2019 Son nəfəs serialı 2020-?
Qəhrəman Maraş
Qəhrəmanmaraş — köhnə və xalq arasındakı adıyla Maraş Türkiyənin bir şəhəri və ən sıxlıq on səkkizinci şəhəri. 2016 etibarilə 1.112.634 əhaliyə malikdir. Qurtuluş savaşında işğala müqaviməti səbəbi ilə TBMM tərəfindən 5 Aprel 1925-ci ildə şəhərə İstiqlal Medalı verildi. Onun adı 7 fevral 1973-cü ildə Qəhrəmanmaraşa dəyişdirildi. Osmanlı səyyahı Evliya Çələbi, isə Seyahatnamesinde Maraş xalqı üçün, "Kelimatları lisan-ı Türkiyə və əksərən xalqı Türkməndir" deyər. Maraş və ətraf ərazilər, xüsusilə Oğuz, Avşar, Bayat və Beydili, əksəriyyətində isə 24 Oğuz boynu mövcuddur. Dondurma dəzgahı ilə məşhurdur. Qəhrəmanmaraşın dondurma dəzgahı dünyanın hər yerində məşhur hala gəldi və yerli firmaların qatqısı və dondurma filiallarının qatqılarıyla dünyanın bir çox şəhərində açıldı. Yaponiyadan ABŞ-yə, Avstraliyadan Dubaya qədər bir çox ölkədə şəhər və dondurma yerli firmalar tərəfindən irəli sürülür. 2012-ci ildə çıxarılan 6360 saylı qanuna görə, bir il şəhəri oldu.
Qəhrəman Süleymanlı
"Qəhrəman Ana" fəxri adı
Qəhrəman Ana — SSRİ-də çoxuşaqlı analara verilən fəxri ad. Ad və eyniadlı orden SSRİ Ali Soveti Rəyasət Heyətinin 8 iyul 1944-cü il tarixli qərarı ilə təsis edilib. Azərbaycanda çoxuşaqlı analara keçmiş SSRİ dövründə daha çox rast gəlinib. Amma sovetlər ölkəsində, o cümlədən Azərbaycanda hansısa qadının 18 övlad dünyaya gətirdiyi barədə heç yerdə məlumat getməyib. Bununla belə, sovet hökuməti 10 və daha çox uşaq doğub böyüdən qadınların sosial qayğısını ittifaq dağılan günədək diqqət mərkəzində saxlayıb. Belə qadınlar həm də "Qəhrəman ana", "Şöhrət", "Analıq şöhrəti", "Analıq şərəfi" ordenləri, "Arxa cəbhədə fədakar əməyə görə", "Rəşadətli əməyə görə" kimi orden və medallarla fərqləndirilib. Pensiya təminatı zamanı məhz bu insanlara böyük güzəştlər olunub. Sovet hökumətinin müxtəlif orden və medalları, o cümlədən "Qəhrəman Ana" ilə təltif etdiyi qadınlardan Azərbaycanda indi də yaşayan var. Amma onların nə hansısa sosial güzəştləri qüvvədədir, nə də dəqiq sayı bilinir. Azərbaycanda "Qəhrəman ana"ların sayı barədə sonuncu statistik hesablama 2005-ci ildə aparılıb.
"Vətən Müharibəsi Qəhrəmanı" medalı
"Vətən Müharibəsi Qəhrəmanı" medalı — Azərbaycanın dövlət təltifi (medal). Azərbaycan Prezidenti İlham Əliyevin 20 noyabr 2020-ci il tarixli Sərəncamına əsasən İkinci Qarabağ müharibəsində qələbə münasibəti ilə təsis edilən medaldır. Azərbaycanın ən ali fərqlənmə dərəcəsidir. == Təsis edilməsi == 2020-ci il noyabrın 20-də Azərbaycan Milli Məclisinə "Vətən müharibəsində qələbə münasibətilə Azərbaycanın orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycanın orden və medallarının təsis edilməsi haqqında" Azərbaycanın Qanununda əlavələrin edilməsi barədə Azərbaycanın Qanununun dəyişdirilməsi" layihəsi təqdim edildi. Qanun layihəsinə əsasən 2 orden və 16 medal təsis edildi, həmçinin onların status və təsvirləri təsdiq olundu. == Əsasnaməsi və statusu == "Vətən Müharibəsi Qəhrəmanı" medalının əsasnaməsi Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə təsdiq edilməlidir. == Təsviri == "Vətən Müharibəsi Qəhrəmanı" medalının təsviri Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə təsdiq edilməlidir.
Abbas Qəhrəmanov
Abbas Qəhrəmanov (tam adı: Abbas Əhməd oğlu Qəhrəmanov; 24 iyul 1960, İrəvan) — Azərbaycan aktyoru. == Həyatı == Abbas Qəhrəmanov 24 iyul 1960-cı ildə İrəvan şəhərində anadan olmuşdur. Əməkdar artist 1981-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirmişdir. == Fəaliyyəti == Abbas Qəhrəmanov institutu bitirdiyi il Akademik Milli Dram Teatrına təyinat almışdır. Aktyor 1981–1983-cü illərdə hərbi xidmətdə olmuş, qayıtdıqdan sonra yenidən Akademik Milli Dram Teatrında çalışmağa başlamışdır. O, 1988-ci ildə Dövlət Gənclər Teatrında aktyor fəaliyyətini davam etdirmişdir. Aktyor 1990-cı ildə yenidən Akademik Milli Dram Teatrında qayıtmışdır.O, burada Mərvan (B.Vahabzadə "Fəryad"), Qoşqar (K.Kərimov "Cəzasız günah"), Rasim (Q.Rəsulov "Cahargah fantaziyası"), Aparıcı ("Məlik Məmməd" nağılı), Rasim (Ş.Qurbanov "Əcəb işə düşdük"), Ər (R.Akutaqava "Müəmmalı bir qətlin üç versiyası"), Məmmədxan (İ.Əfəndiyev "Hökmdar və qızı"), İsgəndərzadə(Elçin "Ah Paris,Paris…"), Şöklü Məlik (N.Xəzri "Burla xatun"), Aşpaz("Kuraj və uşaqları"), Sahil ("Köhnə ev", Ə.Əmirli), Aparıcı ("Şıltaq Şahzadənin nağılı"), Andronik ("Hələ "sevirəm" deməmişdilər…" R. Novruz), Torvald Helmer (B.Brext "Oyuncaq ev" H.İbsen), Xondulu, Rəşid (İ.Şıxlı "Ölüləri qəbristanlıqda basdırın"), Durmişxan (O.İoseli "Kaş araba aşmayaydı"), Serjant Trotter (A.Kristin "Tələ"), Dövran (H.Mirələmov Vəsiyyət"), Şah Qacar (Ə.Əmirli "Şah Qacar") və s. tamaşalarda müxtəlif rollar ifa etmişdir.Aktyor bir sıra televiziya tamaşalarında və filmlərdə də rollar oynamışdır. Bunlardan Şahin ("Nişan üzüyü"), Xansu ("Mənim günahım"), Ragin ("Altıncı palata"), 3-cü qardaş("Yurd yeri"), Buğacxan ("Dədəm Qorqudun kitabı"), Rasim ("Hədiyyə") misal göstərmək olar. == Mükafatları == 2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.
Abdul Qəhrəmanzadə
Abdul Həmidulla oğlu Qəhrəmanzadə (5 aprel 1946, Göyçay) — Beynəlxalq Telekommunikasiya Ittifaqının (ITU) eksperti, texnika elmləri namizədi, Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika Institutunda aparıcı elmi işçisi, Azərbaycanda IKT-nin Inkişaf Strategiyası Layihəsi üzrə milli ekspert. == Həyatı == Abdul Həmidulla oğlu Qəhrəmanzadə 5 aprel, 1946-cı ildə Azərbaycanın Göyçay şəhərində anadan olmuşdur. Bu ailə Göyçay rayonun Bığır kəndində ən böyük sülalələrindən sayılan Şərifli nəslinə aiddir. A.Qəhrəmanzadə 1965-ci ildə Göyçay şəhərində 3 saylı rus dilli orta məktəbi gümüş medalla bitirmiş, həmin il Azərbaycan Politexnik Institutuna daxil olmuş və 1971-ci ildə telekommunikasiya mühəndisi kimi buranı bitirmişdir. == Fəaliyyəti == O 1966-cı ildən başlayaraq Azərbaycan Respublikası Rabitə Nazirliyi Bakı Poçiamt Istehsalat Laboratoriyasında texnik, böyük texnik, sonralar isə böyük mühəndis – elektromexanik vəzifələrində çalışmışdır. A.Qəhrəmanzadə 1969-cu ildə öz ixtisasına dərindən yiyələnmək məqsədilə Oktyabr Telefon Qovşağına (OTQ) elektromontyor vəzifəsinə keçirilir, sonradan elektromexanik, ATS-2-də böyük elektromexanik, 1970-ci ilin oktyabrından isə ATS-37-də mühəndis vəzifələrində çalışır. 1971-ci ilin noyabr aylarında o keçmiş Sovetlər Ittifaqının ordu sıralarında bir illik hərbi xidmət keçmişdir. 1972-ci il noyabrın 16-dan yenidən Azərbaycan Rabitə Nazirliyi sisteminə Elmi-Texniki Informasiya (ETI) mühəndisi, Rabitə Nazirliyinin Texniki Şöbəsində böyük mühəndis və 1973-cü ilin avqust ayından isə Rabitə Nazirliyinin Şəhər Telefon Şəbəkəsi (ŞTŞ) şöbəsinin rəisi vəzifəsində çalışmışdır. Elə buradan o, Leninqrad Elektrotexniki Rabitə Institutunun məqsədli qiyabi aspiranturasına daxil olur. 1974-cü ilin noyabr ayında aspiranturanın əyani şöbəsinə keçir, 1977-ci ilin iyul ayından isə aspiranturanı başa vurması ilə əlaqədar olaraq Bakı Rabitə Elektrotexnikumuna şöbə müdiri vəzifəsinə göndərilir.
Akif Qəhrəmanlı
Akif Qəhrəmanlı — yazıçı-jurnalist, tərcüməçi. == Həyatı == Akif Qəhrəmanlı 1942-ci ilin fevral ayında Oğuz rayonunda anadan olmuşdur. 1959-cu ildə orta məktəbi bitirir. Ali təhsil almaq üçün Bakıya gəlir. İlk cəhddən ali məktəbə daxil ola bilməyən A. Qəhrəmanlı bir müddət zavod və fabriklərdə, Metropolitendə fəhləlik edir. 1964-cü ildə hərbi xidmətdən qayıdıqdan sonra S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin axşam şöbəsində təhsil alır. Təhsil aldığı müddətdə tərcüməçilik etməyə başlayır. == Əmək fəaliyyəti == 1968-ci ildən 1984-cü ilədək Azərbaycan Dövlət İnformasiya Agentliyində tərcüməçi-redaktor, 1984-cü ildən 1986-cı ilədək Azərbaycan Dövlət Nəşriyyatında elmi redaktor, daha sonra şöbə müdiri, 1986–1990-cı illərdə "Kommunist" qəzetində Beynəlxalq həyat və təcrümə şöbəsinin müdiri vəzifələrindən çalışmışdır. 1991-ci ildən 2005-ci ilə qədər Prezident Aparatında sektor müdiri vəzifəsində işlədi. == Kitab == 2019-cu il aprelin 26-da Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisi Beynəlxalq Mətbuat Mərkəzində Akif Qəhrəmanlının xatirəsinə həsr olunmuş mərasim keçirilmişdir.
Aleksandr Petrov (Sovet İttifaqı Qəhrəmanı)
Aleksandr İvanoviç Petrov (7 noyabr 1917, Bekovsk rayonu[d], Aşağı Volqa diyarı[d] – 18 yanvar 1995, Moskva) — Sovet İttifaqı Qəhrəmanı (26 oktyabr 1944). == Həyatı == Aleksandr Petrov 1917-ci ildə Rusiyanın Penza vilayətinin Polsot kəndində anadan olub. Milliyətcə rusdur. 1939-cu ildə Bakı Şəhər Hərbi Komissarlığından orduya çağırılmışdır. Polkovnik idi. 1943-cü ildə hərbi aviasiya məktəbini bitirmişdir. Qvardiya polkunun 5-ci hərbi aviasiya ordusunun 155-ci qvardiya hərbi aviasiya alayının komandiri olmuşdur. 26 oktyabr 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Lenin ordeni və Qırmızı Ulduz medalı ilə təltif edilmişdir. Müharibədən sonra Tibb institutunda işləmişdir.
Alınmaz qalanın qəhrəmanları (film, 2013)
Alınmaz qalanın qəhrəmanları qısametrajlı sənədli-bədii filmi rejissor Elnur Əliyev tərəfindən 2013-cü ildə çəkilmişdir. Film Gədəbəy rayonundan olan dörd Milli Qəhrəmanın həyat və döyüş yollarından bəhs edir. == Məzmunu == Ekran əsəri Gədəbəy rayonundan olan dörd Milli Qəhrəman — Məzahir Rüstəmov, İsgəndər Aznaurov, İlham Əliyev və Aytəkin Məmmədovun həyat və döyüş yollarından bəhs edir.
Amin Novruzov (Vətən Müharibəsi Qəhrəmanı)
Amin Taciddin oğlu Novruzov (16 avqust 1996, Qullar, Balakən rayonu – 2 noyabr 2020, Zəngilan rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Amin Novruzov 1996-cı il avqustun 16-da Balakən rayonunun Qullar kəndində anadan olub. 2002–2013-cü illərdə Qullar kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Amin Novruzov 2014–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. 2017-ci ildən isə Dövlət Sərhəd Xidmətinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Amin Novruzov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amin Novruzov noyabrın 2-də Zəngilanın azad edilməsi zamanı şəhid olub. Balakən şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Anar Məmmədov (Vətən Müharibəsi Qəhrəmanı)
Anar İbrahim oğlu Məmmədov — Dövlət Sərhəd Xidmətinin mayoru, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Hərbi xidməti == Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədov "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Antarktidanın tədqiq olunmasının qəhrəmanlıq dövrü
Antarktidanın tədqiq olunmasının qəhrəmanlıq dövrü (ing. Heroic Age of Antarctic Exploration) — XIX əsrin sonlarında başlayan və Birinci Dünya müharibəsindən sonra başa çatan, Antarktida qitəsinin tədqiq olunması dövrüdür; 1921-1922-ci illərin Şeklton-Rouett Ekspedisiyası tarixçilər tərəfindən tez-tez "qəhrəmanlıq" və "mexanika" əsrləri arasında ayırıcı xətt kimi qeyd olunur.Qəhrəmanlıq dövründə Antarktika bölgəsi beynəlxalq səylərin mərkəzinə çevrildi və nəticədə on ölkədən 17 əsas Antarktika ekspedisiyasının intensiv elmi və coğrafi kəşfiyyatı aparıldı. Bu ekspedisiyalarda ümumi amil tədqiqat işində inqilab etmiş nəqliyyat və kommunikasiya texnologiyalarının inkişaf etməsindən əvvəl onlara verilən resursların məhdud xarakterli olması idi. Buna görə də bu ekspedisiyaların hər biri öz şəxsi heyətinin fiziki və əqli sərhədlərini sınaqdan keçirən, bəzən isə onu aşan bir dözümlülük şücaəti olmuşdur. Sonradan verilən "qəhrəmanlıq" etiketi bu qabaqcılların öhdəsindən gəlməli olduğu çətinlikləri qəbul etmişdir. Qeyd etmək lazımdır ki, ekspedisiya üzvlərinin bəziləri tədqiqatlardan sağ çıxmamış, bu müddət ərzində ümumilikdə 19 ekspedisiya üzvü həlak olmuşdur. Həm coğrafi, həm də Cənub maqnit qütblərinə ilk dəfə məhz qəhrəmanlıq dövründə çatmaq mümkün oldu. Coğrafi qütbdə birinci olmaq nailiyyəti bir çox ekspedisiyaların əsas məqsədi olmaqla yanaşı, 1911-ci ildə ona ilk çatan Roald Amundsenin təşəbbüsünün yeganə səbəbi idi. Digər ekspedisiyalar qitənin müxtəlif ərazilərində müxtəlif məqsədlərə yönəlmişdi. Bütün bu fəaliyyət nəticəsində qitənin sahil zolağının böyük hissəsi kəşf edilmiş və xəritəyə salınmış, onun daxili hissəsinin mühüm sahələri tədqiq edilmişdi.
Aqil Məmmədov (milli qəhrəman)
Aqil Məmmədov (30 iyul 1969, Qubadlı rayonu – 6 avqust 1992, Laçın rayonu) — Qarabağ müharibəsi iştirakçısı. 7 avqust 1992-ci ildə Laçın rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Aqil Məmmədov 5 fevral 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icraçısı Heydər Əliyevin 457 saylı fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. == Həyatı == Aqil Məmmədov 30 iyul 1969-cu ildə Qubadlı rayonunda dünyaya göz açmışdır. 1984-cü ildə Qubadlı rayonunda 2 saylı orta məktəbi bitirdikdən sonra, təhsilini 126 saylı Xanlıq texniki-peşə məktəbində davam etdirmişdir. O, Füzuli şəhərində sürücülük peşəsinə də yiyələnmişdir. Əmək fəaliyyətinə Qubadlı rayon Avtomobil Nəqliyyatı İdarəsində başlamışdır. == Qarabağ müharibəsi == Aqil Məmmədov 1987-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. 1988-ci ildə Orenburq vilayətində xidmətini yarımçıq qoyaraq doğma yurda qayıtmışdır. Aqil Məmmədov Qubadlı rayon özünümüdafiə taboruna qoşulmuşdur.
Aqil Quliyev (milli qəhrəman)
Aqil Quliyev (tam adı: Aqil Sahib oğlu Quliyev; 19 sentyabr 1963, Urud, Sisian rayonu – 25 fevral 1992, Xocalı) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == === Erkən illəri === Aqil Sahib oğlu Quliyev 1963-cü ilin sentyabrın 19-da Ermənistanın Sisyan rayonunun Urud kəndində anadan olub. 1980-ci ildə orta məktəbi bitirmiş və Azərbaycan Neft Akademiyasının axşam şöbəsinə daxil olub. Üçüncü kursdan hərbi xidmətə çağırılıb. Hərbi xidmətini başa vurduqdan sonra 1985-ci ildə Xarkov Ali Milis məktəbinə daxil olub. Məktəbi fərqlənmə ilə bitirdikdən sonra 1988-ci ildə Milli Ordu qərargahına gələrək hərbi xidmətə yazılıb. O, həmin il Qarabağ müharibəsi başlanmasını Xarkovda eşitdikdən sonra, körpə qızını götürüb Bakıya qayıtdı. === Qarabağ müharibəsi və döyüşlərdə iştirakı === O, 1988-ci ildə leytenant idi və Azərbaycan Silahlı Qüvvələrinin qərargahına gələrək cəbhəyə göndərilməsini xahiş etdi. Qərargah rəisi Arif Salahov onun xahişini nəzərə alıb, 45 nəfər döyüşçü ilə Aqil Quliyevlə cəbhə bölgəsinə getməsini təmin etdi. Onun qardaşı Nəsimi Aqilin Qarabağa gedəcəyi günü bilirdi.
Aslan Qəhrəmanlı
Qəhrəmanlı Aslan Qəhrəman oğlu (14 sentyabr 1939 – 20 yanvar 2014) — Azərbaycan yazıçısı, dramaturq, fizika-riyaziyyat elmləri namizədi, Azərbaycan Universitetinin rektoru (2011-2012). == Həyatı == Aslan Qəhrəmanlı 1939-cu il sentyabr ayının 14-də Ağstafa rayonunun Yenigün kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə 1961-ci ildə Elmlər Akademiyasının Hesablama Mərkəzində başlamış, həmin mərkəzin bazası əsasında kibernetika institutu yaradılandan sonra orada müxtəlif vəzifələrdə elmi tədqiqatla məşğul olmuşdur. 1972-1975-ci illərdə İttifaq NeftMaş Birliyinin xüsusi konstruktor bürosunda laboratoriya rəisi vəzifəsində çalışmışdır. 1975-1977-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Tətbiqi riyaziyyat kafedrasında baş müəllim işləmişdir. Bir müddət Rostov Dəmiryol Mühəndisləri İnstitutunun Bakı filialında baş müəllim işlədikdən sonra yenidən indiki Azərbaycan Dövlət Neft Akademiyasına dəyişilmişdir. 1980-ci ildən 2007-ci ilə qədər həmin Akademiyada əvvəlcə baş müəllim, sonra dosent vəzifəsində işləmişdir. 2007-ci ilin sentyabrından Azərbaycan Universitetinə keçmiş, bu universitetin Riyaziyyat və informatika kafedrasının dosenti, 2011-ci ilin fevralından 2012-ci ilin iyununa qədər rektoru olmuşdur. Aslan Qəhrəmanlı bir sıra elmi əsərlərin müəllifi, iqtisadiyyatda modelləşdirməyə dair dərsliyin və vergilərə dair dərsliklərin həmmüəllifidir.
Aslan Qəhrəmanov
Qəhrəmanlı Aslan Qəhrəman oğlu (14 sentyabr 1939 – 20 yanvar 2014) — Azərbaycan yazıçısı, dramaturq, fizika-riyaziyyat elmləri namizədi, Azərbaycan Universitetinin rektoru (2011-2012). == Həyatı == Aslan Qəhrəmanlı 1939-cu il sentyabr ayının 14-də Ağstafa rayonunun Yenigün kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə 1961-ci ildə Elmlər Akademiyasının Hesablama Mərkəzində başlamış, həmin mərkəzin bazası əsasında kibernetika institutu yaradılandan sonra orada müxtəlif vəzifələrdə elmi tədqiqatla məşğul olmuşdur. 1972-1975-ci illərdə İttifaq NeftMaş Birliyinin xüsusi konstruktor bürosunda laboratoriya rəisi vəzifəsində çalışmışdır. 1975-1977-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Tətbiqi riyaziyyat kafedrasında baş müəllim işləmişdir. Bir müddət Rostov Dəmiryol Mühəndisləri İnstitutunun Bakı filialında baş müəllim işlədikdən sonra yenidən indiki Azərbaycan Dövlət Neft Akademiyasına dəyişilmişdir. 1980-ci ildən 2007-ci ilə qədər həmin Akademiyada əvvəlcə baş müəllim, sonra dosent vəzifəsində işləmişdir. 2007-ci ilin sentyabrından Azərbaycan Universitetinə keçmiş, bu universitetin Riyaziyyat və informatika kafedrasının dosenti, 2011-ci ilin fevralından 2012-ci ilin iyununa qədər rektoru olmuşdur. Aslan Qəhrəmanlı bir sıra elmi əsərlərin müəllifi, iqtisadiyyatda modelləşdirməyə dair dərsliyin və vergilərə dair dərsliklərin həmmüəllifidir.
Aydın Qəhrəmanov
Qəhrəmanov Aydın (tam adı:Qəhrəmanov Aydın Qəhrəman oğlu; 13 dekabr 1966, Bakı şəhəri) — Tibb üzrə elmlər doktoru, Dünya ortoped-travmatoloqlar cərrahlar cəmiyyətının (SİCOT) Azərbaycan üzrə nümayəndəsi, Dünya AO Travma cəmiyyətinin Azərbaycan bölməsinin sədri, Türkcə danışan ölkələrin travmatoloq ortopedlər birliyinin yaradıcılarından biri və məsul katibi, Azərbaycan travmatologiyasının tanınmış simalarından biri. == Həyatı == Qəhrəmanov Aydın 13 dekabr 1966, Bakı şəhərində məşhur alim fizioloq professor Qəhrəman Qəhrəmanovun ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Tibb Universitetinin "Müalicə-profilaktika" fakultəsinə qəbul olmuş və 1989-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. === Karyerası === 1989–1990 Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya institutunda 1 il həkim intern, sonra isə 2 il klinik ordinator olaraq təhsilini davam etmişdir. 1992-ci ildən Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya institutunun kiçik elmi işçi olaraq işə başlamışdır. 1995-ci ildə "Uşaqlarda hematogen osteomielitin kompleks müalicəsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2016-ci ildə Türkiyənin Hacəttəpə universitetində "Bud çanaq oynağının displastik, degenerativ-distrofik xəstəliklərinin Ganz osteotomiyası ilə müalicəsinin nəticələrinin qiymətləndirilməsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Azərbaycan Ali Attestasiya Komissiyası qərarı ilə Tibb üzrə elmlər doktoru elmi dərəcəsi adını 2018-ci ildə almışdır. 2011-ci ildə Türkiyədə keçirilən Türkiyə ortopedlər birliyinin kongresində (TOTBİD) Hacəttəpə universitetində yerinə yetirdiyi elmi işlərə görə kongresin fəxri medalı ilə təltif edilmişdir. Məruzəsi Türkcə danışan ölkələrin 2013-cü ildə keçirilən 2-ci konfransının mükafatını qazanmışdır.
Azərbaycan Milli Qəhrəmanları
Bu siyahı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən şəxslər və hərbi qulluqçular barədə qısa məlumatı əhatə edir. == Tarix == Azərbaycanın ərazi bütövlüyü uğrunda xüsusi xidmətlərinə və qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin vəzifə borcunu yerinə yetirərkən igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən aşağıdakı şəxslərə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib. Onlardan 20 nəfəri sağlığında, 201 nəfəri isə ölümündən sonra bu adla təltif olunub. Bugünə kimi 221 nəfərə Azərbaycanın Milli Qəhrəmanı adı verilib. İndiyədək Azərbaycanın Milli Qəhrəmanı fəxri adı ilə təltif olunan şəxslərdən 2-sindən bu ad geri alınıb.
Azərbaycan milli qəhrəmanları (film, 2010)
Azərbaycan milli qəhrəmanları sənədli serialı 2010-cu ildə "Salnamə" sənədli filmlər studiyasında istehsal edilmişdir. Serial canlarını vətən uğrunda qurban verərək Azərbaycan Milli Qəhrəmanı adına yüksələn igid Azərbaycan oğullarından bəhs edir.
Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanlarının siyahısı
Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanlarının siyahısı — İkinci dünya müharibəsi zamanı Sovet İttifaqı Qəhrəmanı adı almış azərbaycanlıların siyahısı. Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Müharibə illərində göstərdikləri igidliyə görə 42 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabit müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. İlk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov olmuşdur.
Azərbaycanın Milli Qəhrəmanları
Bu siyahı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən şəxslər və hərbi qulluqçular barədə qısa məlumatı əhatə edir. == Tarix == Azərbaycanın ərazi bütövlüyü uğrunda xüsusi xidmətlərinə və qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin vəzifə borcunu yerinə yetirərkən igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən aşağıdakı şəxslərə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib. Onlardan 20 nəfəri sağlığında, 201 nəfəri isə ölümündən sonra bu adla təltif olunub. Bugünə kimi 221 nəfərə Azərbaycanın Milli Qəhrəmanı adı verilib. İndiyədək Azərbaycanın Milli Qəhrəmanı fəxri adı ilə təltif olunan şəxslərdən 2-sindən bu ad geri alınıb.
Azərbaycanın Milli Qəhrəmanları (kitab)
"Azərbaycanın Milli Qəhrəmanları" — Azərbaycanın Milli Qəhrəmanları haqqında kitab. == Məlumat == Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin dəstəyi ilə işıq üzü görən kitabda ölkəmizin ərazi bütövlüyü uğrunda mərdlik və şücaət göstərmiş, "Azərbaycanın Milli Qəhrəmanı" kimi şərəfli ada layiq görülmüş 211 qəhrəmanımızın həyatından, keçdiyi döyüş yolundan bəhs olunur. "Azərbaycanın Milli Qəhrəmanları" kitabı qəhrəman vətən oğullarının yetişməkdə olan gənc nəsil tərəfindən tanınmasında, onların milli ruhda əsl vətənpərvər kimi tərbiyə olunmasında böyük əhəmiyyətə malikdir. Bu səbəbdən, böyük zəhmət bahasına başa gələn bu kitabı vərəqləməyin özü oxucuda qürur hissi doğurur. "Azərbaycanın Milli Qəhrəmanları" kitabının 2005-ci ildə işıq üzü görən ilk nəşrində 1988-ci ildən bəri torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərə atılan xalqımızın 209 qəhrəman övladı barədə məlumatlar dərc edilib. 288 səhifədən ibarət budəfəki nəşrdə isə vətən uğrunda gözünü qırpmadan canından keçərək şəhidlik zirvəsinə ucalan, dövlət tərəfindən milli qəhrəman adına layiq görülən Elton İsgəndərovla Mübariz İbrahimovun adları da milli qəhrəmanlarımızın siyahısına salınıb. Azərbaycan Əsgərinin ordumuzun qüdrətinin günü-gündən artdığını duyaraq vətənimizin keşiyində vüqarla dayanması üçün "Azərbaycanın Milli Qəhrəmanları" kitabının təkrar nəşri onların mənəvi-psixoloji durumuna müsbət təsir göstərəcək qədər böyük əhəmiyyətə malikdir. Gənclərimizə örnək olması üçün Azərbaycanın Milli Qəhrəmanlarının həyatı, döyüş yolu daima öyrənilməli və təbliğ olunmalıdır. Bu baxımdan, kitabda hər qəhrəman barədə müəllif tərəfindən yüksək bədii ustalıqla qələmə alınmış qısa oçerklər diqqəti xüsusi cəlb edir. Özü də Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısı olan Vüqar Əsgərov Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Ağa Qəhrəman Mirsiyab karvansarayı
Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarası və ya Məscidli karvansara — Şuşa şəhərinin M. F. Axundov küçəsi, 31 ünvanında yerləşən karvansara. Karvansara Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır. Karvansara XIX əsrin 80-ci illərində məşhur şuşalı tacir Ağa Qəhrəman Mirsiyab oğlunun vəsaiti hesabına inşa edilmişdir. Sıdırım qayanın kənarında yerləşən karvansaranın əsas fasadı Şuşanın mərkəzi ticarət küçəsi olan Rasta bazar küçəsinə açılır. Binanın ikinci mərtəbəsində tacirlər üçün nəzərdə tutulmuş 25 otaq, birinci mərtəbəsində ticarət kontorları və 30-a yaxın mağaza yerləşirdi. SSRİ dövründə karvansara Kolxoz bazarı kimi istifadə edilmişdir. == Tarixi == Karvansara XIX əsrin 80-ci illərində məşhur şuşalı tacir Ağa Qəhrəman Mirsiyab oğlunun vəsaiti hesabına inşa edilmişdir. Şuşanın tarixi və mədəniyyət abidələrinə həsr edilmiş əsərində Firudin Şuşinski yazır: Şəhər Meydanının qərb hissəsində inşa edilmiş Mirsiyab oğlu karvansarası həm də məscidli karvansara kimi tanınırdı. Karvansarada bir neçə ticarət kontoru, otuza yaxın böyük və kiçik mağaza yerləşirdi. Bunlardan əlavə karvansarada bərbər, çəkməçi, dərzi, papaqçı və sair emalatxanalar da fəliyyət göstərirdi.
Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarası
Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarası və ya Məscidli karvansara — Şuşa şəhərinin M. F. Axundov küçəsi, 31 ünvanında yerləşən karvansara. Karvansara Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır. Karvansara XIX əsrin 80-ci illərində məşhur şuşalı tacir Ağa Qəhrəman Mirsiyab oğlunun vəsaiti hesabına inşa edilmişdir. Sıdırım qayanın kənarında yerləşən karvansaranın əsas fasadı Şuşanın mərkəzi ticarət küçəsi olan Rasta bazar küçəsinə açılır. Binanın ikinci mərtəbəsində tacirlər üçün nəzərdə tutulmuş 25 otaq, birinci mərtəbəsində ticarət kontorları və 30-a yaxın mağaza yerləşirdi. SSRİ dövründə karvansara Kolxoz bazarı kimi istifadə edilmişdir. == Tarixi == Karvansara XIX əsrin 80-ci illərində məşhur şuşalı tacir Ağa Qəhrəman Mirsiyab oğlunun vəsaiti hesabına inşa edilmişdir. Şuşanın tarixi və mədəniyyət abidələrinə həsr edilmiş əsərində Firudin Şuşinski yazır: Şəhər Meydanının qərb hissəsində inşa edilmiş Mirsiyab oğlu karvansarası həm də məscidli karvansara kimi tanınırdı. Karvansarada bir neçə ticarət kontoru, otuza yaxın böyük və kiçik mağaza yerləşirdi. Bunlardan əlavə karvansarada bərbər, çəkməçi, dərzi, papaqçı və sair emalatxanalar da fəliyyət göstərirdi.
Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarayı
Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarası və ya Məscidli karvansara — Şuşa şəhərinin M. F. Axundov küçəsi, 31 ünvanında yerləşən karvansara. Karvansara Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır. Karvansara XIX əsrin 80-ci illərində məşhur şuşalı tacir Ağa Qəhrəman Mirsiyab oğlunun vəsaiti hesabına inşa edilmişdir. Sıdırım qayanın kənarında yerləşən karvansaranın əsas fasadı Şuşanın mərkəzi ticarət küçəsi olan Rasta bazar küçəsinə açılır. Binanın ikinci mərtəbəsində tacirlər üçün nəzərdə tutulmuş 25 otaq, birinci mərtəbəsində ticarət kontorları və 30-a yaxın mağaza yerləşirdi. SSRİ dövründə karvansara Kolxoz bazarı kimi istifadə edilmişdir. == Tarixi == Karvansara XIX əsrin 80-ci illərində məşhur şuşalı tacir Ağa Qəhrəman Mirsiyab oğlunun vəsaiti hesabına inşa edilmişdir. Şuşanın tarixi və mədəniyyət abidələrinə həsr edilmiş əsərində Firudin Şuşinski yazır: Şəhər Meydanının qərb hissəsində inşa edilmiş Mirsiyab oğlu karvansarası həm də məscidli karvansara kimi tanınırdı. Karvansarada bir neçə ticarət kontoru, otuza yaxın böyük və kiçik mağaza yerləşirdi. Bunlardan əlavə karvansarada bərbər, çəkməçi, dərzi, papaqçı və sair emalatxanalar da fəliyyət göstərirdi.
Aşağı Qəhrəmanlı (Urmiya)
Aşağı Qəhrəmanlı (fars. قهرمانلوی سفلی‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 257 nəfər yaşayır (77 ailə).

Значение слова в других словарях

гидрофи́т объе́ктный опо́дливать поосвежи́ть стилисти́чески уберега́ть шата́ть не до шу́ток непогреши́мость отира́ние приблизи́тельность светолече́бный тимпа́н чили́говый школове́дение кормить block-buster brass hat hypo Lammas there ultra-liberal uri дробь подстрекательство