QƏLƏTİ-MƏŞHUR

сущ. устар.
1. общеизвестная ошибка
2. лингв. укоренившийся в языке варваризм
QƏLƏT-QÜLƏT
QƏLƏTKAR
OBASTAN VİKİ
Məşhur Məmmədov
Məşhur Məmmədov (4 oktyabr 1963, Birinci Yeddioymaq, Masallı rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, Milli Məclisin İntizam Komissiyasının üzvü. Məmmədov Məşhur Şahbaz oğlu 04 oktyabr 1963-cü il də Masallı rayonunun I Yeddioymaq kəndində, ziyalı ailəsində anadan olmuşdur. 1990-cı ildə Azərbaycan Dövlət Neft və Kimya Universitetini bitirmişdir. 1981–1983: Kalinovka (Viləş) kənd orta məktəbində laborant; 1991–1995: Masallı rayon Xarrad kooperativi; 1996–2011: Embawood şirkətinin təsisçisi və baş direktoru; 2011–2013: Embawood Gürcüstan şirkətinin baş direktoru; 2013–2015: Embawood şirkətinin təsisçisi və direktor müavini; 2015-hal-hazıradək: "Progress Construction" şirkətinin təsisçi və baş direktoru kimi fəaliyyət göstərmişdir. 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü, YAP Masallı rayon Təşkilatı Şura üzvü; Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədri; Rusiya Azərbaycan İşgüzar şurasının üzvü; Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai şuranın üzvü; Azad Sahibkarlar Konfederasiyasının idarə heyətinin üzvüdür. Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Tərəqqi" medalı Azərbaycan Respublikasının Prezidenti tərəfindən"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı Azərbaycan Respublikasının Prezidenti tərəfindən"Azərbaycan Sərhəd Müdafiəsinin 100 illiyi" yubiley medalı Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni təltif edilib Ailəlidir, 4 övladı və 5 nəvəsi var.
Məşhur azərbaycanlılar
Azərbaycanlıların siyahısı — Azərbaycan Respublikası, Sovet Sosialist Respublikaları İttifaqı, Azərbaycan Xalq Cümhuriyyəti, Rusiya imperiyası, Azərbaycan xanlıqlarının və Azərbaycanın digər sələfi dövlətlərinin və dünya ölkələrin tərkibində yaşayan azərbaycanlıların siyahısı. Siyahıda həmçinin Azərbaycanda yaşayan digər etnik azlıqlardan olan məşhur şəxslər, eləcə də xaricdə anadan olub, Azərbaycanda aktiv həyatının çox hissəsini yaşayan şəxslər qeyd olunub. Siyahı ad sırası ilə qeyd olunub.
Məşhur azərilər
Azərbaycanlıların siyahısı — Azərbaycan Respublikası, Sovet Sosialist Respublikaları İttifaqı, Azərbaycan Xalq Cümhuriyyəti, Rusiya imperiyası, Azərbaycan xanlıqlarının və Azərbaycanın digər sələfi dövlətlərinin və dünya ölkələrin tərkibində yaşayan azərbaycanlıların siyahısı. Siyahıda həmçinin Azərbaycanda yaşayan digər etnik azlıqlardan olan məşhur şəxslər, eləcə də xaricdə anadan olub, Azərbaycanda aktiv həyatının çox hissəsini yaşayan şəxslər qeyd olunub. Siyahı ad sırası ilə qeyd olunub.
Məşhur avşarlar (kitab)
Məşhur aşiqlər siyahısı
Altı nömrəli məşhur
Altı nömrəli məşhur (ing. Celebrity Number Six qısaldılmış formada CS6) — Finlandiya tekstil mağazasından alınmış parça üzərində çap olunmuş, uzun müddət kimə məxsus olduğu bilinməyən qadın şəklinə verilən addır. 2020-ci ildə TontsaH adlı reddit istifadəçisi r/TipOfMyTongue subredditində post paylaşaraq, parça üzərində təsvir olunmuş 8 siluetin kimlərə məxsus olduğunu tapmaq üçün kömək istədi. Onlardan 7-si 2000-ci illərin ortalarında məşhurluq yaşayan aktyor və modellər olsa da, müəllif tərəfindən 6 rəqəmi ilə nömrələnmiş şəklin kimə aid olduğu müəyyən etmək çətin oldu və uyğun adlı (r/CelebrityNumberSix) subreddit yaradıldı. Subredditin üzvləri dörd il ərzində yüzlərlə nəticəsiz axtarışlar apardılar, o cümlədən parçanın tədarükçüsü ilə əlaqə saxlamağa cəhd göstərdilər. 2024-cü ildə StefanMorse adlı istifadəçi PimEyes aləti vasitəsilə şəkildəki şəxsin ispan model Leticia Sardan olduğunu ehtimal etdi. Sentyabrın 8-də IndigoRoom adlı istifadəçi fotoqraf Leandre Escorsell tərəfindən 2006-cı ildə çəkilmiş orijinal şəkli yerləşdirdi (IndigoRoom Escorsell ilə əlaqə saxlamışdı, çünki onun Sardanın şəkillərini çəkdiyi bilinirdi). Ertəsi gün, 2009-cu ildən modellikdən təqaüdə çıxan Sarda, əlində həmin fotonu tutduğu şəkli yayımladı. Bundan sonra o, şəklin nüsxələrini satdı və yenidən modellik etməyə başladı.
Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur
"Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur" — Azərbaycan yazıçısı və dramaturqu Mirzə Fətəli Axundovun 1850-ci ildə Azərbaycan dilində yazdığı dörd aktdakı ikinci komediya. Komediyanın orta əsr feodal ideologiyasına, xurafatçılara qarşı yönəldildiyi qeyd olunur. Müəllifin özü tərəfindən rus dilinə tərcümə edilmiş komediya 1851-ci ildə Qafqaz qəzetində çap olunmuşdur. Müəllifin tərcüməsində rus səhnəsindəki ilk əsər həmin il Sankt-Peterburqda baş tutdu, 1852-ci ildə pyes Tiflisdə, 1883-cü ildə isə Naxçıvanda nümayiş olundu. Müsyö Jordanın prototipi, o illərdə əslində elmi araşdırmalar üçün Zaqafqaziyaya gəlmiş və xüsusən də komediya janrında fəaliyyət göstərdiyi Qarabağın florasını öyrənən Fransız təbiətşünası Aleksis Jordan (1814–1897) idi. Hətta ehtimal olunur ki, M. F. Axundov fransız alimi ilə şəxsən tanış olmuş və onunla söhbət etmiş, bu da alimin bədii obrazını yaratmasına kömək etmişdir. Qeyd olunur ki, M. F. Axundovun yaradıcılığında Aleksis Jordanın elmi fəaliyyəti və bitkilərin təsnifatına etdiyi düzəlişlər barədə həqiqi məlumatlar verilir. == Süjet == Süjet 1848-ci ildə Qarabağda baş verir. Fransız botanist, Kral Akademiyasının üzvü Müsyö Jordan yerli bitki növlərini öyrənmək üçün buraya gəlir. O burda Təklə-Muğanlı Hətəmxan ağanın mülkündə qalır.

Значение слова в других словарях