QƏNDİLİ
QƏNİMƏT
OBASTAN VİKİ
Elşən Qəni
Həkim Qəni
Həkim Qəni (azərb. Hüseynov Qəni Hüseynqulu oğlu‎, 16 fevral 1918, Bakı - 10 iyun 2008, Bakı) — şair, qəzəlxan, füzulişünas alim, tərcüməçi, tibb xidməti polkovniki, prezident təqaüdçüsü. == Həyatı == Həkim Qəni 16 fevral 1918-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Tibb İnstitutunda almışdır (1936-1941). İkinci Dünya Müharibəsinin iştirakçısı olmuş, müharibədə hərbi həkim kimi fəaliyyət göstərmişdir (1941-1945). 1967-ci ildə ordudan tərxis olunub və o, Mirqasımov adına Mərkəzi Xəstəxananın nevropotologiya şöbəsinə rəhbərlik edib. Uzun illər Azərbaycanın baş nevropotoloqu olub. Şair Əliağa Vahidin şəxsi həkimi və yaxın dostu olmuşdur. 1990-cı ildən (başqa məlumata görə 1993-cü ildən) etibarən Vahid poeziya evində “Vahid“ ədəbi şairlər məclisinə sədrlik etmişdir. Həkim Qəni 10 iyun 2008-ci ildə Bakı şəhərində ürək çatışmazlığından vəfat etmiş və öz vəsiyyətinə uyğun olaraq Yasamal qəbiristanlığında dəfn olunmuşdur.
Qəni Məmmədovun evi
Qəni Məmmədovun evi — Asəf Zeynallı 45 küçəsində, Bakının tarixi hissəsində, İçərişəhərdə köhnə yaşayış binası, yerli əhəmiyyətli memarlıq abidəsi. == Tarixi == 1906-cı ildə inşa edilmiş, 1646-cı ilədək bir mədrəsənin ərazisində tikilmiş, onlardan yalnız bir daş portalı indi qorunub saxlanılmış və indi miniatür memorandum mağazasına giriş kimi istifadə edilmişdir. Evin tikintisində müştəri Rusiya, Mərkəzi Asiya və İran arasında yüklərin daşınması üçün uğurlu pambıq treyder, dəniz gəmilərinin sahibi Qəni Məmmədovdur. Layihəni 1910-cu ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və əvvəllər Semaşko adına xəstəxana tikən Sankt-Peterburq Mühəndislik və İnşaat İnstitutunun (1901) məzunu olan memar Nikolay Bayev (1878-1949) tərəfindən icra edilib. Bu dövrün şərq və qərb arxitekturası üslublarını birləşdirən üç mərtəbəli yaşayış binası, məşhur Bakı podratçıları, Imran qardaşları və Hacı Qasımovların nəzarəti altında bir il, 1908-1909-cu illərdə, bina ölçüsünü və bədii detalların sayını nəzərə alaraq inanılmaz qısa müddətdə inşa edilmişdir. Bütün xarici divarlar 90 sm qalınlığa malikdir. Əsas girişin möhtəşəm nərdivanları çox mürəkkəbdir, şüaların divarları hər iki tərəfdə möhtəşəm fresklərlə bəzədilib. Bakıda Sovet hakimiyyətinin qurulması ilə Məmmədov əvvəlcə Rusiyaya, sonra Polşaya yola düşüb. 1920-ci ildən sonra ev bir neçə ildir boş idi. Daha sonra dövlət müəssisələri, sonra bir uşaq bağçası burada olmuş, sonra birinci və ikinci mərtəbələr çoxsaylı mənzillərə bölünmüşdür.
Əşrəf Qəni
Əşrəf Qəni (puşt. اشرف غني Aşraf Ğanī, dəri اشرف غنی Aşraf Ğanī (2015-ci il noyabr ayına qədər Əşrəf Qəni Əhmədzay); 19 may 1949, Lövgər vilayəti) — Əfqanıstan siyasətçisi, 29 sentyabr 2014-cü ildən 15 avqust 2021-ci ilədək Əfqanıstanın keçmiş prezidenti.
Əşrəf Qəni Əhmədzay
Əşrəf Qəni (puşt. اشرف غني Aşraf Ğanī, dəri اشرف غنی Aşraf Ğanī (2015-ci il noyabr ayına qədər Əşrəf Qəni Əhmədzay); 19 may 1949, Lövgər vilayəti) — Əfqanıstan siyasətçisi, 29 sentyabr 2014-cü ildən 15 avqust 2021-ci ilədək Əfqanıstanın keçmiş prezidenti.
Şeyx Qəni Axund Badkubeyi
Ayətullah Şeyx Qəni Axund Badkubeyi (1881, Bakı – 1931, Bakı) — alim. == Həyatı == 1881-ci ildə Bakı şəhərində ruhani ailəsində dünyaya gəlmişdir. Atası Abdulla oğlunu bir ruhani kimi görmək istəyirdi. Elə bu məqsədlə onu mollaxanaya qoyur. Bir sıra elmlərdən xəbərdar olan Şeyx Qəni Içəri Şəhərdəki "Sınıqqala" adı ilə tanınan Məhəmməd məscidinin nəzdindəki Mirzə Həsib Qüdsinin mədrəsəsinə daxil olur. Dərin istedada və zəkaya maik olan Şeyx Qəni Axund ilahiyyat elmləri ilə yanaşı ədəbiyyatı, riyaziyyatı, təbabəti, tarixi, astranomiyanı və s. elmləri öyrənir. Bir müddət doğma şəhərində təhsil alan şeyx Qəni Axund, Zöhrə adlı xanımla ailə həyatı qurur və İranın Qum şəhərinə getmək qərarına gəlir. Dörd ildən artıq Qum şəhərində təhsil alan Şeyx Qəni Axund oradan İraqın Kərbəla şəhərinə yollanır. Tələbəlik illərində Həcc ziyarətində olur.
Anatollu Qəniyev
Anadolu Qəniyev və ya digər adı ilə: Anatollu Qəniyev (10 fevral 1931, Neftçala rayonu – 1 oktyabr 1985, Bakı) — Azərbaycan muğənnisi (bariton). 60-cı illərin əvvələrindən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. == Həyatı == Anatollu Qəniyev 1931-ci ildə Neftçala şəhərində doğulmuşdur. Uşaqlıqdan musiqiyə həvəsi olmuşdur. Hərbi xidmətdən sonra Asəf Zeynallı adına musiqi məktəbində təhsil alıb. Müəllimi F.Mehdiyev olmuşdur. Bitirdikdən sonra Azərbaycan Dövlət Radio Televiziyasının solisti olmuşdur (1959). Sonradan T.Əhmədovun rəhbərlik etdiyi estrada orkestrinin solisti olmuşdur. "Çıx yaşıl düzə", "Reyhan", "Teymurun mahnısı", "Dəyişmərəm", "Bakının ulduzları", "Şəlalə", "Ay qız", "Qonşular" (E. Rəhimova ilə duet), "Yaşa könül", "İlk görüşdən gəlirəm", "Səni haylaram", "Bu dərə uzun dərə" və s. kimi ifa etdiyi mahnılarla şöhrət qazanmışdır.
Anatollu Qəniyev (film)
Anatollu Qəniyev qısametrajlı sənədli televiziya filmi İctimai televiziyada istehsal edilmişdir. Film Azərbaycan muğənnisi Anatollu Qəniyev haqqındadır. == Məzmun == Film Azərbaycan muğənnisi, Azərbaycan Dövlət Filarmoniyasının, eləcə də Azərbaycan Dövlət Radio və Televiziyasının solisti olmuş Anatollu Qəniyevin həyat və yaradıcılığı haqqındadır.
Cahid Qəniyev
Cahid Şaiq oğlu Qəniyev (18 fevral 1994, Çaylı, Biləsuvar rayonu – 30 sentyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cahid Qəniyev 1994-cü il fevralın 18də Lerik rayonun Sors kəndində anadan olub. Ailəli idi. Bir övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Cahid Qəniyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cahid Qəniyev sentyabrın 30-da Madagizin azad edilməsi zamanı şəhid olub. O, 13 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonunun Çaylı kənd məzarıstanlığında dəfn edilir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cahid Qəniyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cahid Qəniyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cahid Qəniyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Elxan Qəniyev
Elxan Qəniyev — azərbaycanlı sənədli fotoqraf, rəqəmsal rəssam. 2011-ci il tarixdən fotoqrafiya üzrə peşəkar fəaliyyətə başlamış, bir sıra yerli və beynəlxalq təlim, sərgi və müsabiqələrin iştirakçısı və laureatı olub. 2017-ci ildən Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür. Uzun müddət İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə İsmayıllını, onun qədim mədəni irsini, təbiətini beynəlxalq arenaya tanıtmaq məqsədilə keçirilən foto, video layihələrin ("Go to Ismayıllı" – 6 ay) birbaşa icraçısı olub. Formula 1, İslam Həmrəyliyi Oyunları, Avropa Oyunları kimi beynəlxaq yarışların fotoqrafı olub və çəkdiyi fotolar geniş ictimaiyyətə sərgilənib. "İSTECH MMC", "Hajizade Group", "İntro Dev", Gəmiqaya Holdinq, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ARVXSİDA) tabeliyində olan “ABAD” publik hüquqi şəxs kimi şirkət və dövlət qurumlarında fotoqraf, dizayner, art direktor vəzifələrində çalışıb. Hal-hazırda Kənd Təsərrüfatı Nazirliyində işləyir. "Life style" və "Portret" janırında çəkilişlər edir. Səfərlər edib 4 mövsümdə şəkillər çəkir. Bu çəkilişlər dəfələrlə Azərbaycan mediasında geniş işıqlandırılıb.
Elyor Qəniyev
Elyor Qəniyev (7 yanvar 1960) — Özbəkistanın xarici işlər naziri. == Həyatı == 7 yanvar 1960-cı ildə Özbəkistan SSR-in Sırdərya vilayətində anadan olmuşdur. 1981-ci ildə Daşkənd Politexnik İnstitutunu mühəndis-geoloq ixtisası üzrə bitirmişdir. Elyor Qəniyev 1990-cı ildə Xarici iqtisadi və ticarət əlaqələri üzrə dövlət komitəsinin rəhbərliyi yanında böyük referent, daha sonra Xarici iqtisadi əlaqələr nazirliyinin idarə rəisi təyin olunmuşdur. Özbəkistan prezidenti yanında strateji və regionlararası tədqiqatlar İnstitutunda şöbə müdiri olmuşdur. 1994-2002-ci illərdə nazir müavini, nazirin birinci müavini, 1998-ci ildən xarici iqtisadi əlaqələr naziri olmuşdur.
Hərbi Qənimətlər Parkı
Hərbi Qənimətlər Parkı — Azərbaycanın Bakı şəhərində yerləşən park. Park Dənizkənarı Milli Parkında yerləşir. Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində qazandığı qələbəyə həsr olunub. Parkda Ermənistan Silahlı Qüvvələri məxsus olduğu bildirilən, Rusiya istehsallı tank, "Qrad" qurğuları, top və digər müharibə texnikası nümayiş etdirilir. == Tarixi == Park Dənizkənarı Milli Parkında yerləşir. Park Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində qazandığı qələbəyə həsr olunub. Parkda Ermənistan Silahlı Qüvvələri məxsus olduğu bildirilən, Rusiya istehsallı tank, "Qrad" qurğuları, top və digər müharibə texnikası nümayiş etdirilir. Azərbaycan prezidenti İlham Əliyevin "Qələbə" tvitləri, aparıcı media qurumlarına müsahibələr, xalqa müraciətlərdən ibarət hissələr Parkın ərazisindəki videozalda nümayiş etdirilir.Parkın mühəndis-maneələr sistemini ehtiva edən ərazisində 5 metr enində, 3–4 metr dərinlikdə qazılan tank əleyhinə xəndək, mina sahəsi, tank əleyhinə beton dirəklər və metal kirpilər, alçaq dirəklər üzərində tikanlı məftildən tor, hündür dirəklərdə məftilli tor, piyada əleyhinə mina sahəsi, az nəzərə çarpan və üçcərgəli lent tipli məftil maneələri, həmçinin səngər üzərində lent tipli məftil maneələr nümayiş olunur. Bu maneələr sistemi Füzuli, Cəbrayıl, Ağdam, Tərtər və Goranboy istiqamətlərində Azərbaycan Silahlı Qüvvələri bölmələrinin dəf etməli olduğu mühəndis sistemlərindən idi. Parkda döyüş postu və əsgər kazarması yerləşir.
Luiza Qəniyeva
Luiza Qəniyeva (d. 11 noyabr 1995) — Özbəkistanı təmsil edən bədii gimnast. Luiza Qəniyeva, 2016-cı ildə Özbəkistanı XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Luiza Qəniyeva, 2016-cı ildə Özbəkistan bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Samirə Əmirova, Valeriya Davidova, Zarina Qurbanova və Marta Rostoburova ilə birgə təsnifat mərhələsində 31.116 xal topladı və 12-ci yeri tutaraq mübarizəni dayandırdı.
Mahmud ağa Qənizadə
Mahmud ağa Qənizadə (iyun 1879 və ya 1878, Salmas, Qərbi Azərbaycan ostanı – 19 fevral 1935 və ya 1934, Təbriz) — Azərbaycan jurnalisti, naşir, tarixçi, inqilab xadimi. == Həyatı == Cənubi Azərbaycanın Salmas şəhərində doğulmuş, Təbrizdə vəfat etmişdir. Dini – dünyəvi təhsilini valideynlərindən, görkəmli üləmalardan və məktəbdarlardan almış, ərəb, ingilis, fars, fransız, türk dillərini müstəqil öyrənmişdir. İran inqilabının (1906–11) iştirakçısı, Səttar xanın şəxsi katibi, Təbriz əncüməninin üzvü, azəri dili və ədəbiyyatının təbliğatçısı idi. 1907-ci ildən jurnalistlik fəaliyyətinə başlamış, ömrünün sonlarınadək bu sahədə çalışmışdır. "Fəryad" (Urmiyə, 1907), "Əncümən" (Təbriz, 1908–09), "Mühakimat" (Avropada, 1909), "Gavə" (Berlin), "Səhənd" (Təbriz, 1925-ci ildən) qəzetlərinin redaktoru, müdiri və naşiri olmuşdur.
Mirzə Qəniyev
Mirzə Qəniyev - 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. Mirzə Qəniyev 13 sentyabr 1958-ci ildə Bakıda anadan olub. Bakı su kəmərləri idarəsində çilingər işləyib. Bir uşaq atası idi. Uşaq 1989-cu il noyabrın 8-də anadan olub. Mərhum yanvarın 19-da gecə evdən çıxıb. Şəhərin mərkəzinə getmək istəyirmiş. Hadisədənə sonra sağ qalan Mirzə Qəniyev bir ay müalicə olunub. 19 fevral tarixində Semaşko adına xəstəxanada vəfat edib.
Musa Qəniyev
Musa Qəniyev (2 dekabr 1954, Salyan, Salyan rayonu) — Azərbaycan alimi, həkim-farmakoloq, tibb elmləri namizədi (1985), tibb elmləri doktoru (1994), professor (1997), Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü (2005), Respublikanın əməkdar müəllimi (2010), ATU-nun farmakologiya kafedrasının müdiri (2000), Yeni Azərbaycan Partiyasının üzvü (1995). == Həyatı == 1954-cü il dekabr ayının 2-də Salyan rayonunun Xalac kəndində anadan olmuşdur. 1971-ci ildə Yuxarı Xalac kənd orta məktəbini qızıl medalla bitirmişdir. 1971-77-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil almışdır. 1981-ci ilə qədər təyinatla Əli-Bayramlı (Şirvan) mərkəzi şəhər xəstəxanası sistemində həkim işləmiş, eləcə də MŞX azad komsomol təşkilatının katibi olmuşdur. 1981-ci ilin dekabr ayının 31-də Azərbaycan Dövlət Tibb İnstitutu farmakologiya kafedrasına əyani aspiranturaya daxil olmuş və 1985-ci ildə namizədlik dissertasiyası müdafiə edərək, tibb elmləri namizədi elmi dərəcəsi almışdır. Həmin ildən farmakologiya kafedrasında əvvəlcə baş laborant, sonra assistent və dosent vəzifələrində işləmişdir. 1988-1990-cı illərdə Azərbaycan KP MK-nın Marksizm-Leninizm Universitetinin partiya-təsərrüfat aktivi fakultəsinin ideoloji iş şöbəsində təhsil almış və universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1988-1992-ci illərdə əczaçılıq fakultəsində dekan müavini və bir müddət fakultə dekanı vəzifələrində işləmişdir. 1992-ci ildə Rusiya Federasiyası ТЕА-nın V.V. Zakusov adına ЕТ Farmakologiya institutuna doktoranturaya göndərilmişdir.
Məmmədtağı Qəniyev
Məmmədtağı Qasım oğlu Qəniyev (9 may 1907, Şamaxı - 24 may 1979, Bakı) ― baytarlıq elmləri doktoru (1944), professor, mikrobioloq, epizootoloq, dövlət xadimi, pedaqoq, Azərbaycan SSR Əməkdar elm xadimi (1958), SSRİ Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının üzvü, Azərbaycan SSR EA-nın həqiqi üzvü (1962). == Həyatı == Məmmədtağı Qəniyev 9 may 1907-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. 1920-ci ildə S.Orconikidze adına hərbi hazırlıq məktəbinə daxil olmuş, 1926-cı ildə oranı bitirmişdir. Elə həmin il Leninqrad hərbi rabitə məktəbinə göndərilmişdir. Lakin sağlamlığı ilə əlaqədar 1927-ci ildə hərbi təhsildən azad edilmiş və Bakıya qayıtmışdır. 1928-ci ildə M.Ə.Sabir adına orta məktəbi bitirən Məmmədtağı Qəniyev 1928-1932-ci illərdə Zakfederasiya adına Yerevan Baytar-Zootexnika İnstitutunda ali təhsil almışdır. == Əmək fəaliyyəti == Məmmədtağı Qəniyev 1932-1959-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Mikrobiologiya kafedrasının dosenti və direktoru vəzifəsini icra etmişdir. O, 1943-1947-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Baytarlıq Stansiyasının direktoru, 1947-1955-ci illərdə direktor müavini, 1955-1970-ci illərdə isə həmin stansiyanın əsasında yaradılmış institutun direktoru olmuşdur. Daha sonra 1970-1971-ci illərdə Zoologiya İnstitutunda mikrobiologiya bölməsinin, 1971-ci ildən isə həmin bölmənin böyük elmi işçisi kimi fəaliyyət göstərmişdir. == Elmi fəaliyyəti == Məmmədtağı Qəniyev 1936-cı ildə baytarlıq üzrə fəlsəfə, 1944-cü ildə elmlər doktorluğu dissertasiyası müdafiə etmişdir.
Qənibadam
Kanibadam(tac. Конибодом) — Tacikistanın Sogd vilayətində şəhər. == Tarixi == Kanibadam - qədim soğdca "Badamla zəngin yer" anlamındadır. Mərkəzi Asiyanın bir çox böyük və qədim şəhərləri Fərqanə vadisində yerləşir.Bunlardan Xocənd, Əndican, Kokand, Nəməngan, Riştan, İsfərah, Şorab və Kanibadam. Böyük İpək yolu vasitəsilə Çin Avropaya bağlanırdı. Kanibadam şəhəri IX əsr mənbələrində xatırlanır. == Coğrafiyası == == Əhalisi == 1 yanvar 2015-ci il məlumatına görə şəhərin əhalisi 49 700 nəfərdən ibarətdir.
Qənidərə
Qənidərə — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Çiçi-Səbətlər bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Qənidərə oyk., sadə. Quba r-nunun Çiçi i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Kəndin adı Qəni (ş.a.) və dərə komponentlərinin birləşməsindən ibarətdir. Yaşayış məntəqəsi həmin r-ndakı Çiçi kəndindən çıxmış ailələrin son illərdə Qənidərə adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 107 nəfər əhali yaşayır.
Qənimət
Talançılıq — hərbi, siyasi və ya digər sosial böhranlar, təbii fəlakətlər (hüquq və mülki icraatın müvəqqəti olaraq təsirsiz olduğu yerlərdə), və ya iğtişaş zamanı güclə və ya oğurluq yolu ilə daşınan və ya daşınmaz əmtəənin alınması.
Qənimət Zahid
Qənimət Zahid (tam adı: Qənimət Səlim oğlu Zahidov; 10 fevral 1963, Şamaxı) — azərbaycanlı jurnalist, yazıçı, "Azadlıq" qəzetinin baş redaktoru, Turan TV-nin prezidenti. == Həyatı və karyerası == Qənimət Zahid 1963-cü il fevralın 10-da Şamaxının Qurdtəpə kəndində anadan olub. 1970–78-ci illərdə Qurdtəpə kənd orta məktəbində oxuyub. 1978-ci ildə Sumqayıt Kimya Texnologiya Texnikumunda oxuyub və təyinatla Çeçenistanın paytaxtı Qroznı şəhərinə, neftayırma zavodunda işləmək üçün göndərilib. 1985-ci ildə Bakı Dövlət Universitetinə daxil olub və 1990-cı ildə Bakı Dövlət Universitetini bitirərək Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəyin məktubu əsasında verilən təyinatla "Azadlıq" qəzetinə gəlib. Tələbəlik dövründə "YURD" birliyinin (1987) yaradılmasında fəal iştirak edib və Azərbaycanda tələbə hərəkatının liderlərindən olub. 1990-cı ildə 20 yanvar hadisələrindən sonra Tbilisidə "YURD" adlı gizli qəzet buraxıb və tələbə hərəkatının xətti ilə bu qəzet bütün Azərbaycanda yayılıb. 1990-cı ilin iyununda "Azadlıq" qəzeti nəşrini bərpa edəndən sonra burada işə başlayıb və həmin ilin axırlarında qəzetin baş redaktorunun müavini olub. 1991-ci ilin noyabrında "Azadlıq" qəzetinin baş redaktor əvəzi olub, 1992-ci ilin əvvəllərindən isə də isə baş redaktor seçilib. 1994-cü ildə redaktorluqdan istefa verərək qəzetdə məsləhətçi vəzifəsinə keçib.
Qənimət Zahidov
Qənimət Zahid (tam adı: Qənimət Səlim oğlu Zahidov; 10 fevral 1963, Şamaxı) — azərbaycanlı jurnalist, yazıçı, "Azadlıq" qəzetinin baş redaktoru, Turan TV-nin prezidenti. == Həyatı və karyerası == Qənimət Zahid 1963-cü il fevralın 10-da Şamaxının Qurdtəpə kəndində anadan olub. 1970–78-ci illərdə Qurdtəpə kənd orta məktəbində oxuyub. 1978-ci ildə Sumqayıt Kimya Texnologiya Texnikumunda oxuyub və təyinatla Çeçenistanın paytaxtı Qroznı şəhərinə, neftayırma zavodunda işləmək üçün göndərilib. 1985-ci ildə Bakı Dövlət Universitetinə daxil olub və 1990-cı ildə Bakı Dövlət Universitetini bitirərək Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəyin məktubu əsasında verilən təyinatla "Azadlıq" qəzetinə gəlib. Tələbəlik dövründə "YURD" birliyinin (1987) yaradılmasında fəal iştirak edib və Azərbaycanda tələbə hərəkatının liderlərindən olub. 1990-cı ildə 20 yanvar hadisələrindən sonra Tbilisidə "YURD" adlı gizli qəzet buraxıb və tələbə hərəkatının xətti ilə bu qəzet bütün Azərbaycanda yayılıb. 1990-cı ilin iyununda "Azadlıq" qəzeti nəşrini bərpa edəndən sonra burada işə başlayıb və həmin ilin axırlarında qəzetin baş redaktorunun müavini olub. 1991-ci ilin noyabrında "Azadlıq" qəzetinin baş redaktor əvəzi olub, 1992-ci ilin əvvəllərindən isə də isə baş redaktor seçilib. 1994-cü ildə redaktorluqdan istefa verərək qəzetdə məsləhətçi vəzifəsinə keçib.
Qənirə Abbasova
Qənirə Yusif qızı Abbasova — kolxozçu, 9-cu çağırış Azərbaycan SSR Ali Soveti deputatı, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984). == Həyatı == 1952-ci ildə kəndli ailəsində anadan olmuşdur. Azərbaycanlıdır, ÜİLKGİ üzvü olmuşdur. Orta təhsili var. Əmək fəaliyyətinə 1970-ci ildə başlamışdır. Zərdab rayonundakı K. Marks adına kolxozun üzvü olmuşdur. Azərbaycan SSR Ali Soveti səhiyyə və ictimai təminat komissiyasının üzvü olmuşdur. Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Məlikli seçki dairəsi). == İstinadlar == Azərbaycan SSR Ali Sovetinin Deputatları. Doqquzuncu çağırış.
Qənirə Ataşova
Qənirə Ataşova (14 dekabr 1979, Aşağı Surra) — jurnalist, ssenari müəllifi, ANS TV-nin ABŞ-dakı bürosunun rəhbəri (2015). == Həyatı == Qənirə Ataşova 1979-cu il dekabrın 14-də Neftçala rayonun Aşağı Surra kəndində anadan olub. 1996-cı ildə orta məktəbi bitirərək elə həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika fakültəsinə daxil olub. Təhsil aldığı müddətdə jurnalistikaya böyük maraq göstərib. Məhz bu maraq sayəsində ANS-də işləmək şansı əldə edib. ANS-ə işə qəbul olunduqdan sonra isə jurnalist dərslərini burda alıb. Stajçı müxbir kimi işə başlayan Qənirə Ataşova bu kanalda baş aparıcı-redaktor vəzifəsinədək yüksəlib. Müxtəlif vaxtlarda dövrünün tarixi hadisələrində jurnalist kimi fəal iştirak edib. ANS-də "80 kilometr yerin altı ilə" filmini hazırlayıb, "Nəzər nöqtəsi" və "Xəbərçi" proqramlarında aparıcılıq edib. Hazırda "Xəbərçi" informasiya proqramında çalışır.
Qənirə Paşayeva
Paşayeva Qənirə Ələsgər qızı (24 mart 1975, Düz Qırıqlı, Azərbaycan SSR, SSRİ – 28 sentyabr 2023, Bakı) — Azərbaycan siyasətçisi, jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin deputatı. == Həyatı == Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilirdi. 24 sentyabr 2023-cü ildə komaya düşərək Mərkəzi Klinikaya yerləşdirilmişdir. 28 sentyabr 2023-cü ildə müalicə olunduğu həmin xəstəxananın reanimasiya şöbəsində vəfat etmişdir. === Ölümü === Qənirə Paşayeva səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən bütün zəruri tədbirlər görülmüşdür. 28 sentyabr 2023-cü il tarixində Qənirə Paşayeva 48 yaşında dünyasını dəyişmişdir. 29 sentyabr 2023-cü ildə İkinci Fəxri Xiyabanda dəfn olunub.
Qənirə Pirquliyeva
Qənirə Pirquliyeva (Qənirə Əli qızı Pirquliyeva; d. 30 yanvar 1963, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycanın numizmat alimi, tarix üzrə fəlsəfə doktoru, BDU-nun "Arxeologiya və Etnoqrafiya" kafedrasının dosenti. == Bioqrafiya == Pirquliyeva Qənirə Əli qızı 1963-cü il yanvarın 30-da Bakı şəhərində anadan olmuşdur. 1985-ci ildə Daşkənd Dövlət Universitetinin tarix fakültəsinin arxeologiya bölməsini bitirmişdir. 1998-ci ildə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun İxtisaslaşdırılmış Müdafiə Şurasında “XIV-əsrin sonu- XV əsrin əvvəllərində Azərbaycanda sikkə dövriyyəsi və metrologiyası” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2016-cı ildə dosent elmi adını alıb. == Fəaliyyəti == “Şirvanşahlar sarayı” tarix-memarlıq qoruq muzeyində bələdçi, elmi işçi, baş elmi işçi vəzifələrində çalışmışıdır. Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda baş laborant, kiçik elmi işçi, baş elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışmışıdır. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq qoruğu idarəsi Elmi –Mədəni mərkəzin arxeologiya üzrə baş elmi işçi vəzifəsində çalışmışıdır. 2013-cü ilin noyabr ayından Bakı Dövlət Universitetinin “Arxeologiya və Etnoqrafiya” kafedrasının baş müəllimi vəzifəsində çalışır.
Seyfəddin Qəniyev
Qəniyev Seyfəddin Həmzə oğlu (28 mart 1952, Şamaxı rayonu – 16 yanvar 2023) — Azərbaycan folklorşünası, filologiya elmləri doktoru, professor. == Həyatı == Seyfəddin Qəniyev 28 mart 1952-ci ildə Şamaxı rayonunun Dağ Kolanı kəndində anadan olmuşdur. Poladlı kənd 8 illik və Nərimankənd orta məktəbini tərifnamə ilə, ADPİ-nin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin institutun aspiranturasında təhsil almışdır. Şamaxı rayonunun Göylər kənd məktəbində ixtisasına uyğun müəllim işləmişdir. İşlədiyi müddətdə "metodist müəllim", SSRİ Maarif əlaçısı adlarına layiq görülmüşdür. Azərbaycan müəllimlərinin dördüncü qurultayının nümayəndəsi olmuşdur. "M. F. Axundovun "Kəmalüddövlə məktubları" əsərinin bədii metod və janr xüsusiyyətləri" mövzusunda namizədlik, "Azərbaycan folklorunun regional özunəməxsusluğu — Şirvan folklor mühiti" mövzusunda isə doktorluq dissertasiyası müdafiə etmişdir. 40 kitab (monoqrafiya toplu, metodik tövsiyə), 120-dən çox tezis və məqalənin müəllifidir. AMEA Folklor İnstitunda fəaliyyət göstərən müdafiə şurasının üzvüdur.
Soltan Məcid Qənizadə
Sultan Məcid Murtuzəli oğlu Qənizadə (aprel 1866, Şamaxı – 23 mart 1938) — Azərbaycanın tanınmış maarif xadimi, müəllim, yazıçı, tərcüməçi, jurnalist, bir sıra lüğətlər, dərsliklər, bədii əsərlər, felyetonlar müəllifi. == Həyatı == Sultan Məcid Qənizadə 1866-cı ilin aprel ayında tacir Hacı Murtuzəli kişinin ailəsində dünyaya gəlmişdi. Tədqiqatçıların yazdıqlarına görə, Sultan Məcidin ulu babası Ağa Məsih Şirvani Şamaxının tanınmış şairlərindən olub. Ədibin bəzi məqalələrində "Məsihzadə" imzası ilə yazması da bu varisliyə işarədir. Sultan Məcidin atası tacir idi. Şamaxının sayılıb-seçilən ziyalılarından olub. Elmə, maarifə böyük marağı varmış. Bu səbəbdən də oğlunun ilk müəllimi özü olub. O, əvvəlcə övladına yazıb-oxumaq öyrədib, sonra da onu şəhərdəki müxtəlif məktəblərdə oxudub, bir neçə dilin öyrədilməsinə nail olub. Rus dilini mükəmməl bildiyindən Sultan Məcid Qənizadə 1883-cü ildə Tiflisdəki Aleksandrovski Müəllimlər İnstitutuna daxil olmuşdur.

Digər lüğətlərdə

геронтофили́я достра́гивать замёрзлый изде́рживаться куманёк незна́йка отсту́кать разво́дистый шаба́шничество волоси́нка вы́веренный первообра́зный плазмотро́н по-челове́чьи попутеше́ствовать раска́шляться макуха amatorious electric blanket fork out miscible onus weaponeer zygomata янычар