QƏNİ
QƏNİRƏ
OBASTAN VİKİ
Hərbi Qənimətlər Parkı
Hərbi Qənimətlər Parkı — Azərbaycanın Bakı şəhərində yerləşən park. Park Dənizkənarı Milli Parkında yerləşir. Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində qazandığı qələbəyə həsr olunub. Parkda Ermənistan Silahlı Qüvvələri məxsus olduğu bildirilən, Rusiya istehsallı tank, "Qrad" qurğuları, top və digər müharibə texnikası nümayiş etdirilir. == Tarixi == Park Dənizkənarı Milli Parkında yerləşir. Park Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində qazandığı qələbəyə həsr olunub. Parkda Ermənistan Silahlı Qüvvələri məxsus olduğu bildirilən, Rusiya istehsallı tank, "Qrad" qurğuları, top və digər müharibə texnikası nümayiş etdirilir. Azərbaycan prezidenti İlham Əliyevin "Qələbə" tvitləri, aparıcı media qurumlarına müsahibələr, xalqa müraciətlərdən ibarət hissələr Parkın ərazisindəki videozalda nümayiş etdirilir.Parkın mühəndis-maneələr sistemini ehtiva edən ərazisində 5 metr enində, 3–4 metr dərinlikdə qazılan tank əleyhinə xəndək, mina sahəsi, tank əleyhinə beton dirəklər və metal kirpilər, alçaq dirəklər üzərində tikanlı məftildən tor, hündür dirəklərdə məftilli tor, piyada əleyhinə mina sahəsi, az nəzərə çarpan və üçcərgəli lent tipli məftil maneələri, həmçinin səngər üzərində lent tipli məftil maneələr nümayiş olunur. Bu maneələr sistemi Füzuli, Cəbrayıl, Ağdam, Tərtər və Goranboy istiqamətlərində Azərbaycan Silahlı Qüvvələri bölmələrinin dəf etməli olduğu mühəndis sistemlərindən idi. Parkda döyüş postu və əsgər kazarması yerləşir.
Qənimət
Talançılıq — hərbi, siyasi və ya digər sosial böhranlar, təbii fəlakətlər (hüquq və mülki icraatın müvəqqəti olaraq təsirsiz olduğu yerlərdə), və ya iğtişaş zamanı güclə və ya oğurluq yolu ilə daşınan və ya daşınmaz əmtəənin alınması.
Qənimət Zahid
Qənimət Zahid (tam adı: Qənimət Səlim oğlu Zahidov; 10 fevral 1963, Şamaxı) — azərbaycanlı jurnalist, yazıçı, "Azadlıq" qəzetinin baş redaktoru, Turan TV-nin prezidenti. == Həyatı və karyerası == Qənimət Zahid 1963-cü il fevralın 10-da Şamaxının Qurdtəpə kəndində anadan olub. 1970–78-ci illərdə Qurdtəpə kənd orta məktəbində oxuyub. 1978-ci ildə Sumqayıt Kimya Texnologiya Texnikumunda oxuyub və təyinatla Çeçenistanın paytaxtı Qroznı şəhərinə, neftayırma zavodunda işləmək üçün göndərilib. 1985-ci ildə Bakı Dövlət Universitetinə daxil olub və 1990-cı ildə Bakı Dövlət Universitetini bitirərək Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəyin məktubu əsasında verilən təyinatla "Azadlıq" qəzetinə gəlib. Tələbəlik dövründə "YURD" birliyinin (1987) yaradılmasında fəal iştirak edib və Azərbaycanda tələbə hərəkatının liderlərindən olub. 1990-cı ildə 20 yanvar hadisələrindən sonra Tbilisidə "YURD" adlı gizli qəzet buraxıb və tələbə hərəkatının xətti ilə bu qəzet bütün Azərbaycanda yayılıb. 1990-cı ilin iyununda "Azadlıq" qəzeti nəşrini bərpa edəndən sonra burada işə başlayıb və həmin ilin axırlarında qəzetin baş redaktorunun müavini olub. 1991-ci ilin noyabrında "Azadlıq" qəzetinin baş redaktor əvəzi olub, 1992-ci ilin əvvəllərindən isə də isə baş redaktor seçilib. 1994-cü ildə redaktorluqdan istefa verərək qəzetdə məsləhətçi vəzifəsinə keçib.
Qənimət Zahidov

Ətraf Qənimətov
Ətraf Oktay oğlu Qənimətov (20 mart 1997, Şəki – 13 oktyabr 2020, Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin Azərbaycan Quru Qoşunlarının Leytenantı, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Əslən Laçın rayon Vəlibəyli kəndindən olan şəhid Leytenant Ətraf Qənimətov Oktay oğlu, 20 mart 1997-ci ildə Şəki şəhəri Dəmiryol köçkünlər qəsəbəsində anadan olub. O, 2003-cü il Şəki şəhər "Çələbixan" qəsəbə köçkünlər tam orta məktəbinin 1-ci sinfinə daxil olmuşdur. 2012-2013-cü tədris ilinin yekununa görə "Təlim və tərbiyyə"də əldə etdiyi nəaliyyətə görə "Fəxri Fərmanla" təltif edilmişdir. 2014-cü ildə həmin məktəbi bitirib, Sumqayıt Dövlət Üniversitetinin "Tarix və Coğrafiya" fakültəsinin "Tarix müəllimliyi" ixtisasına qəbul olmuşdur. 2015-ci ildə "Bakı 2015" İlk Avropa Oyunlarında iştirakına görə "Təşəkkürnamə" ilə təltif olunmuşdur. Mart 2015-İyun 2015 tarixləri arasında Bakıda keçirilmiş "1-ci Avropa Oyunları"nda Mərasim İştirakçısı olaraq möhtəşəm töhfəsinə görə "Sertifikat"la təltif olunmuşdur. Ətraf Qənimətov 17-19 İyun 2016-cı ildə "FORULA 1 GRAND PRİX OF EUROPE"da könüllü olduğu üçün "Sertifikatla" təltif olunmuşdur. 2017-ci il may ayının 12-dən 22-dək keçirilən "Bakı 2017" İslam Həmrəyliyi Oyunlarında da iştirak etmişdir. Azərbaycan Ordusunun Quru Qoşunlarının Leytenantı olan Ətraf Qənimətov 2020-ci il oktyabrın 13-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı oktyabrın 13-də Füzulinin azad edilməsi zamanı şəhid olub.
Qənimət (teleserial)
Qənimət 24 iyun 2022-ci ildə Hubbard və Alan Yanq tərəfindən yaradılmış Amerika komediya televiziya serialıdır. Serialda baş rollarda Maya Rudolf, Mikela Rodriqez, Ron Funkes və Nat Fakson yer alır. == Aktyorlar və Personajlar == Əsas Molli Novak rolunda — Maya Rudolf Sofia Salinas rolunda — Mikela Rodriqez Nikolas rolunda — Kim Buster Hovard rolunda — Ron Funkes Artur rolunda — Nat FaksonQonaq David kanq Heyli rolunda — Dilan Gelula Kasinda rolunda — Kaitlin Relli Paul rolunda — Brendan Sanel Martin rolunda — Georgi Viner Renee rolunda — Kim VitleyDigər Novak rolunda — Skot Con Ronda rolunda — Migen Fay Ainsley rolunda — Stefan Stil Pyer rolunda — Oliver Martinez == Haqqında == 2021-ci ilin martında elan olundu ki, Alma TV+, Matt Hubbard və Alan Yanq tərəfindən yaradılmış Maya Rudolfun baş rolda oynayacağı adı açıqlanmayan komediya serialını sifariş edib. Mikela Rodriqez və Kim Busterdə serialın baş rolunda oynayacaqdı. Oliver Martinez noyabr ayında təkrarlanan rol üçün seçildi. Nat Fakson və Ron Funkes seriala ilk baxışdan sonra əsas aktyor heyətinin bir hissəsi kimi ortaya çıxacaqdılar. Baxış toplayıcı veb saytı Rotten Tomato, 42 tənqidçi rəyinə əsasən, 6,9/10 orta reytinqlə 81% bəyənmə reytinqi bildirdi.
Yırtıcı 5: Qənimət (film, 2022)
Yırtıcı 5: Qənimət (ing. Predator 5: Prey) və ya rəsmi adı ilə Qənimət (ing. Prey) — 2022-ci il ABŞ filmi. Film horror elementli elmi fantastika və döyüş janrındadır. Bu film "Yırtıcı" film franşizasının 5-ci fimidir və ilk 4 filmin ("Yırtıcı", "Yırtıcı 2", "Yırtıcılar" və "Yırtıcı 4") prikvelidir. Film, dünyaya Yırtıcıların il gəlişi və komançi hindi tayfasından olan qız Narunun onu məhv etməsindən bəhs edilir. Əhvalat 1719-cu ildə baş verir. == Rollarda == Ember Midtander — Naru Deyn Dilyeqro — Yırtıcı Dakota Bivers — Taabe, Narunun qardaşı.

Digər lüğətlərdə

ку́мушкин лорне́тка наку́ривание окарикату́ривать ока́чивать перепре́лый сыры́ теси́нка я́гель го́рдый земля́ческий кури́ный отожествле́ние прови́нчиваться ростовщи́чество сладостра́стница теплолече́ние гракать audile dispark expatiate fleabite prosphora somniloquy train officer