QƏPİK-QURUŞ

Quruş (əsli: qroş) latın mənşəlidir, “qəpik” anlamını verir. Deməli, qəpik-quruş sinonimlər birləşməsidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

QƏPİK
QƏRAR
OBASTAN VİKİ
Quruş
Quruş — Dağıstanın Doqquzpara rayonunda kənd. Yaşayış məskəni kimi Quruş kəndi onun tərkibində tək formalaşmışdır. == Coğrafi mövqeyi == Quruş kəndi Şalbuzdağ dağının cənub-şərq yamacında, Usuxçay vadisində, Usuxçay kəndindən 17 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2002-ci ildə kənd əhalisinin sayı 804 nəfər, 2012-ci ildə isə 816 nəfər olmuşdur. Son illər kənd əhalisinin sayında eniş müşahidə olunur və bu ilə olan məlumata görə Quruş kəndində 787 nəfər yaşayır. Quruş kəndinin əhalisi tarixən iki nəsl şaxəsinə bölünür - tuxumlar (türkcə) və ya uymaxlar (ləzgicə): Xaytakar, Qilevar, Tetesar, Falakar, Kızırar, Kirtar, Misriyar, Zanqavar, Avurar, Kuldurar, Xebeşar, Çuvallar. Kənd bir neçə məhəlləyə bölünür: Paqvay kiler, Vene kiler, Kirtar və Kamavaybur. == Tarixi == 1886-cı ildə Quruş kəndində 718 həyət və 4761 nəfər var idi. Əhalinin 2536 nəfəri kişi, 2225 nəfəri isə qadın idi. 71451 baş qoyun, 1767 at və 2189 baş iri buynuzu heyavan mövcud idi.
Qəpik
Qəpik — Rusiya, Belorusiya, Ukrayna, Azərbaycan və s. bir sıra ölkələrdə xırda pul vahidi. == Tarixi == Tarixi mənbələrə görə bəşəriyyət tarixində ilk qəpiklər e.ə. VII əsrdə Lidiya dövlətində elektrumdan - 30% gümüş saxlayan qızılla gümüşün təbii ərintisindən kəsilmişdir. Sonrakı əsrlərdə əsas qəpik metalları qızıl, gümüş və mis olmuşdur. XIX əsrin ikinci yarısında bu metallara dördüncü metal - nikel əlavə olunmuşdur. Məsələn, müasir 50 franklıq Belçika qəpikləri təmiz nikeldən kəsilmişdir. Hazırda qəpik hazırlanmasında daha çox mis-nikel ərintisindən istifadə olunur. Maraqlıdı ki, qədim Baktriyada qəpikləri tərkibi müasir tərkiblə, demək olar ki, eyni olan, 20% nikel saxlayan mis-nikel ərintisindən düzəldirdilər. Bu tərkib təbii filiz yataqlarının tərkibinə uyğun gəlirdi.Orta əsrlərdə Bizansda, Çində və Yaponiyada dəmir puldan da istifadə olunurdu.
Qəpik (Azərbaycan)
Qəpik (Azərbaycan) — Azərbaycan Respublikasında mübadilə olunan pul vahididir və Azərbaycan manatının 1⁄100 hissəsini təşkil edir. 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra, 1992-ci və 1993-cü illərdə ölkənin yeni pul vahidi olan Azərbaycan manatı ilə qəpik 5, 10, 20 və 50 nominallı sikkələr olaraq istifadəyə verilib.İnflyasiya, qəpiyin 1990-ci illərdə və 2000-ci illərin başında dəyərini itirməsinə və dövriyyədən çıxmasına səbəb olsa da, qanuni ödəmə vasitəsinin statusu saxlandı. 28 dekabr 2005-ci ildə Yeni Azərbaycan manatı istifadəyə verilincə, qəpik yenidən bərpa edilib. Yeni qəpik 1, 3, 5, 10, 20 və 50 nominallı sikkələr olaraq istifadəyə verilib.
Ay və qara qəpik
Ay və quruş (Ay və qara şahı) — Somerset Moemin 1919-cu ildə yazılmış romanı. Əsər dahi fransız rəssamı Pol Qogenin həyatına improvizasiyadır.

Digər lüğətlərdə

жиле́точный запоро́жец изгна́нница ная́бедничаться неизбе́жность похва́рывать пригороди́ть приплёскивание проторя́ться пузы́рница размежева́ть спи́довый вполцены́ лаццаро́ни ободрать как ли́пку уду́шье упо́рствовать карта пугама яломок driving-axle Norwich terrier wren yo-yo межзональный