QƏRİBLİK

is.
1. Yad yerdə olan, qürbətdə olan adamın halı.
// Qürbət. Qəriblikdə yaşamaq. Qəriblikdə ölmək.
– Qəriblik ixtiyar etməz, kimin kim, yarı yar olsa. Kişvəri.
Qəriblikdə yada düşər, yanaram; Aşna, yoldaş, yar, müsahib, ellər, hey. M.V.Vidadi.
Durnalar ötüb gedir; Qəriblikdən qürbətə; İkisi bir, üçü bir. R.Rza.

2. Yazıqlıq, zavallılıq, adamsızlıq, kimsəsizlik, təklik.
// Hüzn, ələm, kədər, qəmginlik.
Onun çıraq kimi yanan gözlərində bir qüssə, bir qəriblik vardı. M.İbrahimov.
Çoxdandır tökülmüş sarı yarpaqlar; Günəşdə bu axşam bir qəriblik var. N.Rəfibəyli.

◊ Qəribliyə düşmək – qulaqardına vurulmaq, sayılmamaq, əhəmiyyət verilməmək.
Sözlərinin bu cür qəribliyə düşdüyünü görüb pərt olan Güləlioğlu … katiblə vidalaşmadan haraya isə getdi. M.Hüseyn.

Qəribliyə salmaq – əhəmiyyət verməmək, qulaq asmamaq, etina etməmək, saymamaq.
Qəzetimizdə “Ordan-burdan” yazan “Filankəs” in zarafatyana yazdığı sözləri hər halda qəribliyə salmaq olmaz. F.Köçərli.
Bəşir müəllimin sözünü qəribliyə salmağa haqqımız yoxdur. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QƏRİBLİK hüzn — ələm — kədər — qəmginlik
  • QƏRİBLİK yazıqlıq — zavallılıq — aramsızlıq — kimsəsizlik — təklik
  • QƏRİBLİK qürbət

Antonimlər (əks mənalı sözlər)

  • QƏRİBLİK QƏRİBLİK – DOĞMALIQ Yad ellərə düşəndə qəriblik boğur məni… (Ə.Cavad); Buna baxmayaraq, burada Güləbətin qəribə bir doğmalıq hiss edirdi (M
QƏRİBLƏŞMƏK
QƏRİBNƏVAZ
OBASTAN VİKİ
Qəriblik
Qəriblik — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.

Digər lüğətlərdə

деквалифици́ровать карто́граф обу́глиться перегре́ться подтора́чивать размы́кивать сохра́нно хи́на задымлённость коло́ния куполови́дно неправомо́чность отзаседа́ться перема́чивание серсо́ ушку́йник черноко́рень Canary Islands fellow-heir inflection oreography vimen ways and means бегунок фоторепортёрский