QƏRİBSƏMƏK

f. Özünü bir yerdə tək və kimsəsiz görüb qəmgin olmaq, qəriblik hiss etmək, darıxmaq.
Bu dadlı söhbətlərin içində belə yenə də ağsaqqal həkim öz ailəsi üçün çox bərk qəribsəyir, öz Mehriban xanımı üçün bərk darıxırdı. S.Rəhimov.
Mən tanıdığım bir nəfər də yox idi.
Ona görə bir küncdə qəribsəyirdim. Mir Cəlal.
Mən də sizsiz qəribsədim, uçmaq istər ruhum daha. Ə.Cavad.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QƏRİBSƏMƏK QƏRİBSƏMƏK Mən də sizsiz qəribsədim, uçmaq istər ruhum daha (Ə.Cavad); DARIXMAQ
  • QƏRİBSƏMƏK darıxmaq

Antonimlər (əks mənalı sözlər)

  • QƏRİBSƏMƏK QƏRİBSƏMƏK – SEVİNMƏK Mən tanıdığım bir nəfər də yox idi. Ona görə bir küncdə qəribsəyirdim (Mir Cəlal); Səsini eşidəndə o qədər sevindim ki, sanki ne

Etimologiya

  • QƏRİBSƏMƏK Sözün kökü ərəbcədir, əqrəba (qohum) kəlməsi ilə kökdaşdır. Qərib (əğrəb) kəlməsi “yaxın adam” mənasını verir
QƏRİBSƏMƏ
QƏRİNƏ

Digər lüğətlərdə

дрожа́ние застава́ние первосо́зданный разбреда́ться стре́льбы филантропи́зм челно́чить четырёхуго́льником бамбу́к влюблённо гнильё дви́жимый драм нахму́ривать палатализова́ть смы́вочный транс науз Andaman Islands encephalitic plum-dough put about unburnished долина единый