Karlşteyn qəsri
Karlşteyn qəsri (Karlštejn; yaxud Karlův Týn) — XVI əsrdə imperator VI Karl tərəfindən Çexiyanın paytaxtı Praqanın 28 km cənub-qərbində tikdirdiyi qotik qəsr.
Onun tərtibatı üçün ən yaxşı saray ustaları dəvət edilmişdi, bu, IV Karlın topladığı Müqəddəs Roma imperiyasının reqaliya və relikviyalarının saxlandığı ən təmtəraqlı qəsrlərdən biri idi. Qəsr Berounka çayının 72 metrlik əhəng qayasının üstündəki terraslar üzərində inşa edilib.
== Yerləşməsi və təyinatı ==
Karlşteyn qəsri Praqadan 30 km cənub-qərbdə Berounka çayının sol tərəfində, 8,5 km Berona şəhərindən aralı yerləşir. Bu çex qala-qəsrlərindən ən məşhurudur, çünki, müqəddəs relikvilayalrın və imperiya reqaliyalarının saxlanması, eləcə də təntənəli mərasimlərin keçirilməsi üçün yaradılan kral qəsri sayılır. Bu qəsr Çexiya dövlətçiliyi rəmzidir.
Beronka çayından qəsrə qədər yol qəsrlə eyni adlı Karlşeyn kəndindən keçir, yolun kənarında çoxsaylı suvenir satıcılarını və kiçik restoranları görmək olar. Bu yolla gedəndə nədənsə, Kafkanın, barəsində yazdığı qəsrin təsəvvürü yaranır.
== Tarixi ==
Karlşteyn qəsrinin əsası 1348 ildə IV Karl tərəfindən qoyulub. Karlşteynin ilk daşı (yeri gəlmişkən qəsrin adı “Karlın daşı” kimi tərcümə edilir) kralın ən yaxın məsləhətçisi olan Praqanın ilk arxiyepiskopu, Pardubitesdən olan Arnoşt tərəfindən qoyulub.