QƏSƏBƏ

is. [ ər. ] Şəhər tipli yaşayış məntəqəsi. Fəhlə qəsəbəsi.
– Heç bilirsinizmi ki, dünyada Ağdam qəsəbəsi də var? C.Məmmədquluzadə.
Küçələrdə arabaçılar, suçular və qeyri qəsəbə əhli o yan-bu yana yeriməkdə idi. S.M.Qənizadə.
Dənizdən əsən xəfif meh fəhlə qəsəbəsinə xoş bir sərinlik gətirirdi. M.Hüseyn.

QƏSDSİZ
QƏSƏBƏCİK
OBASTAN VİKİ
Araz (qəsəbə)
Araz — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə.
Arazdəyən (qəsəbə)
Arazdəyən, (1968-ci ildən: Yerasx) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 28 km məsafədə Araz çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənd Araz çayının yaxınlığında yerləşdiyi üçün Arazdəyən adlandırılmışdır. Toponim Araz və dəyən (döyən) feli sifətinin birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3. VII.1968-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Yerasx qoyulmuşdur. == Əhalisi == Ermənilər bura 1897-ci ildə köçürülmüşdür.
Avrora (qəsəbə)
Hirkan (əvvəlki adı: Avrora) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Avrora qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Avrora şəhər tipli qəsəbə Hirkan şəhər tipli qəsəbə, Avrora qəsəbə inzibati-ərazi vahidi Hirkan qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır. == Tarixi == SSRİ dövründə bura Lənkəranın ən çox çay istehsal edən sovxozu olmuşdur. SSRİ dövründə "Avrora Çay Sovxozu" adlandırılmışdır. 1934-cü ildə Baltik donanmasının "Avrora" kreyserinin şərəfinə "Avrora" çayçılıq sovxozu əsasında Avrora adlandırılmışdır və beləliklə qəsəbənin əsası qoyulmuşdur. Dağatəyi düzənlikdədir. 1964-cü ildə Hirkana şəhər tipli qəsəbə statusu verilmişdir.Xanbulançay su anbarı bu qəsəbədədir. Çayçılıq sahəsinin inkişafı 1970–1980-ci illərdə daha da sürətlənmiş, çay əkinlərinin suvarma suyuna tələbatının ödənilməsi məqsədi ilə 1976-cı ildə Lənkəran rayonunda tutumu 52 milyon m³ (kubmetr) olan Xanbulançay su anbarı Bəşəru çayının üzərində inşa olunmuşdur, bu böyük bənd bu günə kimi hələ də öz möhkəmliyi ilə seçilir. Bəndin tikintisinə 1967-ci ildə başlanmış, 1977-ci ildə istifadəyə verilmişdir. Onun suyundan yayda süni suvarmada geniş istifadə olunur.
Babazanlı (qəsəbə)
Babazanlı — Azərbaycan Respublikasının Salyan rayonunun ərazisində yaşayış massivi.
Babək (qəsəbə)
Babək (əvvəlki adı: Təzəkənd) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Babək şəhər inzibati ərazi dairəsində şəhər. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2020-ci il tarixli, 128-VIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Babək qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Babək qəsəbəsinə şəhər statusu verilmiş, Babək qəsəbə inzibati ərazi dairəsi Babək şəhər inzibati ərazi dairəsi hesab edilmişdir. == Toponimikası == == Tarixi == 1978-ci ilə qədər qəsəbənin adı Təzəkənd olmuşdu. Həmin ildə qəsəbənin adı dəyişdirilərək Babək Xürrəminin şərəfinə Babək adlandırılmışdır. === Tarixi abidələri === == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == 2014-cü ildə otuz bir min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad – Babək – Nehrəm – Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılmışdır. == Mədəniyyəti == Babək şəhərində Mədəniyyət evi fəaliyyət göstərir. Mədəniyyət evi burada 2007-ci ildən fəaliyyət göstərir. Bundan başqa Babək şəhəri yaxınlığında orta əsr şəhəri olan Astabadın xarabalıqları yerləşir. Bundan başqa şəhərdə Babək tarix-diyarşünaslıq muzeyi fəaliyyətdədir. == Təhsil == Şəhərdə Babək şəhər 1 nömrəli və 2 nömrəli tam orta məktəblər fəaliyyət göstərir.
28 May (qəsəbə)
28 May — Azərbaycan Respublikasınnın Binəqədi rayonunun inzibati-ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 21 may 2004-cü il tarixli, 674-IIQ saylı Qərarı ilə Bakı şəhərinin Binəqədi rayonunun 28 May qəsəbəsi Xocasən qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, 28 May qəsəbə inzibati ərazi vahidi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 2 oktyabr 2006-cı il tarixli, 148-IIIQ saylı Qərarı ilə Bakı şəhərinin Binəqədi rayonunun 28 May qəsəbəsindən 254 ha torpaq sahəsi Abşeron rayonunun Xırdalan qəsəbəsinə verilmişdir. == Tarixi == Qəsəbənin bir hissəsi XX əsrin 90-cı illərində Xocəsən qəsəbəsinin inzibati ərazisinə daxil olmuşdur. 2003-cü ildə qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulmuşdur. 2004-cü ildə 28 May qəsəbə inzibati vahidi yaradılmışdır. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 28 May qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəlik 2004-cü ildən fəaliyyətə başlamış, işçilərin sayı 4 nəfərdir. == Coğrafiyası və iqlimi == Qəsəbə rayon mərkəzindən 20 km aralı, Abşeron yarımadasının qərbində yerləşir. == Əhalisi == Qəsəbədə yaşayan əhalinin sayı 7011 nəfər (01 yanvar 2013), qeyri rəsmi (qeydiyyatsız yaşayan) 10.000 nəfər təşkil edir. == İqtisadiyyatı == Əhalisi əsasən kənd təsərrüfatı, kənd təsərrüfatı məhsulları emalı müəssisələrində və sosial obyektlərdə çalışır.
Qəsəbə
Qəsəbə — inkişafına görə kənddən yüksək, şəhərdən isə aşağı səviyyəli yaşayış məntəqəsi statusudur. Azərbaycanda rayon və şəhər tabeliyində olan çox sayda qəsəbə vardır. Qəsəbələr böyüyüb inkişaf etdikcə şəhər tipli qəsəbə halına gələ bilər və daha sonra şəhər statusunu qazana bilər. == Qəsəbənin kəndlərdən fərqi == Qəsəbələrin kəndlərdən ən əsas fərqi əhalisi və onun məşğuliyyətidir. Azərbaycanda çox qəsəbələrdə xəstəxana, kitabxana, uşaq bağçası və s. vardır.
Bakıxanov (qəsəbə)
Bakıxanov — Bakının Sabunçu rayonunda şəhər tipli qəsəbə.Bakıxanov qəsəbəsi 1936-cı ildə qəsəbə statusu almış, Stepan Razin qəsəbəsi adı verilmiş və 29 aprel 1992-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi adlandırılmışdır. Qəsəbə Bakı dəmir yolu stansiyasından 10 km məsafədə yerləşir. Ərazisi 12 km²-dir. Bura Bakının ən yaşıl qəsəbələrindən biridir. Bu gün burada geniş abadlıq-quruculuq işlərini müşahidə etmək olar. Burada bir çox bağça, bir neçə park vardır. Qəsəbənin mərkəzi hissəsiylə uzanan xiyaban var. == Tarixi adı == Bakıxanov qəsəbəsi Bakı şəhəri Sabunçu rayonunda yerləşir. Bakıxanov qəsəbəsinin ən qədim yerli adının mənasının araşdırmasında AMEA Coğrafiya İnstitutunun toponimika üzrə mütəxəssisi c.ü.f.d. Mahirə Abbasovanın tədqiqinə görə yaşlı sakinlərdən topladığı məlumata görə 100 il bundan əvvəl Kühül dağı adlandırılmışdır.
Bartaz (qəsəbə)
Bartaz — Azərbaycan Respublikasının Zəngilan rayonunun Bartaz kənd inzibati ərazi dairəsində qəsəbə.9 noyabr 2020- ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Qəsəbə düzənlikdədir. 1952-ci ildə qonşu kəndlərdən gəlmiş ailələr Bartaz dəmir yolu stansiyası ətrafında salmışlar.
Binəqədi (qəsəbə)
Binəqədi – Bakının Binəqədi rayonunun inzibati mərkəzidir. == Əhalisi == Binəqədi əhalisinin sayı haqqında ilk məlumatlar XIX əsrin əvvəllərinə aid olsa da, tarixi dövrün təhlillərinə görə, orta əsrlərdə və hətta XVIII əsrdə də bu kəndin əhalisi dəfələrlə çox olmuşdur. Binəqədidə evlərin sayı 1849-cu ildə 49, 1886-cı ildə 168 və 1921-ci ildə 184 idi. Əhali sayı 1842-ci ildə 372 nəfər idi və Bakı kəndləri arasında bu saya görə 19-cu yerdə olsada, sonrakı illərdə daha sürətlə artmış, 1886-cı ildə 847, 1926-cı ildə 6562 və 1939-cu ildə 11200 nəfər olmuşdur. Binəqədi ətrafında XIX əsrin sonlarında neft çıxarılması ilə bağlı ərazi mədən-zavod rayonu ərazisinə aid olur və kəndin ətrafında fəhlə qəsəbəsi yaradılır. Əhali sayı 1959-cu ildə 11 min, 1999-cu ildə 15,5 min, 2009-cu ildə 37,7 min və 2016-cı ildə 38,6 min nəfər olmuşdur. Qəsəbənin hazırda əhali sayı 70 min nəfərdən çoxdur. Əslində mövcud və ya qeydiyyata alınmayanların sayı isə 30 minə yaxındır. == Tarixi == Binəqədi Bakının ən qədim və böyük kəndlərindən biridir. Adının mənası haqqında konkret fikir olmasa da, arxeoloji qazıntılar zamanı əldə edilən nadir tapıntılar əsasında bu kəndin binədən qədim olduğu sübuta yetmişdir.
Bəndovan (qəsəbə)
Bəndovan — Bakı şəhərinin Qaradağ rayonunda Ələt qəsəbə inzibati ərazi vahidində şəhər tipli qəsəbə. == Tarixi == 1945-ci ildə Bəndovana şəhər tipli qəsəbə statusu verilib. Bəndovan Xəzər dənizinin sahilindədir.
Daşkəsən (qəsəbə)
Daşkəsən — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Daşkəsən qəsəbə inzibati ərazi dairəsində qəsəbə. == Toponimikası == Qəsəbə 1937-ci ildə Qoşqar çayının sahilində kobalt istehsalı ilə əlaqədar salınmış və Kobalt qəsəbəsi adlandırılmışdır. 1942-ci ildən rəsmən Daşkəsən adlanır. == Tarixi == === Tarixi abidələri === Qəsəbədə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Qəsəbə Qoşqarçayın (Kürün qolu) sahilində, Murovdağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Qəsəbədə Daşkəsən qəsəbə klubu fəaliyyət göstərir. == Təhsil == Qəsəbədə Daşkəsən rayon Daşkəsən qəsəbə tam orta məktəbi və Daşkəsən rayon Daşkəsən qəsəbə ümumi orta məktəbi fəaliyyət göstərir. 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 262 000 manat vəsait ayrılmışdır. == Din == Qəsəbədə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Qəsəbədə Daşkəsən qəsəbə tibb məntəqəsi yerləşir.
Masallı (qəsəbə)
Masallı — Azərbaycan Respublikasının Masallı rayonunun Təklə kənd inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Təklə kənd inzibati ərazi dairəsi tərkibindəki Masallı qəsəbəsi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış, Masallı qəsəbəsinin dövlət mülkiyyətində olan 58,8 ha təşkil edən ərazisi bütövlükdə Təklə kənd inzibati ərazi dairəsi tərkibindəki Mollahəsənli kəndinin inzibati ərazisinə birləşdirilmişdir.
Müqtədir (qəsəbə)
İstisu (əvvəlki adı: Müqtədir) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Xaçmaz rayonunun Müqtədir qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Müqtədir qəsəbəsi İstisu qəsəbəsi adlandırılmış, Müqtədir qəsəbə inzibati ərazi dairəsi İstisu qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir.
NZS (qəsəbə)
NZS qəsəbəsi — Xətai rayonunda yerləşən qəsəbə. == Tarix == Qəsəbə SSRİ-nin vaxtından vardır. Əsas "NZS pivə zavodu"na görə çox məşhurdur. Qəsəbədə çoxlu köhnə binalar, həyət evləri və parklar vardır. == İqtisadiyyat == Sosial cəhətdən SSRİ-nin vaxtında pis şəraitdə olsa da, hazırda xeyli inkişaf etmiş və şəraitli bir qəsəbəyə çevrilmişdir. == Mədəniyyət == Qəsəbədə 166 saylı bağça (O.Vəliyev küç. 37) və E.Məmmədov adına uşaq bağçası (Abbas Səhhət küç. 48) fəaliyyət göstərir.Səid Rüstəmovun adına 13 nömrəli Uşaq İncəsənət Məktəbi (Marat Əmirxanov küç. 19) də qəsəbədə yerləşir.
Qaradağ (qəsəbə)
Qaradağ — Azərbaycanın Qaradağ rayonunda qəsəbə.
Qırmızı Qəsəbə
Qırmızı Qəsəbə (əvvəlki adları: Kulqat; Yevreyskaya Sloboda; Krasnaya Sloboda; Qırmızı Qəsəbə; Fətəli xan) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Quba rayonunun Qırmızı Qəsəbə qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Qırmızı Qəsəbə şəhər tipli qəsəbə Fətəli xan şəhər tipli qəsəbə, Qırmızı Qəsəbə qəsəbə inzibati-ərazi vahidi Fətali xan qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır. == Toponimiası == Rayonun yerli camaatı qəsəbəni "Qırmızıkənd" (Krasnoselsk) adlandırır. == Tarixi == Qırmızı Qəsəbə Quba rayonunda, Qusara gedən yol üzərində yerləşir. Bura yəhudilər Abbasqulu ağa Bakıxanovun dəstəyi ilə köçürülmüşdür. Bu kəndin əsasının 1731-ci ildə qoyulduğu güman edilir. Bu dövrdə siyasi təzyiq səbəbindən indiki əraziyə (Kulqat) köçən dağ yəhudiləri buraya kompakt formada yerləşir. Kəndin ilkin adı olan Kulqat indi də Qırmızı Qəsəbəni təşkil edən kvartallardan birinin adını daşıyır. Ərazi 7 məhəllədən ibarətdir: Kulqat, Qusar, Qarçoq, Giləki, Ağacani, Çapkəni və Mizrahi. Bütün bu kvartallar əslində bu əraziyə köçən dağ yəhudilərinin gəldiyi ərazini və soyunu göstərir.
Resen (qəsəbə)
Resen (mak. Ресен, serb. Ресан, türk. Resne, yun. Ρέσνα, alb. Resnjë) — cənub-qərbi Makedoniyadakı 9 min əhaliyə sahib bir qəsəbə. Resen Bitola və Oxrid arasında təxminən olaraq bərabər məsafədədir. Qəsəbə dəniz səviyyəsindən 880 metr yüksəkdə və Prespa gölü yaxınlığında yerləşir. Resen eyni zamanda Prespa gölündəki tək şəhərdir və Resen Bələdiyyəsinin mərkəzidir. == Tarixi == Köhnə İliryalı Damastiyon şəhəri Resen'n yaxınlığında ola bilər.
Rəsulzadə (qəsəbə)
Məhəmməd Əmin Rəsulzadə (əvvəlki adı: Kirov) — Azərbaycan Respublikasının Binəqədi rayonunun inzibati-ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Bakı şəhərinin Binəqədi rayonunun Kirov qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Kirov şəhər tipli qəsəbə M. Ə. Rasulzadə şəhər tipli qəsəbə, Kirov qəsəbə inzibati-ərazi vahidi M. Ə. Rasulzadə qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır. == Haqqında == Rəsulzadə qəsəbəsi Binəqədi rayonunun mərkəzində, Abşeron yarımadasının qərb hissəsində yerləşir. Qəsəbənin bundan əvvəlki adı "Kirov" qəsəbəsi olmuşdur. Kirov qəsəbəsi 26.02.1936-cı ildə Bakı şəhərinin Kirov rayonunun tərkibində Kirov qəsəbəsi kimi qeydə alınmış, 10.11.1937-ci ildə həmin qəsəbə mərkəz olmaqla Kirov qəsəbə Sovetliyi (inzibati ərazi dairəsi) yaradılmışdır. 05.10.1999-cu ildən isə həmin qəsəbə Məhəmməd Əmin Rəsulzadənin şərəfinə Rəsulzadə qəsəbəsi adlandırılmışdır. Qəsəbə əhalisinin rəsmi sayı (qeydiyyatda olan) 52300 nəfər, qeyri rəsmi isə (qeydiyyatsız yaşayan) 70000-nə yaxındır. Ərazisi 12 kv km-dir. Qəsəbənin inzibati ərazisində 109 küçə, 3 yaşayış massivi ("Vorovski", "Xutor", "Baksol") və 8323 ev təsərrüfatı mövcuddur. Qəsəbə ərazisində 5 orta təhsil məktəbi (99, 100, 143, 30, 115), 5 məktəbəqədər müəssisə ("Sahil", "Delfin", 77, 90 və 211 saylı) fəaliyyət göstərir.
Sabunçu (qəsəbə)
Sabunçu — Bakının Sabunçu rayonunda şəhər tipli qəsəbə. == Tarixi == Bakının ən qədim kəndlərindən sayılır. == İqtisadiyyatı == Vaxtilə Sabunçu Bakının əsas sənaye istehsalı və neft mərkəzlərindən biri idi. == Əhalisi == AzStat-ın 1 yanvar 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən qəsəbədə təxminən 31.4 min nəfər əhali yaşayır.
Sahil (qəsəbə)
Sahil (əvvəlki adı: rus. Примо́рск; Primorsk; Dənizkənarı) — Azərbaycanın Qaradağ rayonunda şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Bakı şəhərinin Qaradağ rayonunun Dənizkənarı qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Dənizkənarı şəhər tipli qəsəbə Sahil şəhər tipli qəsəbə, Dənizkənarı qəsəbə inzibati-ərazi vahidi Sahil qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır. == Toponimikası == Qəsəbə dəniz sahilində yerləşdiyi üçün belə adlandırılmışdır. == Tarixi == Sahil qəsəbəsində 1949-cu ilə qədər balıq vətəgəsi olub. Qəsəbənin yaranma tarixi 1949-cu ildə Qaradağ Sement Zavodunun tikintisi ilə bağlıdır. Belə ki, həmin dövrdə Keşlə qəsəbəsində yerləşən sement zavodunun Bakı şəhərinin mərkəzindən Qaradağ Dəmir Yolu stansiyasının yaxınlığına köçürülməsi qərara alınmışdır. Zavodun tikintisi və gələcək fəaliyyəti ilə əlaqədar dənizin kənarında ilk yaşayış evləri tikilmiş, 1951-ci ildə zavodun I və II texnoloji xəttləri işə salınmış və 1952-ci ildə Sahil qəsəbəsi inzibati ərazi vahidliyi kimi təşkil olunmuşdur. == Coğrafiyası və iqlimi == Qəsəbə Xəzər dənizi sahilində yerləşir. == Mədəniyyət == Sahil qəsəbəsində iki incəsənət məktəbi fəaliyyət göstərir (5 saylı Uşaq İncəsənət məktəbi; 28 nömrəli musiqi məktəbi).
Susami (qəsəbə)
Susami (すさみ町, Susami-chō) — Yaponiyanın Vakayama prefekturasının Nişimuro qəzasında yerləşən qəsəbə. 1 avqust 2014-cü ilin məlumatına görə qəsəbənin əhalisi 4.291 nəfər, əhali sıxlığı hər km2-da 24,56 nəfər təşkil edir. Qəsəbənin sahəsi 174,71 km2-dır. == Coğrafiya == Qəsəbənin Honşu adasının Kansai regionunda, Vakayama prefekturasının Nişimuro qəzasında yerləşir. Qəsəbənin Kuşimoto, Kozaqava və Şirahama qəsəbələri ilə qonşudur.. == Əhali == 2014-cü ilin məlumatına görə qəsəbə əhalisi 4.291 nəfərdir, hər km² ərazidə 24,56 nəfər yaşayır. Əhalisinin 1980-2005-ci illər arasında dəyişməsi: == Simvolika == Qəsəbənin simvolik ağacı kastanopsis, simvolik çiçəyi Crinum asiaticum, simvolik quşu yapon ağgözüdür.. == Maraqlı fakt == Susami qəsəbəsinin sahil hissəsində qəsəbənin poçt sisteminin rəsmi hissəsi olan sualtı poçt qutusu yerləşir. Bu poçt qutusu dünyada ən dərində yerləşən sualtı poçt qutusu (10 metr) olduğundan Ginnesin Rekordlar Kitabına düşmüşdür. Deyilənə görə, ən işlək vaxtda bu poçt qutusuna gündə 200 məktub çatdırılır.
Səngəçal (qəsəbə)
Səngəçal – Azərbaycanın Qaradağ rayonunda qəsəbə. == Tarixi == Əslində bu yerin adı Səngəçal deyil, Səngəçar olmalıdır. Bölünən söz olub "Səngə" (sənə) və "çar" vurğularında özünü göstərir. Bu sözlər də ayrı-ayrılıqda böyük mənalar daşıyır. İlk baxışda Səngəçal mənası ilə ad çaxmaq daşına bağlanır. Səng - daş, 2-ci mənası səngi - məhək sınaq daşı (qoşa mənasında, yəni qızılı, gümüşü yoxlayan daş), 2-ci mənası - sınaq daşı, 3-cü mənası səngi - sitəm, daş kimi ağır dərd. Bu baxımdan, bəsit formada Səngəçal çaxmaq daşı olan yer mənasını daşıyır (Bax. ə.f. lüğ. səh.
Vəndam qəsəbə
Vəndam — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Vəndam kənd inzibati ərazi vahidi tərkibindəki Vəndam kəndinə qəsəbə statusu verilmiş, Vəndam kənd inzibati ərazi vahidi Vəndam qəsəbə inzibati ərazi vahidi adlandırılmışdır. == Toponimikası == Oykonimin tərkibindəki vən göyrüş ağacının ikinci adıdır. Yerli məlumata görə, bu oykonim "vən (göyrüş) ağacından tikilmiş dam" mənasındadır. == Tarixi == === Tarixi abidələri === Qalaüstü yeri — VI–IX əsrlərə aid arxeoloji abidə. == Coğrafiyası və iqlimi == Qəsəbə rayon mərkəzindən 12 km cənub-şərqdə, Qəbələ-İsmayıllı şose yolunun kənarında, Vəndam çayının sol sahilində, Baş Qafqaz silsiləsinin ətəyində yerləşir.Təbiəti mülayimdir. Vəndam qəsəbəsində dağın ətəyində Yeddi gözəl şəlaləsi vardır. Burada yeddi şəlalə olmasa da yeddi mərtəbə vardır. Rayondakı əksər turizm obyektləri də bu qəsəbədə fəaliyyət göstərir. "Duyma" sağlamlıq və istirahət mərkəzi, "Semerana", "7 gözəl pansionatı" ilə məşhurdur.
Xanlar (qəsəbə)
Ağdağ (əvvəlki adı: Xanlar) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Göygöl rayonunun Göygöl şəhər inzibati ərazi dairəsi tərkibindəki Xanlar qəsəbəsi Ağdağ qəsəbəsi adlandırılmışdır.
10 №-li Qayıdış qəsəbəsi
10 №-li Qayıdış qəsəbəsi — Füzuli rayonunun eyniadlı inzibati ərazi dairəsi tərkibində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Füzuli rayon inzibati ərazi vahidi tərkibində faktik mövcud olan Haramı sahəsində yeni salınmış 10 №-li Qayıdış qəsəbəsi rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. Mərkəzi 6 №-li Qayıdış qəsəbəsi olmaqla, 6 №-li Qayıdış, 7 №-li Qayıdış, 8 №-li Qayıdış, 9 №-li Qayıdış, 10 №-li Qayıdış və 11 №-li Qayıdış qəsəbələrindən ibarət İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 19 iyun 2009-cu il tarixli, 837-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun 10 №-li Qayıdış qəsəbəsi İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, 10 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Qəsəbədə Birinci Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb. == Təhsil == Qəsəbədə Uşaq bağçası fəaliyyət göstərir. == İstinadlar == == Xarici keçidlər == Füzuli rayon bələdiyyələrinin siyahısı Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu. Azərbaycan. — 2009. — 31 iyul.
11 №-li Qayıdış qəsəbəsi
11 №-li Qayıdış qəsəbəsi — Füzuli rayonunun eyniadlı inzibati ərazi dairəsi tərkibində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Füzuli rayon inzibati ərazi vahidi tərkibində faktik mövcud olan Haramı sahəsində yeni salınmış 11 №-li Qayıdış qəsəbəsi rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. Mərkəzi 6 №-li Qayıdış qəsəbəsi olmaqla, 6 №-li Qayıdış, 7 №-li Qayıdış, 8 №-li Qayıdış, 9 №-li Qayıdış, 10 №-li Qayıdış və 11 №-li Qayıdış qəsəbələrindən ibarət İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 19 iyun 2009-cu il tarixli, 837-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun 11 №-li Qayıdış qəsəbəsi İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, 11 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Qəsəbədə Birinci Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb. 3 aprel 2020-ci il tarixinə olan məlumata görə qəsəbədə 881 nəfər yaşayır. == Təhsil == Qəsəbədə "Qayıdış qəsəbə 8 № li tam orta məktəb" fəaliyyət göstərir.Məktəb 360 şagird yerlik, 24 sinif otaqlıdır. == İstinadlar == == Xarici keçidlər == Füzuli rayon bələdiyyələrinin siyahısı Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu. Azərbaycan. — 2009.
1 №-li Qayıdış qəsəbəsi
1 №-li Qayıdış qəsəbəsi — Füzuli rayonunun eyniadlı inzibati ərazi dairəsi tərkibində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Füzuli rayon inzibati ərazi vahidi tərkibində faktik mövcud olan Haramı sahəsində yeni salınmış 1 №-li Qayıdış qəsəbəsi rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. Mərkəzi 1 №-li Qayıdış qəsəbəsi olmaqla, 1 №-li Qayıdış, 2 №-li Qayıdış, 3 №-li Qayıdış, 4 №-li Qayıdış və 5 №-li Qayıdış qəsəbələrindən ibarət Birinci Haramı qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 19 iyun 2009-cu il tarixli, 837-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun Birinci Haramı qəsəbə inzibati ərazi dairəsi 1 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi adlandırılmışdır. == Əhalisi == Qəsəbədə Birinci Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb. == Poçt == Dövlətyarlı Poçt Şöbəsi 1 saylı Qayıdış qəsəbəsində yerləşir. Poçt indeksi: AZ1919. == Təhsil == 1 saylı Qayıdış qəsəbəsində 135 şagird yerlik məktəb binası tikilib istifadəyə verilmişdir.Qəsəbədə "Qayıdış qəsəbə 1 № li tam orta məktəb" fəaliyyət göstərir. == İstinadlar == == Xarici keçidlər == Füzuli rayon bələdiyyələrinin siyahısı Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu. Azərbaycan.
2 №-li Qayıdış qəsəbəsi
2 №-li Qayıdış qəsəbəsi — Füzuli rayonunun eyniadlı inzibati ərazi dairəsi tərkibində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Füzuli rayon inzibati ərazi vahidi tərkibində faktik mövcud olan Haramı sahəsində yeni salınmış 2 №-li Qayıdış qəsəbəsi rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. Mərkəzi 1 №-li Qayıdış qəsəbəsi olmaqla, 1 №-li Qayıdış, 2 №-li Qayıdış, 3 №-li Qayıdış, 4 №-li Qayıdış və 5 №-li Qayıdış qəsəbələrindən ibarət Birinci Haramı qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 19 iyun 2009-cu il tarixli, 837-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun 2 №-li Qayıdış qəsəbəsi Birinci Haramı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, 2 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Qəsəbədə Birinci Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb. 2 saylı Qayıdış qəsəbəsində 4 şəhid ailəsi, 12 Qarabağ müharibəsi əlili var. 2019-cu ilin sentyabrına olan məlumata görə qəsəbədə 960 nəfər yaşayır. == Təhsil == 2 saylı Qayıdış qəsəbəsində 120 şagird yerlik məktəb binası tikilib istifadəyə verilmişdir.Qəsəbədə "Qayıdış qəsəbə 2 № li tam orta məktəb" fəaliyyət göstərir. == Sosial infrastruktur == Qəsəbənin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları həll olunub. == İstinadlar == == Xarici keçidlər == Füzuli rayon bələdiyyələrinin siyahısı Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu.
3 №-li Qayıdış qəsəbəsi
3 №-li Qayıdış qəsəbəsi — Füzuli rayonunun eyniadlı inzibati ərazi dairəsi tərkibində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Füzuli rayon inzibati ərazi vahidi tərkibində faktik mövcud olan Haramı sahəsində yeni salınmış 3 №-li Qayıdış qəsəbəsi rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. Mərkəzi 1 №-li Qayıdış qəsəbəsi olmaqla, 1 №-li Qayıdış, 2 №-li Qayıdış, 3 №-li Qayıdış, 4 №-li Qayıdış və 5 №-li Qayıdış qəsəbələrindən ibarət Birinci Haramı qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 19 iyun 2009-cu il tarixli, 837-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun 3 №-li Qayıdış qəsəbəsi Birinci Haramı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, 3 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Qəsəbədə Birinci Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb. 3 saylı Qayıdış qəsəbəsində 4 şəhid ailəsi və 9 Qarabağ müharibəsi əlili vardır. 2020-ci ilin fevral ayına olan məlumata görə 3 saylı Qayıdış qəsəbəsinin ümumi əhalisi 980 nəfərdi. == Poçt == Veysəlli Poçt Şöbəsi 3 saylı Qayıdış qəsəbəsində yerləşir. Poçt indeksi: AZ1911. == Təhsil == 3 saylı Qayıdış qəsəbəsində 135 şagird yerlik məktəb binası tikilib istifadəyə verilmişdir.Qəsəbədə "Qayıdış qəsəbə 3 № li tam orta məktəb" fəaliyyət göstərir.
4 №-li Qayıdış qəsəbəsi
4 №-li Qayıdış qəsəbəsi — Füzuli rayonunun eyniadlı inzibati ərazi dairəsi tərkibində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Füzuli rayon inzibati ərazi vahidi tərkibində faktik mövcud olan Haramı sahəsində yeni salınmış 4 №-li Qayıdış qəsəbəsi rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. Mərkəzi 1 №-li Qayıdış qəsəbəsi olmaqla, 1 №-li Qayıdış, 2 №-li Qayıdış, 3 №-li Qayıdış, 4 №-li Qayıdış və 5 №-li Qayıdış qəsəbələrindən ibarət Birinci Haramı qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 19 iyun 2009-cu il tarixli, 837-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun 4 №-li Qayıdış qəsəbəsi Birinci Haramı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla.ş 4 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Qəsəbədə Birinci Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb. 2019-cu ilin dekabrına olan məlumata görə 4 saylı Qayıdış qəsəbəsinin ümumi əhalisi 1020 nəfərdi. Qəsəbədə 8 şəhid ailəsi, 14 Qarabağ müharibəsi əlili vardır. == Poçt == Qaraxanbəyli Poçt Şöbəsi 4 saylı Qayıdış qəsəbəsində yerləşir. Poçt indeksi: AZ1927. == Təhsil == 4 saylı Qayıdış qəsəbəsində 135 şagird yerlik məktəb binası tikilib istifadəyə verilmişdir.Qəsəbədə "Qayıdış qəsəbə 4 № li tam orta məktəb" fəaliyyət göstərir.
5 №-li Qayıdış qəsəbəsi
5 №-li Qayıdış qəsəbəsi — Füzuli rayonunun eyniadlı inzibati ərazi dairəsi tərkibində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Füzuli rayon inzibati ərazi vahidi tərkibində faktik mövcud olan Haramı sahəsində yeni salınmış 5 №-li Qayıdış qəsəbəsi rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. Mərkəzi 1 №-li Qayıdış qəsəbəsi olmaqla, 1 №-li Qayıdış, 2 №-li Qayıdış, 3 №-li Qayıdış, 4 №-li Qayıdış və 5 №-li Qayıdış qəsəbələrindən ibarət Birinci Haramı qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 19 iyun 2009-cu il tarixli, 837-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun 5 №-li Qayıdış qəsəbəsi Birinci Haramı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, 5 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Qəsəbədə Birinci Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb. 5 saylı Qayıdış qəsəbəsində 3 şəhid ailəsi, 17 Qarabağ müharibəsi əlili vardır. 2019-cu ilin iyun ayına olan məlumata görə qəsəbədə 922 nəfər yaşayır. == Poçt == Mirzəcamallı Poçt Şöbəsi 5 saylı Qayıdış qəsəbəsində yerləşir. Poçt indeksi: AZ1928. == Təhsil == 5 saylı Qayıdış qəsəbəsində 135 şagird yerlik məktəb binası tikilib istifadəyə verilmişdir.Qəsəbədə "Qayıdış qəsəbə 5 № li tam orta məktəb" fəaliyyət göstərir.
6 №-li Qayıdış qəsəbəsi
6 №-li Qayıdış qəsəbəsi — Füzuli rayonunun eyniadlı inzibati ərazi dairəsi tərkibində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Füzuli rayon inzibati ərazi vahidi tərkibində faktik mövcud olan Haramı sahəsində yeni salınmış 6 №-li Qayıdış qəsəbəsi rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. Mərkəzi 6 №-li Qayıdış qəsəbəsi olmaqla, 6 №-li Qayıdış, 7 №-li Qayıdış, 8 №-li Qayıdış, 9 №-li Qayıdış, 10 №-li Qayıdış və 11 №-li Qayıdış qəsəbələrindən ibarət İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 19 iyun 2009-cu il tarixli, 837-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi 6 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi adlandırılmışdır. == Əhalisi == Qəsəbədə Birinci Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb. 2020-ci ilin yanvar ayına olan məlumata görə 6 saylı Qayıdış qəsəbəsinin ümumi əhalisi 810 nəfərdir. Qəsəbədə 6 şəhid ailəsi, 1 Qarabağ müharibəsi əlili var. == Təhsil == 6 saylı Qayıdış qəsəbəsində 198 şagird yerlik məktəb binası tikilib istifadəyə verilmişdir. == Sosial infrastruktur == Qəsəbənin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub. Qəsəbədə torpaq islahatı aparılıb, hər bir qəsəbə sakini pay torpağı ilə təmin olunub.
7 №-li Qayıdış qəsəbəsi
7 №-li Qayıdış qəsəbəsi — Füzuli rayonunun eyniadlı inzibati ərazi dairəsi tərkibində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Füzuli rayon inzibati ərazi vahidi tərkibində faktik mövcud olan Haramı sahəsində yeni salınmış 7 №-li Qayıdış qəsəbəsi rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. Mərkəzi 6 №-li Qayıdış qəsəbəsi olmaqla, 6 №-li Qayıdış, 7 №-li Qayıdış, 8 №-li Qayıdış, 9 №-li Qayıdış, 10 №-li Qayıdış və 11 №-li Qayıdış qəsəbələrindən ibarət İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 19 iyun 2009-cu il tarixli, 837-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun 7 №-li Qayıdış qəsəbəsi İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, 7 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Qəsəbədə Birinci Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb. 2019-cu ilin oktyabr ayına olan məlumata görə 7 saylı Qayıdış qəsəbəsinin ümumi əhalisi 830 nəfərdir. Qəsəbədə 4 şəhid ailəsi, 6 Qarabağ müharibəsi əlili var. == Təhsil == 7 saylı Qayıdış qəsəbəsində 198 şagird yerlik məktəb binası tikilib istifadəyə verilmişdir.Qəsəbədə "Qayıdış qəsəbə 6 № li tam orta məktəb" fəaliyyət göstərir. == Sosial infrastruktur == Qəsəbənin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün imtiyazlardan istifadə edirlər. Qəsəbədə icra nümayəndəliyi, məktəb, uşaq bağçası, tibb məntəqəsi və kitabxana fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir qəsəbə sakini pay torpağı ilə təmin olunub.
8 №-li Qayıdış qəsəbəsi
8 №-li Qayıdış qəsəbəsi — Füzuli rayonunun eyniadlı inzibati ərazi dairəsi tərkibində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Füzuli rayon inzibati ərazi vahidi tərkibində faktik mövcud olan Haramı sahəsində yeni salınmış 8 №-li Qayıdış qəsəbəsi rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. Mərkəzi 6 №-li Qayıdış qəsəbəsi olmaqla, 6 №-li Qayıdış, 7 №-li Qayıdış, 8 №-li Qayıdış, 9 №-li Qayıdış, 10 №-li Qayıdış və 11 №-li Qayıdış qəsəbələrindən ibarət İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 19 iyun 2009-cu il tarixli, 837-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun 8 №-li Qayıdış qəsəbəsi İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla 8 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Qəsəbədə Birinci Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb. == Təhsil == 8 saylı Qayıdış qəsəbəsində 198 şagird yerlik məktəb binası tikilib istifadəyə verilmişdir. == İstinadlar == == Xarici keçidlər == Füzuli rayon bələdiyyələrinin siyahısı Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu. Azərbaycan. - 2009. - 31 iyul.
9 №-li Qayıdış qəsəbəsi
9 №-li Qayıdış qəsəbəsi — Füzuli rayonunun eyniadlı inzibati ərazi dairəsi tərkibində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Füzuli rayon inzibati ərazi vahidi tərkibində faktik mövcud olan Haramı sahəsində yeni salınmış 9 №-li Qayıdış qəsəbəsi rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. Mərkəzi 6 №-li Qayıdış qəsəbəsi olmaqla, 6 №-li Qayıdış, 7 №-li Qayıdış, 8 №-li Qayıdış, 9 №-li Qayıdış, 10 №-li Qayıdış və 11 №-li Qayıdış qəsəbələrindən ibarət İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 19 iyun 2009-cu il tarixli, 837-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun 9 №-li Qayıdış qəsəbəsi İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, 9 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Qəsəbədə Birinci Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb. == Poçt == Aşağı Seyidəhmədli Poçt Şöbəsi 9 saylı Qayıdış qəsəbəsində yerləşir. Poçt indeksi: AZ1912. == Təhsil == Qəsəbədə "Qayıdış qəsəbə 7 №-li tam orta məktəb" fəaliyyət göstərir. == İstinadlar == == Xarici keçidlər == Füzuli rayon bələdiyyələrinin siyahısı Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu. Azərbaycan.
Admirallıq qəsəbəsi
Admirallıq qəsəbəsi (rus. Адмиралте́йские поселе́ния) — Rusiya imperiyasında köçkünlərin kənd təsərrüfatı işlərini dəniz idarəsinin xidmət müəssisələri ilə birləşdirdiyi dövlət kəndlilərinin xüsusi qəsəbələri. Rusiyadakı hərbi məskunlaşmaların görünüşü. == Tarixi == Admirallıq qəsəbələri əvvəlcə Rusiya çarı I Pyotrun, daha sonra isə II Yekaterinanın fərmanları ilə yaradılmışdır. Donanmanın ehtiyaclarını ödəyəcək ərazidə sənayeni inkişaf etdirmək məqsədi ilə Rusiyanın müxtəlif yerlərində yerləşdirilmişdilər. I Pyotrun fərmanları ilə belə qəsəbələr Voronejdə, Kazanda və Sankt-Peterburq yaxınlığında təşkil edilmişdir. II Yekaterina dövründə müasir Rusiya və Ukraynanın müxtəlif yerlərində təşkil edilmişdir.Admirallıq qəsəbələri Qara Dəniz İcraedici Ekspedisiyasının, 1832-ci ildən isə Qara Dəniz Admirallıq Qəsəbələri İdarəsinin yurisdiksiyasında idi. 1860-cı ilin axırlarında bu qəsəbələrdə yaşayanların ümumi sayı 17,050 nəfər idi.1861-ci ildə admirallıq qəsəbələri adi mülki yaşayış məntəqələrinə çevrilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == О. Л. Вільшанська. Адміралтейськi поселення // Енциклопедія історії України : у 10 т.
Annino qəsəbəsi
Şəmkir — Azərbaycanda şəhər, Şəmkir rayonunun inzibati mərkəzi. 1944-cü ildə rayon tabeli şəhər statusu almışdır. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şamxor rayonunun Şamxor şəhəri dəqiqləşdirmə qaydasında Şəmkir şəhəri adlandırılmışdır. == Toponimikası == Şəmkir şəhərinin adı eyni adlı qədim qala ilə bağlıdır. Həmin qalanın xarabaları şəhərdən 20 km şərqdə, Muxtariyyət kəndinin yaxınlığında qalmışdır. Şəmkir şəhərinin V – VI əsrlərdə salınması güman edilir. Orta əsrlərdə Şamkur adı ilə tanınmış bu şəhər Kiçik Qafqaz ərazisindən axan Böyük Şəmkir çayının sahilində yerləşirdi. O vaxtlar şəhərin ərazisi 20 hektar olmuşdur. Orda səkkiz qülləli feodal qəsri vardır. Bu şəhərin sərvətləri əcnəbi tacirlər və yadelli işğalçıları həmişə özünə cəlb edirdi.
Araz qəsəbəsi
Araz — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə.
Aza (qəsəbə, Ordubad)
Aza — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Aza kənd inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Aza kənd inzibati ərazi dairəsi tərkibindəki Aza qəsəbəsi rayonun ərazi vahidləri uçot məlumatından çıxarılmışdır.
Azərbaycanın şəhər tipli qəsəbələri
Azərbaycanın şəhər tipli qəsəbələri — əgər hər hansısa bir kənd və yaxud qəsəbədə əhali həddindən çoxdursa, bu yerə şəhər tipli, şəhərə oxşar qəsəbə deyilir. İnkişafına görə kənddən yüksək, şəhərdən isə aşağı səviyyəli yaşayış məntəqəsi statusudur. Azərbaycanda rayon və şəhər tabeliyində olan çox sayda qəsəbə vardır. Qəsəbələr böyüyüb inkişaf etdikcə şəhər tipli qəsəbə halına gələ bilər və daha sonra şəhər statusunu qazana bilər. Hazırda Azərbaycan Respublikasında 25 şəhər tipli qəsəbə mövcuddur.[mənbə göstərin] Təkcə paytaxt Bakı şəhərində 4 şəhər tipli qəsəbə mövcuddur. Bir çox ölkələrdə şəhər və qəsəbədən daha kiçik yaşayış yaşayış məntəqəsidir. Qəsəbələrin kəndlərdən ən əsas fərqi əhalisi və onun məşğuliyyətidir. Azərbaycanda çox qəsəbələrdə xəstəxana, kitabxana, uşaq bağçası və s. vardır.
Babək qəsəbəsi
Babək (əvvəlki adı: Təzəkənd) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Babək şəhər inzibati ərazi dairəsində şəhər. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2020-ci il tarixli, 128-VIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Babək qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Babək qəsəbəsinə şəhər statusu verilmiş, Babək qəsəbə inzibati ərazi dairəsi Babək şəhər inzibati ərazi dairəsi hesab edilmişdir. == Toponimikası == == Tarixi == 1978-ci ilə qədər qəsəbənin adı Təzəkənd olmuşdu. Həmin ildə qəsəbənin adı dəyişdirilərək Babək Xürrəminin şərəfinə Babək adlandırılmışdır. === Tarixi abidələri === == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == 2014-cü ildə otuz bir min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad – Babək – Nehrəm – Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılmışdır. == Mədəniyyəti == Babək şəhərində Mədəniyyət evi fəaliyyət göstərir. Mədəniyyət evi burada 2007-ci ildən fəaliyyət göstərir. Bundan başqa Babək şəhəri yaxınlığında orta əsr şəhəri olan Astabadın xarabalıqları yerləşir. Bundan başqa şəhərdə Babək tarix-diyarşünaslıq muzeyi fəaliyyətdədir. == Təhsil == Şəhərdə Babək şəhər 1 nömrəli və 2 nömrəli tam orta məktəblər fəaliyyət göstərir.
Balaxanı qəsəbəsi
Balaxanı — Bakı şəhərinin Sabunçu rayonunda şəhər tipli qəsəbə. Neft bumundan əvvəl əhalinin əsas məşğuliyyəti əkinçilik, bağçılıq və bostançılıq olmuşdur. == Coğrafi mövqeyi və tarixi == Bakının ən qədim qəsəbələrindən sayılır. Qəsəbə Bakının şimal—şərqində, Abşeron yarımadasının ortasında yerləşir, Sabunçu qəsəbəsi, Ramana kəndi, Zabrat qəsəbəsi, Digah və Məmmədli kəndləri ilə qonşudur. Şimal səmtindəki yüksəklikdə kəndi iki — "Yuxarı" və "Aşağı" — məhəlləyə bölən qədim qəbiristanlıq var. Balaxanının şimal hissəsi "Rzaqulu məhəlləsi", cənub hissəsi əhali tərəfindən "Canhüseyn məhəlləsi" adlanır. Kənd demək olar ki, bu günə qədər özünün ənənəvi plan-forma quruluşunu saxlaya bilib. Evlər bir-birinə yaxın, ensiz küçələr, ənənəvi həyətyanı sahələri, mövcud məhəllə sistemi ilə seçilir. 1989-cu ildən başlayaraq, qəsəbənin qərb hissəsində Yeni Balaxanı adlanan yaşayış massivi formalaşmağa başlamışdır. Yeni Balaxanı massivi (Fazenda) Qədim Balaxanıdan fərqli olaraq, eni 10–15 metr olan paralel küçələr şəklində salınmışdır.
Basqal qəsəbəsi
Basqal — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə İsmayıllı rayonunun Basqal kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş, Basqal kənd Soveti ləğv edilərək, Basqal şəhər tipli qəsəbəsi mərkəz olmaqla Basqal qəsəbə Soveti yaradılmışdır. == Tarixi == Tarixçilərin fikrincə, Basqal hələ dördüncü yüzillikdə mövcud olub. Qəsəbənin yerləşdiyi indiki ərazi qədim Alban dövlətinə mənsub olub. Qədim tarixi mədəniyyətə malik olan Basqal qala və məscidləri ilə çox məşhurdur. Mərhum akademik Ziya Bünyadovun fikrincə, "bas" və "qal" ifadələrinin birləşməsindən əmələ gələn basqal sözü qala bas, qala qur, qala ucalt mənalarını verir. Aparılan arxeoloji tədqiqatların nəticələrinə görə, Basqalın cənub – şərqində yerləşən antik və orta əsrə aid abidələrlə zəngin olan "qalalar" adlanan ərazi qədim insan məskəni olub. Basqal qəsəbəsi 1932–1933-cü illərdə İsmayıllı rayonunun mərkəzi olub. Basqalın "Qalabaşı" məhəlləsi ərazisində qalınlığı bir neçə metrə çatan qala divarlarının üzləri bu günədək qalmaqdadır. Bunun XIV əsrdə tikildiyi güman edilir.

Значение слова в других словарях

киносеа́нс кофе́йничек макиавеллисти́ческий однокоры́тник пересдава́ть преходя́щность спры́снуться нака́чка незлопа́мятный реветь белу́гой того́ и жди уе́зживать богот одна рух dog-violet intemperament involuted jasmine perduellion submit thermoform женатик кашка раскрыться