QƏŞƏM

Ərəbcə “hazırcavab” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

QƏSSAL
QƏŞŞ
OBASTAN VİKİ
Qəşəm Aslan
Qəşəm Novruz oğlu Aslanov (10 aprel 1934, Kəsəmən, Basarkeçər rayonu – 19 noyabr 1984, Bakı) — Azərbaycanın dövlət xadimi; Şuşa, Abşeron və İsmayıllı rayonlarının birinci katibi; SSRİ jurnalisti, SSRİ Jurnalistlər İttifaqının üzvü (1966). == Həyatı == Qəşəm Aslanov 10 aprel 1934-cü ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində anadan olub.1949-cu ildə yeddi illik məktəbini bitirdikdən sonra Xanlar Pedaqoji Texnikumuna daxil olub. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika ixtisasına qəbul olub və 1959-cu ildə universiteti bitirib. 1955-ci ildə Qaraiman kənd məktəbinə dərs hissə müdiri göndərilib. Bundan sonra öz kəndlərində müəllim və dərs hissə müdiri işləyib. 15 oktyabr 1959-cu ildə Basarkeçər rayon komsomol komitəsinin birinci katibi, 1962-ci ildə rayonlararası "Sevan" qəzetində redaktor vəzifələrində çalışıb. 1962-ci ildə Basarkeçər rayon partiya komitəsinin katibinin ideoloji iş üzrə müavini seçilib. 1966-cı ildə SSRİ Jurnalistlər İttifaqına üzv qəbul olunub. 1966–1968-ci illərdə Moskvada Ali Partiya məktəbində oxuyub. 1968-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində inspektor, 1970–1972-ci illərdə "Azərbaycan gəncləri" qəzetinin baş redaktoru, 1972–1975-ci illərdə Şuşada birinci katib, 1975–1984-cü illərdə Abşeron və İsmayıllı rayonlarında birinci katib vəzifəsində işləyib.
Qəşəm Aslanov
Qəşəm Novruz oğlu Aslanov (10 aprel 1934, Kəsəmən, Basarkeçər rayonu – 19 noyabr 1984, Bakı) — Azərbaycanın dövlət xadimi; Şuşa, Abşeron və İsmayıllı rayonlarının birinci katibi; SSRİ jurnalisti, SSRİ Jurnalistlər İttifaqının üzvü (1966). == Həyatı == Qəşəm Aslanov 10 aprel 1934-cü ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində anadan olub.1949-cu ildə yeddi illik məktəbini bitirdikdən sonra Xanlar Pedaqoji Texnikumuna daxil olub. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika ixtisasına qəbul olub və 1959-cu ildə universiteti bitirib. 1955-ci ildə Qaraiman kənd məktəbinə dərs hissə müdiri göndərilib. Bundan sonra öz kəndlərində müəllim və dərs hissə müdiri işləyib. 15 oktyabr 1959-cu ildə Basarkeçər rayon komsomol komitəsinin birinci katibi, 1962-ci ildə rayonlararası "Sevan" qəzetində redaktor vəzifələrində çalışıb. 1962-ci ildə Basarkeçər rayon partiya komitəsinin katibinin ideoloji iş üzrə müavini seçilib. 1966-cı ildə SSRİ Jurnalistlər İttifaqına üzv qəbul olunub. 1966–1968-ci illərdə Moskvada Ali Partiya məktəbində oxuyub. 1968-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində inspektor, 1970–1972-ci illərdə "Azərbaycan gəncləri" qəzetinin baş redaktoru, 1972–1975-ci illərdə Şuşada birinci katib, 1975–1984-cü illərdə Abşeron və İsmayıllı rayonlarında birinci katib vəzifəsində işləyib.
Qəşəm Nəcəfzadə
Qəşəm Nəcəfzadə (Nəcəfov Qəşəm Mirzə oğlu; 1 aprel 1959, Əliqullar, İmişli rayonu) — Azərbaycan şairi və publisisti. Azərbaycan Yazıçılar Birliyinin üzvü (1986), Azərbaycanın əməkdar mədəniyyət işçisi (2018). == Həyatı == Qəşəm Nəcəfzadə 1959-cu il aprel ayının 1-də Azərbaycan SSR-in İmişli rayonunun Əliqulular kəndində anadan olub. 1976-cı ildə İmişli rayon Əliqulular kənd orta məktəbini, 1981-ci ildə Kirovabad Dövlət Pedaqoji İnstitutunun Ədəbiyyat fakültəsini bitirib. Uzun illər orta məktəb və universitetlərdə ali kateqoriyalı ədəbiyyat müəllimi işləyib. Təfəkkür Universitetində baş müəllim olmuşdur. Azərbaycan Yazıçılar Birliyinin "Azərbaycan" jurnalında poeziya söbəsinin müdiri, uşaq ədəbiyyatı seksiyasının rəhbəri, Azərbaycan Respublikası Milli Radio və Televiziya Şurasının ekspert şurasının və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.2007-ci ildə Avropada keçirilən 38-ci Beynəlxalq Poeziya Festivalının iştirakçısı olub. == Mükafatları == 2007-ci ildə şeirləri beynəlxalq "Rəsul Rza" mükafatına layiq görülüb. Şair uşaq şeirlərinə görə Azərbaycan Yazıçılar Birliyinin "Tofiq Mahmud adına mükafat"ına layiq görülüb. 27 may 2018-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
Qəşəm Səfərov
Qəşəm Səfərov (tam adı: Qəşəm Taməddin oğlu Səfərov 1.11.1997, Yuxarı Qışlaq, Şahbuz, Azərbaycan — 29.10.2020, Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və döyüş yolu == Səfərov Qəşəm Taməddin oğlu 1 noyabr 1997-ci ildə Şahbuz rayonunun Yuxarı Qışlaq kəndində anadan olub. 2004-cü ildə Yuxarı Qışlaq kənd orta məktəbinin birinci sinifinə daxil olmuş, 2012-ci ildə Naxcıvan şəhərində yerləşən Heydər Əliyev adına hərbi liseyin kursant adını qazanmışdır. 2015-ci ildə Bakıda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2016-cı ildə keçirilən Ordu birinciliyi krosunda birinci yerə layiq görülüb. 2017-ci ildə həqiqi hərbi xidmətə yollanıb. 2019-cu ildə Naxçıvan şəhərində keçirilən "Naxçıvan marafonu 2019" qaçış marafonunda birincilik əldə edib. 2020 -ci ilin avqust ayında yenidən orduya qayıdır. O, Şahbuz rayonu "N" sayli hərbi hissədə MAHHXHQ (əsgər) kimi xidmətə başlayır. Sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsi iştirak üçün könüllü komandanlığa ərizə ilə müraicət etsə də, gözlərinin zəif olmasını səbəb gətirib müraciətini geri çevirirlər.
Qəşəm Yaqubov
Qəşəm Yaqubov Şamil oğlu -(d. 01.07.1938-ci il Gürcüstanın Borçalı mahalının Kəpənəkçi (indiki Kvemo-Bolnisi) kəndi Aqrar elmləri üzrə fəlsəfə doktoru, AMEA Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda, aparıcı baş elmi işçi. == Həyatı == Q.Ş. Yaqubov 1938-ci ilin iyul ayının 1-də Gürcüstanın Borçalı mahalının Kəpənəkçi (indiki Kvemo-Bolnisi) kəndində əkinçi ailəsində anadan olmuşdur. Qonşu Faxralı kənd orta məktəbini qurtardıqdan sonra 1957-1962-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun və Azərbaycan Dövlət Universitetinin tələbəsi olmuş, coğrafiya-biologiya ixtisası üzrə ali təhsil almışdır.1968-1971-ci illərdə Azərbaycan EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun aspirantısına daxil olub.Q.Ş.Yaqubovun respublika və bir sıra beynəlxalq miqyaslı elmi konfranslarında elmi məruzələrlə çıxış etmişdir. O, əmək vetiranıdır və əldə etdiyi elmi nailiyyətlərə görə keçmiş SSRİ XTNS-nin gümüş medalı ilə mükafatlandırılmışdır. == Elmi fəaliyyəti 1964-cü ilin sentyabr ayından etibarən əmək fəaliyyətinə başlamışdır. 1964-1968-ci illərdə Bakı torpaq ekspedisiyasında mühəndis-torpaqşünas, dəstə rəisi vəzifələrində işləmişdir. 1968-1971-ci illərdə Azərbaycan EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun aspirantı olub. 1975-ci ildə «Torpaqşünaslıq» ixtisası üzrə dissertasiya müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi-alimlik dərəcəsi almışdır. 1971-1979-cu illərdə Azərbaycan Dövlət Yerquruluşu Layihə («Azdövyerqurlayihə») İnstitutunda dəstə rəisi və şöbədə layihə üzrə baş mühəndis.
Qəşəm İbrahimli
Qəşəm Süleyman oğlu İbrahimli (20 dekabr 1995; Xındırıstan, Ağdam rayonu, Azərbaycan — 9 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qəşəm İbrahimli 20 dekabr 1995-ci ildə Ağdam rayonunun Xındırıstan kəndində Süleyman İbrahimlinin ailəsində anadan olmuşdur. 2001-2012-ci illərdə Ağdam rayon Xındırıstan kənd tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Qəşəm İbrahimli 2012-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2014-cü ildə hərbi xidmətdən tərxis olunmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Qəşəm İbrahimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Qəşəm İbrahimli 9 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Qəşəm İsabəyli
İsabəyli Qəşəm İsa oğlu — şair, nasir, 1986-cı Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1983). == Həyatı == Qəşəm İsabəyli 1948-ci il avqustun 14-də Azərbaycanın Kürdəmir rayonundakı Xəlsə kəndinda ziyalı ailəsində anadan olmuşdur. İbtidai təhsilini Xəlsə kəndində, onbirillik məktəbi qonşu Axtaçı kəndində bitirmişdir (1966). Üç aya yaxın Bakıda metro tikintisində, sonralar isə Xəlsədə işləmişdir. ADU-nun Geoloji-coğrafiya fakültəsinin Coğrafiya şöbəsini bitirmişdir (1967-1972). Kürdəmir rayonunun Axtaçı və Beyi kənd məktəblərində müəllim işləmişdir (1972-1975). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində ştatdankənar müxbir olmuşdur (1975-1976). C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında sənədli filmlər birliyində inzibatçi, sifariş filmləri redaktoru vəzifələrində çalışmışdır (1976-1982). "Yazıçı" nəşriyyatında klassik ədəbiyyat və folklor şöbəsində redaktor olmuşdur (1982-1984). "İşıq" nəşriyyatında sifariş ədəbiyyatı redaksiyasının müdiri (1984-1992) işləmişdir.
Qəşəm İsmayılov
İsmayılov Qəşəm Camal oğlu — biologiya üzrə fəlsəfə doktoru, professor.[mənbə göstərin] == Həyatı == Qəşəm İsmayılov 1939-cu il mayın 25-də Cəbrayıl rayonunun Süleymanlı kəndində anadan olmuşdur. 1945-ci ildə Cəbrayıl rayonunun 7 saylı məktəbin 1-ci sinfinə daxil olmuş, 1956-cı ildə Ağdam şəhərinin 1 saylı orta məktəbini bitirmişdir. Orta məktəbi bitirdikdən sonra 1957-ci ildə Azərbaycan Dövlət Universitenin biologiya fakültəsinə daxil olmuş, 1962-ci ildə həmin fakültəni bioloq-zooloq ixtisası üzrə tam kursunu bitirmişdir. Həmin ildə AMEA Zoologiya İnistitutunun "Ekoloji parazitologiya" laboratoriyasında laborant vəzifəsində işləmişdir. 1964-cü ildə ADU-nun biologiya fakültəsində əyani aspiranturaya daxil olmuş və aspirantlıq təhsilini başa vurduqdan sonra yenidən AMEA Zoologiya İnstitutuna işə qayıtmışdır. 1969-cu ildə "Azərbaycanda itlərin helmint faunası, onun epizootoloji və epidemioloji cəhətcə xarakterizə edilməsi" mövzusunda namizədlik dissertasiya işini müdafiə edərək, biologiya elmləri namizədi adını almış, Zoologiya İnstitutunda əvvəlcə kiçik elmi işçi, 1974-cü ildən hal-hazıra kimi böyük elmi işçi vəzifəsində çalışmışdır. İşlədiyi müddətdə 10-a yaxın mövzunun məsul icraçısı olmuşdur. "Lənkəran təbii vilayətində qaramal və camışlarda Moniezia cinsinə aid növlərin bioekoloji xüsusiyyətləri, yayılması, təsərrüfat əhəmiyyəti" mövzusunun məsul icraçısı idi. O, Azərbaycanın müxtəlif bölgələrində itlərdə və gövşəyən heyvanlarda parazitlik edən bir sıra başlıca helmintoz törədicilərinin təbii ocaqlıqlarını aşkar etmiş və onlara qarşı müvafiq mübarizə tədbirlərini işləyib hazırlamışdır. İlk dəfə olaraq Azərbaycan faunası üçün anoplosefalyatlarının aralıq sahibləri olan 25 növdən çox oribatid gənələri aşkar etmişdir.
Qəşəm Şahbazov
Qəşəm Cəlil oğlu Şahbazov (1902, Qarahəmzəli, İrəvan qəzası – 1989, Bakı) — Azərbaycan-sovet partiya və dövlət xadimi, Ermənistan Kommunist Partiyası Zəngibasar Rayon Komitəsinin birinci katibi (1947–1950). == Həyatı == Qəşəm Cəlil oğlu Şahbazov 1902-ci ildə İrəvan quberniyası İrəvan qəzasının Qarahəmzəli kəndində anadan olmuşdur. Ailənin ən kiçiyi olmuşdur. Orta təhsilini İrəvan şəhərində almış, 1925-ci ilin əvvəllərində Ermənistan LKGİ MK-da işə qəbul edilmişdir. Qısa zaman sonra isə komsomolun Yeni Bəyazid qəzası (sonralar Basarkeçər rayonu) üzrə məsul təşkilatçısı təyin edilmişdir.Qəşəm Şahbazov 1928-ci ildə Bakıdakı Səməd Ağamalıoğlu adına texnikuma daxil olmuş, ardınca Gəncədəki Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunda təhsilini davam etdirmişdir. Basarkeçər rayonuna qayıtdıqdan sonra üç il burada su idarəsinin rəisi işləmişdir.1938-ci ildə Sovet İttifaqı Kommunist Partiyasına üzv qəbul edildikdən bir müddət sonra İrəvan şəhərinə köçən Qəşəm Şahbazov "Sovet Ermənistanı" qəzetində redaktor müavini işləmiş, sonra isə Vedi rayonuna MTS direktorunun siyasi işlər üzrə müavini vəzifəsinə göndərilmişdir. 1942-ci ildə Qırmızı Ordu sıralarında hərbi xidmətə aparılmış, lakin bir neçə gün sonra Tiflisdən geri qaytarılaraq Qarabağlar rayonunda qəzet redaktoru vəzifəsinə təyin edilmişdir. 1944-cü ildə Ermənistan Kommunist Partiyası Qarabağlar Rayon Komitəsinin ikinci katibi seçilmiş, 1946-cı ilin əvvəlində isə Ermənistan KP Mərkəzi Komitəsinin bölmə müdiri təyin edilmişdir.Qəşəm Şahbazov 1947-ci ildə Ermənistan KP Zəngibasar Rayon Komitəsinin birinci katibi seçilmiş və bu vəzifədə çalışan sonuncu azərbaycanlı olmuşdur. O, 1950-ci ildə Azərbaycanlıların Ermənistandan deportasiyasına etiraz etməsi ilə əlaqədar olaraq rayonun birinci katibi vəzifəsindən uzaqlaşdırılaraq Bakı Ali Partiya Məktəbində oxumağa göndərilmişdir. Təhsilini tamamladıqdan sonra Sumqayıt şəhərində tikinti işlərinə kömək etmək üçün təyinat alaraq burada çalışmış, bir müddət sonra isə Şamxor rayonundakı "Komsomol" kolxozuna sədr təyin edilmişdir.
Rizvan Qəşəm oğlu Abbasov
Rizvan Qəşəm oğlu Abbasov (1975 – 22 aprel 1994, Ağdərə rayonu) — Azərbaycanlı şəhid. == Həyatı == Abbasov Rizvan Qəşəm oğlu 1975-ci ildə Gədəbəy rayonunun Pərizamanlı kəndində anadan olmuşdur. O, 1982-ci ildə Pərizamanlı kənd orta məktəbinin birinci sinfinə getmişdir. 1992-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1993-cü ildə hərbi xidmətə çağırılmışdır. 22 aprel 1994-cü ildə Ağdərə bölgəsində torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuşdur. == İstinadlar == http://www.gedebey-ih.gov.az/userfiles/files/%C5%9Eehidlerimiz.doc.
Hicran Qəşəmova
Hicran Nəsirova (tam adı: Nəsirova Hicran Fətəli qızı; 11 mart 1958) — Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Hicran Nəsirova 1979-cu ildə M. Əliyeva adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirdikdən sonra, təyinatı ali məktəbin Tədris teatrında işləməyə başlamışdır. Gənc aktrisa teatrın bədii rəhbəri V. Həsənovun səhnə quruluş verdiyi C. Cabbarlının "Yaylağa gedir əsərində Tibb bacısı, S. Vurğunun "Komsomol poeması"nda Humay və s. tamaşalarda oynamışdır. 1981-ci ildə o, Milli Dram Teatrında Anarın "Səhra yuxuları" psixoloji dramında Leyla rolunu ifa etmişdir. 1986-cı ildən H. Nəsirova Akademik Milli Dram Teatrının aktrisasıdır. Bu illər ərzində o, Nabat ("Günah", R. Əlizadə), Zöhrə ("Gecə döyülən qapılar", Nəbi Xəzri), Xumar ("Yalan", Sabit Rəhman), Zərifə ("Nişanlı qız", Sabit Rəhman), Birinci rəfiqə ("Qadın faciəsi", F. Q. Lorka), Məlahət ("Əcəb işə düşdük", Şıxəli Qurbanov), Ağqoyunlu ana ("Ağqoyunlular və Qaraqoyunlular", Əli Əmirli), Reqana ("Kral Lir", Uilyam Şekspir), Kəklik ("Tənha iydə ağacı", İlyas Əfəndiyev), Züleyxa ("Poçt şöbəsində xəyal", Elçin), Çılğının xalası ("Dar ağacı", Bəxtiyar Vahabzadə), Qıssa xanım ("Dirilən adam", Mir Cəlal), Gözəl ("Mənim günahım", İlyas Əfəndiyev), Bibi ("Generalın son əmri", Vaqif Səmədoğlu) və s. müxtəlif səpkili obrazlar yaratmışdır. Aktrisa Azərbaycan Dövlət Televiziyasının hazırladığı Anarın "Evləri köndələn yar" (Reyhan), B. Vahabzadənin "Kimdir haqlı?" (Məlahət), Ə. Hacızadənin "İtkin gəlin" (Dünya), C. Cabbarlının "Almaz" (Yaxşı), R. Səməndərin "Bir yay günü" (Məhbubə) və s. teletamaşalarda müxtəlif səpkili rollar ifa emişdir.
Əhməd Qəşəmoğlu
Məmmədov Əhməd Qəşəm oğlu (15 fevral 1950, Vayxır, Naxçıvan rayonu) — şair, publisist, sosioloq, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, iqtisad elmləri doktoru (1978); "Ahəngyol" elmi-fəlsəfi konsepsiyasının yaradıcısı == Həyatı == Əhməd Qəşəmoğlu 1950–ci ilin 15 fevralında Naxçıvan MR-nin Babək rayonunun Vayxır kəndində anadan olmuşdur. 1972–ci ildə Bakı Dövlət Universitetinin Mexanika–riyaziyyat fakültəsini əla qiymətlərlə bitirmiş və Azərbaycan SSR EA-nın Kibernetika İnstitutunda fəaliyyətə başlamışdır. 1974-cü ildən 1978–ci ilə qədər Moskvada SSRİ EA-nın Mərkəzi İqtisadi Riyaziyyat İnstitutunda əvvəl təkmilləşmə kursu keçmiş,sonra əyani aspiranturanı bitirmişdir. 1974-cü ildə Varşavada Beynəlxalq Statistika İnstitutunun keçirdiyi konqresdə məruzə ilə çıxış etmişdir. İqtisad elmləri namizədidir. UNESCO–nun Beynəlxalq Kadrlar Akademiyasının fəlsəfə doktorudur. SSRİ Sosioloqlar Assosiasiyasının İdarə Heyətinin üzvü olmuşdur. == Yaradıcılığı == Ədəbi yaradıcılıqla geniş şəkildə məşğul olur. 1977-ci ildən Azərbaycan xalq şairi Rəsul Rzanın təqdimatı ilə "Azərbaycan Gəncləri" qəzetində onun şerləri müntəzəm olaraq Respublika Mətbuatında çap olunmağa başlamışdır. "Vurğun külək" adlı ilk şeirlər kitabı 1981–ci ildə "Gənclik" nəşriyyatında çap olunmuşdur.

Digər lüğətlərdə

ля́згать ма́рка прокла́дываться суфражи́стский хлори́д шине́льный освяща́ть перевинти́ть позабы́ться раска́шиваться сейсмо... hunt's-up misuser ophthalmia porpoise senior citizenship tail-piece unity взаимовыручка гипнотизёр напев поверенный служака сопрано фитюлька