RÖYA

i. dream; ~ görmək to dream*, to have* a dream; ~da görmək to dream* (about); ~dakı kimi as if dreaming

RÖVZƏXAN
RUH
OBASTAN VİKİ
Röya
Röya ya da yuxugörmə — yuxunun ümumi və xarakteristika özəlliklərindən biri olub, yuxunun "Sürətli göz hərəkəti" (REM) adlı mərhələləriylə yaxından əlaqəli olan, vizual qəbul edilən duyğulardır. Yatmış insan yuxunun nə olduğunu bilmir və ondakı baş verən hadisələri canlı obyekt kimi qəbul edir. Yuxuların bioloji məzmunu, işləyişi və məqsədləri tamamilə aydın olmuş deyildir. Yuxulara "duyğusuz qəbul"unun bir növü və ya obyekti qəbul olaraq da baxmaq olar. Müxtəlif inanclara və təxminlərə də səbəb olan yuxular, hər vaxt üçün maraqlı və şərhə açıq bir mövzu meydana gətirmişlər. Fərqli psixologiya, parapsixoloqların və təcrübi spiritualistlər yuxuları fərqli formalarda şərh etmişlər. Yuxuların işləyişinin açıqlanması elmi birliyin ümumi qəbuluna görə fərziyyələr səviyyəsindən kənara çox gedə bilməyibdir. Yuxular hələ də sirrini qorumaqda olan bir araşdırma sahəsini təşkil edir. Yuxuların elmi araşdırılması oneiroloji adını alır. Şübhəsiz, heç kəs insanların nə vaxtdan yuxular görməsini dəqiqləşdirə bilməz.
Röya (ad)
Röya — qadın adı. Röya (müğənni) — müğənni. Röya Tağıyeva — Əməkdar Mədəniyyət işçisi.
Röya (müğənni)
Röyalə Yaqub qızı Nəcəfova, həmçinin Röya Ayxan və ya sadəcə Röya (14 iyun 1982, Ağdam rayonu və ya Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2019). Azərbaycan müasir estrada qurucularından biri hesab olunur. == Həyatı == Röyalə Yaqub qızı Nəcəfova 14 iyun 1982-ci ildə anadan olmuşdur. Bəzi mənbələrdə Ağdam rayonu onun doğum yeri kimi göstərilir, lakin öz sözlərinə görə, o, Bakıda anadan olmuşdur. Bakı şəhəri Nəsimi rayonu 5 saylı orta məktəbin məzunu olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub. İlk dəfə Vaqif Gərayzadənin "W-trio" qrupunda çıxış edib. Qrupdan ayrıldıqdan sonra solo müğənniliyə başlayıb. 2005-ci ildə Heydər Əliyev Sarayında "Bu gecə" adlı ilk solo konserti olub. 2006-cı ildə 3 gün yenidən həmin sarayda "Darıxmışam" adlı solo konsert verib.
Röya Ayxan
Röyalə Yaqub qızı Nəcəfova, həmçinin Röya Ayxan və ya sadəcə Röya (14 iyun 1982, Ağdam rayonu və ya Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2019). Azərbaycan müasir estrada qurucularından biri hesab olunur. == Həyatı == Röyalə Yaqub qızı Nəcəfova 14 iyun 1982-ci ildə anadan olmuşdur. Bəzi mənbələrdə Ağdam rayonu onun doğum yeri kimi göstərilir, lakin öz sözlərinə görə, o, Bakıda anadan olmuşdur. Bakı şəhəri Nəsimi rayonu 5 saylı orta məktəbin məzunu olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub. İlk dəfə Vaqif Gərayzadənin "W-trio" qrupunda çıxış edib. Qrupdan ayrıldıqdan sonra solo müğənniliyə başlayıb. 2005-ci ildə Heydər Əliyev Sarayında "Bu gecə" adlı ilk solo konserti olub. 2006-cı ildə 3 gün yenidən həmin sarayda "Darıxmışam" adlı solo konsert verib.
Röya Məmmədova
Hiss (Röya Məmmədova; 11 avqust 1995, Bakı) — azərbaycanlı müğənni. == Həyatı və fəaliyyəti == Röya Məmmədova 1995-ci il 11 avqust tarixində Bakı şəhərində anadan olub. Üç yaşından etibarən qardaş-bacısı ilə uşaq evində (SOS Uşaq Kəndi) böyüyüb. 2013–2017-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasıda neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alıb.Hiss musiqiyə 14 yaşında başlayıb. O, 15 yaşında "Sən bir nəğməsən" adlı musiqi yarışmasında iştirak edib. Professional sənətdə ilk mahnısı 2018-ci ildə ifa etdiyi "Mirvarilər" olub.Onun sayca beşinci treki olan "İstəmirəm" aylar ərzində Shazam Türkiyə çartında top 50-də yer alıb. Mahnıya çəkilmiş klip YouTube-da 20 milyondan çox izlənilib. Hiss 2021-ci ilin sentyabrında Show TV-də yayımlanan "Bir Başka Güzel" proqramında xüsusi dəvətlə çıxış edib.Hissin 2021-ci ildə ifa etdiyi "Karma" treki uzun müddət Azərbaycan üzrə YouTube və Apple Music trendlərində birinci yerdə qərarlaşıb.O, ABŞ-nin ən böyük musiqi şirkəti olan Warner Music Group ilə İsfar Sarabskidən sonra müqavilə imzalayan 2-ci azərbaycanlı müğənni olub.28 aprel 2023-cü ildə "Formula 1 Azərbaycan Qran Prisi 2023" açılış mərasimində çıxış edib.17 may 2023-cü ildə Milli Gimnastika Arenasında keçirilən Bədii gimnastika üzrə 39-cu Avropa çempionatında açılış mərasimində səhnəyə çıxmışdır.3 iyun 2023-cü ildə Bakcell Arenada keçirilən Azərbaycan Kubokunun finalında bağlanış mərasimində səhnəyə çıxmışdır.
Röya Nəcəfova
Röyalə Yaqub qızı Nəcəfova, həmçinin Röya Ayxan və ya sadəcə Röya (14 iyun 1982, Ağdam rayonu və ya Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2019). Azərbaycan müasir estrada qurucularından biri hesab olunur. == Həyatı == Röyalə Yaqub qızı Nəcəfova 14 iyun 1982-ci ildə anadan olmuşdur. Bəzi mənbələrdə Ağdam rayonu onun doğum yeri kimi göstərilir, lakin öz sözlərinə görə, o, Bakıda anadan olmuşdur. Bakı şəhəri Nəsimi rayonu 5 saylı orta məktəbin məzunu olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub. İlk dəfə Vaqif Gərayzadənin "W-trio" qrupunda çıxış edib. Qrupdan ayrıldıqdan sonra solo müğənniliyə başlayıb. 2005-ci ildə Heydər Əliyev Sarayında "Bu gecə" adlı ilk solo konserti olub. 2006-cı ildə 3 gün yenidən həmin sarayda "Darıxmışam" adlı solo konsert verib.
Röya Tağıyeva
Röya Seyfəddin qızı Tağıyeva — Əməkdar Mədəniyyət işçisi, "Şöhrət" ordenli, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin keçmiş rəhbəri, professor, sənətşünaslıq elmləri doktoru. == Həyatı == Röya Tağıyeva 1 yanvar 1945-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1961–1966-cı illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 1982-ci ildə sənətşünaslıq elmləri namizədi, 2003-cü ildə isə elmlər doktoru alimlik dərəcəsi alıb. 26 yanvar 2015-ci ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir.Rejissor, Əməkdar İncəsənət işçisi Nurəddin Tağıyevin həyat yoldaşıdır. Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirovun bacısıdır. == İş təcrübəsi == 1967–1972-ci illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin kiçik elmi işçisi 1972–1978-ci illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin böyük elmi işçisi 1978–1979-cu illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin elmi katibi 1979–1982-ci illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin elmi-tədqiqat şöbəsinin müdiri 1982-ci ildə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin elmi-ekspozisiya şöbəsinin müdiri 1982–2016-cı illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru 2006-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru 2010-cu ildən "Azərbaycan xalçaçıları" İctimai Birliyinin sədri 2016-cı ildən "NUR Art House" qalereyasının direktoru == Elmi nəşrlər və publikasiyalar == Xalça sənətinin tədqiqinə və bu sənətin dünyada təbliğatına həsr olunmuş 200-dən çox elmi əsərin, konsepsiyalar və layihələr, elmi-sənədli filmlərin ssenarisi, dərsliklər, və d. müəllif olduğu nəşrlərin sırasında rus, ingilis, çex, ərəb, fransız dillərdəmonoqrafiyalar, kitablar — "Декоративно-прикладное искусство Азербайджана" (rus dilində — 1986), "Сюжетные ковры Азербайджана" (rus dilində — 1988), "Ковровые образы Низами" (rus dilində — 1991), "Azərbaycan xalçası" (azərbaycan və ingilis dilində — 1999), "Lətif Kərimov fenomeni" (2006), "Azərbaycan xalçası məişətdə" (2006), "Az Azerbajdzsani szönyeg" (macar dilində-2011), " السجادةالأذربيجانية " (ərəb dilində-2011), "The land of the eternal fire Tradition of the Azerbaijani Carpet " (ingilis dilində — 2012), "Nizami obrazları xalçalarda" (miniatür kitab–2013), "Azərbaycan Xalçası Ensiklopediyası"(I cild-2015),"Azərbaycan Xalçası Ensiklopediyası"(II cild-2015), "Azerbaijani Carpet Encyclopedia"(ingilis dilində-2017) və s. == Təşkilatlarda üzvülük == 1988-ci ildən — Azərbaycan Rəssamlar İttifaqının üzvü 1992–2016 — Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi nəzdində ekspert komissiyasının sədri 1993–2016 — Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsinin prezidenti (ICOM/ YUNESKO); 2005–2015 — Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının ekspert şurasının üzvü 2000-ci ildən — "Hərbi münaqişə zamanı mədəni sərvətlərin qorunmasına dair" Haaqa Konvensiyasının həyata keçirilməsi üzrə Dövlət Komissiyasının üzvü 2001-ci ildən — Vaşinqton "Tekstil Muzeyi"- nin üzvü 2002–2004 — Açıq Cəmiyyət İnstitutu — Azərbaycan Yardım Fondunun eksperti 2003-cü ildən — Avropa Tekstil Şəbəkəsinin üzvü 2010-cu ildən — "Azərbaycan Xalçaçıları" İctimai Birliyinin təsisçisi və bu günədək sədri 2010-cu ildən — Beynəlxalq Rəssamlar Fondunun üzvü 2010-cu — YUNESKO/MFQS "XXI əsrin muzey idarəetməsi" proektində beynəlxalq eksperti 2011-ci ildən — ICOC -un (Şərq Xalçaları üzrə Beynəlxalq Komitəsinin) üzvü 2011-ci ildən — Avropa Muzeylər Forumunun Milli Koordinatoru 2013-cü ildən — ICOM-un Asiya — Sakit Okean Regionu üzrə Birliyinin (ASPAC) İdarə Heyətinin üzvü. 2015-ci ildən — Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində dissertasiya şurasının üzvü.
Bir röya üçün ağı (film, 2000)
Bir yuxu üçün rekviyem (ing. Requiem for A Dream) Darren Aronofskinin 2000-ci ildə çəkdiyi dram və cinayət janrlı film. Hubert Selby Jr.'ün 1978də çap olunmuş romanından, 2000-ci ildə ekranlaşdırılıb. Başrollarında Ellen Burstyn, Jennifer Connelly, Marlon Wayans ve Jared Leto yer alır. Ellen Burstyn bu film ile 2000 Ən Yaxşı Aktrissa Oscar mükafatına namizəd olmuştur. == Mövzusu == Film müasir dünyada gəncləri ən çox zəhərləyən narkotik, bu bağlılığın yol açdığı əxkaqsızlıqlar və televiziya bağlılığından həyatları alt-üst olan 4 insandan danışır. Narkotik bağımlısı bir gənc, televizor bağımlısı anası və aralarında gündən-günə yüksələn bir uçurum… Narkotik batağı içərisindəki Harry’nin həyatdaki tək məqsədi daha çox narkotikdir. Ümidsiz anasını isə həyata bağlayan tək şey ən sevdiyi yarışma programıdır. Bir gün bu yarışmada iştirak haqqı kazananda tək düşündüyü şey qalib olmaq və bu zaman qırmızı paltarını geyinmiş olmaqdır. Yaşlı, dul ve bədbəxt qadın arıqlama həbləri atmağa başlayır.
Röya (dəqiqləşdirmə)
Röya aşağıdakı mənalara gələ bilər: Röya — yuxunun ümumi və xarakteristika özəlliklərindən biri olub, vizual qəbul edilən duyğular.
Balaşzadə Röyal
Röyad Məmmədov
Röyad Məmmədov (tam adı: Röyad Famil oğlu Məmmədov; 25 oktyabr 2000; Masallı, Mahmudavar kəndi — 8 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Röyad Məmmədov 2000-ci il oktyabr 25-də Masallı rayonunun Mahmudavar kəndində anadan olub. 2018-ci ildə Mahmudavar kənd tam orta məktəbini bitirir və Qərbi Kaspi Universitetinin nəzdində yaradılmış Qərbi Kaspi Kollecinə daxil olur. 1 ay təhsil aldıqdan sonra həqiqi hərbi xidmətə çağırılır. == Hərbi xidməti == Röyad Məmmədov 2018-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayına qədər Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Röyad Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Röyad Məmmədov noyabrın 8-də Laçından Şuşaya gələn yolu ələ keçirmək uğrunda döyüşlər zamanı şəhid olub. Mahmudavar kəndinda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyad Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyad Məmmədov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Röyal Aslanov
Röyal Elzar oğlu Aslanov (17 may 2001; Abulbəyli, Tovuz rayonu — 30 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Röyal Aslanov 2001-ci il mayın 17-də Tovuz rayonunun Abulbəyli kəndində anadan olub.2008-2013-cü illərdə N.Tusi adına Tovuz şəhər tam orta məktəbində təhsil alıb. 2013-cü ildə ailəsi ilə birlikdə ölkə xaricinə köçüb. Orta təhsilini Rusiya Federasiyasının Tümen vilayətinin Nadım şəhəri, Panqodı qəsəbəsindəki 1 saylı məktəbdə davam etdirib. Röyal hələ üçüncü sinifdən güləş və boksla məşğul olub. Tümendə oxuyarkən də idmanla məşğul olmağa davam edib. Boks üzrə şəhər və vilayət yarışlarına qatılıb, fəxri yerlər tutub. 2017-cı ildə boks üzrə 16-17 yaşlı gənclər arasında ikinci yerə, 2018-ci ilin may ayında birinci yerə çıxıb. Subay idi. == Hərbi xidməti == Röyal Aslanov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Röyal Balaşzadə
Röyal Balaşzadə (23 noyabr 2003; Anzov, Yardımlı rayonu – 17 sentyabr 2022; Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. == Həyatı == Balaşzadə Röyal Atduxan oğlu 23 noyabr 2003-cü ildə Yardımlı rayonunun Anzov kəndində anadan olmuşdur. Ailədə üç qardaşdan sonuncusu idi. 2004-cü ildə ailə yaşayış yerini dəyişib Bakıya köçür və 2010-cu ildə Röyal yaşadığı Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində yerləşən 315 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olur, 2019-cu ildə həmin məktəbin 9-cu sinfini bitirib, peşə məktəbinə daxil olur, 16 dekabr 2020-ci il tarixdə atası Balaşov Atduxan Tanrıverdi oğlunun qəfil miokart infarktından vəfat etməsi səbəbindən ailənin maddi ehtiyaclarını ödəmək üçün müxtəlif peşələrdə işləməyə başlayır. 2022-ci ilin yanvar çağırışı zamanı SHÇDX-nin Yardımlı rayonu şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidməti yerinə yetirmək üçün hərbi xidmətə çağrılır. Hərbi xidmətə böyük şövq və istəklə gedən Röyal Balaşzadə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində ilkin təlimləri aldıqdan sonra Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) seçimlərinə daxil olur və xidmətini davam etdirmək üçün XTQ-nin "N" saylı hərbi hissəsinə göndərilir. 12/13 sentyabr 2022-ci ildən başlayan Ermənistan Silahlı Qüvvələrin törətdiyi təxribatların qarşısını alan dəstədə Balaşzadə Röyalda var idi, Röyal təlimlərdə fərqləndiyi kimi döyüş meydanında da öz cəsarəti, döyüş bacarığı ilə seçilirdi. Döyüş yoldaşları bildirir ki, biz Röyala heyran qalırdıq, çox yüksək bacarıqla döyüşürdü.14 sentyabr tarixində Kəlbəcər rayonu ərazisində döyüş tapşırığını yetirərkən odlu silahdan açılan güllə yarası nəticəsində şəhid olur. Ərazinin atəş altında olması və relyefin çətinliyi səbəbindən şəhidin nəşi yalnız 17 sentyabr 2022-ci il tarixdə "X" adlı rayon xəstəxanasında yaxınlarına təhvil verilir. Şəhidin cənazəsi ailəsinin yaşadığı Dədə Qorqud qəsəbəsinə gətirib, vida mərasimi keçirildikdən sonra atasının da dəfn olunduğu Xəzər rayonu, Binə-sovxoz qəbiristanlığının Şəhidlər Xiyabanında dəfn olunub.
Röyal Cəfərli
Röyal İkrəm oğlu Cəfərli (1 yanvar 1998; Beyləqan, Azərbaycan — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Röyal Cəfərli 1 yanvar 1998-ci ildə Beyləqan şəhərində anadan olmuşdur. 2004-2015-ci illərdə M. Mehdizadə adına Beyləqan şəhər 3 saylı tam orta məktəbində təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Röyal Cəfərli 2016-cı ilin yanvarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. 2017-ci ilin iyulunda tərxis olunmuşdur. Röyal Cəfərli 2019-cu ilin mayından müddətdən artıq həqiqi hərbi xidmət edirdi. 2019-cu ilin 20 noyabr tarixində döyüş atışlı təlimdə göstərdiyi yüksək nailiyyətə, qarşıya qoyulan tapşırıqlarının yerinə yetirilməsində və nizam-intizamda fərqləndiyinə görə "N" saylı hərbi hissənin komandiri polkovnik Nemət Məmmədov tərəfindən fəxri fərmanla təltif edilmişdir. Azərbaycan Ordusunun əsgəri olan Röyal Cəfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir.
Röyal Cəfərov
Röyal Cəfərov (tam adı: Cəfərov Röyal Vaqif oğlu; 07.12.1991; Gəncə, Azərbaycan — 4 noyabr2020 ; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Röyal Cəfərov 1991-ci ildə Gəncədə anadan olub. Gəncə Nizami Aydın adına 18 nömrəli orta məktəbi bitirib. 2016 evlənmişdir. Ailəli idi. İki evladı var idi. == Hərbi xidməti == Gəncə Şəhidlər xiyabanı torpağa dəfn olunub.
Röyal Həsənov
Röyal Arzu oğlu Həsənov (2 yanvar 1992, Çobankənd, Gədəbəy rayonu – 3 oktyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Röyal Həsənov 1992-ci il yanvarın 2-də Gədəbəy rayonunun Çobankənd kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgər olan Röyal Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Röyal Həsənov oktyabrın 3-də Murovdağ döyüşləri zamanı şəhid olub. Gədəbəy rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Həsənov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Həsənov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Röyal Mədətov
Röyal Şahin oğlu Mədətov (14 may 1992; Qazax rayonu, Azərbaycan — 22 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Röyal Mədətov 1992-ci il mayın 14-də Qazax rayonunun Hüseynbəyli kəndində anadan olub. 1998-2009-cu illərdə A. Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. == Hərbi xidməti == Röyal Mədətov 2010-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2011-ci ildən isə "gizir" hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmət edirdi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb və yaralanıb. Azərbaycan Ordusunun kiçik giziri olan Röyal Mədətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Röyal Mədətov oktyabrın 22-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Qazax rayonunun Hüseynbəyli kəndində dəfn olunub.
Röyal Məmmədov
Röyal Misil oğlu Məmmədov (12 noyabr 1990; Kürdəmic, Şamaxı, Azərbaycan — 24 oktyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Röyal Məmmədov 12 noyabr 1990-cı ildə Şamaxı rayonunun Kürdəmic kəndində anadan olub. 1997-ci ildə Şirvan şəhər 13 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2006-cı ildə həmin məktəbin 9-cu sinfini bitirib. Təhsilini Şirvan Peşə Liseyində davam etdirib, 2009-cu ildə Peşə Liseyini Radioteleviziya aparatlarının (videotexnikanın) təmiri və xidməti üzrə mexanik ixtisası ilə bitirib. 2009-cu ilin martın 30-da anası uzun sürən xəstəlikdən vəfat edib. 2009-2010-cu illərdə hərbi xidmətdə olub. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Röyal Məmmədov Füzuli, Cəbrayıl və Qubadlı şəhərlərinin işğaldan azad edilməsində iştirak edib. O, 24 oktyabr 2020-ci ildə Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olub. Şirvan Şəhidlər Xiyabanında dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Məmmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Məmmədov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Röyal Nəsirov
Röyal İmran oğlu Nəsirov (d. 16 mart 1997; Cəlilabad, Azərbaycan — ö. 2 aprel 2016; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Röyal Nəsirov 1997-ci ilin 16 mart günündə Cəlilabad rayonunun Məlikqasımlı kəndində anadan olub. == Hərbi xidməti == Əsgər Röyal Nəsirov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 9-u isə Röyal Nəsirov doğulduğu Cəlilabad rayonunun Məlikqasımlı kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Nəsirov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Röyal Nəsirov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Röyal Qaçayev
Röyal Fərman oğlu Qaçayev (5 yanvar 2002; Sündü, Qobustan rayonu, Azərbaycan — 14 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Röyal Qaçayev 5 yanvar 2002-ci ildə Qobustan rayonunda dünyaya gəlib. 2020-ci ildə orta məktəbi bitirib və həmin il hərbi xidmətə çağırılıb. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Röyal Qaçayev Suqovuşan döyüslərində savaşıb. 14 oktyabr 2020-ci ildə Talış Suqovuşan istiqamətindəki döyüşlər nəticəsində şəhid olub. Qobustanda dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Qaçayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Qaçayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Röyal Qaçayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Röyal Quliyev
Röyal İlham oğlu Quliyev — Dövlət Sərhəd Xidmətinin mayoru, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Hərbi xidməti == Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Röyal Quliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Quliyev "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Quliyev "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Röyal Qurbanov
Röyal Ziyad oğlu Qurbanov (d. 21 avqust 2001; Beşdam, Siyəzən – 5 oktyabr 2020; Cəbrayıl) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi. == Həyatı == Röyal Qurbanov 21 avqust 2001-ci ildə Siyəzən rayonunun Beşdam kəndində anadan olmuşdur. Kənd orta məktəbində təhsilini almışdır. == Hərbi xidməti == 2019-cu il oktyabr ayında həqiqi hərbi xidmətə çağırılmışdır. Xüsusi təyinatlı dəstənin kəşfiyyat bölüyündə xidmət etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan İkinci Qarabağ müharibəsində Suqovuşanın azad edilməsində şücaət göstərmiş, oktyabrın 5-də Cəbrayıl istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Qurbanov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Qurbanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Röyal Tağıyev
Röyal Tağı oğlu Tağıyev (13 may 1995, Qubalıbalaoğlan, Hacıqabul rayonu – 6 oktyabr 2020, Hadrut, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Röyal Tağıyev 13 may 1995-ci ildə Hacıqabul rayonunun Qubalıbalaoğlan kəndində anadan olub. == Hərbi xidməti == Röyal Tağıyev 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Röyal Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəbrayılın azad edilməsi zamanı vuruşaraq həlak olmuşdur. Röyal Tağıyev Hacıqabul rayonunun Qubalıbalaoğlan kəndində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Tağıyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Röyal Tağıyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Röyal Xasıyev
Röyal Abuzər oğlu Xasıyev (19 aprel 1993; Şəki rayonu, Azərbaycan — 7 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Röyal Xasıyev 1993-cü il aprelin 19-də Şəki rayonunun İkinci Biləcik kəndində anadan olub. 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş leytenantı olan Röyal Xasıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Röyal Xasıyev oktyabrın 7-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şəki rayonunun İkinci Biləcik kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Xasıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Xasıyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Xasıyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Röyal İbrahimov
Röyal İbrahimov (tam adı: Röyal Qulam oğlu İbrahimov; 19 fevral 2002; Lənkəran, Azərbaycan — 2 noyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri , İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Röyal İbrahimov 19 fevral 2002-ci il Lənkəran şəhəri,Vel kəndində anadan olmuşdur. == Hərbi xidməti == Röyal İbrahimov 14.07.2020-ci ildə həqiqi xidmətə yollanmışdır. Azərbaycan Ordusunun əsgəri olan Röyal İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Röyal İbrahimov noyabrın 2-də şəhidlik zirvəsinə yüksəlmişdir. Röyal İbrahimov noyabrın 6-ı Lənkəran şəhəri,Vel kəndində dəfn olnmuşdur.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi .
Röyal Ələkbərov
Röyal Ələkbərov (tam adı: Röyal Fərmail oğlu Ələkbərov, 23 iyun 1994; Qıvraq, Kəngərli, Naxçıvan MR – 16 oktyabr, 2020; Cəbrayıl) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Röyal Ələkbərov 23 iyun 1994-cü ildə Naxçıvan MR-nın Kəngərli rayonunun Qıvraq kəndində anadan olmuşdur. 2000-2008-ci illərdə kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == 2008-ci ildə Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseyə qəbul olub. 2011-ci ildə liseyi bitirərək Bakı şəhərində yerləşən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. 2015-ci ildə leytenant rütbəsi alaraq məzun olur və Daşkəsəndə yerləşən “N” saylı Hərbi Hissənin taqım komandiri vəzifəsində xidmətə başlayır və 2018-ci ilədək Murovdağ yüksəkliyində xidmətini davam etdirir. 2018-ci ildə baş leytenant rütbəsi alır. 2018-2020-ci illərdə Gəncədə “N” saylı hərbi hissədə bölük komandiri vəzifəsində xidmət edir.Röyal Ələkbərov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş və torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərmiş, 16 oktyabr, 2020-ci ildə Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Şəhid Röyal Ələkbərov İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Ələkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Ələkbərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Digər lüğətlərdə

выбы́тие дифтери́тный обкати́ться отгора́живаться ратини́роваться реве́нь спеси́вость такти́чность велича́льный вырази́тель ла́пник недосяга́емый прагмати́ст прижи́ть apsychical circle-wise letters testamentary monachal traducement агрономия высадка выслушивание заварка королевский сланцевый