RƏNGƏ-RUHA GƏLMƏK

dirçəlmək, yaxşılaşmaq; ~ ruha gəlmək.

RƏNGDƏN-RƏNGƏ GİRMƏK
RƏNGİ QAÇMAQ
OBASTAN VİKİ
Ruha döyüşü
Ruha döyüşü — 1480-ci ildə Ruha şəhərini işğal etmək üçün Ağqoyunlular üzərinə hücuma keçən Məmlük ordusu və Ağqoyunlu ordusu arasında baş vermiş döyüşdür. Döyüşdə Məmlük ordusu ağır məğlubiyyətə uğradıldı. Sultan Yaqub dövründə Ağqoyunluların ən böyük xarici təhlükələrindən biri də Məmlük dövləti idi. Məmlük sultanı Qayıtbəy Uzun Həsənin ölümündən istifadə edərək, Əmir Yaşbəyin başçılığı ilə 100 minlik ordunu Urfanı tutmaq üçün göndərdi. Əmir Yaşbəy 1480-ci ildə Fəratı keçərək Urfanın mühasirəsinə başladı. Qala komandanı Əmirzadə Qütbəddin Bektaş qalanın müdafiə etməyə başladı. Bu xəbər Sultan Yaquba çatdıqda Bayandur bəy, Süleyman bəy Bicanoğlu və Xəlil bəy Bektaşın başçılığı ilə Urfanın müdafiəsi üçün qoşun göndərdi. Ağqoyunlu qüvvələrinin şəhərə yaxınlaşmasından xəbər tutan Məmlük sərkərdələri Əmir Yaşbəyə geri çəkilməli olduqlarının daha doğru olduğunu desələr də, Əmir qoşunu geri çəkmədi. Beləliklə Urfa yaxınlığında iki ordu qarşılaşdı. Məmlük ordusunun sağ tərəfinə Dəməşq hakimi Qansu Yəhyavi, sol tərəfinə Hələb hakimi Özdəmir, mərkəzinə isə Yaşbəy başçılıq edirdilər.