RABİYƏ

bahara, yaza aid, baharla, yazla əlaqədar olan; IV qız (bax: Rabi); bahariyyə, bahara aid şeir.
RABİƏ
RADA
OBASTAN VİKİ
Rabiyə Kadər
Rəbiyyə Qədir (Uyğurca: رابىيه قادىر, (Çincə: 热比娅·卡德尔); 21 yanvar 1947, Altay) — Çinin Sincan-Uyğur Muxtar Rayonunda yaşayan Uyğur xalqının insan haqqları üçün mübarizə edən Uyğur aktivist. == Həyatı == Rəbiyə Qədir 1947-ci il yanvar ayının 21-də Sincan Uyğur Muxtar Vilayətinin Altay şəhərində anadan olub. Kasıb bir ailədə böyüyən Rəbiyə orta təhsilini Altay şəhərində alıb. 1965-ci ildə 18 yaşında ikən ailə həyatı quran Rəbiyə vilayətin digər şəhəri Ağsuya köçür. Çində mədəni inqilab illərində öz həyat yoldaşı ilə birlikdə dini paltar biznesi ilə məşğul olan R. Qədir belə bir təcarətlə məşğul olmasına görə, bir müddət sonra yüksək dairələr tərəfindən düşmən və möhtəkir elan edilir ki, bu da sonda onun öz həyat yoldaşından boşanması ilə nəticələnir. 1981-ci ildə Rəbiyə Qədir elm xadimi Siddiq Ruzi ilə ailə həyatı qurur. Bu izdivacdan sonra cütlük Sincan Uyğur Muxtar Vilayətinin mərkəzi şəhəri olan Urumçiyə köçür. Artıq özünü işadamı kimi təsdiqləməyə başlayan Rəbiyə Urumçidə uyğur etnik mallarının satıldığı univermaq açır. 1985-ci ildə Rəbiyə Qədirin sahib olduğu ticarət məkanının sahəsi 14 000 kv metr təşkil edirdi. Getdikcə biznesini genişləndirən R. Qədir imkanlarının çoxaslması ilə paralel olaraq, həm bir çox uyğur türkünü də işlə təmin edir, həm də onların maariflənməsi ilə məşğul olurdu.
Rabiyə Sultan
Rabiyə Sultan (v. 14 yanvar 1712, Köhnə Saray, Konstantinopol, Osmanlı imperiyası) — 21-ci Osmanlı sultanı II Əhmədin xanımlarından biri. == Həyatı == Həyatının ilk illəri haqqında yetərli məlumat olmasa da, Sultan Əhmədin səltənətinin başlarında hərəmə alındığı məlumdur. Qısa zamanda sultanın rəğbətini qazanan Rabiyə Sultanın 6 oktyabr 1692-ci ildə Şahzadə İbrahim və Şahzadə Səlim adlı əkiz övladı dünyaya gəldi. Bunlar Osmanlı tarixində bilinən ilk əkiz övlad hadisəsi idi. Sultan Əhmədin anası Müəzzəz Sultan oğlunun səltənətindən öncə vəfat etmişdi. Bu səbəblə Rabiyə Sultan oğullarının dünyaya gəlişinin ardından qısa zamanda yüksəldi və hasəki sultan ünvanı aldı. Keçmiş sədrəzəmlərdən Bayburtlu İbrahim Paşaya aid Üsküdardakı Quzquncuq köşkü və paşanın edamından sonra xəzinəyə müsadirə edilən dəyərli ziynət əşyaları Rabiyə Sultana hədiyyə edildi. Ancaq əkiz övladlarından Şahzadə Səlim 15 may 1693-cü ildə körpə ikən vəfat etdi. 23 oktyabr 1694-cü ildə üçüncü övladı olan Asiyə Sultanı dünyaya gətirən Rabiyə Sultana indiki Hələb yaxınlığından bir çox mülk və torpaqlar hədiyyə edildi.
Rabiyə Şərmi Sultan
Rabiyə Şərmi Sultan (Osmanlıca: رابعه سلطان 1698–1732) Osmanlı padşahı I Əbdülhəmidin anası və Sultan III Əhmədin arvadı. == Həyatı == Rabiyə Şərmi Sultan əslən macar idi və əsl adı İda Kovaç idi. 1732-ci ildə vəfat edəndə oğlunun hələ 7 yaşı var idi. Oğlu I Əbdülhəmid anasının vəfatından 42 il sonra taxta çıxmış, bu səbəblə validə sultan olmamışdır. İstanbulda yerləşən Yeni Məscidin Turhan Validə Sultan türbəsində dəfn edilmişdir. == Övladları == Zeynəb Sultan, (8 aprel 1714–25 mart 1774) — 21 oktyabr 1727-ci ildə Mustafa Paşa, 1765-ci ildə isə Məlik Mehmed Paşa ilə ailə qurmuşdur. İlk evliliyindən bir oğlu vardı.
Əmətullah Rabiyə Gülnuş Sultan
Əmətullah Rabiyə Gülnuş Sultan (osm. گلنوش سلطان) (1642, Krit – 6 noyabr 1715, Konstantinopol) — 19-cu Osmanlı sultanı IV Mehmedin xanımı, II Mustafa və III Əhmədin anası, Validə sultan. == Həyatı == === Hasəki sultan illəri === 1642-ci ildə dünyaya gəldiyi düşünülür. Əslən venesiyalı Verzizzi ailəsinə mənsub olub, Krit adasındakı Resmo şəhərində dünyaya gəldi. Resmonun fəthinin ardından Dəli Hüseyn Paşa tərəfindən əsir alındı və saraya hədiyyə edildi. Sarayda öncə Kösəm Sultanın, onun vəfatından sonra isə Turhan Sultanın himayəsinə alınaraq təlim-tərbiyə edildi. Adı Kösəm Sultan tərəfindən dəyişdirilərək Əmətullah Gülnuş oldu. Həddi buluğa çatmasının ardından Ədirnə sarayında olan Sultan Mehmedə təqdim olundu. İlk övladı olan Xədicə Sultan da 1662-ci ildə bu sarayda dünyaya gəldi. Ardından 1664-cü ildə Şahzadə Mustafanı, 1670-ci ildə Gülsüm Sultanı, 1673-cü ildə Şahzadə Əhmədi, 1675-ci ildə Şahzadə Bəyazidi və 1680-ci ildə Fatma Sultanı dünyaya gətirdi.
в ку́рсе конья́чный перекида́ть поскрести́ правомо́чие при́торность сатани́ческий сыроду́тный шамо́тный штурму́ющий откомандиро́вывание пройти через чистилище развью́читься спосо́бно упоённый усыпи́тельный чума́цкий full age GI Joe withy багрить непокорность оптимист откочевать переутомить