rabitəsizlik
racə
OBASTAN VİKİ
Raca Dahir
Raca Dahir (Sanskrit: राजा दाहिर) (Sind dilində: راجا ڏاھر‎), IAST: Rājā Dāhir; 663 – 712, Hind) — Sindin Brahmin Sülaləsindən olan sonuncu hindli hakim. 711-ci ildə onun krallığı sərkərdə Məhəmməd ibn Qasimin rəhbərlik etdiyi Əməvi qoşunları tərəfindən işğal edilmişdir. O, Aror döyüşündə Hind çayının sahilində, bugünkü Nəvabşah adlanan ərazidə öldürülmüşdür. == "Şahnamə"də hakimiyyəti dövrü == Şahnamə Sindin ərəblər tərəfindən işğalı ilə bağlı ən qədim salnamədir. Bu əsər fars dilinə Ərəb Məhəmməd Əli ibn Həmid ibn Əbu Bəkr Kufi tərəfindən 1216-cı ildə tərcümə olunub. Əsərin müəllifinin Saqafi soyadlı bir şəxsin olması ehtimal edilir. Dahirin krallığı daha sonra Kannauc kralı Ramal tərəfindən işğal edildi. == Əməvilərlə müharibə == Şahnamədə qeyd olunur ki, Bəsrə hakimi əl-xərac ibn Yusifin Raca Dahirə qarşı hərbi ekspedisiyasının əsas səbəbi Debal sahillərinə dəniz quldurlarının yürüşü idi. Bu yürüş nəticəsində xəlifənin Sərəndib (hazırkı Şri Lanka) hökdarından aldığı hədiyyələrin oğurlanılması idi. Sinddə yaşayan və Bavarrac adı ilə tanınan skif tayfaları da əvvəlki dövrlərdə Dəclə sahillərindən Şri-Lanka sahillərinə qədər Sasani gəmilərini qarət edirdilər.
Raca Nainqqolan
Raca Nainqqolan (4 may 1988[…], Antverpen, Flamand regionu[d]) — belçikalı peşəkar futbolçudur, İtaliya-nın İnter Milan FK klubunda yarımmüdafiəçi mövqeyində oynayır. == Həyatı == == Karyerası == Ninja ləqəbli, bütün peşəkar karyerasını İtaliyada keçirərək Piacenza, Kalyari FK, Roma FK və İnter Milan FK-da çıxış edib. 300-dən çox A Seriyası oyununda meydana çıxıb. Ardıcıl dörd dəfə A Seriyasında ilin rəmzi komandasında yer alıb. Bir çox mütəxəssis tərəfindən həm hücumda həm də müdafiədə komandasına kömək etmək qabiliyyətinə görə Avropanın ən yaxşı və ən yaxşı orta sahə oyunçularından biri sayılan Nainqqolan sürətli, dinamik, çalışqan, fiziki cəhətdən güclü və çox yönlü yarımmüdafiəçidir. Bir neçə orta xətt mövqeyində oynamaq; yaxşı görmə qabiliyyətinə, keçid məsafəsinə və texnikaya sahib olduğundan tez-tez komandasının müdafiə xəttinin qarşısında oyun qurucu kimi istifadə olunur. Səkkiz ildir Belçika milli futbol komandasında oynayan Nainqqolan, ölkəsi ilə 30 oyuna çıxıb və altı qol vurub.
Sevimli Raca (film, 1972)
Sevimli Raca (hind: राजा जानी, Urdu بادشاہ جانی‎, Rom: Raca Jani) — rejissor Mohan Seqal tərəfindən çəkilmiş və 1972-ci ildə ekranlara çıxmış hind filmidir. Dharmendra və Hema Malininin birgə çəkildikləri beşinci filmdir. Film Hindistanda ilin ən çox gəlir gətirən filmlərindən biri olmuşdur. 1983-cü ildə Rajnikanth və Sridevinin baş rollarında rol aldığı Adutha Varisu adı ilə Tamil dilində yenidən çəkilmişdir. Film 1981-ci ilin yanvarında sovet kinoteatrlarında nümayiş etdirilmişdir və 978 nüsxə ilə 40 milyon insan tərəfindən izlənilmiş və bu nəticə ilə xarici filmlər arasında tamaşaçı sayına görə 46-cı yeri, hind filmləri arasında isə 12-ci yeri əldə etmişdir. == Süjet xətti == Bu dəhşətli hadisə 12 il bundan öncə baş verib. Müqəddəs yerlərə gedən yolda knyazlığı idarə edən ailənin qan düşməni vəliəhd şahzadənin valideynlərini qətlə yetirir. Şahzadənin o zaman yeddi yaşı var idi. Qatil qızı qaçırmağa və öldürməyə çalışsada, mühafizəçilərin gülləsinə tuş gələrək ağır yaralanır. Vəliəhd isə hər kəsin gözü qarşısında çoşan dağ çayına düşür...
Racakeh (Sərdəşt)
Racakeh (fars. ‎‎رجاكه‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 53 nəfər yaşayır (12 ailə).
Racastan
Racastan — Hindistanın ən böyük ştatıdır. Sahəsi 342239 km2-dir (Hindistanın sahəsinin 10,4%-i).

Значение слова в других словарях

беда́ во́пли звень милиционе́р недальнови́дный похра́пывание презента́бельный сборить скоростреля́ющий суя́гность внешне... вы́платить дупли́стый малоземе́льный олени́на покры́то мраком неизвестности точи́лка фри-джа́з катер keyman logical Mr. nonpareil мистерия пенни