raçinlilər 2021
rada
OBASTAN VİKİ
"Nuhçıxan" radiosu
"Nuhçıxan" radiosu — Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən radio. == Tarixi == "Nuhçıxan" radiosu 20 iyul 2011-ci il tarixdə fəaliyyətə başlamışdır. == Yaradıcı heyəti == Radionun yaradıcı heyəti universitetin jurnalistika ixtisasının müəllim və tələbələrindən ibarətdir. Gələcəyin jurnalistləri olacaq tələbələr üçün bu radio əsl formalaşma məktəbidir. == Fəaliyyəti == Radioda əsasən elm, maarifçilik, mədəniyyət yönümlü proqramlar hazırlanır, ali məktəb həyatında baş verən yeniliklər müntəzəm olaraq işıqlandırılır. == Yayım ərazisi == Hazırda "Nuhçıxan" radiosu "Universitet Televiziyası" ilə birlikdə Naxçıvan şəhərində HD mpeg-4 rəqəmsal formatında 5 km radiusunu əhatə edən ərazidə yayımlanır.
"Radioquraşdırma" zavodu
Radioquraşdırma zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisə. == Tarixi == "Radiozavod" 1948-ci ildə Yerli Sənaye Nazirliyinin tabeliyində yaradılmışdır. Zavodun ilk məhsulu "Rekord" və "Qranit" lampalı radioqəbulediciləri olmuşdur. 1950-ci ildən başlayaraq ağ-qara rəngli televizorlar və radioqəbuledicilər istehsal edilmişdir. 1971-ci ildən ES-EHM tipli elektron hesablayıcı maşınların hissələri və elektron avadanlıqları istehsal edilmişdir. 1980-ci ildən isə SSRİ Rаdiоsənаyеsi Nаzirliyində buraxılan yeni EC-1045 və EC-1065 elektron hesablayıcı maşınların elektron avadanlıqları istehsal edilmişdir. Bu məmulatlar xalq təsərrüfatının müxtəlif sahələrində istifadə üçün istehsal olunurdu. 1984-cü ildə "Radiozavod" "Robot" zavodu ilə birləşdirilərək "Radioquraşdırma" Bakı İstehsalat Birliyi adlandırılmışdır. 1991-ci ilədək "Radioquraşdırma" İB SSRİ Radiosənayesi Nazirliyinin, daha sonra Аzərbаycаn Rеspublikаsı Nаzirlər Kаbinеtinin tabeliyində olmuş, 1993-cü ilin avqust ayında Dövlət Хüsusi Mаşınqаyırmа və Kоnvеrsiyа Kоmitəsinin tabeliyinə verilmişdir. 2006-cı ildən zavod Azərbaycan Respublikası Müdаfiə Sənаyеsi Nаzirliyinin tabeliyində fəaliyyət göstərir.
AMEA Radiasiya Problemləri İnstitutu
Radiasiya Problemləri İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxildir. == Təşkilatın tarixi == Azərbaycanda nüvə enerjisinin dinc məqsədlərlə istifadəsinin, müxtəlif ionlaşdırıcı şüaların maddələrə, ətraf mühitə, canlılara təsirinin, enerji çevrilmələrinin fiziki-kimyəvi problemlərinin, radioekologiya və radiasiya təhlükəsizliyi istiqamətlərinin elmi və elmi-texniki əsaslarının işlənilməsi məqsədi ilə SSRİ Nazirlər Soveti yanında Dövlət Elm və Texnika Komitəsinin 21 may 1969-cu il tarixli 27 saylı qərarı ilə Azərbaycan Elmlər Akademiyasının Radiasiya Tədqiqatları Sektorunun əsası qoyulmuşdur. Azərbaycan Respublikası suverenlik əldə etdikdən sonra Respublikamızda radiasiya və nüvə təhlükəsizliyi, radioekologiya, nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi problemləri daha da aktual xarakter kəsb edib. Odur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 81 saylı, 21 may 2002-ci il tarixli qərarı ilə AMEA-nın Radiasiya Tədqiqatları Sektoru bazasında Radiasiya Problemləri İnstitutu yaradılmışdır. AMEA sistemində Radiasiya Problemləri İnstitutu Azərbaycan Respublikası ərazisində nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi, radiasiya təhlükəsizliyi, radioekologiya, energetikanın fiziki-texniki problemləri, qeyri-ənənəvi enerji çevrilmələri prosesləri, bərk cisimlərdə radiasiya effektləri və radiasiya materialşünaslığı istiqamətlərində fundamental elmi və texniki tədqiqat işlərini aparan, bu sahələrdə ölkədaxili və beynəlxalq informasiya mübadiləsini yerinə yetirən yeganə elmi müəssisədir. == Elmi fəaliyyət == === Elmi problemlərin tədqiqi istiqamətləri === Radiasiya təhlükəsizliyi, Radioekologiya — Ölkə ərazisinin ətraf mühit komponentlərinin radionuklid və kimyəvi tərkibinin tədqiqi, işğaldan azad olunmuş ərazilərə xüsusi diqqətin ayrılması, alınan nəticələrin sistemləşdirilməsi, vahid elektron bazada yerləşdirmək üçün işlənilməsi, radiasiya risklərinin idarə olunması mexanizminin hazırlanması Radiobiologiya — Bioloji orqanizmlərə radiasiyanın təsiri, stimullaşdırıcı dozanın təyini, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının və onların ətraf mühitin ekstremal təsirlərinə qarşı davamlılığının artırılması üçün radiasiya texnologiyalarının tətbiqi, sterilizasiya dozasının təyini, maddələrin radiasiya təsirindən qorunması üçün protektorların hazırlanması Bərk cismlərin radiasiya fizikası — Yarımkeçirici, seqnetoelektrik və polimer materiallarda radiasiyanın təsiri ilə baş verən fiziki proseslərin tədqiqi, implantasiya yolu ilə daxil edilmiş elementlərin, o cümlədən nanozərrəciklərin bu proseslərin sürətinə və istiqamətinə təsirinin müəyyənləşdirilməsi, radiasiyanın təsiri ilə verilmiş xassələrə malik materialların alınması, materialların radiasiya-stimullaşdırılmış modifikasiyası, radiasiyaya davamlılığının artırılması və istismar xüsusiyyətlərinin idarə olunması Yüksək enerjilər kimyası — Karbohidrogen və su əsalı sistemlərdə radiasiyanın təsiri ilə baş verən fiziki-kimyəvi proseslərin kinetika və mexanizminin tədqiqi, bu sistemlərdə hidrogenin, olefinlərin, polimerlərin və praktikada geniş istifadə olunan yüksəkmolekullu materialların alınması və modifikasiyası üçün optimal şərtlərin tapılması, çirkləndirici qarışıqların deqradasiyasının qanunauyğunlarının öyrənilməsi, post-radiasiya effektlərinin tədqiqi Bərpa olunan enerji mənbələrinin istifadəsi və hydrogen enrgetikası — Günəş, külək və kiçik Su elektrik stansiyalarından alınan enerjilərin istilik və elektrik enerjisinə çevrilməsinin faydalı iş əmsalının artırılması yollarının araşdırılması, bu enerjilərin ayrı-ayrılıqda və kombinə olunmuş şəkildə istifadə olunması ilə sudan və mineral resurslardan hidogenin, sintez-qazın və maye yanacağın alınması sahəsində elmi-tədqiqat və Layihə-konstruktor işlərinin aparılması Şüa qəbuledici və işarəverici cihaz və qurğuların hazırlanması — Silisium əsaslı fotoelektron gücləndiricilərin tədqiqi, onların şüa qəbuledicilərinin yaradılmasında tətbiqi, yüksək həssaslığa və əhatə dairəsinə malik mühafizə-işarəverici qurğuların işlənməsi, sınaqdan keçirilməsi və tətbiqi == Beynəlxalq fəaliyyət == === Radiasiya Problemləri İnstitutunun Beynəlxalq Əlaqələri === АМЕА Radiasiya Problemləri İnstitutunda nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi, radiasiya təhlükəsizliyi, yüksək enerjilər kimyası, radioekologiya, radiasiya materialşünaslığı istiqamətləri üzrə aparılan elmi-tədqiqat işlərinin dünya elminə inteqrasiyasını təmin etmək məqsədi qarşıya qoyulmuşdur. Hələ keçən əsrin 70-ci illərindən başlayaraq Radiasiya Tədqiqatları Sektoru SSRİ Elmlər Akademiyasının Neft-kimya sintezi, Kimyəvi Fizika, L.Y. Karpov adına Fizika-kimya İnstitututları, Belarusiya EA-nın Atom energetikası İnstitutu, Gürcüstan EA-nın Fizika, Qeyri-üzvü və Elektrokimya İnstitutları və Moskva Dövlət Universiteti ilə sıx elmi əməkdaşlıq yaradılmışdı. 1980-ci illərdə Atom-hidrogen energetikası istiqamətində İ.V. Kurçatov adına Atom enerjisi İnstitutu, Yanar qazıntılar İnstitutu və SSRİ-nin digər elmi mərkəzləri ilə məqsədli kompleks Proqramlar çərçivəsində elmi tədqiqat və kadr hazırlığı üzrə birgə fəaliyyətlə həyata keçirilmişdir. Azərbaycan Respublikasının müstəqilliyini bərpa etməsi və 2002-ci ildə İnstitutun Atom enerjisi üzrə Beynəlxalq Agentliyə daxil olması ilə beynəlxalq əlaqələr genişlənmişdir. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA), Amerika Birləşmiş Ştatlarının Energetika Nazirliyinin Nüvə Təhlükəsizlik Deportamenti, NATO, ABŞ Mülki Araşdırmalar Fondu CRDF ilə beynəlxalq proqramlar çərçivəsində işlər davam etdirilmişdir.
Acherontia atropos radiata
Acherontia atropos (lat. Acherontia atropos) — acherontia cinsinə aid kəpənək növü.
Actinoseris radiata
Actinoseris radiata (lat. Actinoseris radiata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin actinoseris cinsinə aid bitki növü. == Sinonimləri == Ingenhusia radiata Vell.
Adaptiv radiasiya
Adaptiv radiasiya — eyni başlanğıcdan olan müxtəlif canlıların müxtəlif şəraitə uyğunlaşması hadisəsi. Məsələn, plasentalı məməlilərin müasir formalarından bəzilərinin Yer üzərində sürətlə hərəkət etməyə (yırtıcılar, antiloplar), ağac həyatına (sincablar, primatlar və s.), uçmağa (yarasalar), suya (balinalar, delfinlər), torpaq altına (həşəratyeyənlər) uyğunlaşması. == İstinadlar == == Mənbə == 1. Axundov M.A., Mehrəliyev Ə.Ə., Əliyev A.R., Muradova E.Ə. Bioloji terminlər lüğəti. Bakı, 2005, 260 s.
Aleksandr Radişev
Aleksandr Nikolayeviç Radişev (rus. Алекса́ндр Никола́евич Ради́щев); 20 (31) avqust 1749[…], Radişevo[d], Penza qəzası[d] – 12 (24) sentyabr 1802[…], Sankt-Peterburq) — rus filosof, şair və nasiri. == Həyatı == Uşaqlığı atasını kəndəki əmlakıda keçib. Onun atası həmçinin də Radişevin ilk müəllimi olub. Latın, pol, fransız və alman dillərinə bələd idi.1756- ci ildə Aleksandr Moskva universitetinə atası tərəfindən Moskvaya göndərilir (A.M.Arqamakov 1755-1757-ci ilədək univrsitenin direktoru idi).1762-ci ildə Elizabetta II taç taxma mərasimində,Radişev Peterburqda paji korpusuna göndərildi. 1802- ci ildə vəfat etmişdir. Radişevin dünyagörüşünün formalaşmasında fransız materialistlərinin əsərləri mühüm rol oynamışdır. Radişev fəlsəfənin əsas məsələrini materialistcəsinə həll edərək, aləmin dərkinin hüdudsuzluğu ideasına tərəfdar çıxmışdır. Aləm hissi qavrama, təcrübə və zəka vasitəsi ilə dərk edilir. Materiyanın əsas xüsusiyyətləri varlıq, hərəkət, zaman və məkandır.
Allium raddeanum
Mala soğanı (lat. Allium schoenoprasum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. == Sinonimləri == Allium acutum Spreng. Allium alpinum (DC.) Hegetschw. Allium broteroi Kunth Allium buhseanum Regel Allium carneum Schult. & Schult.f. [Illegitimate] Allium coloratum Dulac [Illegitimate] Allium foliosum Clairv. ex DC. Allium glaucum DC. Allium glaucum Ledeb. [Illegitimate] Allium idzuense H.Hara Allium lusitanicum Link ex Regel [Invalid] Allium montanum Schrank Allium palustre Chaix Allium palustre Salisb. [Illegitimate] Allium palustre Pourr.
Ana Radoviç
Ana Radoviç (21 avqust 1986, Sarayevo) — Monteneqronu təmsil edən həndbolçu. == Karyerası == Ana Radoviç Monteneqro yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 26:24 hesabı ilə məğlub olan Monteneqro yığması, London Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Arenaria radians
Arenaria radians (lat. Arenaria radians) — qərənfilkimilər fəsiləsinin qumluca cinsinə aid bitki növü.
Azad Azərbaycan radiosu
Azad Azərbaycan Radiosu — Azərbaycanda radio "Azad Azərbaycan" radiosu 28 may 1998-ci ildən fəaliyyət göstərir. Təsisçisi "Azad Azərbaycan" Teleradio Yayımı şirkətidir. "Azad Azərbaycan" radiosu 106.3 MHz FM tezliyində, AzərSpace 46 11175 MHz H 27500kbt yayımlanır. Gün ərzində 24 saat yayımlanın radionun verilişləri dünya azərbaycanlıları və azərbaycan dilini bilən dinləyicilər üçün nəzərdə tutulmuşdur. Milli Televiziya və Radio Şurasının 30 sentyabr 2005-ci il tarixli qərarı ilə "Azad Azərbaycan" Teleradio Kompaniyasının radio yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti 6 il müddətinə uzadılmışdır.
Azərbaycan Dövlət Radiosu
Azərbaycan Radiosu — Azərbaycanda radiostansiyasi. Şərqdə ilk radio olan Azərbaycan Radiosu ilk dəfə 6 noyabr 1926-cı ildə "Diqqət, danışır Bakı" sözləri ilə yayımlanıb. Həmin gündən ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan eşidilən qeybdən gələn səs insanları özünə bağlayıb. Bu Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi. Bu gün Müstəqil Azərbaycanın həm də dünyadakı tərcümanı, sülhsevər Vətənimizin təmsilçisinə çevrilən Azərbaycan Radiosu haqlı olaraq, "Səsli salnamə" adlandırılır. Azərbaycan Radiosunu FM-105 və ölkəboyu yayımlandığımız digər tezliklərdən 24 saat fasiləsiz olaraq dinləmək imkanımız var. İctimai-siyasi proqramlar Ədəbi dram və folklor Baş proqram direksiyası Musiqi verilişləri redaksiyası Beynəlxalq verilişlər Uşaq verilişləri redaksiyası Xəbərlər redaksiyası Rejissorlar qrupu === Azərbaycan Radiosunun yaranması tarixi === Azərbaycan radiosu 1926-cı il noyabrın 6-da yaradılıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə "Danışır Bakı!" ifadəsi ətrafa yayıldı. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz qulaq asa bilirdilər. O zaman həmin hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi.
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkəti
Azərbaycan Televiziyası və ya qısa adı ilə AzTV— Azərbaycanın ilk milli televiziya kanalı. Dövlət (hökumət) nəzarətində və idarəçiliyində olan televiziya kanalıdır. == Tarixi == === Başlanğıc === Azərbaycan televiziyası radiodan 30 il sonra – 1956-cı il fevralın 14 — də fəaliyyətə başlayıb. Bakıda televiziya mərkəzi üçün binanın inşasına 1954-cü ildə başlanıldı. Tikintidən ötrü yer Bakının ən hündür məkanlarından birində – Mehdi Hüseyn 1 adlanacaq ünvanda seçilmişdi. Azərbaycanlı inşaatçı və mütəxəssislərin moskvalı, leninqradlı həmkarları ilə birgə ucaltdıqları və müvafiq avadanlıqla təchiz etdikləri telemərkəzin binası 1955-ci ilin sonunda təhvil verildi. 1956-cı ilin fevralına qədər Bakı studiyasının ara-sıra sınaq verilişləri yayımlanırdı. İlk veriliş günü ekranda gənc aktrisa Nəcibə Məlikova göründü. Çıxışını "Göstərir Bakı!" kəlməsi ilə açan Nəcibə Məlikova tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik etdi. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi nümayiş etdirildi.
Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi

Azərbaycan Televiziya və Radio Akademiyası
Teleradio Akademiyası — Azərbaycan Televiziyasının tabeliyində fəaliyyət göstərən təhsil müəssisəsi. Məqsəd ali təhsil bazası əsasında müxtəlif peşələr üzrə peşəkar mütəxəssislərinin hazırlanması, əməkdaşların ixtisaslarının təkmilləşdirilməsidir. === Yaranması === 2010-cu il iyunun 14-də Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində Televiziya və Radio Akademiyasının açılış mərasimi keçirilib. Teleradio Akademiyası Azərbaycan Radiosunun binasında yerləşir. Akademiyanın maddi-texniki bazası formalaşdırılıb, çəkiliş və montaj avadanlığı quraşdırılıb, çəkiliş pavilyonları və səsyazma studiyası yaradılıb. Akademiyanın yaradılmasından məqsəd ali təhsil bazası əsasında peşəkar teleradio mütəxəssislərinin hazırlanması, əməkdaşların ixtisaslarının təkmilləşdirilməsidir. Tədris zamanı yerli alim və mütəxəssislərlə yanaşı, Türkiyə, Rusiya, Avropa ölkələri, eləcə də ABŞ-dən telemütəxəssislər dərs demək üçün akademiyaya dəvət edilir. Teleradio Akademiyasının ilk rektoru Etibar Babayev olmuşdur. Hazırkı rektoru isə Faiq Hüsiyevdir.
Azərbaycan Televiziya və Radio Şirkəti
Azərbaycan Televiziyası və ya qısa adı ilə AzTV— Azərbaycanın ilk milli televiziya kanalı. Dövlət (hökumət) nəzarətində və idarəçiliyində olan televiziya kanalıdır. == Tarixi == === Başlanğıc === Azərbaycan televiziyası radiodan 30 il sonra – 1956-cı il fevralın 14 — də fəaliyyətə başlayıb. Bakıda televiziya mərkəzi üçün binanın inşasına 1954-cü ildə başlanıldı. Tikintidən ötrü yer Bakının ən hündür məkanlarından birində – Mehdi Hüseyn 1 adlanacaq ünvanda seçilmişdi. Azərbaycanlı inşaatçı və mütəxəssislərin moskvalı, leninqradlı həmkarları ilə birgə ucaltdıqları və müvafiq avadanlıqla təchiz etdikləri telemərkəzin binası 1955-ci ilin sonunda təhvil verildi. 1956-cı ilin fevralına qədər Bakı studiyasının ara-sıra sınaq verilişləri yayımlanırdı. İlk veriliş günü ekranda gənc aktrisa Nəcibə Məlikova göründü. Çıxışını "Göstərir Bakı!" kəlməsi ilə açan Nəcibə Məlikova tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik etdi. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi nümayiş etdirildi.
Azərbaycan Televiziya və Radiosunun Səsyazma Evi, Musiqi kollektivləri
Azərbaycan Televiziya və Radiosunun Səsyazma Evi, Musiqi kollektivləri 1926-cı il, noyabrın 6-da, indiki Ə. Əlizadə-9 (keçmiş Fioletov-9) ünvanında Radio komitəsi fəaliyətə başlayır. 1931-ci ildə Azərbaycanın peşəkar musiqisinin banisi Üzeyirbəy Hacıbəylinin təşəbbüsü ilə, bu məkanda şərqdə ilk notlu xalq çalğı alətləri orkestri və indiki Niyazi adına simfonik orkestri yaradılır. Üzeyir bəyə o zamanlar Müslüm Maqamayev yaxından köməklik etmişdir. Azərbaycan Televiziya və Radiosunun Səsyazma evinin məqsədi dövlətin milli-mədəni musiqi həyatında ictimaiyyətə bir-birindən maraqlı layihələr təqdim etmək, milli mənəvi dəyərləri qorumaq, dövlətin hər bir uğurunu musiqi dili ilə dinləyicilərə çatdırmaq, yeni gənc nəslə peşəkar musiqini təbliğ etməkdir. Əməkdar artist Ramil Qasımovsəsyazma evinin direktoru və bədii rəhbəridir. == Səsyazma evində fəaliyyət göstərən musiqi kollektivləri == 1 Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri 2 Niyazi adına Dövlət simfonik orkestri 3 Cahangir Cahangirov adına xor 4 Tofiq Əhmədov adına estrada-simfonik orkestri 5 Uşaq Musiqili Teatrının Əfsər Cavanşirov adına "Bənövşə" uşaq xoru 6 Əhsən Dadaşov adına "Xatirə" xalq çalğı alətləri ansamblı 7 Əhməd Bakıxanov adına xalq çalğı alətləri ansamblı 8 Vaqif Mustafazadə adına "Sevil" vokal-instrumental ansamblı 9 "Qaytağı" instrumental ansamblı 10 Uşaq Musiqili Teatrı === Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri === Azərbaycan musiqi mədəniyyəti tarixininin incilərindən biri olan Səid Rüstəmov adına Əməkdar kollektiv xalq çalğı alətləri orkestri Müslüm Maqomayevin təklifi ilə Üzeyir Hacıbəyli tərəfindən 1931-ci ildə yaradılmaqla, nəinki Azərbaycanda, hətta, bütün Şərq aləmində peşəkar notlu xalq çalğı alətləri orkestrinin əsasını qoymuş olur. İlk dövrlərdə orkestrin dirijoru və rəhbəri Üzeyir Hacıbəyli, konsertmeysteri isə Səid Rüstəmov olmuşdur. Orkestrin tərkibi isə ancaq kamança, saz, balaban, zurna, dəf, nağara alətlərindən ibarət olmuşdur. İlk heyəti Səid Rüstəmov, Əhmədxan Bakıxanov, onun qardaşı Məmmədxan Bakıxanov, Ağabacı Rzayeva, Əmrulla Məmmədbəyli, Cəvahir Həsənova, Tutu Kərimova, Məmmədağa Muradov, Süleyman Hüseynquluoğlu, Əbülfəz Fərəczadə, Xalıq Babayev, Əlihəsən Nuriyev, Xosrov Məlikov, Qılman Salahov, Qönçə İsrafilova, Hacıbaba Əliyev, Hacı Xanməmmədov, Ə. Quliyev və b.-dən ibarət idi. 1935-ci ildən sonra Üzeyir Hacıbəylinin təklifi ilə Səid Rüstəmov orkestrə baş dirijor və bədii rəhbər vəzifəsinə təyin olunur.
Azərbaycan radio kanalları
Azərbaycanda ilk radio kanalı 6 noyabr 1926-cı il tarixində tarixində yayıma başlamışdır. Hal-hazırda ölkədə 16 radio kanalı fəaliyyət göstərir. == Radio kanalları == Qeyd: Yayıma başladıqları tarixlərə əsasən sıralanmışdır.
Azərbaycan radio kanalları siyahısı
Azərbaycanda ilk radio kanalı 6 noyabr 1926-cı il tarixində tarixində yayıma başlamışdır. Hal-hazırda ölkədə 16 radio kanalı fəaliyyət göstərir. == Radio kanalları == Qeyd: Yayıma başladıqları tarixlərə əsasən sıralanmışdır.
Azərbaycan radio kanallarının siyahısı
Azərbaycanda ilk radio kanalı 6 noyabr 1926-cı il tarixində tarixində yayıma başlamışdır. Hal-hazırda ölkədə 16 radio kanalı fəaliyyət göstərir. == Radio kanalları == Qeyd: Yayıma başladıqları tarixlərə əsasən sıralanmışdır.
Azərbaycanın radio kanallarının siyahısı
Azərbaycanda ilk radio kanalı 6 noyabr 1926-cı il tarixində tarixində yayıma başlamışdır. Hal-hazırda ölkədə 16 radio kanalı fəaliyyət göstərir. == Radio kanalları == Qeyd: Yayıma başladıqları tarixlərə əsasən sıralanmışdır.
Batrachium aquatile subsp. radians
Ranunculus aquatilis (lat. Ranunculus aquatilis) — qaymaqçiçəyikimilər fəsiləsinin qaymaqçiçəyi cinsinə aid bitki növü. == Sinonim == Batrachium aquatile Dumort. Batrachium aquatile Wimm. Batrachium aquatile subsp. caespitosum (DC.) Piper Batrachium aquatile var. heterophyllum (Weber) Spach Batrachium aquatile subsp. radians (Revelière) Soó Batrachium aquatile var. radicans Spach Batrachium argutum Opiz Batrachium circinatoides Arv.-Touv. Batrachium diversifolium Nyman Batrachium diversifolium (Gilib.) Miniaev Batrachium friesii Nyman Batrachium gilibertii Krecz.
Batrachium aquatile var. radicans

Batrachium radians

Bayraq Radio Televiziya Qurumu
Bayraq Radio Televiziya Qurumu (BRT), Şimali Kipr hökumətinə aid radio və televiziya təşkilatı. Xəbər, musiqi proqramı, kəndləri təqdimat məqsədli proqramları nəşr. BRT-nin ilk nəşr həyatı 1963-cü ildə bir qarajda 2 mücahid tərəfindən radio yayımı olaraq qurulmuşdur. [Qaynaq ifadə edilməli] İlk yayım sözü isə "Bayraq, Bayraq, Bayraq" deyə verilmişdi. 1996-cı ildə ilk xüsusi radio kanalı First FM və ilk xüsusi TV kanalı Tempo TV-nin qurulmaları nəticəsində təklik xüsusiyyətini itirən BRTK; hələ də ölkədəki 5 TV kanalından ikisini, 24 radio kanalından da 5-ni strukturunda saxlamaqdadır. Xüsusi radio və televiziyaların qurulmağa başladığı 1996-ci ilə qədər Şimali Kiprin tək nəşr təşkilatı olan BRTK-nın təməlləri 1960-cı illərə qədər gedib çıxır. 1960 - 1963 illər arasında Kipr adasının tək nəşr təşkilatı olan CBS (İngiliscə: Cyprus Broadcasting Corporation) (Kipr Yayım Təşkilatı), 1960 Kipr Konstitusiyası lazımınca% 70 Kiprli Rumlar'dan,% 30 da Kiprli Türklər'dən ibarət idi. 1963də başlayan və namizədi 1974 Kipr Harekâtı'na aparan qarşıdurmalar üzündən Kipr türkləri, CBC'ten ayrıldı. Ölkənin yeganə nəşr təşkilatında hər hansı bir şəkildə təmsil edilməyən Türklər, bu ehtiyacları səbəbiylə 1964-cü ildə 6 ədəd radio stansiyası quraraq nəşrə soxdular. Bayraq Radiosu, Canbulat Radiosu, Lefke Bayraq Radiosu, Qazi Bafın səsi radiosu, Larnaka Təbiətin səsi Radiosu və Limasol Radiosu adı verilən bu 6 kanal "Bayraq Radioları" ortaq adıyla anılıyorlardı.

Значение слова в других словарях

иска́рмливаться крапи́вка модуля́тор опа́рный пе́ковый подка́лывание пообтере́ть премье́рствовать свороти́ть сложноцве́тный тряхну́ть задрапирова́ть машинопи́сный омертвева́ть просяно́й умыва́лка хи́щно теменная bineutron decider naturality wavelength weever закоснелый небывалый