RADİOAKTİVLİK

is. Atom nüvələrinin nüvə hissəcikləri və ya qamma-kvantlar buraxaraq özbaşına və ya süni surətdə parçalanması (bu proses nəticəsində ilkin nüvələrdən fərqli olan yeni atom nüvələri əmələ gəlir). Uranın radioaktivliyi.
RADİOAKTİV
RADİOBİOLÓGİYA
OBASTAN VİKİ
Radioaktivlik
Radioaktivitlik — radioaktiv parçalanma qeyri-stabil atom nüvəsinin qəflətən enerji verməklə çevrilmə xassəsi. Xaric olunan enerji ionlaşmış şüa, daha dəqiq dedikdə, enerjiyə malik hissəcikli və ya qamma şüalanma şəklində paylanır. == Xarakteristika == Anlayış ilk dəfə 1898-ci ildə Mariya Küri tərəfindən işlənmişdir. Radioaktiv parçalanma bir və ya bir neçə hissəciklərin (məsələn: elektronlar, neytron, alfa-hissəciklər, fotonlar) ayrılması ilə müşayiət olunur. Radioaktivlik dedikdə həm də radioaktiv nüvəyə malik olan maddənin xassələri nəzərdə tutulur. Məlumdur ki, atom nömrəsi 82-dən böyük olan bütün kimyəvi elementlər radioaktivdirlər. Bəzi yüngül elementləri də bu sıraya aid edirlər. İki növ radioaktivlik mövcuddur: Təbii radioaktivlik - təbiətdə rast gəlinən, elementin nüvəsinin öz-özünə şüalanaraq parçalanmasıdır. Süni radioaktivlik - uyğun nüvə reaksiyası nəticəsində süni olaraq elementin nüvəsinin öz-özünə parçalanmasıdır. Radioaktiv nüvə tərəfindən şüalanan α-hissəciyi və γ-kvantlarının energetik spektri diskret, β-hissəciyində isə kəsiləndir.

Digər lüğətlərdə

бре́нькание ва́рварски ни́зочка растрясённый стро́ить уводи́ться энерго... дави́ло перечи́тывать прогла́тывание рибонуклеи́новый стеклоплави́льный циани́рование brotherly credential graphology peckish pronograde Seasat skin flick surd trefoil вернуть вкус внутризаводской