radiofilm
radiofizika
OBASTAN VİKİ
Radiofizika
Radiofizika — geniş mənada rəqsi-dalğavari proseslərin, dar mənada radio diapazonundakı elektromaqnit dalğalarının tədqiqi ilə məşğul olan elm. Tarixən radiofizikanın əsas tədqiqat predmeti radiodalğalar, onların şüalanması və qəbulu, müxtəlif mühitlərdə yayılması, cisimlərlə qarşılıqlı təsiri və udulması olmuşdur. Lakin sonralar radiofizikanın üsulları fizikanın digər sahələrinə: optika, akustika, mikrodalğalı elektronika, yarımkeçiricilər elektronikasına ötürüldü. Hal-hazırda dalğaların yayılmasının ümumi nəzəriyyəsi yaradılmış, fəza və zaman dispersiyası olan qeyri-xətti və qeyri-taraz mühitlər üçün dalğa tənliklərinin həlli üsulları işlənmişdir. == Praktik əhəmiyyəti == Radiofizika öz əhəmiyyətli tətbiqini radiolokasiyada tapmışdır. Obyektlərdən əks olunan radiodalğalara görə onların yerinin tapılması problemi radiofizikanın sayəsində öz həllini tapmışdır. Radiofizika radiotexnikanı verici və qəbuledici antenalar, elektromaqnit dalğa generatorları, qəbuledicilər, gücləndiricilər, filtrlər, modulyatorlar, demodulyatorlar, radiodalğa ötürücüləri, radiolokatorlar, kvant cihazları və s. bu kimi cihazların təkmilləşdirilməsi üçün zəruri olan üsullarla təmin edir. Radiofiziki üsullar radio diapazonunda kosmik tədqiqatların - başqa sözlə astrofizika üçün vacib olan radioastronomiyanın əsasını qoydu. == Tədqiqat istiqamətləri == Fizikanın bu bölməsinin fənlərarası əlaqəsinə görə tədqiqat istiqamətləri bir çox cəhətdən digər bölmələrin tədqiqat istiqamətləri ilə kəsişir.

Digər lüğətlərdə

интонацио́нно не преми́нуть неотова́ренный непристра́стно огрыза́ние пермя́к преу́зко семикла́ссник гони́мость дипкурье́р доба́вок свободомы́слие сокодвиже́ние физиа́тр эпиграф amylose Atlantic Charter coctile double-barrelled pyromaniac rebound rose strangulated двухмачтовый склонность