RADİOSTÁNSİYA

[ lat. radiare və stantio]
1. Radiosiqnalları verən və qəbul edən müəssisə.
2. Radiodalğalarını şüalandırmaq, habelə qəbul etmək üçün istifadə edilən texniki qurğu və aparatlar. Təyyarənin radiostansiyası. Səyyar radiostansiya.
RADİOREPORTAJ
RADİOSTUDİYA
OBASTAN VİKİ
Dnepr (radiostansiya)
Dnepr - Sovet hökumətinin cəbhə xəttində Ukrayna dilli mobil radiostansiyası. 1943 - 1944-cü illər ərzində Almanların Ukraynanı işğalı zamanı fəaliyyət göstərib. == Tarixi == Radiostansiyanın ilk yayımı Kiyevin Brovaridə Alman qoşunları tərəfindən işğalı zamanı "Danışır Qərb cəbhəsi" adı ilə yayımlanmışdı. Stalinqrad müharibəsi zamanı radiostansiya Ukrayna kommunist hökumətinin nəzarəti altına keçdi, daha sonra isə "Dnepr" adını aldı. Hökumət radiosu olaraq radiostansiyanın ilk yayımı 1 may 1943-cü ildə Voronej bölgəsinin Kalaç qəsəbəsində yayımlandı. Stalinqrad müharibəsi zamanı Alman qoşunlarının məğlub olub geri çəkilməsi ilə radiostansiya Qırmızı ordunun və cəbhə xəttinin əsgərləri ilə birlikdə tədricən Ukraynanın daxilinə keçdi. 1943-cü ilin avqust ayının sonunda stansiya Xarkov vilayətinin ərazisində , həmin ilin sentyabr ayında isə Alman aviasiyasının uğursuz partlayışından sonra Xarkov vilayətinin özündə yayımlanmağa başladı. Kiyev Sovet İttifaqının nəzarəti altına keçdikdən sonra stansiya bir neçə müddət hələ də Xarkovda fəaliyyət göstərirdi. 12 yanvar 1944-cü ildə radiostansiya Xarkovdan Kievə köçürülərək fəaliyyət yerini dəyişdi. 1944-cü ilin dekabr ayında isə fəaliyyətini dayandırdı.
Mayak (radiostansiya)
"Mayak" dövlət radioyayım kompaniyası ("Mayak" DRK, "Radio Mayak") — SSRİ məkanının ən böyük və ən tanınan radiostansiyalarından biri. 1964-cü ildə Sov.İKP MK-nın qərarı ilə qurulmuşdur. 1 avqust 1964-cü ildən 14 mart 2013-cü ilə kimi bütün SSRİ və MDB ərazisində uzun və qısa dalğalarda yayımlanırdı. Hal-hazırda UKV və FM diapazonlarında Rusiyanın bir çox şəhərlərində və MDB ölkələrinin bəzi şəhərlərində yayımlanır. Bu günə kimi radionun siqnalı kimi Moskva gecələri musiqisindən istifadə olunur.

Digər lüğətlərdə

кро́шево моноци́т неотры́вный отплёскивать отсме́иваться преду́тренний раско́сный борщо́к медо́вый мелодрамати́ческий отставной козы бараба́нщик пост сорт старообря́дский трамва́йщик actuarial armiger Aurelius Barbuda batter board distune gamma-ray astronomy Mantuan spring gun transceiver