RAFİ

«rafe» sözündən düzəlmiş, «yüksələn, qaldıran, ucaldan» deməkdir.
RAFƏT
RAFİ
OBASTAN VİKİ
Ər-Rafi
Ər-Rafi (ər. الرافع) — Allahın adlarından biri. Tərifləyən.
Əbu Rafi
Əbu Rafi əl-Kitbi (ərəb. أبو رافع القِبطي‎) — Muhəmməd peyğəmbərin səhabələrindən biri. Əbu Rafinin dəqiq adı məlum deyil. Çox vaxt İbrahim və ya Əsləm adları çəkilir. Digər məlumatlara görə, onun adları Salih, Abdür-Rəhman, Yezid, Sabit və s. olaraq bildirilir. O, Ryuveyfi və Bureyx ləqəbləri ilə tanınır. == Həyatı == Əbu Rafi mənşəcə qibti idi. O, Məhəmməd peyğəmbərin əmisi Abbas ibn Əbdülmüttəlibin qulu idi və Peyğəmbərə hədiyyə edildi. Abbas ibn Əbdülmüttəli İslamı qəbul etdikdən sonra Məhəmməd Əbu Rafini azad edir və cariyəsi Səlma ilə evləndirir.
Rafi ud-Darajat
Rafi ud-Darajat — Böyük Moğol İmperiyasının XI padşahı.
Acer rafinesquianum
== Təbii yayılması == Rusiya, Qərbi Avropa, İspaniya, Şimali Portuqaliya, Balkan ölkələri, Kiçik Asiya, Türkiyə, Ukrayna, Moldova və Baltikayanı ölkələrdə arealı vardır. == Sinonim == Acer abchasicum Rupr. Acer atropurpureum Dippel Acer bohemicum C.Presl ex Opiz. [Invalid] Acer dittrichii Ortm. Acer erythrocarpum Dippel Acer euchlorum Dippel Acer fieberi Opiz [Invalid] Acer hybridum Bosc Acer majus Gray Acer melliodorum Opiz Acer montanum Garsault [Invalid] Acer opizii Ortmann ex Opiz. Acer opulifolium Thuill. Acer procerum Salisb. Acer pseudoplatanus var. acuminatum Tausch Acer pseudoplatanus f. albertsii Schwer.
Hacı Hacıyev Rafiq oğlu
Hacı Rafiq oğlu Hacıyev () — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.. == Həyatı == Hacıyev Hacı Rafiq oğlu 25.09.1999-cu ildə Qax rayonunun Çüdüllü kəndində anadan olmuşdur. 2005-ci ildə Çüdüllü kənd umumi məktəbinin birinci sinfinə daxil olub. Doqquzuncu sinfi bitirdikdən sonra təhsilini Marsan kənd tam orta məktəbində davam etdirmişdir. == Hərbi xidməti == 2017-ci ildə həqiqi hərbi xidmətə çağırılmış və 2019-cu ildə hərbi xidmətini bitirmişdir. === İkinci Qarabağ müharibəsində iştirakı === İkinci Qarabağ müharibəsində Şuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və ”Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.
Konstantin Samuel Rafinski
Konstantin Samuel Rafinski, (ing. Constantine Samuel Rafinesque-Schmaltz, 22 oktyabr 1783[…], Konstantinopol – 18 sentyabr 1840[…], Filadelfiya, Pensilvaniya)19-cu əsrdə Fransada özünü yetişdirmiş polimat. Gəncliyində ABŞ-yə səyahət etdikdən sonra 1815-ci ildə Ohayoda məskunlaşmış və botanika, zoologiya və Şimali Amerikada tarixdən əvvəl yaşamış sivilizasiyalar haqqında elmi sahədə töhfələri olmuşdur.
Mehmed Rafiq Əfəndi
Mehmed Rafiq Əfəndi (1814 – 18 aprel 1871, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. == Mənbə == Muvakkit, Târîh-i Bosna, Sarajevo Orijentalni Institut, nr. 3459, IV, 74. Devlet-i Aliyye-i Osmâniyye Salnâmesi (1294), def‘a 32, s. 83. Sicill-i Osmânî, II, 415. İlmiyye Salnâmesi, s. 596–599. Mehmed Handžić, Književni Rad Bosansko-Hercegovačkih Muslimana, Sarajevo 1934, s. 18–19.
Məhəmməd Rafiq Tarar
Məhəmməd Rafiq Tarar (2 noyabr 1929, Qucranvala, Britaniya Hindistanı – 7 mart 2022, Lahor) — Pakistan İslam Respublikasının 9-cu prezidenti.
Rafiq Rəsulov
Rafiq Rəsulov (fizik)-Fizika-riyaziiyat elmləri namizədi, dosent, AMİ-nin Şəki filialının direktoru. Rafiq Rəsulov (gitaraçı) — Bakının məşhur gitaraçılarından biri.
Rafiq Rəsulov (gitaraçı)
Rafiq Rəsulov — Bakının məşhur gitaraçılarından biri (əsl adı Rafaeldir). Vaxtilə, 60-cı illərin ortalarından başlayaraq Xalq Təsərrüfatı İnstitutunun "Xürrəmilər" qrupunun solisti olmuşdur. Bakıda müxtəlif illərdə keçirilən "Qızıl payız-69", AZİ-1970, ADU-51, "Qızıl payız-71" və bir çox başqa mahnı və rok müsabiqələrində iştirak etmişdir. Gitarada mahir ifasına görə musiqiçilər arasında onu "Hendrix" deyə çağırırdılar. 2016-cı il sentyabrın 20-də 67 yaşında vəfat etmişdir.
Rafiq Salmanov
Rafiq Salmanov (d.20 aprel 1949, Bakı ş.)-(ö.29 noyabr 2018, Bakı ş.) — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, YUNİSEF və “Qızıl qələm” mükafatları laureatı, “Azərbaycan pioneri”, “Vışka”, “Xalq qəzeti” qəzetlərində, “Azərbaycan qadını” jurnalında fotomüxbir. == Həyat və fəaliyyəti == Rafiq Salmanov 1949-cu ildə Bakıda anadan olub. Orta məktəb illərindən bədii yaradıcılığa maraq göstərib. İncəsənət sahəsində ixtisas təhsili aldıqdan sonra bir müddət paytaxtın mədəni-maarif ocaqlarında çalışıb.Bədii fotoqrafiya sahəsində ərsəyə gətirdiyi seçilən nümunələr, mədəniyyət mövzusunda ilk qələm təcrübələri və qəzet-jurnal redaksiyaları ilə sıx əlaqələri çox keçmədən Rafiq Salmanovu jurnalistikaya gətirib. Bu sahədə çoxillik fəaliyyətə “Azərbaycan pioneri” uşaq qəzetində başlamış fotojurnalist sonrakı illərdə fəaliyyətini “Azərbaycan qadını” jurnalında və “Vışka” qəzetində davam etdirib. Fotojurnalistika sahəsində uğurları və musiqi incəsənəti ilə bağlı silsilə yazıları ilə diqqəti cəlb etmiş R.Salmanov müstəqilliyin ilk dövründən “Xalq qəzeti”nin redaksiyasına dəvət alıb, ömrünün sonunadək burada çalışmışdır. F. Salmanovun incəsənətlə bağlı yazılardan ibarət 4 kitabı Azərbaycanda jurnalist tədqiqatının ən yaxşı örnəkləri sırasında yer alıb, çoxsaylı foto nümunələri isə ölkədə və xaricdə sərgilənmişdir. Jurnalist və müsiqiçi kimi Rafiq Salmanov Heydər Əliyev Fondunun gerçəkləşdirdiyi muğam müsabiqələrinin və digər incəsənət layihələrinin təbliğçilərindən olub.Jurnalistika və mədəniyyətimizin inkişafında göstərdiyi xidmətlərə görə Rafiq Salmanova Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət işçisi" adı verilib, yaradıcılıq uğurları müxtəlif mükafatlara layiq görülmüşdür.
Rafiq Savalan
Ağayev Rafiq İmanqulu oğlu (1 dekabr 1940, Bakı) — nasir, publisist, tərcüməçi, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1976), Jurnalistlər Birliyinin "Qızıl qələm" mükafatı laureatı (1971) == Həyatı == Ağayev Rafiq İmanqulu oğlu 1940-cı il dekabrın 1-də Bakı şəhərində fəhlə ailəsində anadan olmuşdur. İbtidai təhsilini Bakıda, orta təhsilini Neftçalada almışdır. Eyni zamanda neft mədənlər idarəsinin elektrik quraşdırma sexində fəhlə işləmişdir (1956–1958). ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir (1958–1964). Əmək fəaliyyətinə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində Azərbaycan radiosu təbliğat və xəbərlər baş redaksiyasında müxbir kimi başlamışdır (1964–1966). Orada kiçik redaktor, böyük redaktor, siyasi icmalçı (1966–1975), radionun uşaqlar üçün proqram baş redaksiyasının baş redaktoru (1975–1996) vəzifələrində çalışmışdır. Hazırda teleşirkətdə "Səhər" proqramının baş redaktor müavini vəzifəsində işləyir (1996-cı ildən). Hər bazar günü uşaqların maraqla dinlədikləri "Biləyən" radio verilişinin yaradıcısı, müəlliflərindən biri və redaktorudur (1975-ci ildən). Ədəbi fəaliyyətə 60-cı illərdən başlamışdır. Onun hekayələri, felyetonları, publisist yazıları və tərcümələri dövri mətbuatda müntəzəm çap olunur, efirdə səslənir.
Rafiq Subaye
Rafiq Subaye (ərəb. رفيق السبيعي‎‎; 9 Fevral 1930 – 5 Yanvar 2017) — Suriyalı film aktyoru, yazıçı və direktor. == Karyerası == Subaye qədim Dəməşqin ən qədim rayonlarından birində anadan olmuşdur. O, Suriyada dram filmlərində aktyor kimi fəaliyyət göstərmişdir. Subaye həmçinin Əbu Səyyah adı ilə tanınır. Bu ləqəb ona pyeslərdə və televiziya seriallarında oynadığı surətlərin xarakterlərinə görə verilmişdir.
Rafiq Sədrəddinov
Rafiq Sədrəddinov — Azərbaycanlı jurnalist. == Həyatı == Rafiq Niyazi oğlu Sədrəddinov 1945-ci il avqustun 14-də Şəki şəhərində doğulub. Jurnalistikaya 1969-cu ildə “Kimyaçı” qəzetinin məsul katibi olaraq qədəm qoyub. Bir il sonra “Kommunist Sumqaita” qəzetinə ədəbi işçi vəzifəsinə qəbul olunub, sonra redaktor kimi fəaliyyət göstərib. Rafiq Sədrəddinov idman jurnalistikasında da çalışıb. Müxtəlif illərdə sovet dövrünün məşhur yerli mətbu orqanları olan “İdman”, “Bakinski raboçi” qəzetlərində çalışıb, habelə Moskvada çıxan “Sovetski sport”, “Qudok” kimi məşhur nəşrlərin Azərbaycan üzrə xüsusi müxbiri işləyib. 1987-ci ildə “Pravda” qəzetinin Azərbaycan bölməsinə baş müfəttiş təyin edilib. 1990-cı ildən “Tərəqqi” qəzetinin redaktoru, 1992-ci ildən “Mir futbola” qəzetinin redaktor müavini, 1999-cu ildən isə “Naş vek” qəzetinin baş redaktor müavini kimi fəaliyyət göstərib. Son iş yeri “Kaspi” qəzeti olub. 13 sentyabr 2013-cü ildə vəfat edib.
Rafiq Səmədov
Rafiq Səməndər
Rafiq Səməndər — yazıçı-dramaturq, Əməkdar jurnalist, ssenarist. == Həyatı == Rafiq Səməndər 1950-ci ilin 10 yanvarında Qubada doğulub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil alsa da, birinci kursda Azərbaycan Dövlət Radiosunda, sonra isə Azərbaycan Dövlət Televiziyasında baş redaktor, Birlik rəhbəri kimi fəaliyyət göstərib. 1993-cü ildə Dövlət Televiziya Şirkətindən uzaqlaşdırılıb. "BMTİ" Telekanalında Baş redaktor, "Yurd" jurnalında redaktorlar şöbəsinin müdiri işləyib. 2000-ci ildən 2002-ci ilə qədər "Lider" televiziyasında qrup rəhbəri işləyib. 2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətində "Ədəbiyyat və İncəsənət" departamentinin direktoru, "Xüsusi layihələr üzrə departament"in direktoru və "Carçı" film yaradıcılıq birliyinin baş redaktoru işləyib. Eyni zamanda, Azərbaycan Beynəlxalq Universitetində baş müəllim vəzifəsində çalışıb. İctimai Televiziyada "Ədəbiyyat və İncəsənət departamenti"nin rəhbəri olub. 20 bədii əsərin və 25 pyesin müəllifidir.
Rafiq Tarar
Məhəmməd Rafiq Tarar (2 noyabr 1929, Qucranvala, Britaniya Hindistanı – 7 mart 2022, Lahor) — Pakistan İslam Respublikasının 9-cu prezidenti.
Rafiq Tağı
Rafiq Tağı (tam adı: Rafiq Nəzir oğlu Tağıyev; 5 avqust 1950, Xoşçobanlı, Masallı rayonu – 23 noyabr 2011, Bakı) — azərbaycanlı yazıçı-filosof, həkim-kardioloq. == Həyatı == Rafiq Tağı 1950-ci il avqustun 5-də Masallı rayonunun Xoşçobanlı kəndində anadan olub. 1966-cı ildə Masallı rayonu Təklə kənd orta məktəbini, 1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1981–1983-cü illərdə Moskva Tibb İnstitutunun daxili xəstəliklər üzrə klinik ordinaturasında təhsil alıb. 1972–1974-cü illərdə Sabirabad rayonu Yolçubəyli kənd ambulatoriyasının baş həkimi, 1974–1979-cu illərdə Masallı rayonu Həsənli kənd xəstəxanasının baş həkimi vəzifələrində çalışıb. 1979-cu ildə Rusiyanın Kalinin vilayətinin Konakovo şəhər poliklinikasında sahə terapevti, 1979–1983-cü illərdə Moskvada 23 saylı Şəhər Klinik Xəstəxanasında, 1983–1990-cı illərdə Moskva Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında, 1990-cı ildən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim işləyib. == Həbs olunması == 2006-cı ilin noyabrında Bakıda nəşr olunan "Sənət qəzeti"ndə çap etdirdiyi "Avropa və biz" məqaləsinə görə həbs olunaraq, Bakı şəhəri Səbail rayon məhkəməsinin 2007-ci il 4 may tarixli hökmü ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-cü maddəsi (milli, irqi və dini ədavətin qızışdırılması) ilə təqsirli bilinmişdir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 28 dekabr 2007-ci il tarixli əfv fərmanı ilə azadlığa buraxılmışdır. == Ölümü == 2011-ci il noyabrın 19-da naməlum şəxslər onu bıçaqlayıb.
Rafiq Turabxanoğlu
Abdullayev Rafiq Turabxan oğlu (Rafiq Turabxanoğlu) — Azərbaycan Xalq Demokrat Partiyasının rəhbəri. Antisovet düşüncəsinə görə Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən 1967–1968-ci illərdə həbsdə saxlanmışdır. Azərbaycanın müstəqilliyi dövründə — 1992-ci ildə prezidentliyə namizəd olmuşdur. == Həyatı == Rafiq Turabxanoğlu 1946-cı ildə Qubadlı rayonunda anadan olub. 1965-ci ildə Neft Texnologiya Texnikumunu, 1975-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib. 1966-cı ildə Ümumazərbaycan Zəhmətkeş Fəhlə Kəndli Partiyasını təsis edib. 1967-ci ildə antisovet düşüncəsinə görə həbs olunub. 1968-ci ildə azad ediləndən sonra bu partiyanı Azərbaycan Xalq Demokrat Partiyası adlandırıb və həmin vaxtdan təşkilatın rəhbəridir. 1992-ci ildə prezidentliyə namizəd olub. 1993-cü ildə Bakı şəhərində bütün türk xalqlarının nümayəndələrinin iştirakı ilə Turan Qurultayını keçirib.
Rafiq Xudayev
Rafiq Aslanoviç Xudayev (20 fevral 1978, Marneuli) — Kunq-fu üzrə 3 qat dünya çempionu, Kikboksinq və Kunq-fu üzre "Sarvan" klublarının prezidenti, "Azərbaycan Respublikasının Əməkdar İdman Ustası","Azərbaycan Respublikasının Əməkdar Məşqçisi", ədliyyə polkovniki. == Həyat və fəaliyyəti == Rafiq Aslanoviç Xudayev 20 fevral 1978-ci ildə Gürcüstan SSR-in Marneuli şəhərində anadan olmuşdur. 1985-ci ildən idmanın sambo növü ilə məşğul olmaqa başlamışdır; 1993-cü ildən kyokşin karate uşu ilə məşğul olur; 1996-cı ildə idmanın kikboksinq növü; 2010-cu ildə isə kunq-fu idman növü ilə məşğul olmuşdur. 1998-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Kredit fakültəsini bakalavr dərəcəsini bitirmişdir; 2011-ci İldə Gürcüstan Dövlət Universitetinin Hüquq fakültəsini bitirir; 2014-cü ilin iyun ayında İtaliyanın Sardiniya adasında kunq-fu üzrə keçirilən dünya cempionatında dünya çempionu adına; 2015-ci ilin may ayında Lihnano Sabbiadoro şəhərində keçirilən dünya cempionatında dünya cempionu adına layiq görülmüşdür; 2016-cı ilin iyun ayında İtaliyanın Friulli Venezia Giulia şəhərində keçirilmiş dünya cempionatında (veteran idmançılar arasında) dünya cempionu olmuşdur. 2017-ci ildə Ukraynanın Kiyev şəhərində Personalın İdarə olunması üzrə Beynəlxalq Akademiyasında Maliyyə və kredit fakültəsində maliyyəci ixtisası üzrə magistr dərəcəsi almışdır; 2014-cü ildə Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinə texniki yardım göstərən "Alyans-Ukrayna Konsaltansı" Regional Mərkəzi tərəfindən Kiyev şəhərində tibbi məhsulların satınalma prosesinin və təchizatı sisteminin idarə edilməsinin əsas prinsipləri və qabaqcıl təşəbbüsləri mövzusunda təlim kursu; 2011-ci ildə QİÇS, İsveçrənin Cenevrə şəhərində təsis edilmiş vərəm və malyariya ilə mübarizə üzrə qlobal fondun 9-cu qrant layihələrinin şərqi Avropa və Mərkəzi Asiya üzrə əsas Resipiyent nümayəndələri üçün satınalma üzrə təlim kursu, 2011-ci ildə İtaliyanın Turin şəhərində Beynəlxalq Əmək Təşkilatının (OON) Beynəlxalq Treninq Mərkəzində Beynəlxalq maliyyə hesabatlarınin aparılması, maliyyə və satınalmaların idarə olunması mövzusunda treninq; 2010-cu ildə QİÇS, İsveçrənin Cenevrə şəhərində təsis edilmiş vərəm və malyariya ilə mübarizə üzrə qlobal fondun 9-cu qrant layihələrinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə əsas Resipiyent nümayəndələri üçün maliyyə və satınalma üzrə təlim kursu, 2005–2019-cu illərdə qlobal fondun Azərbaycanda həyata keçirdiyi HİV/QİÇS və Vərəm layihələrində, maliyyə və satınalma üzrə mütəxəssis və işçi qrupunun üzvü kimi fəaliyyət göstərmişdir. === Ailəsi === Ailəlidir, 3 övladı var. == Mükafatları == 2017-ci ilin fevral ayının 27-də "Azərbaycan Respublikasının Əməkdar Məşqçisi"; 2018-ci ilin noyabr ayının 28-də isə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən ""Azərbaycan Respublikasının Əməkdar İdman Ustası" fəxri adlarına layiq görülmüşdür.
Rafiq Xələfov
Rafiq Rəsul oğlu Xələfov (5 iyul 1939, Bakı – 11 oktyabr 1998, Bakı) — mühəndis, Əməkdar mühəndis, dövlət xadimi. == Həyatı == Rafiq Rəsul oglu Xələfov 1939-cu ildə anadan olmuşdur. Rafiq Xələfov 1979–1989-cu illərdə avtomobil yollarının istismarı və tikintisi naziri olmuşdur.Rafiq Xələfov 1962-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirəndən sonra müxtəlif sahələrdə çalışmışdır. 1962–1965-ci illərdə "Azərtəsərrüfat" Dövlət Layihə İnstitutunda iqtisadçı, iş icraçısı, baş mühəndis vəzifələrində çalışmışdı. Sonra "Azərdəniznefttikinti" trestinin baş mühəndisi vəzifəsinə irəli çəkilmişdi. 1969-cu ildə Suriyanın neft yataqlarında tikinti işlərinin aparılmasında iştirak etmək üçün bu ölkəyə ezam olunmuşdu. Sonralar neft sənayesi tikintisi üzrə səriştə və təcrübəsini nəzərə alaraq R.Xələfovu keçmiş SSRİ Neft Sənayesi Nazirliyinin "Xəzərdənizneft" İstehsalat Birliyi baş direktorunun müavini, "Xəzərdənizneftqazsənaye" Ümumittifaq Sənaye Birliyi rəisinin müavini vəzifələrinə irəli çəkmişdilər. Rafiq Xələfov Tovuzda və Zərdabda Kür, İmişlidə Araz, Naxçıvanda Naxçıvançay, Laçında Pircahançay, Qazaxda Ağstafaçay üzərində körpülərin salınmasında bilavasitə rəhbərlik və iştirak edib. Həmin illərdə Lökbatan-Ələt, Bakı- Sumqayıt-H.Z.Tağıyev-Giləzi magistrallarında hərəkəti tənzimləyən körpülər də salınıb. Azərbaycanın yol tarixində ilk dəfə olaraq şose yollarının uzunmüddətli inkişaf proqramı da (1981–2000-ci illər üçün) onun rəhbərliyi ilə işlənib hazırlanmışdı.
Rafiq Yusifoğlu
Rafiq Yusifoğlu (Rafiq Yusif oğlu Əliyev; d. 2 yanvar 1950, Qubadlı rayonu, Çardaxlı kəndi) — şair, yazıçı, ədəbiyyatşünas, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1986), Əməkdar mədəniyyət işçisi (2005), filologiya elmləri doktoru (2007), professor (2008). == Həyatı == Rafiq Yusifoğlu 2 yanvar 1950-ci ildə Qubadlı rayonunun Çardaxlı kəndində müəllim ailəsində anadan olmuşdur. Burada səkkizillik məktəbi, 1966-cı ildə isə Qubadlı qəsəbə orta məktəbində onillik məktəbi bitirmişdir. Ədib 1966-1970-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində təhsil almışdır. Rafiq Yusifoğlu əmək fəaliyyətini davam etdirməklə yanaşı, 1978-1982-ci illərdə Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir. O, 1984-cü ildə "Azərbaycan poemasının inkişaf problemləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 2006-cı ildə isə "XX əsr Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Rafiq Yusifoğlu əmək fəaliyyətinə Sumqayıt şəhərində tərbiyəçi müəllim kimi başlamış, 1971-1972-ci illərdə Sumqayıtda 10 saylı orta məktəbdə ədəbiyyat müəllimi işləmişdir. Hərbi xidməti başa vurduqdan sonra 1973-1985-ci illərdə Sumqayıt şəhərində 23 saylı orta məktəbdə müəllimlik etmişdir.
Rafiq Zeynalov
Rafiq Yaqub oğlu Zeynalov (16 mart 1938, Bakı – 5 sentyabr 2014, Bakı) — Azərbaycan jurnalisti, fəlsəfə üzrə fəlsəfə doktoru, Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət İnformasiya Agentliyinin ("Azərinform"un) direktoru, dövlət xadimi, Bakı Sosial İdarəçilik və Politologiya İnstitutunun rektoru == Həyatı == Rafiq Zeynalov 1938-ci il martın 16-da Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1956-cı ildə Bakı şəhəri 132 saylı orta məktəbi bitirdikdən sonra Neft hasilati üzrə Azərbaycan Elmi Tədqiqat Institutuna operator vəzifəsinə qəbul olunmuşdur. 1962-ci ildə S. M. Kirov adina Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirən R. Zeynalov bütün gələcək həyatını Azərbaycan jurnalistikasinin inkişafina, jurnalist kadrlarin yetişməsinə, mətbuat işçilərinin hüquqlarinin qorunmasina həsr etmişdir. 1969-cu ildə rəhbər partiya vəzifəsinə irəli çəkilmiş, Azərbaycan KP MK-nin təbliğat və təşviqat şöbəsində təlimatçi vəzifəsində çalışmışdır. 1976-cı ildə Moskvada İctimai Elmlər Akademiyasini bitirdikdən sonra fəlsəfə üzrə dissertasiya müdafiə etmiş, elmlər namizədi elmi dərəcəsini almişdir. Sonralar Azərbaycan KP MK-nin təbliğat-təşviqat şöbəsinin müdir müavini, "Azərinform" (indiki "AzərTac") direktoru, daha sonra R. Zeynalov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində ideoloji məsələlər üzrə katib postunu tutub.R. Zeynalovun sonuncu iş yeri isə Bakı Sosial İdarəçilik və Politologiya İnstitutu olub. O, bu ali məktəbin rektoru vəzifəsində çalışıb. Rafiq Zeynalov 5 sentyabr 2014-cü ildə vəfat edib. == İstinadlar == == Xarici keçidlər == "Keçmiş katib vəfat etdi". "Üç nöqtə" (az.).
Rafiq İbadov
Rafiq Baloğlan oğlu İbadov (14 avqust 1965; Zəngilan, Azərbaycan SSR — 29 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — tank mexaniki vəzifəsində çalışan Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rafiq İbadov 1965-ci il avqustun 14-də Zəngilan şəhərində anadan olub. Ailəli idi. Üç övladı yadigar qaldı. == Hərbi xidməti == Rafiq İbadov uzun illər Azərbaycan Silahlı Qüvvələrinin Tank və Artilleriya bölmələrinin heyətində tank mexaniki vəzifəsində çalışırdı. Azərbaycan Ordusunun ehtiyatda olan əsgəri Rafiq İbadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər-Suqovuşan-Talış istiqamətlərində gedən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin tanklarının saz vəziyyətə gətirilməsində xidməti olan bölmələrin heyətində yer alıb. Rafiq İbadov sentyabrın 29-da Tərtər rayonu ərazisində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rafiq İbadov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Rafiq İbrahimov
Rafiq İbrahimov — aktyor. == Həyatı == Müəllimlər məsləhət görüblər ki, indiki Xətai adına mədəniyyət sarayı nəzdində fəaliyyət göstərən xalq teatrına üzv yazılsın. Xalq teatrının bədii rəhbəri və quruluşçu rejissoru Məmmədkamal Kazımov onun kütləvi səhnələrdə iştirakına razılıq verib. Az sonra Rafiqin istedadını nəzərə alaraq ona baş rolları da etibar ediblər. Həvəskar aktyor Rafiq İbrahimov bir neçə aydan sonra S.Vurğunun "Xanlar" və "Fərhad və Şirin" mənzum dramlarında Xanlar və Fərhad obrazlarını yaradaraq xalq teatrlarına baxış- müsabiqədə mükafat alıb. 1974-cü ildə müvəffəqiyyətlə imtahan verərək M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram, kino aktyorluğu" fakültəsinə daxil olur. R.İbrahimov ikinci kursda oxuyarkən S.Vurğunun "Fərhad və Şirin" mənzum dramından parçalarda Şapur obrazını yaradaraq sevimli müəllimi Adil İsgəndərovdan ilk "əla" qiymət alıb. Sonralar Şekspirin "On ikinci gecə" və S.S.Axundovun "Eşq və intiqam" əsərləri əsasında hazırlanmış diplom tamaşasında Antoniyu və Şahbaz bəy rollarının ifası ilə imtahan komissiyası üzvlərini razı salmışdır. 1978-ci ildə institutu bitirən Rafiq İbrahimov bir müddət Tədris teatrında işləyir, müəllimin arzu etdiyi rollarda çıxış edir və oradan da hərbi xidmətə çağırılır. Əsgərlikdən "leytenant" rütbəsi ilə qayıdan Rafiq o vaxtdan 1994-cü ilədək Sumqayıt Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərir və bu illər ərzində müxtəlif səpkili tamaşalarda baş rollarda 20-yə yaxın yadda qalan obrazlar yaradır.
Rafiq İmrani
İbrahimov Rafiq Hüseyn oğlu (Rafiq İmrani; 23 yanvar 1951, Bakı) — sənətşünas, publisist, tarixçi, sənətşünaslıq doktoru (1998), professor (1995). == Həyatı == Rafiq İmrani 1951-ci il yanvanrın 23-də Bakı şəhərində anadan olub. Burada 20 saylı şəhər orta məktəbində təhsil alıb. Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunu (1968-1972) qızıl medalla, Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasını (1972-1977) fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə 1973-cü ildə musiqi məktəbində müəllim kimi başlayıb. 1977-ci ildən A.Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunda, 1979-cu ildən isə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasında dərs deyib. 1981-ci ildən elmi fəaliyyətlə məşğuldur. Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun dissertantı olub (1981-1988). 1988-ci ildə Moskvada P.Çaykovski adına Dövlət Konservatoriyasında bəstəkar Fikrət Əmirovun elmi rəhbərliyi ilə "Bəhram Mansurovun Azərbaycan musiqi mədəniyyətinin inkişafında rolu" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Bakı Musiqi Akademiyasında müəllim, dosent (1990), professor (1995) vəzifələrində işləyib.
Rafiq Əliyev
Rafiq İsmayıl oğlu Əliyev () — Birinci Qarabağ müharibəsi şəhidi == Həyatı == 1969-cu ildə Yevlax rayonunun Balçılı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o vaxtki sovet ordusunda həqiqi hərbi xidmətə çağırılıb. == Hərbi xidməti == Hərbi xidmətini Kubada çəkib (2 il). Hərbi xidmətini bitirdikdən sonra vətənə dönüb. 1992-ci ildə Rafiq cəbhəyə gedib. 1 il 2 ay müxtəlif cəbhələrdə döyüşüb. 1993-cü ildə Ağdam cəbhəsində gedən ağır döyüşlərdə iştirak edib. Fərrux yüksəkliyi uğrunda döyüş əməliyyatı zamanı 1993-cü il yanvarın 25-də həmin yüksəkliyi müdafiə edərkən şəhid olub..
Rafiq Əliyev (II)
Rafiq Əliyev (tam adı: Əliyev Rafiq Hacıbaba oğlu; 14 noyabr 1949, Merdinli, Qaryagin rayonu – 16 aprel 2020, Bakı) — Azərbaycan aktyoru, teatr rejissoru, Azərbaycan Respublikasının xalq artisti (2007), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2017). == Həyatı == Rafiq Əliyev 14 noyabr 1949-cu ildə Füzuli rayonunun Merdinli kəndində anadan olmuşdur. 1957-ci ildə Bakıdakı 58 saylı orta məktəbin birinci sinfinə getmiş, 1968-ci ildə həmin məktəbi bitirdikdən sonra Leninqrad (indiki Sankt-Peterburq) şəhərində Mədəniyyət İnstitutunun Mədəni-Maarif fakültəsinin Rejissorluq bölməsinə daxil olmuşdur. 1971-ci ildə Qırmızı bayraqlı Qara dəniz Donanmasında hərbi qulluğa çağrılmış və 3 il hərbi xidmət etmişdir. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya Aktyorluğu fakültəsinə qəbul olunmuş, 1970-cu ildə oranı bitirmişdir. 1976-cı ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına işə dəvət olunmuşdur. == Fəaliyyəti == Teatrda çalışdığı 30 ildən artıq dövrdə maraqlı obrazlar qalerayası yaratmışdır. Bunlardan "Bumbaraş"da Bumbaraş, "Üç muşketyor"da Aramis, "Təmas"da Andrey, "Müsyö Jordan və Dərviş Məstəli Şah"da Hatəmxan ağa, "Buratino"da Karabas-Barabas, "Buraxılış gecəsi"ndən Gena, "Müfəttiş"də Dobçinski, "Keçən ilin son gecəsi"ndə Süleyman, "Quyu"da Akif və başqa obrazları qeyd etmək olar. Aktyorun yaratdığı Akif obrazı 1966-cı il mövsümünün ən yaxşı kişi rolu elan edilmişdir. Teatrda işləməklə yanaşı Rafiq Əliyev "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi 20-dən çox bədii filmə çəkilmişdir.

Значение слова в других словарях

бути́к вы́городка густера́ кури́ный лакколи́товый обклёвывать охвати́ть подве́ски труборе́з уско́рить моторизи́рованный невырази́мость ограничи́тельно проанкети́ровать трансценде́нтно тью́нер ухват ad- leucopoiesis pay-and-hours agreement point d'Angleterre proposition songwriter suppressor банкомёт