RAİL

q.y. Günəş Allahı; Allahın sevimlisi, ilahi sevgisi; ə. özül; bir nəslin, qəbilənin başçısı.
RAİQƏ
RAİLƏ
OBASTAN VİKİ
Inter Rail
Inter Rail və ya Inter-Rail — müəyyən bir müddət üçün əhatə etdiyi ölkələrdə 2-ci sinif səviyyəli bütün qatarlarla ödəniş etmədən minmə imkanını təmin edən xüsusi bir qatar bileti.Aprel 2007 tarixinə qədər regional bilet tətbiqi varkən, bu sistem yerini Global (Qlobal) ve tək ölkə şəklində iki növdə buraxmışdır. Inter Rail biletlərini ala bilmək üçün, nəzərdə tutulmuş ölkələrin birində və ya qonşu bir ölkədə ən az 6 ay yaşamış olmaq şərti vardır. Inter Rail biletlərini ala bilmək üçün, nəzərdə tutulmuş ölkələrin birində və ya qonşu bir ölkədə ən az 6 ay yaşamış olmaq şərti vardır. Bilet, istifadəçinin öz ölkəsindəki səyahətlərdə etibarsızdır. Inter Rail bileti, bəzi razılaşmalı dənizyolu və dəmiryolu parkurlarından müxtəlif nisbətlərdə endirim təmin etməkdədir. Azərbaycanın sərhəd qonşusu Türkiyədə Inter Rail biletləri, Ankara və İstanbul (Sirkeci) TCDD gar müdürlüklərində və müxtəlif səyahət agentliklərində satılmaqdadır. Biletlər 26 yaşından böyüklər üçün daha bahalıdır. Qiymətlər ölkəyə və səfərin müddətinə görə də dəyişməkdədir. == Global Bilet == Global bilet alan istifadəçinin yaşadığı ölkə xaric Inter Rail üzrə bütün bölgələrdə etibarlıdır. Avstriya (Lichtenstein daxil olmaqla), Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Çex Respublikası, Danimarka, Finlandiya, Almaniya, İngiltərə, İrlandiya, İspaniya, İsveç, İsveçrə, Yunanıstan, Macarıstan, Makedoniya Respublikası, İtaliya, Lüksemburq, Monteneqro, Niderland, Norveç , Polşa, Portuqaliya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Türkiyə.
Rail Baltica
Rail Baltica — Baltikyanı ölkələri, Şərqi (Polşa) və Qərbi Avropanı birləşdirməli olan standart ölçülü reyslərə sahib bir dəmir yolu layihəsi. Layihəyə əsasən magistral yol Tallin, Riqa, Kaunas, Varşava və Berlindən (və daha sonra Venesiyaya gediş yolunun davamı ilə) keçəcəkdir. Bununla da Mərkəzi və Şərqi Avropa arasında əlaqə yaxşılaşdıracaqdır. Bundan əlavə Tallinn və Helsinki arasında sualtı dəmir yolu tunelinin inşası da planlaşdırılır. Bu layihənin iqtisadi əsassız olduğu təqdirdə şəhərlər arasında bərə açılması planlaşdırılır. Beləliklə, Rail Baltica Finlandiya və Skandinaviyanın bir hissəsini Qərbi Avropa ilə birləşdirə bilər. Rail Baltikanın əsas məqsədi Baltikyanı ölkələrin Avropa dəmir yolu şəbəkəsi ilə birbaşa əlaqəsini və regional inteqrasiyanın inkişafını bərpa etməkdir. Estoniya, Latviya və Litva dəmir yollarının Avropa Birliyinin nəqliyyat sisteminə inteqrasiyası qatarların sürətini, sərnişin, yük axınını və qazancını artıracaqdır. Estoniya, Latviya, Litva və Polşa layihəni nəqliyyat infrastrukturunun inkişafındakı prioritetlərindən biri elan etmişdir. Avropa Parlamentinin və Avropa Şurasının qərarı ilə Dəmiryolu Baltikyanı ölkələrinin 1 nömrəli Pan-Avropa Dəhlizinin bir hissəsi olaraq təyin edilmişdir.
Rail Məlikov
Rail Məlikov — 17 dekabr 1985-ci ildə paytaxt Bakı şəhərində doğulub. Hazırda "Sumqayıt FK"-da 2 nömrə ilə çıxış edir.
Rail Ramazanov
Rail Arif oğlu Ramazanov (15 aprel 1997; Qusar rayonu, Azərbaycan — 1 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rail Ramazanov 1997-ci il aprelin 15-də Qusar rayonunun Hil kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Rail Ramazanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rail Ramazanov noyabrın 1-də Hadrutun azad edilməsi zamanı Qırmızı Bazar istiqamətində şəhid olub. Qusar rayonunun Hil kəndində dəfn olunub.
Rail Rzayev
Rzayev Rail Qurban oğlu (10 mart 1945, Bakı – 11 fevral 2009, Bakı) — Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı (1993–2009), general-leytenant. == Həyatı == Rail Rzayev 1945-ci il mart ayının 10-da Bakı şəhərində anadan olmuşdur. 1962-ci ildə Sumqayıt şəhərindəki 6 nömrəli orta məktəbi bitirdikdən sonra SSRİ Hava Hücumundan Müdafiə Qoşunlarının Orconikidze radiotexnika məktəbində daxil olmuşdur. Rail Rzayev 1966-cı ildə həmin məktəbi bitirərək, Hava Hücumundan Müdafiə Qoşunlarının Bakı Hərbi Dairəsinə göndərilmişdir. O, burada baş texnik, daha sonralar isə hərbi hissədə batareya komandirinin müavini və divizion komandirinin silahlanma üzrə müavini vəzifələrində çalışmışdır. 1975-ci ildə Rail Rzayev SSRİ-nin Marşal Georgi Jukov adına Hava Hücumundan Müdafiə Hərbi Akademiyasına daxil olmuşdur. Akademiyanı bitirdikdən sonra "N" hərbi hissəsində divizion komandiri vəzifəsində xidmət göstərməyə başlamışdır. O, 1980–1992-ci illərdə müxtəlif hərbi hissələrdə hərbi hissə komandirinin müavini, hərbi hissə komandiri vəzifələrini tutmuşdur. Keçmiş sovet silahlı qüvvələrində ştatların ixtisarına görə o, ordu sıralarından ehtiyata buraxılmışdır. == AR-nın Silahlı Qüvvələrində xidməti == 1992-ci ildən etibarən Rail Rzayev Azərbaycan Respublikasının Silahlı Qüvvələrində fəaliyyət göstərməyə başlamışdır.
Rail Rəcəbov
Rail Eldar oğlu Rəcəbov(d. 10 iyul 1986, Bakı ş.) — Peşəkar və həvəskar kikboksçu, beynəlxalq yarışların qalibi. == Həyat və fəaliyyəti == 1986-ci il 10 iyulda Rail Rəcəbov Bakı şəhərində anadan olub; 13 saylı orta məktəbi bitirmişdir. 2004-2008-ci illərdə Təfəkkür Universitetində təhsil alıb; 2008-2009-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində xidmət edib; 1997-ci ildən kikboksinq idman növü ilə məşğul olmuş; 2001-2004-cü illərdə gənclər arasında Azərbaycan çempionu; 2007-ci il kişilər arasında Azərbaycan çempionu; 2006-ci il “world profil” üzrə dünya çempionatının low versiyasi üzrə ikincisi muay-tai üzrə üçüncüsü; 2006-cı ilin oktyabrında WAKO üzrə Avropa çempionatında Makedoniyada üçüncü yer; 2007-ci il Heydər Əliyev adına peşəkar turnirin qalibi rus döyüşçüsü Aleksandr Ramaska üzərində qələbə qazanıb; 2007-ci il Serbiyada WAKO üzrə dünya çempionatında ikinci yer nailiyyəti; 2008-ci ildə peşəkarlar arasında Azərbaycan çempionu kəmərinin qalibi; 2007-ci il "idman ustası" adına layiq görülmüş; 2012-ci ildə Azərbaycan Respublikasının "əməkdar idman ustası" adını qazanmış; 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən Olimpiya Komitəsi tərəfindən "fəxri fərman"la mükafatına layiq görülmüş; 5 peşəkar döyüş, 3 qələbə; 2000-ci ildə yeniyetmələr arasında boks üzrə Respublika çempionu; 2001-2010-cu illərdə rabitəçi klubunun üzvü; Məşqçisi "əməkdar müəllim" Ceyhun Abbasov olmuşdur.
Via Rail
Via Rail Canada (qısaldılmış şəkildə Via Rail və ya Via) — Kanadada şəhərdaxili sərnişin dəmiryolu xidmətləri funksiyasını həyata keçirən, Nəqliyyat Nazirinin maddi yardım etdiyi müstəqil dövlət korporasiyası. Via Rail vasitəsilə səkkiz Kanada əyalətində (Nyufaundlend və Labrador və Şahzadə Eduard Adası istisnadır) Canadian National Railway şirkətinə məxsus olan demək olar ki, 12500 km-dən çox dəmiryolu şəbəkəsində hər həftə 497 qatar fəaliyyət göstərir. Via Rail hər il təxminən 4.1 milyon sərnişin daşıyır.
Raillardella
Raillardella (lat. Raillardella) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Raillardiopsis
Railliardia
Railliardia (lat. Railliardia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Ruby on Rails
Ruby on Rails — çox vaxt qısaca Rails, Ruby proqramlaşdırma dilində yazılmış Açıq kodlu veb tətbiqlər yaratma çərçivəsidir (framework). Ruby on Railsin ilk versiyası 2004-cü ildə istifadəyə verilmişdi, sonuncu versiyası 3.2 2012-ci ilin Yanvar ayında istifadəyə buraxılıb. Digər veb çərçivələr kimi Ruby on Rails də Model/View/Controller arxitekturasından istifadə edir. Ruby on Rails çox zaman RubyGems paket idarəedicisini istifadə etməklə qurulur. Ruby on Rails ilk əvvəllər veb servislər üçün SOAP istifadə edirdi, sonralar bu RESTful veb servislərlə əvəz edildi.

Digər lüğətlərdə

канталу́па маргари́н О́пель отторга́ть перепога́нивать прива́ривание уто́чина э́ндшпиль вдох дика́рь изобрета́ть индустриа́льно обожра́ться проясне́ние трёхчле́н acrocarpous baize contrarily glanders pop. rain-wash slit-planting Tocharian wet-nose вдыхание