RAİLƏ
RAİSA
OBASTAN VİKİ
Rais Rəsulzadə
Rais Rəsulzadə (tam adı: Rais Azər oğlu Rəsulzadə; 1 noyabr 1946, Qazaxıstan) — Azərbaycanın tanınmış rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü (1978-ci ildən). Azərbaycan Respublikasının Əməkdar Rəssamı (2002).Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2002-ci ildən). Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının sədri (2009). == Həyatı == Rais Rəsulzadə 1946-cı ildə uzaq Qazaxıstanda dünyaya göz açmışdır. Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov dostu Rais Rəsulzadənin adının mənasına da aydınlıq gətirmişdir: "Ra" qədim şumerdə "Günəş" deməkdir, "is" işıq, istilik. Adındakı nur, hərarət, qaynarlıq sənətkar dostumuz, Azərbaycanın Əməkdar Rəssamı, Məhəmməd Əmin Rəsulzadənin yadigarı Rais Rəsulzadənin varlığına və yaratdığı hər əsərdə var. Rais Rəsulzadə 3 yaşından anasız qalır. Təbii ki, məktəbi ana dilində deyil, rus dilində oxumalı olur. Amma buna baxmayaraq, o, yaxşı oxuyur və hətta uşaq yaşlarından şahmat oynayır və çempionatlarda birincilik də qazanmışdır. Orta məktəbi, həm də qiyabi universiteti bitirəndə artıq 50–60 əsəri var idi.
Magical Girl Raising Project
Magical Girl Raising Project, Yaponiyada tanınan adı ilə Mahou Shoujo Ikusei Keikaku (魔法少女育成計画, azərb. Maho-şoco yetişdirmə layihəsi‎) və ya qısaca MahouIku — Maruinonun rəssamlığı ilə Asari Endo tərəfindən yazılan ranobe seriyası. Ranobe "Magical Girl Raising Project" adlı sosial oyun vasitəsilə maho-şoco gücü əldə etmiş 16 qızın sağ qalma mübarizəsindən bəhs edir. Takarajimasha nəşrriyyatı tərəfindən 2012-ci ildən indiyə kimi Kono Light Novel ga Sugoi! Bunko imprinti altında 9 cildini buraxılmışdır. Poçi Edoyanın rəssamlığı ilə hazırlanan manqa adaptasiyası 26 sentyabr 2014-cü ildən 26 oktyabr 2015-ci ilə kimi Kadokawa Shoten nəşriyyatının "Comp Ace" jurnalında nəşr olunmuşdur və iki tankobon cildi buraxılmışdır. 1 oktyabr 2016-cı ildən 17 dekabr 2016-ci ilə kimi Lerche studiyası tərəfindən istehsal olunan anime serialı adaptasiyası yayımlanmışdır. == Məzmun == Populyar sosial oyun olan "Magical Girl Raising Project" oyunçularına 10.000-də 1 şansla əsl həyatda maho-şocoya çevrilmək imkanı verir. Hər maho-şoconun özünəməxsus xüsusi gücü var və bu gücündən istifadə edərək insanlara kömək etməlidir. Lakin bir gün oyunun administrasiyası 16 maho-şoconun bir şəhər üçün çox olduğu nəticəsinə gəlir və maho-şocoların sayını yarıya endirmək qərarına gəlir.
Raisa Adamovna Kudaşeva
Raisa Adamovna Kudaşeva (3 (15) avqust 1878, Moskva – 4 noyabr 1964, Moskva) — Sovet şairi və yazıçısı. Məşhur "В лесу родилась ёлочка" uşaqların Yeni il mahnısının sözlərinin müəllifidir. == Mənşəyi == Litvanın Gedroyts knyazlığı ailəsində anadan olub. Atası - Adam Gedroyts, məsləhətçi rütbəsinə yüksəlmiş Moskva Poçt İdarəsinin rəsmisi olub. == Həyatı == Həyatı haqqında az şey məlumdur. M. B. Pussel qadın gimnaziyasını bitirib. Qohumlarının dediyinə görə pedaqoji bacarığa sahib idi. Müəllim olaraq da, Sovet dövründə isə bir neçə onilliklər ərzində kitabxanaçı kimi də işləyib. Moskvada Pyatnitskoye qəbiristanlığının 11-ci hissənin ikinci məhəlləsində dəfn edilib. == Ədəbi fəaliyyəti == Uşaqlıqdan şeir yazırdı.
Raisa Atambayeva
Raisa Atambayeva (qırğ. Раиса Атамбаева; d. RSFSR, SSRİ) — Qırğızıstan Respublikasının birinci xanımı. Tibb elmləri namizədi. == Həyatı == Raisa Minəhmədova Rusiya Federasiyasının Ural bölgəsi ərazisində dünyaya gəlmişdir. Milliyyətcə tatar olan Raisanın valideynləri sonradan Qırğızıstana köçərək orada məskunlaşıblar.Raisa xanım Oş şəhərində yerləşən Lomonosov adına orta məktəbi bitirmişdir. Orta təhsili başa vurduqdan sonra o, Qırğızıstan Dövlət Tibb Universitetinə daxil olmuş və oranı bitirmişdir. Tibb elmləri namizədidir.Ali həkimlik dərəcəsinə malik olmasına baxmayaraq, heç bir yerdə işləmir və evdar xanımdır. == Ailəsi == Raisa Minəhmədova 1988-ci ildə Qırğızıstan Respublikasının gələcək prezidenti Almazbek Atambayevla ailə həyatı qurmuşdur. O, Almazbek Atambayevun ikinci həyat yoldaşıdır.
Raisa Kudaşeva
Raisa Adamovna Kudaşeva (3 (15) avqust 1878, Moskva – 4 noyabr 1964, Moskva) — Sovet şairi və yazıçısı. Məşhur "В лесу родилась ёлочка" uşaqların Yeni il mahnısının sözlərinin müəllifidir. == Mənşəyi == Litvanın Gedroyts knyazlığı ailəsində anadan olub. Atası - Adam Gedroyts, məsləhətçi rütbəsinə yüksəlmiş Moskva Poçt İdarəsinin rəsmisi olub. == Həyatı == Həyatı haqqında az şey məlumdur. M. B. Pussel qadın gimnaziyasını bitirib. Qohumlarının dediyinə görə pedaqoji bacarığa sahib idi. Müəllim olaraq da, Sovet dövründə isə bir neçə onilliklər ərzində kitabxanaçı kimi də işləyib. Moskvada Pyatnitskoye qəbiristanlığının 11-ci hissənin ikinci məhəlləsində dəfn edilib. == Ədəbi fəaliyyəti == Uşaqlıqdan şeir yazırdı.
Raisa Nedaşkovskaya
Raisa Nedaşkovskaya (17 fevral 1943) — Ukrayna aktrisası. == Həyatı == O, 1943-cü il fevralın 17-də Ukraynanın Malin şəhərində anadan olmuşdur. Uşaqlıqdan rəqslə məşğul olmuş, xoreoqrafik ansamblın solisti olmuşdur. 1960-cı ildə Viktor İvçenkonun "Meşə mahnısı" filmində Mavka rolunu ifa etmişdir. 1965-ci ildə Kiyev Teatr İnstitutunu bitirmiş və A.Dovjenko adına Kiyev kinostudiyasının aktrisası olmuşdur. Onun ən yaxşı işlərindən biri "Telefonçu qız" filmində baş rolun ifası olmuşdur.
Raisa Sarbi
Raisa Sarbi – çuvaş şairi.Çuvaşıstanın əməkdar incəsənət xadimi. == Həyatı == 1998-1999-cu illərdə DGTYB-nin katibi olmuşdur. Çuvaşıstanın əməkdar incəsənət xadimidir.
Raisa İsmayılova
Raisa Hüseyn qızı İsmayılova (5 noyabr 1939, Bakı) — Azərbaycan balerinası, Azərbaycan SSR əməkdar artisti (1967). == Həyatı == Raisa Hüseyn qızı İsmayılova 5 noyabr 1939-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1957-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirmiş, 1958–1960-cı illərdə Moskva Xoreoqrafiya Məktəbində təhsilini davam etdirmişdir.Raisa İsmayılova 1957-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çıxış etməyə başlamışdır. Burada o, Məhmənə Banu ("Məhəbbət əfsanəsi"), Frigiya ("Spartak"), Odetta-Odilliya ("Qu gölü"), Gözəllər gözəli ("Yeddi gözəl") kimi partiyaları canlandırmışdır.1970–1979-cu illərdə Raisa İsmayılova Moskvadakı Böyük Teatrda fəaliyyətini davam etdirmişdir. Boyarınya ("İvan Qroznı"), ikinci həyat yoldaşı ("Baxçasaray fontanı"), tacirə ("Daş çiçək"), saray rəqqasəsi ("Məhəbbət əfsanəsi") partiyalarını və ispan ("Don Kixot"), macar, ispan ("Qu gölü") rəqslərini ifa etmişdir.Raisa İsmayılova 7 iyul 1967-ci ildə "Azərbaycan SSR əməkdar artisti" fəxri adına görülmüş və 21 may 1970-ci ildə isə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı ilə təltif edilmişdir.
Raisa Əhmədova
Raisa Soltanmuradovna Əhmədova (çeçencə:Раиса Солтамурадовна Ахматова, 30 dekabr 1928, Qroznı, RSFSR, SSRİ – 29 yanvar 1992, Qroznı) — çeçen xalq şairəsi. Əhmədovanın şerləri dünya miqyasında etnik çeçenlər və inquşlar arasında məşhur olmuşdur. Ancaq rus qüvvələri Birinci Çeçen müharibəsi zamanı Çeçen Milli Arxivlərini yandırıdğı zaman bütün arxivi (600-dən çox material daxildir) yox edilmişdir. Əhmədova Native Republic (1958), Strike me in the Face, Wind (1959), Im coming to You (1960), Difficult Love (1963) ve Revelation (1964) şer topluları ilə məşhurlaşmışdır. == Həyatı == 13 dekabr 1928-ci ildə işçi sinfinə aid ailənin övladı olaraq dünyaya gəlmişdir. 1943-cü ildə Qroznı Pedoqoji Məktəbindən məzul olmuşdur. 1946-cı ildən 1956-cı ilə qədər ailəsi ilə birlikdə sürgündə olmuşdur. Bu sürgün zamanı bütün çeçen xalqı Stalin rejimi tərəfindən sürgünə məruz qalmışdı. Sürgündə olduğu Qazaxıstanda məktəb müəllimi kimi çalışmışmağa başlamışdır. 1958-ci ildə - sürgündən geri qayıtdıqdan sonra Ədəbiyyat İnistitutunda Ali Ədəbiyyat Kurslarına qəbul olmuşdur.Xeyli sayda kitabı nəşr edilmiş və ya dəfələrlə nəşr edilmişdir.
Raisa Belyaeva
Raisa Vasilyevna Belyayeva (rus. Раиса Васильевна Беляева; 25 dekabr 1912, Kirov – 19 iyul 1943, Voronej) — ilk rus qadın qırıcı pilotlarından biri. Lidiya Litvyak ilə birlikdə döyüşmüş və üçə qədər hava qələbəsi qazanmışdır. Belyaeva 1943-cü ildə naməlum səbəblərdən döyüşdə həlak olub. == Həyatı == Belyayeva Kirovdakı dabbağlar üçün texniki institutda oxuyub. O məktəbi bitirdikdən sonra köhnə dostu, Leninqradda uçuş təlimatçısı olan Olqa Yamşikovadan ona uçmağı öyrətməsini xahiş etmişdir. Belyayeva müharibədən əvvəl yüzlərlə paraşütçüyə təlimat vermişdir. O, həmçinin Moskva yaxınlığındakı Tuşino aerodromunda təşkil olunmuş bir çox aviaşoularda iştirak edib.Belyayeva Stalinqrad döyüşündə iştirak etmiş və Nikita Xruşşovun müşayiətçi pilotu kimi uşmuşdur. O, 19 iyul 1943-cü ildə baş vermiş qəzada həlak olub.
Raisa
Raisa — qadın adı. Raisa Atambayeva — Qırğızıstan Respublikasının birinci xanımı. Raisa Kudaşeva — Sovet şairi və yazıçısı. Raisa İsmayılova — Azərbaycan balerinası, Azərbaycan SSR əməkdar artisti (1967). Raisa Əhmədova — çeçen xalq şairəsi. Raisa Nedaşkovskaya — Ukrayna aktrisası. Raisa Sarbi – çuvaş şairi.Çuvaşıstanın əməkdar incəsənət xadimi.
взмыть выливно́й изоклина́льный кабарго́вый канализа́тор наивозмо́жно на́трий не по года́м переку́п перемо́лвить подъёмка растормози́ть сотови́дно споко́йный ду́дочный плёночка трусцо́й collaborator hungry leakiness pokal scriptwriter sick-out uncaught переоценивать