RAİS
RAİSƏ
OBASTAN VİKİ
Raisa
Raisa — qadın adı. Raisa Atambayeva — Qırğızıstan Respublikasının birinci xanımı. Raisa Kudaşeva — Sovet şairi və yazıçısı. Raisa İsmayılova — Azərbaycan balerinası, Azərbaycan SSR əməkdar artisti (1967). Raisa Əhmədova — çeçen xalq şairəsi. Raisa Nedaşkovskaya — Ukrayna aktrisası. Raisa Sarbi – çuvaş şairi.Çuvaşıstanın əməkdar incəsənət xadimi.
Raisa Atambayeva
Raisa Atambayeva (qırğ. Раиса Атамбаева; d. RSFSR, SSRİ) — Qırğızıstan Respublikasının birinci xanımı. Tibb elmləri namizədi. == Həyatı == Raisa Minəhmədova Rusiya Federasiyasının Ural bölgəsi ərazisində dünyaya gəlmişdir. Milliyyətcə tatar olan Raisanın valideynləri sonradan Qırğızıstana köçərək orada məskunlaşıblar.Raisa xanım Oş şəhərində yerləşən Lomonosov adına orta məktəbi bitirmişdir. Orta təhsili başa vurduqdan sonra o, Qırğızıstan Dövlət Tibb Universitetinə daxil olmuş və oranı bitirmişdir. Tibb elmləri namizədidir.Ali həkimlik dərəcəsinə malik olmasına baxmayaraq, heç bir yerdə işləmir və evdar xanımdır. == Ailəsi == Raisa Minəhmədova 1988-ci ildə Qırğızıstan Respublikasının gələcək prezidenti Almazbek Atambayevla ailə həyatı qurmuşdur. O, Almazbek Atambayevun ikinci həyat yoldaşıdır.
Raisa Kudaşeva
Raisa Adamovna Kudaşeva (3 (15) avqust 1878, Moskva – 4 noyabr 1964, Moskva) — Sovet şairi və yazıçısı. Məşhur "В лесу родилась ёлочка" uşaqların Yeni il mahnısının sözlərinin müəllifidir. == Mənşəyi == Litvanın Gedroyts knyazlığı ailəsində anadan olub. Atası - Adam Gedroyts, məsləhətçi rütbəsinə yüksəlmiş Moskva Poçt İdarəsinin rəsmisi olub. == Həyatı == Həyatı haqqında az şey məlumdur. M. B. Pussel qadın gimnaziyasını bitirib. Qohumlarının dediyinə görə pedaqoji bacarığa sahib idi. Müəllim olaraq da, Sovet dövründə isə bir neçə onilliklər ərzində kitabxanaçı kimi də işləyib. Moskvada Pyatnitskoye qəbiristanlığının 11-ci hissənin ikinci məhəlləsində dəfn edilib. == Ədəbi fəaliyyəti == Uşaqlıqdan şeir yazırdı.
Raisa Nedaşkovskaya
Raisa Nedaşkovskaya (17 fevral 1943) — Ukrayna aktrisası. == Həyatı == O, 1943-cü il fevralın 17-də Ukraynanın Malin şəhərində anadan olmuşdur. Uşaqlıqdan rəqslə məşğul olmuş, xoreoqrafik ansamblın solisti olmuşdur. 1960-cı ildə Viktor İvçenkonun "Meşə mahnısı" filmində Mavka rolunu ifa etmişdir. 1965-ci ildə Kiyev Teatr İnstitutunu bitirmiş və A.Dovjenko adına Kiyev kinostudiyasının aktrisası olmuşdur. Onun ən yaxşı işlərindən biri "Telefonçu qız" filmində baş rolun ifası olmuşdur.
Raisa Sarbi
Raisa Sarbi – çuvaş şairi.Çuvaşıstanın əməkdar incəsənət xadimi. == Həyatı == 1998-1999-cu illərdə DGTYB-nin katibi olmuşdur. Çuvaşıstanın əməkdar incəsənət xadimidir.
Raisa İsmayılova
Raisa Hüseyn qızı İsmayılova (5 noyabr 1939, Bakı) — Azərbaycan balerinası, Azərbaycan SSR əməkdar artisti (1967). == Həyatı == Raisa Hüseyn qızı İsmayılova 5 noyabr 1939-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1957-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirmiş, 1958–1960-cı illərdə Moskva Xoreoqrafiya Məktəbində təhsilini davam etdirmişdir.Raisa İsmayılova 1957-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çıxış etməyə başlamışdır. Burada o, Məhmənə Banu ("Məhəbbət əfsanəsi"), Frigiya ("Spartak"), Odetta-Odilliya ("Qu gölü"), Gözəllər gözəli ("Yeddi gözəl") kimi partiyaları canlandırmışdır.1970–1979-cu illərdə Raisa İsmayılova Moskvadakı Böyük Teatrda fəaliyyətini davam etdirmişdir. Boyarınya ("İvan Qroznı"), ikinci həyat yoldaşı ("Baxçasaray fontanı"), tacirə ("Daş çiçək"), saray rəqqasəsi ("Məhəbbət əfsanəsi") partiyalarını və ispan ("Don Kixot"), macar, ispan ("Qu gölü") rəqslərini ifa etmişdir.Raisa İsmayılova 7 iyul 1967-ci ildə "Azərbaycan SSR əməkdar artisti" fəxri adına görülmüş və 21 may 1970-ci ildə isə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı ilə təltif edilmişdir.
Raisa Əhmədova
Raisa Soltanmuradovna Əhmədova (çeçencə:Раиса Солтамурадовна Ахматова, 30 dekabr 1928, Qroznı, RSFSR, SSRİ – 29 yanvar 1992, Qroznı) — çeçen xalq şairəsi. Əhmədovanın şerləri dünya miqyasında etnik çeçenlər və inquşlar arasında məşhur olmuşdur. Ancaq rus qüvvələri Birinci Çeçen müharibəsi zamanı Çeçen Milli Arxivlərini yandırıdğı zaman bütün arxivi (600-dən çox material daxildir) yox edilmişdir. Əhmədova Native Republic (1958), Strike me in the Face, Wind (1959), Im coming to You (1960), Difficult Love (1963) ve Revelation (1964) şer topluları ilə məşhurlaşmışdır. == Həyatı == 13 dekabr 1928-ci ildə işçi sinfinə aid ailənin övladı olaraq dünyaya gəlmişdir. 1943-cü ildə Qroznı Pedoqoji Məktəbindən məzul olmuşdur. 1946-cı ildən 1956-cı ilə qədər ailəsi ilə birlikdə sürgündə olmuşdur. Bu sürgün zamanı bütün çeçen xalqı Stalin rejimi tərəfindən sürgünə məruz qalmışdı. Sürgündə olduğu Qazaxıstanda məktəb müəllimi kimi çalışmışmağa başlamışdır. 1958-ci ildə - sürgündən geri qayıtdıqdan sonra Ədəbiyyat İnistitutunda Ali Ədəbiyyat Kurslarına qəbul olmuşdur.Xeyli sayda kitabı nəşr edilmiş və ya dəfələrlə nəşr edilmişdir.
Raisa Belyaeva
Raisa Vasilyevna Belyayeva (rus. Раиса Васильевна Беляева; 25 dekabr 1912, Kirov – 19 iyul 1943, Voronej) — ilk rus qadın qırıcı pilotlarından biri. Lidiya Litvyak ilə birlikdə döyüşmüş və üçə qədər hava qələbəsi qazanmışdır. Belyaeva 1943-cü ildə naməlum səbəblərdən döyüşdə həlak olub. == Həyatı == Belyayeva Kirovdakı dabbağlar üçün texniki institutda oxuyub. O məktəbi bitirdikdən sonra köhnə dostu, Leninqradda uçuş təlimatçısı olan Olqa Yamşikovadan ona uçmağı öyrətməsini xahiş etmişdir. Belyayeva müharibədən əvvəl yüzlərlə paraşütçüyə təlimat vermişdir. O, həmçinin Moskva yaxınlığındakı Tuşino aerodromunda təşkil olunmuş bir çox aviaşoularda iştirak edib.Belyayeva Stalinqrad döyüşündə iştirak etmiş və Nikita Xruşşovun müşayiətçi pilotu kimi uşmuşdur. O, 19 iyul 1943-cü ildə baş vermiş qəzada həlak olub.
Raisa Adamovna Kudaşeva
Raisa Adamovna Kudaşeva (3 (15) avqust 1878, Moskva – 4 noyabr 1964, Moskva) — Sovet şairi və yazıçısı. Məşhur "В лесу родилась ёлочка" uşaqların Yeni il mahnısının sözlərinin müəllifidir. == Mənşəyi == Litvanın Gedroyts knyazlığı ailəsində anadan olub. Atası - Adam Gedroyts, məsləhətçi rütbəsinə yüksəlmiş Moskva Poçt İdarəsinin rəsmisi olub. == Həyatı == Həyatı haqqında az şey məlumdur. M. B. Pussel qadın gimnaziyasını bitirib. Qohumlarının dediyinə görə pedaqoji bacarığa sahib idi. Müəllim olaraq da, Sovet dövründə isə bir neçə onilliklər ərzində kitabxanaçı kimi də işləyib. Moskvada Pyatnitskoye qəbiristanlığının 11-ci hissənin ikinci məhəlləsində dəfn edilib. == Ədəbi fəaliyyəti == Uşaqlıqdan şeir yazırdı.
десятирублёвка доба́вок конопля́ник опа́здывание прошнуро́вывание разнопря́жка смога́ть сокруши́тельный утащи́ться вкле́ивание вы́бриться глаза на лоб ле́зут игра́ воображения керами́ческий логи́стический переноси́ть поворо́тный популя́ция расконсерви́роваться эшело́н Hugh indulge smoking concert writing pad скирда