RAKE

rake1

n 1. dırmıq, çəng; 2. tex. zindan; 3. odçəkən, atəşkeş

rake2

v 1. dırmıqlamaq , dırmıqlayıb yığmaq; to ~ leaves into a pile yarpaqları dırmıqlayıb bir yerə yığmaq; 2. dırmıqlayıb düzəltmək / hamarlamaq; to ~ the soil smooth dırmıqlayıb torpağı hamarlamaq; 3. hərb. uzaqdan atəşə tutmaq; They raked the enemy with machine-gun fire Onlar düşməni uzaqdan pulemyot atəşinə tutdular; 4. qarışdırmaq, çevirmək, eşələnmək, axtarmaq; to ~ through old magazines for facts fakt tapmaq üçün köhnə jurnalların içində eşələnmək; to ~ off dırmıqlayıb yığmaq / təmizləmək; to ~ out 1) kürüyüb götürmək / atmaq; 2) söndürmək; to ~ out a fire yanğını / ocağı söndürmək; to ~ out information məlumat əldə etmək; to ~ up hay quru otu dırmıqla yığmaq

RAISED
RAKISH
OBASTAN VİKİ
Anti-ballistik raket
Antibalistik raket – ballistik raketlərə qarşı istifadə edilən döyüş raketi. Ballistik raketlər nüvə, kimyəvi, bioloji və ya adi döyüş başlıqları atmaq üçün istifadə edilirlər. Antiballistik raketlər isə bu raketlərə qarşı istifadə edilirlər.
Antiballistik raket
Antibalistik raket – ballistik raketlərə qarşı istifadə edilən döyüş raketi. Ballistik raketlər nüvə, kimyəvi, bioloji və ya adi döyüş başlıqları atmaq üçün istifadə edilirlər. Antiballistik raketlər isə bu raketlərə qarşı istifadə edilirlər.
Ballistik raket
Ballistik raket — nüvə və ya digər başlıq daşıya bilən uzun mənzilli idarə olunan və ya güdümsüz mərmi. Bu raketlər tək bir nüvə başlıq daşıya biləcəkləri kimi birdən çox başlıq daşıyaraq bu başlıqları fərqli hədəflərə göndərə bilər. == Növləri == Qısa mənzilli ballistik raket Orta mənzilli ballistik raket Qitələrarası ballistik raket.
Bora (raket)
Bora — Türkiyə istehsalı olan qısa mənzilli ballistik raketdir. Döyüş raketi Roketsan şirkəti tərəfindən hazırlanaraq 2017-ci ildən xidmətə qəbul edilmişdir. INS və GPS başlıqlı olub, Belarus istehsalı olan MZKT-7909 8x8 yük maşını ilə daşınır. İxrac versiyası Kaan adı ilə tanınır. Daha uzun bir mənzilli bir versiyası olan Bora-2 isə hazırlanma mərhələsindədir. Lülə çapı 610 mm, döyüş başlığının çəkisi 470 kq, mühərriki TMZ-84631.10, əməliyyat mənzili 280 km, maksimum sürət 70 km/s, mərminin hədəfdən yayınma payı 30–50 m təşkil edir.
Buk (zenit-raket kompleksi)
Buk zenit-raket kompleksi ilk dövrlərdə Sovet İttifaqı, sonradan isə davamçı ölkələrdən biri olan Rusiya Federasiyası tərəfindən istehsal olunan özüyeriyən, orta mənzilli zenit-raket kompleksidir. Qanadlı raketlər, ağıllı bombalar, təyyarə, helikopter, həmçinin pilotsuz uçuş aparatı kimi hava hədəflərinə qarşı mübarizə aparmaq məqsədilə dizayn olunmuşdur.Bu sistem özündən əvvəl istehsal olunan "Kub" zenit-raket komplekslərini əvəz etmək məqsədilə silahlanmaya qəbul olunmuşdur. Seriyalı istehsal olunan ilk "Buk" kompleksləri ABŞ Müdafiə Nazirliyi tərəfindən SA-11 adı ilə tanınır. NATO kod adı Grizzly olan və ABŞ Müdafiə Nazirliyi tərəfindən SA-17 adı ilə tanınan, yeni raketlərlə təchiz olunan növbəti variantlar isə "Buk-M1-2" və "Buk-M2" idi. 2013-cü ildə bu sistemin ən yeni variantı olan "Buk-M3" seriyalı istehsala hazırlanmışdır.Rusiya Hərbi Dəniz Qüvvələri üçün nəzərdə tutulan dəniz versiyası 2014-cü ildən etibarən silahlanmaya qəbul olunub. == Döyüş tətbiqi == Abxaz separatçılarının verdiyi məlumata görə 2008-ci il may ayının əvvəllərində "Buk" zenit-raket kompleksi vasitəsilə Gürcüstan Hərbi Hava Qüvvələrinə məxsus dörd ədəd pilotsuz uçuş aparatı məhv edilmişdir.Bəzi məlumatlara görə 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında baş vermiş qısamüddətli hərbi toqquşma zamanı Gürcüstan Silahlı Qüvvələrinə məxsus "Buk" zenit-raket kompleksləri vasitəsilə Rusiya Hərbi Hava Qüvvələrinə aid üç ədəd Su-25 qırıcısı və bir ədəd Tu-22M strateji bombardmançı təyyarəsi məhv edilmişdir. ABŞ rəsmiləri də bu məlumatı təsdiqləmişdir. Bəzi analitiklərə görə qısamüddətli döyüşlər zamanı özünə nisbətən xeyli zəif olan gürcü qoşunlarına qarşı dörd təyyarəni itirmək Rusiya üçün böyük ziyan sayılmalıdır. Münaqişə ərzində Rusiyanın sahib olduğu radioelektron mübarizə sistemləri gürcülərin sahib olduğu hava hücumundan müdafiə sistemlərinin qarşısını almaqda aciz qaldı ki, bu da Rusiya tərəfinin hava döyüşlərində ciddi itkilərlə üzləşməsinə səbəb oldu. Gürcüstan tərəfindən müharibədə istifadə olunan "Buk" kompleksləri Ukraynadan satın alınmışdı.17 iyul 2014-cü ildə Ukraynanın şərqində Malayziya Hava Yolları reys 17 üzrə uçuş həyata keçirən "Boeing 777-200ER" təyyarəsi rusyönümlü separatçılar tərəfindən idarə olunan "Buk" zenit-raket kompleksi ilə vurularaq məhv edilib.
Daşıyıcı raket
Daşıyıcı raket (ing. carrier rocket) - Yer səthindən kosmosa, adətən, Yerin orbitinə və ondan uzağa yük daşıması üçün istifadə olunan raket. == Yükünə görə == NASA daşıyıcı raketləri Dünya orbitindən daşıdığı yük qabiliyyətinə görə aşağıdakı kimi təsnifatlandırmışdır: Kiçik daşıyıcı raket: < 2,000 kiloqram (4,400 funt) - misal üçün Vega Orta daşıyıcı raket: 2,000 to 20,000 kiloqram (4,400 to 44,100 funt) - misal üçün Soyuz ST Ağır daşıyıcı raket: > 20,000 to 50,000 kiloqram (44,000 to 110,000 funt) - misal üçün Ariane 5 Çox ağır daşıyıcı raket: > 50,000 kiloqram (110,000 funt) - misal üçün Saturn V == İstinadlar == == Xarici keçidlər == S. A. Kamal, A. Mirza: The Multi-Stage-Q System and the Inverse-Q System for Possible application in SLV, Proc. IBCAST 2005, Volume 3, Control and Simulation, Edited by Hussain SI, Munir A, Kiyani J, Samar R, Khan MA, National Center for Physics, Bhurban, KP, Pakistan, 2006, pp 27–33 Free Full Text S. A. Kamal: Incorporating Cross-Range Error in the Lambert Scheme, Proc. 10th National Aeronautical Conf., Edited by Sheikh SR, Khan AM, Pakistan Air Force Academy, Risalpur, KP, Pakistan, 2006, pp 255–263 Free Full Text S. A. Kamal: The Multi-Stage-Lambert Scheme for Steering a Satellite-Launch Vehicle, Proc. 12th IEEE INMIC, Edited by Anis MK, Khan MK, Zaidi SJH, Bahria Univ., Karachi, Pakistan, 2008, pp 294–300 (invited paper) Free Full Text S. A. Kamal: Incompleteness of Cross-Product Steering and a Mathematical Formulation of Extended-Cross-Product Steering, Proc. IBCAST 2002, Volume 1, Advanced Materials, Computational Fluid Dynamics and Control Engineering, Edited by Hoorani HR, Munir A, Samar R, Zahir S, National Center for Physics, Bhurban, KP, Pakistan, 2003, pp 167–177 Free Full Text S. A. Kamal: Dot-Product Steering: A New Control Law for Satellites and Spacecrafts [sic], Proc. IBCAST 2002, Volume 1, Advanced Materials, Computational Fluid Dynamics and Control Engineering, Edited by Hoorani HR, Munir A, Samar R, Zahir S, National Center for Physics, Bhurban, KP, Pakistan, 2003, pp 178–184 Free Full Text S. A. Kamal: Ellipse-Orientation Steering: A Control Law for Spacecrafts [sic] and Satellite-Launch Vehicles, Space Science and the Challenges of the twenty-First Century, ISPA-SUPARCO Collaborative Seminar, Univ.
Döyüş raketi
Raket silahı məhvedici vasitənin lazımı məqsədə çatdırılması üçün tətbiq olunan silah növüdür. Reaktiv mühərriklə işləyən, yönəldici sistemə malik pilotsuz mərmilər, yerdə, göydə, dənizdə hədəfləri vurmaq üçün tətbiq edilən müxtəlif raket komplekslərinin toplusunu buna misal göstərmək olar. Raket silahının tərkib hissələrinə aşağıdakılar daxildir: İdarəetmə sisteminə malik mərmilər üçün raket daşıyıcılar, Buraxma qurğuları, Texniki təchizat vasitələri, nəqletmə və saxlama.Daşıyıcı sistemlərinə görə bölünürlər: “Yer hədəfi əleyhinə” “Yer-yer” “Tank əleyhinə” “Hava hədəvi əleyhinə” “Yer-göy” “Göy-göy” “Raket əleyhinə” “Dəniz hədəfi əleyhinə” “Süni peyk əleyhinə” və s.Kiçik ölçülü raketlər daşıyıcısız olub əsgərlər tərəfindən daşına bilirlər. Məsələn “Stinger” raketini əsgər boynunda oturtmaqla havada uçan təyyarəni vura bilmək imkanına malikdir. Raket silahların hədəfi axtarma sisteminin təsir əhatəsi başqa uçan aparatlara nisbətən məhdud olduğundan, kombinasiya edilmiş sistemlərdən də istifadə edirlər. İlkin olaraq raket təxmini olaraq hədəf istiqamətində buraxılır və sonra havada onunla idarəetmə sistemi arasında informasiya əlaqəsi nəticəsində hərəkət trayektoriyası korreksiya edilir. Sonuncu mərhələdə raketin öz sisteminin köməyi ilə hədəf dəqiq nişanlanır.
Gepard zenit-raket kompleksi
35 mm-lik "Gepard" zenit-raket kompleksi
Gəmi əleyhinə raket
Bu döyüş raketləri gəmiden, qurudan, qurudakı texnikadan, sualtı vasitədən, təyyarədən və helikopterdən buraxıla bilər. Gəmi əleyhinə raket — müxtəlif növ gəmilərə və ya böyük katerlərə qarşı istifadə olunan idarə olunan raketlərdir. Tarixdə ilk gəmi əleyhinə raketlər Nasist Almaniyası tərəfindən istehsal olunub. 1943–44-cü illərdə Aralıq dənizində 31 ədəd Henscel Hs 293 və 7-dən çox Fritz X gəmisinin məhv edilməsində istifadə olunub.
Gəncəyə raket hücumu
Gəncə bombalanmaları və ya Gəncəyə raket hücumları — 2020-ci ilin oktyabr ayında Azərbaycanın Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı zamanlarda bombalanması. Bombalanmalar 2020-ci il Qarabağ döyüşləri dövründə baş vermişdir. İlk hücum 4 oktyabrda baş vermiş və 1 mülki şəxsin Əliyev Tunar Qoşqar oğlunun Şəhid olması, 30-dan çox mülki şəxsin yaralanması ilə nəticələnmişdir. Bu raket hücumu müharibənin getdiyi Dağlıq Qarabağ bölgəsindən kənara edilən ilk ciddi hücum idi. İkinci raket hücumu isə 5 oktyabrda baş vermişdir. Hücum nəticəsində 3 mülki şəxs yaralanıb. Üçüncü raket hücumu oktybarın 8-də baş vermişdir. Həlak olan və yaralanan olmamışdır. Dördüncü raket hücumu isə 11 oktyabrda baş vermiş və nəticədə 10 mülki şəxs Şəhid olmuş və 40-dan çox insan yaralanmışdır. Bu hücum imzalanan atəşkəsdən bir gün sonra baş vermiş və atəşkəsin pozulması ilə nəticələnmişdir.
Hava-hava raketi
Hava-hava Raketləri (Air-to-Air Missile; AAM) təyyarə və helikopterlər tərəfindən digər uçan nəqliyyat vasitələrini məhv etmək üçün istifadə olunan silahlardır. Bu silahlar istiyə və ya hədəfə göndərilən və əks olunan radar və lazer siqnalları və ya hədəfdən çıxan radar siqnalları ilə idarə olunurlar. == Tarixi inkişaf == Bu sahədə ilkin tədqiqatlara İkinci Dünya müharibəsi zamanı Alman mühəndisləri tərəfindən başlanılmışdır. Böyük müttəfiq bombardmançı birləşmələrini məhv etmək üçün hazırlanmış Ruhrstal X-4 raketi müharibənin sonlarına doğru ortaya çıxdı. Ruhrstal X-4, tellə idarə olunan bir raket idi və raket buraxıldığı təyyarənin pilotu tərəfindən idarə olunurdu. Almanların bu ilk əsərləri müharibənin sonunda bir çox layihə ilə birlikdə ABŞ və Rusiya tərəfindən ələ keçirildi. Əvvəlcə mövcud nəzəriyyələrlə hava-hava raket tədqiqatlarına başlayan mühəndislər, o dövrlərin favoriti olan radardan istifadə edərək bir raket inkişaf etdirməyə çalışırdılar. Bununla birlikdə, radarların həcm baxımından ölçüsü bəzi çətinliklər yaradırdı. O zaman ABŞ-dən Dr. William B. Mcclean adlı bir alim meydana gəldi.
Hrim-2 (raket sistemi)
Ukraynada “Qrom-2” operativ-taktiki raketi sınaqdan keçirilib. Raket sınaqlarının videogörüntüləri Ukraynanın milli sənaye portalında yerləşdirilib. Görüntülərdən də aydın olur ki, raketin mühərriki xüsusi sınaq poliqonunda sınaqdan keçirilir. Həmçinin bir neçə il öncə Ukrayna hərbi sənayesi bu raket üzrə işlərə başladı, lakin maddi-texniki problemlərə görə, işlər təxirə salındı. Raket üzərində Belarusdan olan mütəxəssislər çalışır və raketlər Belarus istehsalı olan mobil platformanın üzərində yerləşdirilib. “Qrom-2” raketlərinin sifarişçisi, investoru və təbii ki, hüquqi sahibi Səudiyyə Ərəbistanıdır. Ukrayna tərəfi sadəcə olaraq bu raketlərin hazırlayıcısıdır. Bununla belə, kompleksin tam hazırlığı halında Səudiyyə Ərəbistanının icazəsi ilə Ukrayna tərəfi onları satış hüququ ilə birgə ala bilər. Qeyd etmək lazımdır ki, Səudiyyə Ərəbistanı ilk “Qrom-2”ləri 2019-cu ildə əldə etməyi planlaşdırır”. “Belə operativ-taktiki raketlər demək olar ki, hər ölkədə var.
LORA (raket)
LORA (ivr. ‏לורה‏‎) – İsrail Aerokosmik Sənayesi tərəfindən istehsal olunan kvasiballistik raket. 400 km atış məsafəsi olan bu raketin məhv etmə dəqiqliyi 10 metrə bərabərdir. Həm gəmidən, həm də qurudan atəş açmaq qabiliyyətinə malikdir.2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin arsenalına daxil edilmişdir. LORA İkinci Qarabağ müharibəsinin son günlərində həlledici rol oynamışdır. Erməni ordusunun Şuşadakı qüvvələri gücləndirmək üçün istifadə etdiyi körpünün partladılmasında LORA-dan istifadə edilmişdir.
Meteoroloji raket
Bəzən bir tədqiqat raket adlanan bir səsli raket alt-orbital uçuş zamanı ölçmə aparmaq və elmi təcrübələri yerinə yetirmək üçün hazırlanmış bir alət daşıyıcısıdır. Raketlər Yerin səthindən 50 metrdən 1500 kilometrədək (31 -932 mil) cihazları aparmaq üçün istifadə olunur; ümumiyyətlə hava balonları və peykləri arasındakı hündürlük (balonların maksimal hündürlüyü təxminən 40 km) və peyklər üçün minimum hündürlük isə təqribən 120 km (75 ml)-dir. Səsli raketlər tez-tez hərbi artilleriyada raket mühərrikləri kimi istifadə edilir. NASA müntəzəm olaraq ekso-atmosfer bölgəsində 100– 200 km arasında (62 və 124 mil) 270-450 kiloqram olanTerrier Mk 70-i uçurtdu. == Etimologiya == Terimin mənşəyi dənizçilik lüğətlərindən irəli gəlir, beləki suyun dərinliyini ölçmək üçün gəmidən suyun içərisinə ağırlıqlı bir ip atmaq lazımdır. Termin özünün etimoloji kökləri Portuqaliyalı, İtalyan, İspan və Fransız sözü olub "sonda" və "sonde" kimi səsləndirilir. Raket kontekstində səsləndirilməsi ölçən qəbuletməyə ekvivalentdir. == Quruluşu == Səslənən raketin əsas elementləri bərk yanacaqlı raket motorudur və elmi yüküdür. Daha böyük, yüksək hündürlükdə raketlərin səmərəliliyinin artırılması və yük qabiliyyətini artırmaq üçün 2-3 mərhələ vardır. Ortalama uçuş müddəti 30 dəqiqədən azdır, adətən 5- 20 dəqiqə arasındadır.
Moskva (raket kreyseri)
"Moskva" — Rusiya qvardiya raket kreyseri, 1164 "Atlant" layihəsinin baş gəmisi. Nikolayev şəhərində 61 Kommunar adına Gəmiqayırma Zavodunda tikilib, əvvəlcə "Slava" adını almışdır. O, Gürcüstanda (2008), Krımda (2014) , Suriyada (2015) və Ukraynada (2022) hərbi münaqişələrdə iştirak edib. 24 fevral 2022-ci ildə Ukraynaya Rusiya işğalı zamanı gəmi Zmeynıy adasının ələ keçirilməsində iştirak edib. Ukrayna hökumətinin nümayəndələrinin iddiasına görə, məhz "Moskva" raket kreyserinin ünvanına "Rus döyüş gəmisi, s***** get" ifadəsi səsləndirilib. 2022-ci il aprelin 13-dən 14-nə keçən gecə baş vermiş yanğın və partlayış nəticəsində gəmiyə ciddi ziyan dəyib. Ukrayna hakimiyyət orqanlarının nümayəndələri bəyan ediblər ki, gəmi iki "Neptun" gəmi əleyhinə raketi ilə hücuma məruz qalıb . Aprelin 14 — də Rusiya Müdafiə Nazirliyi bildirib ki, kreyser fırtınalı şəraitdə limana çəkilərkən yanğın zamanı döyüş sursatların partlaması nəticəsində korpusa ziyan dəydiyi üçün batıb. "Moskva" raket kreyserinin batması Ukrayna ilə müharibədə Rusiyanın ən bahalı hərbi itkisi olub. Təxminən 2 milyard dollar ilkin dəyəri ilə kreyserin qalıq dəyəri 750 milyon dollar idi.
Nasr (raket)
Pakistan istehsalı olan "Хatf-9" və ya "Nasr" adlandırılan raket yer-yer tipli raketdir. Bu raket sistemi 60-km dək hədəfləri məhv etməyə qadirdir. Bundan əlavə, raket sistemi əsasən düşmənin raket əleyhinə olan müdafiə sistemlərini və əhəmiyyətli inzibati obyektlərini məhv etmək üçün nəzərdə tutulmuşdur. Bu raketlərin varlığı ilə bağlı 2011-ci ildə mətbuatda ilk məlumatlar yayılmışdı. 2013-cü ildə isə Pakistan bu sistemi öz inventarına daxil etdi. Raket ilk dəfə 19 aprel 2011-ci ildə sınaqdan keçirilib. "Nasr" yer-yer tipli raket düşmənin 60 km dək uzaqlıqda olan hədəflərini məhv etməyə qadirdir. Həmçninin adi döyüş başlığından əlavə, nüvə döyüş başlığıda daşıya bilir. "Nasr" yer-yer tipli raketin dəqiqliyi çox yüksək olduğu bildirilir. Əlavə olaraq sistemə hədəfi dəqiq məhv etmək üçün elektro-optik cihazda təchiz olunub.
Orta mənzilli ballistik raket
Orta mənzilli ballistik raket (OMBR) KMBR-dən daha çox mənzilə sahib olan ballistik raket növüdür. KMBR-lər də olduğu kimi nüvə başlıq daşıma tutumuna malikdir.
Osa (zenit raket kompleksi)
9К33 Osa (NATO təsnifatına görə: SA-8 Gecko (Gekkon)) — özüyeriyən zenit raket kompleksi. Kompleks motoatıcı diviziyanı və başqa qüvvələri aşağıdan uçan hava hücum silahlarından qorumaq üçün tətbiq edilir. SSRİ istehsalıdır, Belorusiya istehsalı olan yeni modifikasiyaları mövcuddur. 27 oktyabr 1960-cı ildə layihə işlərinə başlanmış və 4 oktyabr 1971-ci ildə orduda istifadəyə götürülmüşdür. Bu sistem indi də bir çox ölkələrdə tətbiq olunur və dəqiq vurma qabiliyyətinə malik olduğu bildirilir. "Osa" sistemində bərk yanacaq əsasında işləyən bir pilləli raketlər istifadə olunur. SA-8a tipli raketlər 10 km, SA-8b tipli raketlər isə 12 km məsafə qət edilə bilir. Raketin başlanğıc çəkisi 130 kq-dır. Raketin daşıdığı mərmi başlığı 19 kq olub yüksək partladıcı gücə malikdir. Maksimal əməliyyat hündürlüyü 5000 m-dir.
Qatı yanacaqlı raket mühərriki
Qatı yanacaqlı raket mühərriki — yanacaq və oksidləşdiricisi qatı fazda olan bir raket mühərriki növü. Hərbi raket sistemlərində, peyk buraxma sistemlərində və təhlükəsizlik yastıqlarında istifadə olunur. Çinlilər tərəfindən hazırlanmışdır.
Raket adası
Raket adası — Sedov arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Demyan Bednıy adalarının mərkəzində, Komsomoles adasından 8,2 km şimal-qərbdə yerləşir. Raket adasından şimal-qərbdə Utyonok adası və 1,4 km şərqdə Qlavnıy adası yerləşir. == Təsviri == Uzunluğu 1,3 kilometr, eni isə 450 metr təşkil edir. Ada quruluşuna görə bu cür adlandırılmışdır. Adanın böyük hissəsini elədə böyük olmayan qaya əhatə edir. Burada göl və çay yoxdur.
Raket buraxıcı qurğu
Raket buraxıcı qurğu idarə olunan bir raketi buraxmaq üçün istifadə olunan qurğudur. Partlayıcı başlığıı olan sursata malik olur. Bir çox növləri var və ümumiyyətlə tarix boyu müxtəlif ölkələr tərəfindən istehsal edilmişdir. Fərqli məqsədlər üçün partlayıcı və dağıdıcı, yəni material əleyhinə və ya heyət əleyhinə istifadə edilə bilər.
Raket silahı
Raket silahı məhvedici vasitənin lazımı məqsədə çatdırılması üçün tətbiq olunan silah növüdür. Reaktiv mühərriklə işləyən, yönəldici sistemə malik pilotsuz mərmilər, yerdə, göydə, dənizdə hədəfləri vurmaq üçün tətbiq edilən müxtəlif raket komplekslərinin toplusunu buna misal göstərmək olar. Raket silahının tərkib hissələrinə aşağıdakılar daxildir: İdarəetmə sisteminə malik mərmilər üçün raket daşıyıcılar, Buraxma qurğuları, Texniki təchizat vasitələri, nəqletmə və saxlama.Daşıyıcı sistemlərinə görə bölünürlər: “Yer hədəfi əleyhinə” “Yer-yer” “Tank əleyhinə” “Hava hədəvi əleyhinə” “Yer-göy” “Göy-göy” “Raket əleyhinə” “Dəniz hədəfi əleyhinə” “Süni peyk əleyhinə” və s.Kiçik ölçülü raketlər daşıyıcısız olub əsgərlər tərəfindən daşına bilirlər. Məsələn “Stinger” raketini əsgər boynunda oturtmaqla havada uçan təyyarəni vura bilmək imkanına malikdir. Raket silahların hədəfi axtarma sisteminin təsir əhatəsi başqa uçan aparatlara nisbətən məhdud olduğundan, kombinasiya edilmiş sistemlərdən də istifadə edirlər. İlkin olaraq raket təxmini olaraq hədəf istiqamətində buraxılır və sonra havada onunla idarəetmə sistemi arasında informasiya əlaqəsi nəticəsində hərəkət trayektoriyası korreksiya edilir. Sonuncu mərhələdə raketin öz sisteminin köməyi ilə hədəf dəqiq nişanlanır.
Raket zondlanması
== Raket zondlanması == Atmosferin yuxarı təbəqələrinin – 15–20 km-dən 80–120 km-ə kimi (stratosfer və mezosfer) zondlanması üçün istifadə olunur. Bu hündürlükdə ozonosferin çox hissəsi və ionosferin aşağı hissəsi və termosfer və ekzosferin daha hündür təbəqələri yerləşir. Orta atmosferi öyrənmək üçün 80–100 km-ə kimi qaldırılan meteoroloji raketlərdən istifadə olunur. Onlar maye və bərk yanacaqla işləyirlər. Meteoroloji raketlərlə ölçülən əsas parametrlər bunlardır: təzyiq, temperatur, sıxlıq və havanın qaz tərkibi. Tədqiqat proqramından asılı olaraq, digər xarakteristikalar da ölçülə bilər. Yuxarı atmosferi öyrənmək üçün 100–150 km–dən yuxrı qaldırılan güclü geofiziki raketlərdən istifadə edilir. Bu raketlərin köməyi ilə günəş və kosmik şüalanmanın intensivliyi, havanın optik xüsusiyyətləri, onun termodinamik və elektrik xüsusiyyətləri, Yerin maqnit sahəsinin parametləri ölçülür. Düzünə ölçmə metodlarına aid olan raket zondlanmasından əlavə, yuxarı atmosferi öyrənmək üçün radiolokasiya, meteolidar, İYT, optiki texnika və s. istifadə etməklə dolayı metodlar da tətbiq edilir.
Raketdən müdafiə
Rakdən müdafiə — düş mən döyüş raketlərinin aşkarlanması, izlənməsi, dayandırılması və məhv edilməsi ilə əlaqəli bir sistem, silah və ya texnologiyadır. Əvvəlcə nüvə başlıqlı qitələrarası ballistik raketlərə (ICBM) qarşı müdafiə olaraq hazırlanmış və daha sonra daha qısa mənzilli qeyri-nüvə taktiki raketlər daxil olmaqla genişləndirilmişdir.Bu cür hava hücumundan müdafiə sistemləri ABŞ, Rusiya, Çin, Hindistan, İsrail və Fransa tərəfindən hazırlanmışdır.
Raketli kater
Raketli kater və ya Hücum qayığı, gəmi əleyhinə raketlərlə silahlanmış kiçik bir hərbi gəmidir. Dənizlərdə az məsrəflərlə donanma yaradılması məqsədi ilə ölkələr tərəfindən seçilən məşhur bir seçim vasitəsidir. Hücum qayıqları yüksək hərəkətliliyi sayəsində döyüş raketlərindən daha effektiv istifadəni təmin edir və bu səbəbdən də tez-tez istifadə olunurlar.

Digər lüğətlərdə

араби́стика бактерионоси́тель вдохнови́тельница вылу́живание гувернёр ко́шкин подра́гивать поло́льщица шарива́ри бурида́нов захуда́лость злово́нность наци́стка непарти́йный полукафта́нье ра́звитый сови́к черенкова́нье bromidic dogmatically enshroud estimable tapered viscose набальзамировать