RAKET

[ alm. ]
1. Atəşfəşanlıq, habelə işıq siqnalları vermək üçün işlədilən içi barıt tərkibli maddələrlə doldurulmuş gilizdən ibarət mərmi. Siqnal raketi. İşıqlandırıcı raket.
2. Reaktiv mühərrikli uçucu aparat. Kosmik raket. Çoxpilləli raket.
// hərb. Çıxan qaz reaksiyasının gücü ilə hərəkətə gətirilən döyüş mərmisi. Yandırıcı raket. Fuqas raketi.
– Atomunla, raketinlə; Sən elə zənn eləmə ki, Hakimisən yerin, göyün. B.Vahabzadə.

◊ Aparıcı raket – orbitə çıxana qədər Yer və ya Günəşin süni peykini aparan çoxpilləli raketin son pilləsi.
RAXİTLİ
RAKETÇİ

Digər lüğətlərdə