RAM
RAMALƏ
OBASTAN VİKİ
Ramal
Ramal — ad. Ramal Hüseynov — Azərbaycan futbolçusu. Ramal Aslanov — Azərbaycan kikboksçusu. Ramal Məmmədov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi. Ramal Amanov — Boksçu, 3 dəfə dünya, 1 dəfə avropa çempionu. Ramal İsrafilov — Azərbaycanlı müğənni, bəstəkar.DigərRamal (Ucar) — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd.
Ramal (Ucar)
Ramal — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. == Əhalisi == Əhalisinin sayı 2009-cu ildə 780 nəfər olub. == Toponimikası == Kəndin adının ərəb dilindəki rəml (qum) sözündən olub, "qumlaq, qumlu yer" mənasını ifadə etməsini güman etmək olar.
Ramal (kənd)
Ramal — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. == Əhalisi == Əhalisinin sayı 2009-cu ildə 780 nəfər olub. == Toponimikası == Kəndin adının ərəb dilindəki rəml (qum) sözündən olub, "qumlaq, qumlu yer" mənasını ifadə etməsini güman etmək olar.
Ramal Amanov
Ramal Amanov (tam adı: Ramal Rəsul oğlu Amanov) — Boksçu, 3 dəfə dünya, 1 dəfə avropa çempionu. == Karyerası == 2005 Dünya Həvəskar Boks Çempionatında, Amanov yüngül çəkidə gümüş medal qazanıb, yarımfinalda İtaliya Domeniko Valentinosunu məğlub edib, Kubalı Yordenis Yuqasa udaraq, finala yüksəlib. Qızıl medal qazanıb.2006-ci ildə Amanov "Ənvər Çoudri" Kubokunda qızıl medal qazanıb, final görüşündə Türkiyə idmançı Aydın Səlçuku məğlub edib.2007-cu il Dünya Çempionatında o, Daudanı məğlub edib, lakin son nəticədə Frenki Gevinə məğlub olub. Gümüş medalla kifayətlənib.2008 ci ildə İtaliyada birinci Avropa oyunlarında Georgian Popescunu məğlub edib, yarım finalda Miklos Vargaya məğlub olmuşdur. Bürünc medal qazanıb.
Ramal Aslanov
Rəmal Əli oğlu Aslanov (1 mart 1992, Çənlibel, Şəmkir rayonu; daha çox Ramal Aslanov olaraq tanınır; ləqəbi: Lord) — Azərbaycan kikboksçusu. O, kikboksinq üzrə dünya kəmərinin sahibi, 12 qat Azərbaycan, 3 dəfə dünya və Avropa çempionu, "Əməkdar idman ustası", Azərbaycan Kikboksinq Federasiyasının vitze-prezidenti və kapitanı, eləcə də Azərbaycan Prezidenti mükafatçısıdır. == Həyatı == Ramal Aslanov 1 mart 1992-ci il tarixində Şəmkir rayonunun Çənlibel kəndində anadan olmuşdur. O, əslən Ermənistanın Vardenis rayonundandır. Aslanovun bir bacısı var. O, orta məktəbdə oxuyarkən həkim olmaq istəmiş, lakin sonra kikboksinqdə çempionluqlar qazandıqca, dərslərdən uzaqlaşmağa başlamışdır. Aslanov 2009-cu ildə orta məktəbi, 2014-cü ildə isə Azərbaycan Dövlət İdman Akademiyasını bitirmişdir. O, 2014–2015 illərdə həqiqi hərbi xidmətini Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının idman komandasında keçmişdir. == Karyerası == === Kikboksinq === Ramal Aslanov 2004-cü ildə cəmi bir həftə muay tay təlimləri keçmiş, həmin il isə kikboksinq üzrə məşqlərə başlamışdır. Onun ilk və son məşqçisi əməkdar məşqçi Hakim Hacıyev olmuşdur.
Ramal Hüseynov
Ramal Hüseynov (16 dekabr 1984, Hayrabolu, Türkiyə) — Azərbaycan futbolçusu. 16 dekabr 1984-cü ildə doğulan Ramal Hüseynov Qarabağ, Neftçi və Bakı klublarının formasını geyinib. Ramal 2008/2009 mövsümünün ikinci yarısında "Bakı"dan "Kocaelispor"a icarəyə verilmişdi. Türkiyənin Kocaelispor komandasının heyətində 2008/2009 mövsümündə Türkiyə Super Liqasının sonuncu – 34-cü turunda 81 dəqiqə oynamış və 1 qol vurmuşdur. 2009/2010 mövsümündə Standard Sumqayıt klubunda çıxış etmişdir.
Ramal Məmmədov
Ramal Məmmədov (1 yanvar 2000, Gəncə – 1 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Ramal Məmmədov 1 yanvar 2000-ci il tarixində Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olmuşdur. 2018-ci ildə orta məktəbi bitirərək, 2019-cu ilin oktyabr ayında müddətli hərbi xidmətə yollanmışdır. 1 il Beyləqan rayonunda yerləşən N sayl hərbi hissədə xidmət etmişdir. 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlamışdır. Şəhid Məmmədov Ramala komandir və zabit heyəti tərəfindən Ramalın evin tək uşağı olmağı ilə əlaqədar cəbhənin ön hissəsinə getməməyi bildirsələrdə, Ramalı razı sala bilməyiblər. Döyüşlərin ilk başladığı tarixdən, könüllü olaraq ön cəbhəyə yolla düşmüşdür. Xocavənd və Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştrak etmiş, böyük şücayət göstərmişdir. Və son olaraq Ramal Məmmədov 2020-ci il oktyabrın 1-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Ramal Məmmədov böyük izdihamla Bakı şəhəri Qaradağ rayonunun Lökbatan qəsəbəsində şəhidlər xiyabanında dəfn olunmuşdur.
Ramal Qasımov
Rəmal Saleh oğlu Qasımov (15 aprel 1992; Gəncə, Azərbaycan — 29 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəmal Qasımov 1992-ci il aprelin 15-də Gəncə şəhərində anadan olub. 1998-2009-cu illərdə Gəncə şəhərində 29 nömrəli tam orta məktəbdə təhsil alıb. 2014-cü ildən Şəhla Qasımova ilə ailəli idi. 2015-ci il doğumlu İmran və 2016-cı il doğumlu Kənan adında 2 oğlu yadigar qaldı. == Hərbi xidməti == Rəmal Qasımov 2010-2012-ci illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2013-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun baş giziri olan Rəmal Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rəmal Qasımov sentyabrın 29-da Talış döyüşləri zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Ramal İsrafilov
Ramal İsrafilov (15 iyun 1985, Şamaxı) — Azərbaycanlı müğənni, bəstəkar. == Həyatı == İsrafilov Ramal 1985-ci il, iyun ayının 15-i Şamaxı şəhərində musiqiçi ailəsində dünyaya göz açıb. Valideynlərinin dediyinə görə 3 yaşında olarkən pianoda ilk dəfə "Cücələrim" mahnısını ifa edib. 1991-ci ildə Şamaxı şəhər 5 saylı orta məktəbə daxil olub. 1993-cu ildə ilk dəfə Türkiyənin Rize şəhərində Sarımsaq festivalı adlı konsert proqramında çıxış edib. 1997-ci ildə təhsilini davam etdirmək üçün Bakı şəhəri Bülbül adına orta ixtisas musiqi məktəbinin xanəndə sinfinə daxil olub.1998-ci ildən 2000-ci ilə qədər Bakı şəhərindəki "Səyyah" folklor ansamblında solist kimi fəaliyyət göstəib. Bir çox böyük səhnələrdə həmin ansambl ilə çıxış edib. 2001-ci ildə təhsil aldığı məktəbi bitirib. 2002-ci ildə görkəmli Azərbaycan bəstəkarı Vaqif Gərəyzadənin yaratdığı "Aypara" vokal qrupuna dəvət olunub.2004-cü ildə Azərbaycan müğənnisi Abbas Bağırovla birğə yaratdığı "A-Trio" adlı qrupda solist olaraq fəaliyyət göstərdi. 2009-cu ildə solo karyerasına start verib və hal-hazırda çox ciddi olaraq həm bəstəkar, həm də müğənni kimi fəaliyyət göstərir.
Babək Ramaldanov
Babək Meyvəddin oğlu Ramaldanov (9 avqust 1982, Bakı – 16 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Babək Ramaldanov 1982-ci il avqustun 9-da Bakı şəhərində anadan olub. Əslən Qusar rayonundan idi. Milliyyətcə ləzgi idi. 1989–1996-ci illərdə Xətai rayonunda 59 nömrəli tam orta məktəbdə, 1996–1999-cu illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 1999–2003-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində, 2017–2019-cu illərdə isə Rusiya Silahlı Qüvvələrinin Ümumqoşun Liseyində ali hərbi təhsil alıb. Ailəli idi. Ramaldan və Süleyman adında 2 oğlu yadigar qaldı. Onun dayısı — Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Qarabağ müharibəsinin qazisi Şair Ramaldanovdur. == Hərbi xidməti == Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Babək Ramaldanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın, Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Dağ ramalinası
Dağ ramalinası (lat. Ramalina montana) — fungi aləminin ascomycota şöbəsinin lecanoromycetes sinfinin lecanorales dəstəsinin ramalinaceae fəsiləsinin ramalina cinsinə aid göbələk növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c +3c. Nadir növdür. == Qısa morfoloji təsviri == Tallomu yasıtvari, yığcamdır, hündürlüyü 5–12 mm, diametri 1-3,5 sm-əçatır, boz-sarımtıl, saman rənglidir, gözə çarpmayan saysız lövhəciklərdən ibarətdir. Tallomun lövhəcikləri dixotomik şaxəlidir, eni 1,5 mm-ə qədərdir, yastıdırlar, üst hissəsi bir qədər dalğalıdır, bəzən şırımda qırılmış, lupanın altında açıq-mum rənglidir, aşağı hissəsi nisbətən tünddür. Üst qabıq hissəsinin rəngi KOH təsirindən dəyişmir. Lövhəciklərin uclarında tallom rəngində izidilər yerləşir, hansı ki, bəzi vaxt təpədə nazik örtüyü cırılandan sonra soredili olur Parmelia izidiotylardakı kimi. Nadir halda iridənəli soredilərlə diskvari soralilərə rast gəlinir. Apotesilər yoxdur.
Fernando Ramallo
Fernando Ramallo (isp. Fernando Ramallo Lucini; 3 aprel) — İspaniyalı kino aktyoru. == Həyatı == Fernando Madriddə anadan olmuşdur. Kino səhnəsinə təsadüfən düşüb. O zaman özünün oxuduğu kollecdə David Truebanın "Yaxşı həyat" adlı kinokomediya çəkilişində kastinqdə qalib olmuşdur. Belə ki, o 15 yaşında aktyorluq sahəsinə baş vurur. 2000-ci ildə çəkilmiş "Krampak" adlı filmdə o öz dostuna aşiq olan gənc oğlan rolunda oynadı. Bu rola görə o, Valensiyada keçirilən film festivalında nominasiya və mükafat qazanmışdır.
Ramallah
Ramallah (ərəb. رام الله‎ ( رام الله), ivr. ‏רמאללה‏‎) — İordan çayının qərb hissəsində yerləşəm Fələstin şəhəri. Qüds şəhərindən 13 kilometr məsafədə yerləşir. Fələstin Dövlətinin inzibati mərkəzidir. Əhalisi 27 460 nəfərdir (2007). Əhalinin yarısını xristian ərəblər, yarısını isə müsəlmanlar təşkil edir. == Tarixi == Sudey dövründə burada Rama kəndi yerləşirdi. Müasir şəhər XVI əsrin ortalarında salınıb. 1948-ci ildə 1947-1949-cu illər ərəb-İsrail müharibəsi zamanı Ramallah Transiordaniya tərəfindən tutulur.
Rasim Ramaldanov
Rasim Ramaldanov (ləzg. Рамалданрин Асадуллагьан хва Расим, d. 24.01.1986, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan futbolçusu. Qəbələ futbol klubunun və Azərbaycan milli futbol komandası müdafiəçisidir. Milliyətcə ləzgidir .
Trichilia ramalhoi
Trichilia ramalhoi (lat. Trichilia ramalhoi) — meliekimilər fəsiləsinin trichilia cinsinə aid bitki növü.
Şair Ramaldanov
Şair Ramaldan oğlu Ramaldanov (5 sentyabr 1957, Xudat, Xaçmaz rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim-tədris hissəsinin sabiq rəisi və akademiyanın sabiq rəis müavini, Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki.Uğurlu "Horadiz Əməliyyatı" zamanı Horadiz qəsəbəsinin ermənilərdən azad olunmasında iştirak edən 702 briqadanın komandiri. "Azərbaycan Bayrağı" ordenini 2 dəfə alan yeganə hərbçi, Moskva "Frunze" adına akademiyanı bitirmiş ordumuzdakı 6 zabitdən biri, Əliağa Şıxlinskidən sonra yazdığı kitabları dünya hərbi akademiyalarında tədris olunan yeganə hərbçi.[mənbə göstərin] == Həyatı == Ramaldanov Şair Ramaldan oğlu 5 sentyabr 1957-ci ildə Xaçmaz rayonunun Xudat qəsəbəsində anadan olub. Milliyətcə ləzgidir. 1964-cü ildə Xudat 2 saylı orta məktəbinə daxil olub. 1974-cü ildə 8-ci sinfi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına Hərbiləşdirilmiş məktəbinə daxil olub.1976-cı ildə oranı müvəffəqiyyətlə bitirdikdən sonra Azərbaycan SSR Ali Soveti adına Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə daxil olub. 1980-ci ildə ali hərbi məktəbi uğurla bitirdikdən sonra 5 il ərzində Sovet Qoşunlarının Almaniyadakı məhdud kontingentində zabit kimi xidmət keçmişdir. 1987-ci ildə Moskva şəhərində SSRİ Silahlı Qüvvələrinin Frunze adına Hərbi Akademiyasına daxil olmuşdur. 1991-ci ildə akademiyanı bitirmişdir. 1992-ci ildə Alay (polk) komandirinin müavini vəzifəsindən–fevral 1992-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir. 1993-cü il noyabr ayında 702 saylı motoatıcı briqadanın komandiri vəzifəsinə təyinat almışdır.
Ramalina
Ramalina (lat. Ramalina) — fungi aləminin ascomycota şöbəsinin lecanoromycetes sinfinin lecanorales dəstəsinin ramalinaceae fəsiləsinə aid göbələk cinsi.
па́рубок паху́че серди́ться чумно́й друго́й раз обряди́ть остервене́ло плоско... пропа́лываться наивный черномыра afterpurification animal husbandry cooker dare euchre flitting lead-up Parliament Hill tenpence trichotomy камилавка микроскопический неосновательный таинство