ram
rampa
OBASTAN VİKİ
Ramazan
Ramazan — Hicri təqviminin 9-cu ayı. İslam dininin etiqadına görə Məhəmməd Peyğəmbərə Quran ayələrinin enməyə başladığı, eyni zamanda Müsəlmanlarla oruc tutulmağa başlanılan aydır. Bu ayda oruc tutmaq İslamın beş şərtindən biridir. Ramazan ayı adətən 29-30 gün çəkir və ayın aypara görünümünü almasından başlanır. == Ramazan ayının fəzilətləri və bərəkətləri == İl ərzində mübarək Ramazan ayından daha əzəmətli bir ay yoxdur. Çünki bu elə aydır ki, Allah bu ayda bəşəriyyətə ən böyük hədiyyəsini, yəni Qurani-Kərimi bəxş etmişdir. Digər tərəfdən isə Qədr gecəsi də bu aya təsadüf edir. Bu gecə insanların ləyaqətinə və mənəvi-əxlaqi təmizlik səviyyəsinə əsasən onların birillik müqəddəratı təyin olunur və həmin gecənin ibadəti min ayın ibadətindən üstündür. Ramazan ayı ibadətin baharı, təlim və tərbiyə ayı, paklıq və təmizlənmə ayı, təqva və özünüislahetmə ayıdır. Bu elə bir aydır ki, onda Allaha yaxınlaşma mərhələlərini daha sürətlə və inamla keçmək mümkündür.
Ramazan Abbasov
Ramazan Fazil oğlu Abbasov (rus. Рамаза́н Фази́ль оглы́ Абба́сов; 22 sentyabr 1983, Salah, İcevan, Qaraqoyunlu mahalı, SSRİ) — Azərbaycan futbolçusu.
Ramazan Abdulatipov
Ramazan Abdulatipov (rus. Рамазан Гаджимурадович Абдулатипов ; 4 avqust 1946, Qebquda[d], Dağıstan MSSR) — Rusiya Federasiyası Dağıstan Muxtar Respublikasının Başçısı. == Həyatı == Ramazan Hacımuradoviç Abdulatipov 1946-cı il avqustun 4-də RSFSR Dağıstan MSSR Tlyarat rayonunun Qebquda kəndində anadan olub. Milliyətcə avardır. Ramazan Abdulatipov hazırda Dağıstan Muxtar Respublikasının rəhbəridir. O, 2013-cü il yanvarın 28-dən bu postu icra edir. Abdulatipov 1997-1998-ci illərdə Rusiya baş nazirinin müavini, 1998-ci ildən 1999-cu ilə qədər milli siyasət naziri postlarında çalışıb. Dağıstana rəhbər təyin olunana qədər Rusiyanın Tacikistandakı səfiri, Rusiya Mədəniyyət və İncəsənət Universitetinin rektoru və Dövlət Dumasının deputatı kimi müxtəlif sahələrdə çalışıb. Fəlsəfə elmləri doktoru, professordur. Rusiya Təbiət Elmləri Akademiyasının akademikidir.
Ramazan Bayramı
Ramazan bayramı (Fitr bayramı) — şəvval ayının 1-ci günü. Ramazan ayının sonunda, orucun sona çatması münasibəti ilə qeyd edilir. Ramazan ayında oruc tutulması müsəlmanlara hicrətin ikinci (622-ci il) ili təyin edilmişdir. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz, vicdanlı olmağa yönəldir və oruc tutmaqla ifadə olunur. Oruc ramazan ayında tutulduğu üçün ona "Ramazan orucu" da deyirlər. == Tarix == İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və ən müqəddəs ay hesab edilir. Onu məcazi mənada "on bir ayın sultanı" da adlandırırlar. Orucluq hicrinin ikinci ilində Məhəmməd peyğəmbər tərəfindən Mədinədə bu məqsəd üçün Ramazan ayı təyin olandan öz tarixini başlayır. Məhz Ramazan ayının axırıncı on gecələrinin birində Quran hədiyyə edilmişdir. Deyilənə görə bu, həmin ayın ya 22-dən 23-nə, ya da 26-dan 27-nə keçən gecə baş vermişdir.
Ramazan Burcayev
Burcayev Ramazan Hacı oğlu — Hərbi Məhkəmələrin İşləri Üzrə Məhkəmə Kollegiyasının sədri. == Həyatı == 15 avqust 1940-cı ildə Zaqatala rayonunun Mazıx kəndində anadan olub. Bakı Dövlət Universitetini bitirib. 1971-1972-ci illərdə təyinatla Azərbaycan SSR-nin Ədliyyə Nazirliyinin Məhkəmə Orqanları İdarəsində hakim-stajor. O, uzun müddət Azərbaycanın məhkəmə-hüquq sistemində işləyib, 1972-1976-cı illərdə Balakən Rayon Xalq hakimi, 1976-1987-ci illərdə Ağdam Rayon Xalq Məhkəməsinin sədri, 1987-2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, 1995 – 1998-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü, 2000 – 2007-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin müavini, Hərbi Məhkəmələrin İşləri Üzrə Məhkəmə Kollegiyasının sədri, 16.07.2007-2010-cu illərdə isə Şəki Apelyasiya Məhkəməsinin sədri vəzifələrində çalışıb. R.Burcayev 2010-cu ilin sonunda təqaüdə çıxıb. 10 dekabr 2012-ci ildə vəfat edib. Ailəli idi.
Ramazan Göydağlı
Ramazan Əbülfət oğlu Göydağlı (4 fevral 1997; Kırna, Culfa rayonu, Azərbaycan — 28 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramazan Göydağlı 4 fevral 1997-ci ildə Culfa rayonunun Kırna kəndində dünyaya göz açmışdır. "Göydağlı" soyadı ona Ordubad rayonunun Nürgüt kəndindəki Göydağın şərəfinə verilmişdir. İlk təhsilini 2003-cü ildə Culfa rayon Kırna kənd tam orta məktəbində alan Ramazan 2014-cü ildə həmin məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. 2016-cı ildə hərbi xidməti bitirmiş və bir sıra fərqli sahələrdə işləməyə başlamışdı. O, bu müddət ərzində Azərbaycanda, həmçinin Türkiyə və Qazaxıstanda da müxtəlif işlər üzrə təcrübə qazanmışdır. == Hərbi xidməti == Neçə illik iş təcrübəsindən sonra 2020-ci ilin 5 sentyabrında Ramazan Göydağlı MAHHXHQ əsgər olmuş, bununla da hərbi fəaliyyətinə yenidən başlamışdır. Azərbaycan Ordusunun əsgəri olan Ramazan Göydağlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində 15 oktyabrdan iştirak etmişdir. Füzulinin, Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ramazan Göydağlı 28 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Ramazan Hudulov
Ramazan İzzət oğlu Hudulov (24 noyabr 1994, Qaysa, Balakən rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Hudulov Ramazan İzzət oğlu 1994 cü il 24 Noyabr tarixində,Balakən rayonu, Qaysa kəndində avar ailəsində doğulub. == Filmoqrafiya == Dəmir Yumruq (film, 2021) (Real Təhlil və İnformasiya Mərkəzinin sənədli filmi) == Təltifləri == Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Ramazan Hudulova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
Ramazan Məmmədli
Məmmədli Ramazan Yusif oğlu — Azərbaycan mühəndisi və dövlət xadimi, Azərbaycan SSR Azərbaycan SSR yerli sənaye naziri (1965–1975), üç çağırış — 1955, 1959 və 1967-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı, texnika elmləri namizədi, Azərbaycan SSR əməkdar Mühəndisi. == Həyatı == Ramazan Məmmədli 1912-ci ildə Masallı rayon, Xıl kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1926–1930-cu illərdə Azərbaycan SSR Yerli Sənaye Texnikumunda təhsil almış, 1930–1931-ci illərdə "Bakı fəhləsi" adına zavodun tökmə sexində texnik vəzifəsində çalışmış, 1931–1937-ci illərdə ali təhsilini Tbilisi Sənaye İnstitutunda almışdır. Ramazan Məmmədli 21 may 1937–20 avqust 1940-cı illərdə Stalin adına zavodda energetik, "Azneftmaş" trestində mühəndis-energetik, 20 avqust 1940–20 aprel 1945-ci illərdə L.Şmidt adına zavodda baş energetik vəzifələrində çalışmışdır. Ramazan Yusif oglu Məmmədli 20 aprel 1945–01 iyun 1946-cı illərdə L.Şmidt adına zavodda direktor müavini olmuş, 01 iyun 1946–01 mart 1947-ci illərdə isə L.Şmidt adına zavodda direktor vəzifəsini müvəqqəti icra etmişdir. R.Y. Məmmədli daha sonra (1947–1952-ci illərdə) S.M.Kirov adına zavodda direktor, (1952–1965-ci illərdə) L.Şmidt adına zavodda direktor, 1965–1975-ci illərdə isə Azərbaycan SSR Yerli Sənaye Naziri vəzifələrində çalışmışdır. Bu illər ərzində 8 il — 1969–1975-ci illərdə unudulmaz Heydər Əliyevin rəhbərliyi altında çalışmışdır. R.Y. Məmmədli Azərbaycan KP Təftiş Komissiyasının üzvü olmuşdur. Keçən əsrin 90-cı illərinin sonunda ulu öndər Heydər Əliyevin Sərəncamı ilə, Azərbaycan torpağının yetirməsi, keçmiş Sovet İttifaqı və Azərbaycan Respublikasında neft sənayesinin inkişafında misilsiz xidmətləri olan N.K. Baybakovun Moskva şəhərində 90 illiyi keçirilən zaman Baybakov öz çıxışında qeyd etmişdir: "Azərbaycan xalqının Böyük Vətən Müharibəsinin qalibiyyətində böyük rolu olmuşdur. Neftlə bərabər Bakıda fəaliyyət göstərən bütün maşınqayırma zavodları istehsal etdikləri məhsulları cəbhəyə göndərərək faşizm üzərində qələbəyə nail olmaqda səy göstərmişlər.
Ramazan Məmmədov
Ramazan Salam oğlu Məmmədov (azərb. Məmmədov Ramazan Salam oğlu;‎) — Azərbaycan dilçisi, nəzəriyyəçi, pedaqoq, publisist, filologiya elmləri doktoru (2009), professor (2017), Rusiya Təbii Biliklər Akademiyasının həqiqi üzvü (2017) == Həyatı == Ramazan Salam oğlu Məmmədov 01iyul 1944-cü ildə Azərbaycan SSR-in Qax rayonunun Qum kəndində anadan olmuşdur. 1961-ci ildə Qum kənd orta məktəbini bitirmişdir. 1968–1973-cü ildə M.F. Axundov adına Rus dili və ədəbiyyatı İnstitutunda (indiki BSU) təhsil almış, institutu fərqlənmə diplomu ilə bitirmişdir. Təhsil aldığı illərdə V.İ.Lenin təqaüdçüsü olmuşdur. 1974–1977-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında təhsilini davam etdirmişdir. 1973–1991-ci illərdə BSU-da baş laborant, müəllim, baş müəllim, dosent, dekan müavini vəzifələrində işləmişdir. 1978-ci ildə M.V.Lomonosov adına MDU-da namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi adını almışdır. 1980–1984-cü illərdə SSRİ Ali və Orta İxtisas Təhsili nazirliyinin göndərişi ilə Əfqanıstan Demokratik Respublikasında Kabil Universitetində dosent, kafedra müdiri, partiya təşkilatı katibi vəzifələrində işləmişdir. 1991-ci ildən 2014-cü ilədək Sumqayıt Dövlət Universitetində (SDU) dosent, kafedra müdiri vəzifələrində çalışmışdır.
Ramazan Qafarlı
Ramazan Oruc oğlu Qafarlı — folklorşünas, alim, filologiya üzrə elmlər doktoru, professor. == Həyatı == Ramazan Qafarlı 1951-ci ilin iyun ayının 17-də Şəki şəhərində sənətkar ailəsində anadan olub. Atası Oruc kişi dabbaq idi. O, bu qədim peşəni övladlarına ötürməklə davam etdirmək niyyətində idi. Lakin sovet rejiminin sərt və qeyri-insani qanunları ona mane oldu. Fəaliyyətini xüsusi mülkiyətçilik hesab edib xalq sənətkarını bir neçə dəfə həbs etdilər. Oruc kişi peşəsini yaşada bilmədi. Müharibədə yaralanandan sonra uzun müddət xəstə yatdı və 1956-cı ildə vəfat etdi. Böyük külfəti dolandırmaq həyat yoldaşı Zərifə Məhəmməd qızının üzərinə düşdü. Ramazan Qafarlı beşinci sinfə qədər Şəki şəherində yerləşən 7 saylı orta məktəbdə oxumuşdur.
Ramazan Qorxmaz
Ramazan Qorxmaz (tam adı: Ramazan Qorxmaz, türk. Ramazan Korkmaz; 1962, Çıldır, Qars ili) — Ərdəhan Universitetinin rektoru, Qırğızıstan-Türkiyə Manas Universiteti Qəyyumluq Şurasının üzvü, Qafqaz Universitetlər Birliyinin sədri. == Həyatı == 1962-ci ildə Ərdahanın Çıldır rayonunun Qayabəyi kəndində anadan olmuşdur. İbtidai təhsilini Ərdahanda, orta təhsilini Ərzurum Yavuz Səlim Müəllim liseyində (1978) alan Ramazan Qorxmaz ali təhsilini Atatürk Universitetinin dil-ədəbiyyat fakültəsinin türk dili və ədəbiyyatı ixtisasında başa vurmuşdur (1985). Elə həmin il Fırat Universitetində imtahandan keçərək elmi tədqiqatlara başlayır. === Elmi fəaliyyəti === Fırat Universiteti Sosial Elmlər İnstitutunda Keçəcizadə İzzət Molla və Mihnət Keşan haqqında tədqiqatı (VI+ 447 s.) ilə magistr (1988); "Səbahəddin Əli - İnsan və əsər" (XII+403 s.) adlı elmi işi ilə isə doktorantura təhsilini 1991-ci ildə tamamlayan Qorxmaz 1996-cı ildə Yeni türk ədəbiyyatı fundamental elmi sahəsində dosent və 2001-ci ildə professor oldu. 2009-cu ilədək Fırat Universitetinin əməkdaşı olan Ramazan Qorxmaz həm də Şərqi Aralıq Dənizi Universitetində "qonaq müəllim" kimi 4 il (2000-2002 və 2004-2006-cı illərdə) işləmişdir. O, 2001-ci ildə Bişkek Elmlər Akademiyasında Aytmatov ilə əlaqədar tədqiqatlar aparmış və Bilkənd Universitetinin Türk dili və ədəbiyyatı fakültəsi ilə birlikdə müəllifi və redaktoru olduğu "Türk ədəbiyyatının tarixi layihəsi"ni (4 cild) tamamlamışdır. Ramazan Qorxmazın həm ölkə daxilində, həm də ABŞ, Ukrayna, Rusiya, Azərbaycan, Qırğızıstan və ŞKTR kimi ölkələrdə öz sahəsi üzrə 60-dan çox elmi məqaləsi dərc edilmişdir. Dekan müavini, kafedra müdiri və idarə heyətinin üzvü kimi vəzifələrdə çalışmış Ramazan Qorxmaz rəsmi qəzetdə yayımlanan xəbərə görə Qırğızıstan-Türkiyə Manas Universitetinin Qəyyumluq Şurasının üzvü təyin edilmişdi.
Ramazan Quliyev
Ramazan Dünyamalı oğlu Quliyev (9 mart 1961, Məmmədbəyli, Zəngilan rayonu – 25 avqust 1993, Cəbrayıl rayonu) — azərbaycanlı şəhid, kəşfiyyatçı. == Həyatı == Ramazan Dünyamalı oğlu Quliyev 9 mart 1961-ci ildə Zəngilan rayonunun Məmmədbəyli kəndində anadan olub.1967–1978-ci illərdə Məmmədbəyli kənd orta məktəbində oxumuşdur. Sürücülük ixtisası üzrə peşə məktəbində təhsil alıb. 1981–1983-cü illərdə Rusiyada hərbi xidmətdə olmuşdur. 9 il Rusiya Federasiyasının Kazan (Tatarıstan) şəhərində yaşamışdır. 1992-ci ildə Zəngilan RHK-dan Milli Orduya çağırılmışdır. Baş çavuş 865-ci hərbi hissənin kəşfiyyatçı manqasının komandiri olmuşdur. 1992-ci ilin iyun ayında 2 erməni quldurunu əsir götürmüş və rayonun Kolluqışlaq kəndində gedən döyüş zamanı 1 tank ələ keçirmişdir. 23 avqust 1993-cü ildə Cəbrayıl rayonunun Minbaşı kəndində ağır yaralanmış və 25 avqust 1993-cü ildə Mərcanlı hospitalında vəfat etmişdir. Ramazan Quliyev Zəngilan rayonunun Şəhidlər Xiyabanında dəfn olunub.
Ramazan Tarverdiyev
Tarverdiyev Ramazan Baxşəli oğlu (5 avqust 1928, Hacıqabul, Salyan qəzası – 27 may 1983, Bakı) — coğrafiyaşünas alim, hidroloq, coğrafiya elmləri doktoru (1977), professor (1978). == Həyatı == Ramazan Tarverdiyev 1928-ci il avqustun 5-də indiki Hacıqabul rayonunun Navahı kəndində anadan olmuşdur. 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin coğrafiya fakültəsini bitirmişdir. 1953–1956-cı illərdə Azərbaycan Hidrometeoroloji Xidmət İdarəsində, 1956–1968-ci illərdə Azərbaycan SSR EA Coğrafiya İnstitutunda, 1968–1973-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda fiziki coğrafiya kafedrasında dosent və 1973-cü ildən ömrünün sonuna kimi kafedra müdiri vəzifəsində çalışmışdır. Tədqiqatları əsasən Azərbaycanın gölləri və su anbarlarının hidroloji xüsusiyyətlərinə həsr edilmişdir. Azərbaycanın Böyük Qafqaz təbii vilayətində yerləşən Cavanşir, Nohurqışlaq, Qaranohur, Aşıq Bayramlı, Yekəxana su anbarlarının, Tufangöl, Ağrıbir, Taxtagöl, Xalaxı göllərinin hidroloji xüsusiyyətlərini öyrənmişdir. Əsas tədqiqat obyekti Mingəçevir su anbarı, onun suyunun səviyyə rejimi, külək-dalğa rejimi, temperaturu, lillənməsi, donma halları, suyun rəngi, şəffaflığı, su balansını öyrənmişdir. Su anbarının lillənməsinin təkcə çayın gətirdiyi lil materialları ilə deyil, həm də sahillərin yuyulub uçması, külək vasitəsilə gətirilən materiallar hesabına da baş verməsini tədqiq etmişdir. Məhz onun irəli sürdüyü elmi-metodik hesablama üsulları Şəmkir SES-in tikintisində tətbiq olunmuşdur. Ramazan Tarverdiyev 1980-ci ildə Rusiyanın Baykal gölündə elmi-tədqiqat işləri aparmışdır.
Ramazan Vəliyev
Ramazan Hilal oğlu Vəliyev (18 iyun 1995; Aşqabad, Türkmənistan — 29 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramazan Vəliyev 1995-ci il iyunun 18-də Türkmənistanın Aşqabad şəhərində anadan olmuşdur. Əslən Masallı rayonunun Şərəfə kəndindəndir. 2002-2013-cü illərdə şəhid Qəhrəman İsmayılov adına Masallı rayon Şərəfə kənd tam orta məktəbində təhsil almışdır. Təhsilini 2013-2015-ci illərdə Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Azərbaycan Dənizçilik Kollecində başa vurmuşdur. Subay idi. == Hərbi xidməti == Ramazan Vəliyev 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2019-cu ilin noyabrından Azərbaycan Daxili Qoşunlarında "çavuş" rütbəsində müddətdən artıq xidmət edirdi. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Ramazan Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Xocavəndin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Ramazan Xəlilov
Xəlilov Ramazan Həmzət oğlu (d. 1901 - ö. 1999) — jurnalist, tərcüməçi. Professor (1995). == Haqqında == Ramazan Xəlilov 1901-ci ildə anadan olmuşdur. 1908-1914-cü illərdə Tiflisdə, 1914-1917-ci illərdə Moskvada gimnaziyada oxumuş, 1918-ci ildə "Ləzgi alayı"nın tərkibində Zaqatala, Qəbələ, Şəki və Gəncənin erməni daşnaklarından təmizlənməsində iştirak etmişdir. R.Xəlilov 1923-cü ildən jurnalistika ilə məşğul olmuş, 1933-cü ildə Moskva Redaktə-Nəşriyyat İnstitutunu bitirmişdir. O, 1933-1938-ci illərdə Sankt Peterburqda yaşamış,jurnalist fəaliyyətini davam etdirmişdir. Dahi bəstəkar Üzeyir Hacıbəyovun dəvəti ilə Bakıya gələn Ramazan Xəlilov əvvəlcə Azərbaycan Dövlət Konservatoriyasında Ü.Hacıbəyovun ədəbi katibi, 1941-1953-cü illərdə isə Azərbaycan Dövlət Konservatoriyasının rektorunun birinci müavini vəzifəsində çalışmışdır. R.Xəlilov 1975-ci ildən Üzeyir Hacıbəyovun xatirə ev-muzeyinə rəhbərlik etmişdir.
Ramazan ayı
Ramazan — Hicri təqviminin 9-cu ayı. İslam dininin etiqadına görə Məhəmməd Peyğəmbərə Quran ayələrinin enməyə başladığı, eyni zamanda Müsəlmanlarla oruc tutulmağa başlanılan aydır. Bu ayda oruc tutmaq İslamın beş şərtindən biridir. Ramazan ayı adətən 29-30 gün çəkir və ayın aypara görünümünü almasından başlanır. == Ramazan ayının fəzilətləri və bərəkətləri == İl ərzində mübarək Ramazan ayından daha əzəmətli bir ay yoxdur. Çünki bu elə aydır ki, Allah bu ayda bəşəriyyətə ən böyük hədiyyəsini, yəni Qurani-Kərimi bəxş etmişdir. Digər tərəfdən isə Qədr gecəsi də bu aya təsadüf edir. Bu gecə insanların ləyaqətinə və mənəvi-əxlaqi təmizlik səviyyəsinə əsasən onların birillik müqəddəratı təyin olunur və həmin gecənin ibadəti min ayın ibadətindən üstündür. Ramazan ayı ibadətin baharı, təlim və tərbiyə ayı, paklıq və təmizlənmə ayı, təqva və özünüislahetmə ayıdır. Bu elə bir aydır ki, onda Allaha yaxınlaşma mərhələlərini daha sürətlə və inamla keçmək mümkündür.
Ramazan Çirinqov
Ramazan Çirinqov (15 fevral 1969, Meşəşambul, Balakən rayonu – 3 sentyabr 1995, Balakən rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, öz xidməti vəzifəsini yerinə yetirən zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh. == Həyatı == 15 fevral 1969-cu ildə Balakən rayonunda anadan olmuşdur. 1986-cı il Meşəşambul orta məktəbini bitirmiş, 1987-ci ildə hərbi xidmətə çağırılmışdır. Ramazan hərbi xidmətini Əfqanıstanda keçirmişdir. 1989-cu il hərbi xidmətini başa vurduqdan sonra Balakən rayonunda polis nəfəri kimi işə başlayır. 1995-ci il Balakən rayonunda silahlı cinayətkar dəstənin zərərsizləşdirilməsində o xüsusi fərqlənir. 1995-ci il 3 sentyabr öz xidməti vəzifəsini yerinə yetirərkən həlak olur. == Ailəsi == Subay idi. == Milli Qəhrəman == Azərbaycan Respublikası prezidentinin 25 dekabr 1995-ci il tarixli 424 saylı fərmanı ilə Çirinqov Ramazan Heybullah oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir". Meşəşambul kəndində dəfn edilmişdir.
Ramazan İsmayılov
Ramazan Əkbər oğlu İsmayılov — Naxçıvan MSSR Nazirlər Sovetinin sədri (1964–1970), SSRİ Ali Sovetinin VII çağırış deputatı == Haqqında == 1928-ci ildə anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Yerevandakı Zoobaytarlıq İnstitutunu bitirmiş, əmək fəaliyyətinə 1951-ci ildə Naxçıvan MSSR-nin Şahbuz rayonunda Kənd Təsərrüfatı İdarəsinin baş zootexniki kimi başlamış, sonra Naxçıvan MTS-nin baş zootexniki, Naxçıvan rayon Kənd Təsərrüfatı Müfəttişliyinin və Naxçıvan MSSR Kənd Təsərrüfatı Nazirliyinin baş zootexniki işləmiş, 1960-cı ildə Moskvada Sov. İKP MK yanında Ali Partiya Məktəbini bitirdikdən sonra Naxçıvan rayon ZDS İK-nin sədri seçilmiş, Azərbaycan KP İliç rayon Komitəsinin birinci katibi, 1964-cü ildən isə Naxçıvan MSSR Nazirlər Sovetinin sədri, Qazax rayon ZDS İK-nin sədri, Azərbaycan SSR Nazirlər Soveti yanında Xalq Təsərrüfatının İdarə Edilməsi İnsititutunda kafedra" müdiri vəzifələrində çalışmışdır. Haliyədə Azərbaycan Respublikası Ovçular Cəmiyyətinin sədr müavinidir. Xidmətləri yüksək qiymətləndirilmiş, Qırmızı Əmək Bayrağı ordeni və bir sıra medalla təltif edilmişdir. VII çağırış SSRi Ali Sovetinin və Naxçıvan MSSR Ali Sovetinin deputatı seçilmişdir.
Ramazan Şallah
Ramazan Abdullah Məhəmməd Şəlləh (Ərəbcə: رمضان عبد الله محمد شلح; 1 yanvar 1958 – 6 iyun 2020[…], Beyrut) — Fələstin İslami Cihad Təşkilatının banisi, 1995-ci ildə öldürülən Fəthi Şəqaqinin baş katibi idi. 24 fevral 2006-cı ildə Şəlləh və digər FİCT üzvü Əbdüləziz Avda, FTB-nin Most Wanted Terrorists (“Ən Çox Axtarılan Terroristlər”) siyahısına daxil edilmişdirlər.
Ramazan Şəlləh
Ramazan Abdullah Məhəmməd Şəlləh (Ərəbcə: رمضان عبد الله محمد شلح; 1 yanvar 1958 – 6 iyun 2020[…], Beyrut) — Fələstin İslami Cihad Təşkilatının banisi, 1995-ci ildə öldürülən Fəthi Şəqaqinin baş katibi idi. 24 fevral 2006-cı ildə Şəlləh və digər FİCT üzvü Əbdüləziz Avda, FTB-nin Most Wanted Terrorists (“Ən Çox Axtarılan Terroristlər”) siyahısına daxil edilmişdirlər.
Ramazan Əliyev
Ramazan Əliyev (Əliyev Ramazan Alı oğlu; 18 iyun 1951, Qazax rayonu – 7 yanvar 2016, Bakı) — Azərbaycan alimi, pedaqoq, biologiya elmləri doktoru, professor., Azərbaycan Dövlət İqtisad Universitetində “Qida Məhsullarının Texnologiyası” kafedrasının müdiri (2005-2013), Azərbaycanın şirinsu hövzələrinin amfipodları üzrə respublikamızda müdafiə edən ilk alim. == Həyatı == Ramazan Əliyev 18 iyun 1951-ci ildə Qazax rayonunun Poylu kəndində anadan olmuşdur. 1958-1968-ci illərdə Poylu kənd orta məktəbində oxumuşdur. Orta təhsilini doğma kənddə yüksək qiymətlərlə başa vuraraq Azərbaycan Pedaqoji İnstitutunun kimya-biologiya fakutəsinə daxil olmişdur. 1973-cü ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir.1973-1979-cu illərdə təyinatla Sabirabad rayonunda ixtisası üzrə müəllim vəzifəsində çalışmışdır. 1979-cu ildə Azərbaycan Elmlər Akademiyası Zoologiya İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir. 1984-cü ildə Ukrayna Elmlər Akademiyasının Hidrobilogiya İnstitutunda "Kür çayı nizama salındıqdan sonra Hacıqabul və Naxalıqçala göllərinin dib faunası" mövzusunda dissertasiya yazaraq biologiya elmləri namizədi – alimlik dərəcəsi almışdır. Aspiranturadan sonra 1990-cı ilə qədər Azərbaycan Elmlər Akademiyası Zoologiya İnstitutunda kiçik elmi işçi, elmi işçi, 1990-cı ildən 1997-ci ilə qədər isə baş elmi işçi vəzifəsində işləmişdir. 1997-2000-ci illərdə Bakı Dövlət Əmtəəşünaslıq Kommersiya İnstitutunun ərzaq malları əmtəəşünasliğı Dövlət İqtisad Universitetinin Ərzaq malları əmtəəşünaslığı kafedrasında dosent vəzifəsində çalışmışdır. 2004-cü ildən ömrünün axırına qədər İqtisad Universitetinin ət, balıq və süd məhsullarının texnologiyası kafedrasının müdiri olmuşdur.
Ramazan Kurşunlu
Ramazan Kurşunlu (7 iyul 1981, İzmir) — türk futbolçu və məşqçi. == Futbol karyerası == Əslən Antalya Korkuteli rayonundandır. 7 yaşlı ağsaqqalın sayəsində Altayda futbol oynamağa başladı. Altay 'ın infrastrukturunda 12 il oynadıqdan sonra 2000-ci ildə Altay A Komandasının hədəfinə keçdi. O, 2003–04 mövsümünün əvvəlində "Beşiktaş" a transfer olunub. Gənc olmasına baxmayaraq, iştirak etdiyi matçlarda qapısını uğurla qoruyub.2005–06 mövsümünün ortalarında "Diyarbakırspor" a icarəyə verilmiş və mövsümün sonunda "Beşiktaş"a qayıdıb.2006–07 mövsümü üçün "Beşiktaş"ın heyətində başlasa da, dövrə zamanı "Ankaraspor"a icarəyə verilib. Mövsümün sonunda Hakan Arıkanın ifadəsi müqabilində ifadəsi ilə "Ankaraspor"a göndərilib. 2009-cu ildə Karşıyaka'ya transfer oldu.O, 2010–11 mövsümündə "Çaykur Rizəspor" a transfer olunub. 2011–12 mövsümünün sonunda "Çaykur Rizəspor"la müqaviləsi başa çatdı və o, sərbəst buraxıldı. Ramazan 2012–13 mövsümünün yay transfer pəncərəsində "Adana Dəmirspor" la müqavilə imzalayıb.
Ramazan bəy Yüreğir
Ramazan bəy Yüreğir(? - 1353) - Oğuzların Yüreğir boyundan Ramazanoğulları sülaləsinin əsasını qoymuş türkmən bəyi. Ramazan bəy Yüreğirin barəsində məlumatlar çox azdır. Üçoqlar Məmlüklərin Çukurova istilası zamanı onlara kömək etmişdi. Bu səbəbdən Çukurova işğal edildikdən sonra Adana və Misisin idarəsi Ramazan bəyə tapşırılmışdı. 1353-cü ildə Misirdə Sultan Salihə qarşı üsyan başladı. Bu üsyana Hələb hakimi Bəyboğa və Zeynəddin Qaraca bəy Zülqədər də qoşuldu. Məmlük sultanı Türkmən bəyliyini Zülqədərli elindən alaraq Ramazan bəyə verdi. 1354-cü ildə Ramazan bəy öldüyü ehtimal olunur.
Aliyə Ramazanova
Aliyə Allahqulu qızı Ramazanova (7 fevral 1941, Qusar və ya Piral, Qusar rayonu – 1 sentyabr 2023) — Azərbaycan rəqqasəsi, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti, Azərbaycan SSR əməkdar artisti (1982). == Həyat və yaradıcılığı == Aliyə Ramazanova Qusar rayonunun Piral kəndində anadan olub. II Dünya Müharibəsi həm atasını, həm də anasını əlindən alıb. Üç-dörd yaşı olanda onu Qusardan Bakıya - 11 saylı uşaq evinə gətiriblər. 16 yaşında səhnəyə gəlib və ömrünü rəqs sənətinə bağlayıb. 1958-1983-cü illərdə rəqqasəlik fəaliyyəti ilə məşğul olan Aliyə Ramazanova Azərbaycan rəqqaslıq sənətinin görkəmli nümayəndələrindən biri hesab olunub. Onun "Uzundərə", "Sarı gəlin" və digər bu kimi rəqs nümunələri rəqqaslıq sənətinin ən uğurlu nümunələrindəndir. O, səhnə və mədəni fəaliyyətinə görə, 1982-ci ildə Azərbaycan SSR əməkdar artisti adına layiq görülüb. Aliyə Ramazanova Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti idi. Aliyə Ramazanova 1 sentyabr 2023-cü ildə 82 yaşında vəfat edib.
Amin Ramazanov
Amin Raisoviç Ramazanov (2003, Moskva) — Azərbaycan futbolçusu, Azərbaycan Premyer Liqasında çıxış edən "Qarabağ" FK-nın qapıçısı. == Karyera == Amin Ramazanov "Qarabağ"ın heyətində 28 fevral 2022-ci ildə debüt etmişdir. Azərbaycan Premyer Liqasında "Keşlə" ilə olan qarşılaşma 0:0 hesabı ilə bitmişdir.
Ağabala Ramazanov
Ağabala Ramazanov (20 yanvar 1993, Masallı) — Azərbaycan futbolçusu, Azərbaycan milli futbol komandasının və Səbail FK-nın hücümçusu. == Həyatı == Ağabala Ramazanov "Neftçi"də yetişib. 2012-ci ildə "Xəzər-Lənkəran" klubuna transfer olub. 2017-ci ildən etibarən "Qarabağ" klubuna keçidi baş tutmuşdur.
Elmira Ramazanova
Elmira Ramazanova (azərb. Elmira Məmmədəmin qızı Ramazanova‎, 28 oktyabr 1934, Bakı – 8 dekabr 2020) — Texnika elmlər doktoru, Professor, Azərbaycan Dövlət Neft Akademiyasının nəzdində “Neftin, qazın, geotexnoloji problemləri və kimya” Elmi Tədqiqat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü (2007). == Həyatı == Elmira Ramazanova 1934-cü il oktyabrın 28-də Bakı şəhərində anadan olmuşdur. === Təhsili === 1952-ci ildə 134 saylı orta məktəbi qızıl medalla, 1957-ci ildə isə Azərbaycan Sənaye İnstitutunun (Azərbaycan Dövlət Neft Akademiyasının) Energetika fakültəsini fərqlənmə diplomu ilə bitirib. == Fəaliyyəti == Alim əmək fəaliyyətinə Azərbaycan Respublikasının Energetika İdarəsində başlayıb, 1992-ci ildən indiyədək Azərbaycan Dövlət Neft Akademiyasının nəzdində “Neftin, qazın, geotexnoloji problemləri və kimya” Elmi Tədqiqat İnstitutunun direktorudur.O, 1965-ci ildə “Qazkondensat sistemlərdə qazların separasiya şəraitlərinin hesablanma metodunun işlənməsi və tədqiqi” mövzusunda namizədlik, 1975-ci ildə “Adaptasiya metodlarının tətbiqinə əsasən neftqaz-kondensat yataqlarının termodinamiki tədqiqatları“ mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib, 1978-ci ildə professor elmi adını alıb. 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilib. Elmira Ramazanova neft-qaz və qazkondensat yataqlarının səmərəli işlənməsinin təmini istiqamətində kompleks praktiki və elmi-tədqiqat işləri aparan tanınmış alimdir. Onun elmi fəaliyyətinin əsas istiqamətini neft-qaz, qaz kondensat çıxarmada yaranan mürəkkəbləşmələrə qarşı mübarizə, işlənmə rejiminin tənzimlənməsi üçün lazım olan parametrlərin seçilməsi, nanokompozitlərin alınması, nanotexnologiyaların işlənib hazırlanması və onların istehsalata tətbiqi, neftlə çirklənmiş torpaqların təmizlənməsi təşkil edir. 2004-cü ildə alimin rəhbərliyi ilə ölkəmiz “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı”, “Xəzər, Qara dəniz regionunun, tədqiqatlar, energetika və iqlim dəyişilməsi siyasəti” regional layihələrində təmsil olunub. O, Ümumdünya Bankının dəstəyi ilə neftlə çirklənmiş torpaqların təmizlənməsi üzrə qrant layihəsinin rəhbəri və qalibi olub.
Elxan Ramazanov
Elxan Ramazan oğlu Ramazanov (25 yanvar 2000, Danaçı, Zaqatala rayonu – 22 oktyabr 2020, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elxan Ramazanov 2000-ci il yanvarın 25-də Zaqatala rayonunun Danaçı kəndində anadan olub.2007-2016-ci illərdə Danaçı kənd tam orta məktəbində, 2016-2019-cu illərdə Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elxan Ramazanov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elxan Ramazanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan və Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edib. Elxan Ramazanov oktyabrın 18-də cəbhənin Ağdam istiqamətində gedən döyüşlər zamanı yaralanıb. Bakı şəhərində yerləşən hərbi hospitalda komada olub. Dörd dəfə əməliyyat olunmasına baxmayaraq oktyabrın 22-də şəhid olub. Zaqatala rayonunun Danaçı kəndində torpağa tapşırılıb.
Füzuli Ramazanoğlu
Füzuli Ramazanoğlu (tam adı: Quliyеv Füzuli Ramazan oğlu) — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laurеatı. == Həyatı == Füzuli Ramazanoğlu 1961-ci il fеvralın 6-da Gədəbəy rayonunun Miskinli obasının Çalburun kəndində dünyaya göz açıb. 1978-ci ildə Çalburun kənd orta məktəbini ilk məzun kimi "əla" qiymətlərlə bitirib. Bir il Daşkəsəndə Zəylik Alunit Mədən Idarəsində fəhlə işləyib. 1979-cu ildə Ç.İldırım adına Azərbaycan Politехnik İnstitutunun avtomatika və hеsablama tехnikası fakültəsinə daхil olub. 1984-cü ildə həmin ali məktəbi "Еlеktron mühəndisi" iхtisası üzrə bitirib. Təyinatla Bakı "Radioquraşdırma" İstеhsalat Birliyində mühəndis kimi əmək fəaliyyətini davam еtdirib. İki dəfə ikiillik ictimai jurnalistlər fakültəsində oхuyub. 1990-cı ilin avqustundan 1992-ci ilin yanvar ayınadək həmin müəssisədə çıхan çoхtirajlı "İmpuls" qəzеtinin rеdaktoru vəzifəsini daşıyıb. Füzuli Ramazanoğlu mətbuatda fəaliyyət göstərənədək müхtəlif qəzеt və jurnallarda, rеspublika radiosunda şеirlər və məqalələrlə çıхış еdib.
Fərid Ramazanov
Fərid Ramazanov (tam adı: Fərid Ömər oğlu Ramazanov; 23 dekabr 1991; Qax, Azərbaycan — 9 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fərid Ramazanov 1991-ci il dekabrın 23-də Qax rayonunun Qum kəndində anadan olub. Milliyətcə Saxur idi.1998-2009-cu illərdə Z. Müslümov adına Qum kənd orta məкtəbində təhsil alıb. Ailəli idi, bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Fərid Ramazanov 2009-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan bir müddət sonra Silahlı Qüvvələrin TTM-də gizir hazırlıq təlimlərini bitirib. "Gizir" hərbi rütbəsi aldıqdan sonra isə hərbi xidmətinə davam edib. 2018-ci ilin yanvarından Azərbaycan Silahlı Qüvvələri "N" saylı hərbi hissəsində Taqım Komandirinin müavini vəzifəsində çalışırdı. Azərbaycan Ordusunun giziri olan Fərid Ramazanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fərid Ramazanov oktyabrın 9-da Madagizin azad edilməsi zamanı şəhid olub.
Hacıməmməd Ramazanov
Hacıməmməd Ramazanov (tam adı: Hacıməmməd Yusif oğlu Ramazanov; 25 noyabr 1951, Sumaylı, Zaqatala rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin I və II çağırış üzvü. == Həyatı == Hacıməmməd Ramazanov 1951-ci il noyabrın 25-də Zaqatala rayonunun Sumaylı qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunnda ali təhsil alıb. Rus dilini bilir. Yeni Azərbaycan Partiyası üzvüdür. Hacıməmməd Ramazanov ailəlidir, 2 övladı var. == Fəaliyyəti == 1995-ci il noyabrın 26-da baş tutan Parlament seçimlərində 66 nömrəli Zaqatala dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Hacıməmməd Ramazanov I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Hacıməmməd Ramazanov Milli Məclisin Elm və təhsil məsələləri Daimi Komissiyasının və Azərbaycan—Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.Daha sonra 2000-ci il noyabrın 5-də baş tutan Parlament seçimlərində 66 saylı Zaqatala dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Hacıməmməd Ramazanov, II çağırış Milli Məclisin deputatı seçildi. 2000-ci il noyabrın 12-dən səlahiyyətlərinin icrasına başlayan Hacıməmməd Ramazanov, Milli Məclisin Elm və təhsil məsələləri Daimi Komissiyasının, Azərbaycan—Bosniya və Herseqovina, Azərbaycan—Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü oldu.
Kərim Ramazanov
Kərim Nəzir oğlu Ramazanov (1 mart 1947 – 29 yanvar 2012, Bakı) - texnika elmləri doktoru, AMEA-nın müxbir üzvü, İqtisadi İnkişaf Nazirinin energetika məsələləri üzrə baş müşaviri, AMEA-nın Energetika və Enerjilayihə İnstitutunun direktoru, Azərbaycan Respublikası I çağırış Milli Məclisinin deputatı. == Həyatı == Kərim Nəzir oğlu Ramazanov 1 mart 1947-ci ildə Azərbaycan Respublikası Qax rayonunun İlisu kəndində anadan olub. 1963-cü ildə İlisu kənd orta məktəbini bitirib. 1969-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsini bitirdikdən sonra ordu sıralarında xidmət edib. 1970-ci ildə Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutunda əmək fəaliyyətinə başlayıb, müxtəlif vəzifələrdə çalışıb. 1981-1993-cü illərdə institutun elmi işlər üzrə direktor müavini, 1993-2002-ci illərdə direktoru olub. 1978-ci ildə namizədlik, 1991-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə edib. 1995-ci ildə birinci çağırış Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə 60 saylı Qax-Zaqatala Seçki Dairəsindən deputat seçilib. Parlamentin Büdcə Komissiyasının və İntizam Komissiyasının üzvü olub. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya daimi komissiyasının da üzvü olan Kərim Ramazanov ölkənin energetika sahəsinin fəaliyyətinə dair mühüm qanunların hazırlanmasında və qəbul olunmasında yaxından iştirak edib.
Kərim Ramazanov (energetik)
Kərim Nəzir oğlu Ramazanov (1 mart 1947 – 29 yanvar 2012, Bakı) - texnika elmləri doktoru, AMEA-nın müxbir üzvü, İqtisadi İnkişaf Nazirinin energetika məsələləri üzrə baş müşaviri, AMEA-nın Energetika və Enerjilayihə İnstitutunun direktoru, Azərbaycan Respublikası I çağırış Milli Məclisinin deputatı. == Həyatı == Kərim Nəzir oğlu Ramazanov 1 mart 1947-ci ildə Azərbaycan Respublikası Qax rayonunun İlisu kəndində anadan olub. 1963-cü ildə İlisu kənd orta məktəbini bitirib. 1969-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsini bitirdikdən sonra ordu sıralarında xidmət edib. 1970-ci ildə Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutunda əmək fəaliyyətinə başlayıb, müxtəlif vəzifələrdə çalışıb. 1981-1993-cü illərdə institutun elmi işlər üzrə direktor müavini, 1993-2002-ci illərdə direktoru olub. 1978-ci ildə namizədlik, 1991-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə edib. 1995-ci ildə birinci çağırış Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə 60 saylı Qax-Zaqatala Seçki Dairəsindən deputat seçilib. Parlamentin Büdcə Komissiyasının və İntizam Komissiyasının üzvü olub. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya daimi komissiyasının da üzvü olan Kərim Ramazanov ölkənin energetika sahəsinin fəaliyyətinə dair mühüm qanunların hazırlanmasında və qəbul olunmasında yaxından iştirak edib.
Leyla Ramazanlı
Leyla Nurəddin qızı Ramazanova (d. 30 avqust 1988, Bakı) — Azərbaycanlı müğənni və aparıcı. == Həyatı == Leyla Nurəddin qızı Ramazanova 1988-ci ilin 30 avqustunda Bakı şəhərində anadan olmuşdur. Atası Nurəddin Ramazanov Birinci Qarabağ müharibəsi zamanı Qubadlı və Laçın istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Leyla ibtidai təhsilini 132 saylı orta məktəbdə almışdır. İlk ali təhsilini Azərbaycan Dövlət İqtisad Universtitetinin Beynəlxalq İqtisadi Münasibətlər, ikinci ali təhsilini isə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi Sənəti fakültəsində almışdır. 3 yaşından Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayının Cücələrim mahnı ve rəqs ansamblında rəqs, piano, vokal dərnəklərində məşğul olub. Cücələrim ansamblı ilə birlikdə dünyanın bir çox ölkələrində Fransa, İspaniya, Türkiyə, Almaniya, Brazilya və s. Azərbaycan incəsənətini təmsil edib. İlk cıxışı 3 yaşındaykən Heydər Əliyev adına Sarayda Cücələrim mahnısını ifa edib.
Malik Ramazanzadə
Malik Heydər oğlu Ramazanzadə (21 mart 1912, Əmircan, Bakı qəzası – 22 iyul 1987, Bakı) — texnika elmləri doktoru (1968), professor (1969), Azərbaycan SSR EA-nın müxbir üzvü (1976), Azərbaycan SSR əməkdar elm və texnika xadimi (1970), “Şərəf nişanı”ordenli Ramazanzadə Malik Heydər oğlu 21 mart 1912-ci ildə Bakı şəhərinin Əmircan kəndində anadan olmuşdur. 1927-ci ildə Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin fizika-riyaziyyat fakultəsinə daxil olmuşdur. 1931-ci ildə universiteti bitirdikdən sonra o Azərbaycan Sənaye İnstitutunun (indiki ADNSU) fizika kafedrasında əmək fəaliyyətinə başlamışdır. Həmin kafedrada fasiləsiz olaraq baş laborant, assisent, dosent vəzifəsində, 1948-ci ildən ömrünün axırına qədər isə kafedra müdiri vəzifəsində çalışmışdır. Onun rəhbərliyi ilə kafedra texniki institutlar arasında ən geniş və müasir avadanlıqlarla təchiz olunmuş, və yüksək tələblərə uyğun olan laboratoriyalar yaradılmışdır. 1941-ci ildə Malik Ramazanzadə müvəffəqiyyətlə namizədlik və 1968-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1969-cu ildə professor adına layiq görülmüşdür. 21 aprel 1976-cı ildə Malik müəllim Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Tanınmış maarfçi Malik Ramazanzadə Respublikada ilk dəfə olaraq ali texniki məktəblər üçün azərbaycan dilində “Ümumi Fizika” adlı dərslik yazmışdır. Həmin dərslik dəfələrlə “Uçpedqiz”, “Azərnəşr” və “Maarif” nəşriyyatlarında çap olunub.
Məmmədəmin Ramazanov
Məmmədəmin Əbdül Xalıq oğlu Ramazanov -1903-cü ildə Bakı şəhərində anadan olmuşdur. == Həyatı == Məmmədəmin Əbdül Xalıq oğlu Ramazanov 1903-cü ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Universiteti bitirdikdən sonra ədkiyyə orqanlarında və bakı şəhər prokrorluğunda prokuror vəzifəsində işləməyə başlamışdır.Prokurorluq nəzarətinin ən yaxşı və prespektivli işçilərindən olan M.Ramazanov eyni zamanda tibbi təhsil alır. == Fəaliyyəti == Məmmədəmin Ramazanov 4 il məhkəmə və prokrorluq orqanlarında çalışandan sonra, öz ərizəsi ilə Ədliyyə nazirliyinə müraciət edərək onu Ali məktəbim "tibb məhkəməsi" kafedrasına köçürməyi xahiş edir. O Azərbaycan Dövlət Tibb Universitetində "İnfeksion xəstəliklər" kafedrasında fəaliyyətini davam etdirir. Bununla bərabər "Semaşko" xəstəxananın "İnfeksion xəstəliklər" şəbəsinə də başçılıq edir və dissertasiya müdafiə edərək tibb elmləri namizədi alimlik dərəsi alır. Məmmədəmin Ramazanov 1936-cı il aprel ayının 21-də qəflətən vəfat etmişdir.

Digər lüğətlərdə

армя́чный выхва́ливаться фельдъе́герский аллегре́тто бог мой! бо́ртный бразда́ доктринёр контра́ктовый нетерпи́мо овра́жек отира́ться проде́лывание хэ́ви-ме́талл этуда astride dust-coat Egypt exception rummage sciosophy smoother speluncar utilitarianism ремесленнический