RAMİŞ
RAMİZƏ
OBASTAN VİKİ
Ramiz Məmmədzadə
Məmmədzadə Ramiz Hüseynqulu oğlu (1930 — 2017) — Respublikanın mədəni, ictimai və siyasi həyatında özünəməxsus yeri olan, görkəmli ziyalı, bacarıqlı təşkilatçı, alim və təhsil xadimi, professor. == Həyatı və elmi-pedaqoji fəaliyyəti == Ramiz Hüseynqulu oğlu Məmmədzadə 1930-cu il aprel ayının 11-də Bakı şəhərində neftçi ailəsində dünyaya göz açmışdır. Ramizin atası Hüseynqulu kişi mükəmməl təhsilə malik olmasa da, təhsilə, maarifə diqqət və qayğı ilə yanaşırdı. O, bir neçə dildə mükəmməl danışırdı, öz dövrünün görkəmli ziyalıları və dövlət xadimləri olan N.Nərimanov, Məhəmməd Əmin Rəsulzadə, A.Şaiq və digər şəxslərlə dostluq münasibətlərində olmuşdur. Belə bir mühitdə, ailədə boya-başa çatmaq Ramizin həyatında və formalaşmasında mühüm rol oynamışdır. Ramiz Məmmədzadə birinci sinfə Bakı şəhərinin 134 nömrəli məktəbinə getdi, 1947-ci ildə orta təhsilini indiki 1 nömrəli məktəbdə başa vurdu. Həmin ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) filologiya fakültəsinin məntiq-psixologiya şöbəsinə daxil olub, 1952-ci ildə oranı bitirdi. Tələbəlik illərində Ramiz dərin biliyi, hazırlığı və fəallığı ilə fərqlənmişdi. Görkəmli elm xadimləri, dövrün tanınmış alimləri Makovelski, Mikayıl Rəfili, Mir Cəlal Paşayev, Rəsul Rüstəmov, Məmmədəli Məhərrəmov onun inkişafına əhəmiyyətli təsir göstərmişlər. Universiteti bitirəndə istedad və hazırlığını nəzərə alıb onu aspiranturada saxlamaq istədilər, lakin mərkəzdən - Moskvadan yer ayrılmadığına bu plan baş tutmadı.
Ramiz Məşədiyev
Ramiz Məşədiyev (azərb. Ramiz Abbas oğlu Məşədiyev‎; d. 15 may 1958-ci il, Qərbi Azərbaycan, Kirovakan, Arçut) — Azərbaycan alimi, filologiya elmləri namizədi, "Türkel" qəzetinin baş redaktoru. == Həyatı == Ramiz Məşədiyev 15 may 1958-ci ildə Qərbi Azərbaycanın Kirovakan şəhəri Arçut kəndində anadan olub. O, orta məktəbi 1975-ci ildə bitirdikdən sonra M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub və 1980-ci ildə rejissor-aktyor sənətinə yiyələnib. 1984-1989-cu illərdə İrəvan Dövlət Universiteti ikinci ixtisas kimi jurnalistika fakültəsini bitirib. == Əmək fəaliyyəti == 1980-1988-ci illərdə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor və rejissor assistenti; 1982-1988-ci illərdə Sovet Ermənistanı qəzetində tərcüməçi və ştatdankənar müxbir; 1983-1988-ci illərdə İrəvan Dövlət TV radiosunda Azərbaycanca bir saatlıq proqramın 2-ci redaktoru və aparıcısı; 1989-cu ildə Azərbaycan Dövlət Teleradiosunda əməkdaş; 1989-cu ildə Xankəndində yerli Dağlıq Qarabağ radiosunda mühafizə altında Azərbaycan hökumətinin qərarlarını ermənicə 3 ay yayımlayıb; 1993-1995 Az.TV Xəbərlər redaksiyasında böyük redaktor-müxbir; 1995-2003 Az.TV ictimai əsaslarla AFR və Mərkəzi Avropa təmsilçisi; 2003-2007 Az.TV ictimai əsaslarla Qazaxıstan və Orta Asiya təmsilçisi; 2007-ci ildən başlayaraq Qazaxıstan dövlət radiosu – Türkcə və Azərbaycanca efirə çıxan verilişlərin müəllifi və aparıcısı; 2007-ci ildə Dünya Ahıska Türkləri Mətbuat Mərkəzinin həmsədri; 2007-ci ildən başlayaraq Qazaxıstan Azərbaycanlarının "Vətən" qəzetinin baş redaktoru; 2005-ci il - "Türkel" qəzetinin və "Türkel ekspress" əlavə qəzetinin baş redaktoru; 2007-ci il "Altın körpü" jurnalının baş redaktoru; 2017–ci il Azərbaycan Prezidentinin çağırışına cavab olaraq qurulan Almatı və Bişkek Mərkəzli Golden Bridge News Xəbər Agentliyinin baş redaktoru; 2003-cü ildən başlayaraq Manas TV Radiosunda Dostluq Körpüsü 1 saatlıq proqramın aparıcısı və redaktoru; 2018-ci ildən başlayarak Türkiyənin Tek Rumeli TV və Bengü Türk TV Orta Asiya və Qafqazlar şöbəsinin təmsilçisi; 2018-ci il iyun ayından başlayaraq Qırğız Dövlət TV PƏRAMİDA həftəlik Dostluq Körpüsü verilişinin aparıcı-müəllifi Qırğız Parlamenti və Xarici İşlər Nazirliyi Mətbuat Mərkəzinin üzvü,Türkiyə Xəbər Agentliyinin Orta Asiya təmsilçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Qazaxıstan Xalqları Assambleyası yanında "Baş redaktorlar klubunun" üzvü; Ramiz Məşədiyev "Xocalı soyqırımı"(qırğızca), "Sürgün", "İçimdə ağlayan Krım", "Pridçenko-100" kitablarının, "Həyatın içindən-Ahıska sürgün"”, "İnsan və Əmək"”, "Keçmişi olmayanın gələcəyi yoxdur" və onlarla qısametrajlı filmlərin rejissoru və müəllifidir. 2021-ci ilin payızından Qırğız Dövlət TV Piramida kanalının mərkəzi Bakı şəhəri olmaqla Azərbaycan, Gürcüstan və Türkiyə üzrə nümayəndəliyinin həmsədri. == Ailəsi == Ramiz Məşədiyev ailəlidir. 3 oğlu, 2 qızı və 7 nəvəsi var.
Ramiz Nağıyev
Ramiz Tağı oğlu Nağıyev (20 may 1951, Düdəngə, Noraşen rayonu)— Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasının rəisi (2005–2011), polis general-mayoru. == Həyatı == Ramiz Tağı oğlu Nağıyev 20 may 1951-ci ildə Azərbaycan SSR Naxçıvan MSSR-in Şərur rayonunun Düdəngə kəndində anadan olmuşdur. 1957–1967-ci illərdə Şərur rayonundakı Cəlilkənd kənd orta məktəbində orta təhsil alıb, 1967–1969-cu illərdə Naxçıvan Pedaqoji Texnikumunda oxuyaraq müəllim ixtisasına yiyələnir. 1970-ci ilin noyabr ayından 1973-cü ilin noyabr ayına kimi Qara dəniz Hərbi Donanmasında həqiqi hərbi xidmətdə olub. 1974–1980-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alaraq hüquqşünas ixtisasına yiyələnib, 2009-cu ildə hüquq elmləri namizədi alimlik dərəcəsi alıb. == Əmək fəaliyyəti == 1967–1970-ci illərdə Cəlilkənd kənd orta məktəbində müəllim işləyib. 1973-cü ilin dekabr ayından 1975-ci ilin dekabr ayına kimi Şərur şəhərindəki orta məktəbdə müəllim işləyib. 1975-ci ildə daxili işlər orqanlarında xidmətə qəbul edilərək Şərur rayon Daxili İşlər Şöbəsində sahə müvəkkili, profilaktika üzrə baş inspektor, cinayət axtarış üzrə baş inspektor vəzifələrində işləmiş; 1981–1982-ci illərdə Naxçıvan MR Daxili İşlər Nazirliyində növbətçi hissə rəisinin müavini işləmiş; 1982–1986-cı illərdə Şərur rayon Daxili İşlər Şöbəsində müstəntiq; 1986–1992-ci illərdə Quba rayon Daxili İşlər Şöbəsində baş müstəntiq; 1992–1993-cü illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstintaq idarəsində müstəntiq və baş müstəntiq vəzifələrində işləmiş; 1993–1995-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsində inspektor, mühüm tapşırıqlar üzrə baş inspektor vəzifələrində çalışmışdır. 1995-ci ilin mart ayından 1999-cu ilin fevral ayına kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 7-ci İdarəsinin; 1999-cu ilin fevral ayından 2004-cü ilin avqust ayına kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin; 2004-cü ilin avqust ayından 2005-ci ilin sentyabr ayına kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin; 2005-ci ilin sentyabr ayından 2011-ci ilin may ayına kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasının rəisi vəzifələrində işləyib. Ramiz Nağıyev Livan, Qazaxıstan, Gürcüstan, Avstriya, Türkiyə, Macarıstan, italiya Respublikalarında, Rusiya Federasiyasında, Tailand, İordaniya Krallıqlarında, İsveçrədə və bir sıra digər ölkələrdə beynəlxalq müşavirələrdə nümayəndə heyətlərinin rəhbəri və üzvü kimi Azərbaycanı təmsil edib, həmin tədbirlərdə problemli məsələlərə dair çıxışlar edib.2011-ci ilin may ayından daxili işlər orqanlarında xidmətkeçmənin son yaş həddi ilə əlaqədar təqaüddədir.
Ramiz Novruz
Ramiz Novruz (Ramiz Qəvvam oğlu Novruzov; 25 may 1955, Səmədabad, Puşkin rayonu – 21 fevral 2023, Bakı) — Azərbaycanın teatr və kino aktyoru, Azərbaycanın Respublikasının Xalq Artisti (1998), Prezident təqaüdçüsü (2018-ci ildən), Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası. == Həyatı == Ramiz Novruzov (Ramiz Novruz) 25 may 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad kəndində doğulub. 1974-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursda təhsil alaraq oranı 1978-ci ildə bitirib. Təyinatla H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib. Burada Knyaz Zvezdiç ("Maskarad", M. Lermontov), Məsxərəçi ("Muradın kələkləri", T. Kazımov), General Şıxlinski ("Bütün Şərq bilsin", Nəriman Həsənzadə) rollarını ifa edib. O, 1981-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrının truppasına daxil olub. Elə ilk günlərdən kollektivdə hazırlanan tamaşalarda ona irihəcimli və mürəkkəb xarakterli rollar tapşırılıb. O, Akademik Milli Dram Teatrında aşağıdakı rollarda oynayıb: Nəvvab və İran şahzadəsi ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev), Mayor Edmund ("Şeyx Xiyabani", İlyas Əfəndiyev), Bahadur ("Mahnı dağlarda qaldı", İlyas Əfəndiyev), Məhəmməd Suvarlı ("Sevgililərin cəhənnəmdə vüsalı", İlyas Əfəndiyev), Cəmil ("Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev), Sisyanov və Kərbəlayi Xan ("Hökmdar və qızı", İlyas Əfəndiyev), Seyton ("Maqbet" Uilyam Şekspir), Edmund ("Kral Lir", Uilyam Şekspir), Kreon ("Medeya", J. Anuy), İbn Yəmin ("İblis", Hüseyn Cavid), Səlim bəy ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Loğman ("Fəryad", Bəxtiyar Vahabzadə), Laçın ("Hara gedir bu dünya?", Bəxtiyar Vahabzadə), Toğrul ("Cəzasız günah", Bəxtiyar Vahabzadə), Fərhad ("Sənsiz", Şıxəli Qurbanov), Baş redaktor ("Mənim sevimli dəlim", Elçin), Andranik və Nostradamus ("Hələ "sevirəm"deməmişdilər…", Ramiz Novruz), Ələs bəy ("Dirilən adam", Mir Cəlal), Qaçaq Süleyman ("Ölüləri qəbristanlıqda basdırın", İsmayıl Şıxlı), Murad ("Xəcalət", Hüseynbala Mirələmov), Cəbrayıl ("Teleskop", Elçin), Attillio ("Silindr", Eduardo de Filippo), Anton Antonoviç Skvoznik-Dmuxanovski ("Müfəttiş", Nikolay Qoqol).R. Novruzun yaradıcılığının bir qolunu da kino fəaliyyəti təşkil edir. O, "Nizami" filmində Dərbənd elçisi, "Sizi dünyalar qədər sevirdim" filmində general Həzi Aslanov və s.
Ramiz Novruzov

Ramiz Nəsirov
Ramiz Kamal oğlu Nəsirov (d.1953, 7 dekabr), Xocalıda yaradılmış yerli özünümüdafiə batalyonunun döyüşçüsü. == Həyatı == Ramiz Nəsirov 7 dekabr, 1953-cü ildə Xankəndidə anadan olmuşdur. Orta təhsilini 1960-1971-ci illərdə Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə alıb. 1971-ci ildə Sankt-Peterburq şəhərinə hərbi xidmətə yollanmışdır. Hərbi xidmətini bitirdikdən sonra elə burada qalmışdır. 1975-ci ildə, Butko Tatyana Dmitriyevna adlı qadınla ailə qurmuşdur.Qarabağda erməni terroru başladıqdan sonra, 1988-ci ildə Azərbaycana gəlmiş, Xankəndidən qovularaq Xocalıda yerləşən qohumlarının yanına yerləşmişdir. Bir müddət sonra isə rus mənşəli həyat yoldaşı da buraya gəlmişdir. == Döyüş yolu == 1988-ci ildə Rusiyadan Azərbaycana qayıtdıqdan sonra Qarabağda yerli özünümüdafiə batalyonlarının yaradılmasında iştirak etmişdir. Xocalı soyqırımına qədərki müddətdə Xocalını müdafiə edən əsas şəxslərdən biri hesab edilir. Xeyli sayda insanı mühasirədən çıxartmışdır.
Ramiz Poluxov
Ramiz Şamil oğlu Poluxov (1 may 1967, Sadaxlı, Marneuli rayonu) — Azərbaycanlı uşaq cərrahı, tibb elmləri doktoru(2018), professor(2019), Rusiya Uşaq cərrahları assosiasiyasının üzvü(2003), Azərbaycan Uşaq cərrahları assosiasiyasının sədr müavini (2008), Rusiya Cərrahlar Cəmiyyətinin və Rusiya Endoskopik Cərrahlar cəmiyyətinin üzvü(2009), Rusiya Pediatrlar İttifaqının üzvü(2010). == Həyatı == Poluxov Ramiz Şamil oğlu, 1 may 1967-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunun Sadaxlı kəndində anadan olmuşdur. 1974-1984-cü illərdə Sadaxlı kənd 2 saylı orta məktəbində təhsil almışdır.1984-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) Pediatriya fakültəsinə daxil olmuş və 1992-ci ildə N.Nərimanov adına təqaüdlə bitirmişdir. 1992-1994-cü illərdə ATU-nun Uşaq cərrahlığı kafedrasında klinik ordinatura keçmiş, 1994-1998-ci illərdə Uşaq cərrahlığı kafedrasında baş laborant, 1998-2007-ci illərdə assistent, 2007-2017-ci illərdə dosent vəzifələrində çalışmışdır. 2019-cu ildən isə professor vəzifəsində çalışır. Eyni zamanda 2000-2013-cü illərdə Uşaq cərrahlığı kafedranın tədris hissə müdiri, 2013-2017-ci illərdə ATU-nun Tədris Cərrahiyyə klinikasının Uşaq cərrahiyyəsi şöbəsinin müdiri olmuş, 2017-ci ildən indiyədək ATU-nun Uşaq cərrahlığı kafedrasının müdiri vəzifəsində çalışır. 2018-ci ilin iyun ayından ATU-nun Tədris Cərrahiyyə klinikasının baş həkimidir. 2003 və 2009-cu illərdə Uşaqlarda laparoskopik cərrahiyyə, 2011-ci ildə Uşaq koloproktologiyası və endoskopik cərrahiyyə, 2012-ci ildə Uşaqlarda Torakoskopik və Robort cərrahiyyəsi, 2015-ci ildə Uşaq urologiyası və andrologiyası, 2019-cu ildə Səhiyyənin Təşkili və İdarəetmə üzrə ixtisaslaşma kursları keçmişdir. 2003-cü ildən Rusiya Uşaq cərrahları assosiasiyasının, 2009-cu ildən Rusiya Cərrahlar Cəmiyyətinin və Rusiya Endoskopik Cərrahlar cəmiyyətinin, 2010-cu ildən Rusiya Pediatrlar İttifaqının üzvü, 2008-ci ildən Azərbaycan Uşaq cərrahları assosiasiyasının sədr müavinidir. == Elmi fəaliyyəti == 1999-cu ildə professor Ç.B.Quliyevin rəhbərliyi altında «Uşaqlarda qara ciyər exinokokkozunun cərrahi müalicəsinin yaxşılaşdırma yolları» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsini almışdır.
Ramiz Qasımov
Ramiz Qasımov (pilot) — Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Ramiz Qasımov (mühəndis) — elm xadimi, professor.
Ramiz Quliyev
Ramiz Əyyub oğlu Quliyev (30 aprel 1947, Ağdam) — Azərbaycan musiqiçisi, görkəmli tarzən, Azərbaycan SSR xalq artisti (1988), Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı (2014). == Həyatı == 1947-ci il aprelin 30-da Ağdamda qulluqçu ailəsində anadan olub. 1954-cü ildə Ağdam şəhər 7 illik musiqi məktəbinə, 1960-cı ildə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbinə daxil olub. 1964–1969-cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alıb. == Fəaliyyəti == Ağdam musiqi məktəbi illərində "Şur" xalq çalğı alətləri ansamblının tərkibində bir çox müsabiqə və festivallarda iştirak etmişdir.1957-ci ildə Respublika musiqi kollektivləri arasında Bakıda keçirilən Festivalda (Azərbaycan Dram teatrında keçirilmişdir; münsiflər heyətinin sədrləri – Əfrasiyab Bədəlbəyli və Səid Rüstəmov) I yer qazanmışdır, 1961-ci ildə isə Moskvada keçirilən "Xalq təsərrüfatı nailiyyətləri sərgisində" iştirak edib, medal və fəxri fərmanlarla təltif olunmuşdur. Bu illər ərzində Ağdam rayon pionerlər evində tar ixtisası üzrə dərnək rəhbəri və Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam dram teatrında musiqi hissə müdiri olub. 1963–1964-cü illərdə Ağdam 1 saylı orta-ixtisas müsiqi məktəbində, 1965–1974-cü illərdə isə Bakı şəhəri 1 və 20 saylı musiqi məkləblərində təhsil almışdır. 1974-cü il onun həyatında əlamətdar olmuşdur. Belə ki, həmin ilin iyun ayında musiqiçilərin Zaqafqaziya festivalında o, birinci mükafatа, oktyabr ayında iсə Moskvada keçirilən estrada artistlərinin V Ümumittifaq müsabiqəsində laureat adına layiq görülmüşdür. 1974–1992-ci illər ərzində Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq çalğı alətləri kafedrasında tar ixtisası üzrə müəllim, baş müəllim, dosent, professor kimi pedaqoji fəaliyyət göstərib.
Ramiz Qurbanov
Ramiz Qurbanov (Qurbanov Ramiz Seyfulla oğlu; 30 oktyabr 1935, Salyan, Salyan rayonu) — texnika elmləri doktoru, professor, AMEA müxbir üzvü (30.06.1989). == Həyatı == Ramiz Qurbanov 1935-ci ildə Azərbaycan Respublikasının Salyan şəhərində anadan olmuşdur. 1956-cı ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən kafültəsini fərqlənmə ilə bitirmişdir. "26 Bakı komissarı adına" NQÇİ-də operator kimi əmək fəaliyyətinə başlayaraq, usta köməkçisi, neft və qaz hasilatı üzrə usta, böyük mühəndis vəzifələrində işləmişdir. 1961-ci ildən bu günə qədər AzNKİ-nun "Nəzəri mexanika" kafedrasında assistent, böyük müəllim, dosent, professor, kafedra müdiri işləmişdir. 1963-cü ildə "Neft işində maye və qaz axmasının təyin edilmə məsələləri" mövzusunda namizədlik, 1968-ci ildə isə "Qeyri-nyuton neftlərinin hasilatının hidrodinamik xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1968–1989-cu illərdə AzNKİ-da "Nəzəri mexanika" kafedrasının müdiri, institutun elmi işlər üzrə prorektoru işləmişdir. 1989–1990-cı illərdə AzPİ-nun rektoru olmuşdur. 1989-cu ildə Qurbanov R. S. Azərbaycan EA müxbir üzvü seçilmişdir. == Elmi fəaliyyəti == Qurbanov R. S. bərk cismin mexanikası və neft hasilatı texnologiyası sahəsində tanınmış alimdir.
Ramiz Qusarçaylı
Ramiz Qusarçaylı (Həmzəyev Ramiz Mürsəl oğlu; 25 dekabr 1958, Çartəpə, Quba rayonu) — Azərbaycan şairi və publisisti. Azərbaycan Yazıçılar Birliyinin üzvü (1996), Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri (2002–2015; 2022–indi). "Azərmətbuatyayımı" ASC-nin 5 saylı Regional "Mətbuatyayımı" İdarəsinin rəisi. == Həyatı == Ramiz Qusarçaylı 1958-ci ilin dekabr ayının 25-də Quba rayonunun Çartəpə kəndində anadan olmuşdur. 8 illik təhsilini Çartəpə kəndində, orta təhsilini isə Bakıdakı fizika-riyaziyyat təmayüllü məktəbdə (1974–1976) almışdır. 1977–1979-su illərdə ordu sıralarında xidmət etmişdir. Xidmət zamanı Piyada Döyüş Maşınında (BMP) atıcı-operator olmuş, təlimlərdə göstərdiyi şücaətlər barədə Moskvanın "Krasnaya Zvezda", Zaqafqaziya Hərbi Dairəsinin "Leninskaya Znamya" qəzetlərində oçerk və məqalələr dərc edilmişdir. Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Bakı Politexnik Universiteti) mexanika, Moskva Dövlət Sosial Universitetinin hüquqşünaslıq fakultələrində təhsil almış, Bakı Baş Tikinti İdarəsində, "Elm və Həyat" jurnalı redaksiyasında, "Zaman" Beynəlxalq qəzetində,Tula və Donetsk vilayətlərində, Quba rayon icra hakimiyyətində müxtəlif vəzifələrdə çalışmışdır. Hazırda Azərbaycan Respublikası "Azərmətbuatyayımı" ASC-nin 5 saylı Regional "Mətbuatyayımı" İdarəsinin rəisidir. == Yaradıcılığı == Ramiz Qusarçaylı yaradıcılığa erkən uşaqlıq illərindən başlamış, "Bağban" adlı ilk mətbu şeiri 1975-ci ildə "Azərbaycan gəncləri" qəzetində dərc edilmişdir.
Ramiz Qəmbərov
Qəmbərov Ramiz Bulud oğlu — Azərbaycanın Milli Qəhrəmanı; Şuşa özünümüdafiə batalyonunun komandiri, Qarabağ müharibəsi döyüşçüsü. == Həyatı == Ramiz Qəmbərov 2 iyul 1962-ci ildə Şuşa şəhərində anadan olmuşdur. 1979-cu ildə H.Hacıyev adına Şuşa şəhər orta məktəbini bitirmişdir. 1980-ci ildə hərbi xidmətə çağırılmış, 1982-ci ildə ordudan tərxis olunaraq Şuşaya qayıtmışdır. 1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstituna daxil olmuşdur. Amma təhsilini başa çatdıra bilməmişdir. Erməni təcavüzkarlarının başlatdığı Qarabağ müharibəsi minlərlə qeyrətli Azərbaycan oğulları kimi Ramizi də torpaqlarımızın müdafiəsinə qalxmağa məcbur etmişdir. Ramiz 1988-ci ildən xalq hərəkatına qoşulmuşdur. O, 1992-ci ildə könüllü özünümüdafiə batalyonu yaratmış və bu batalyonun başçısı olmuşdur. Onun taboru Şuşa şəhərinin, Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Malıbəyli, Quşçular, Göytala kəndlərinin müdafiəsində mərdliklə vuruşmuşdur.
Ramiz Qənbərov

Ramiz Rizayev
Ramiz Həsən Qulu oğlu Rizayev (2 noyabr 1939, Naxçıvan) — Azərbaycan alimi, kimya elmleri doktoru, AMEA-nın həqiqi üzvü. == Həyatı == Ramiz Rizayev 1939-cu il noyabrın 2-də Naxçıvan şəhərində anadan olub. O, Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib. R.Rizayev “Neft və neft-kimya sintezi” ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edib. 1983-cü ildə AMEA-nın müxbir üzvü seçilib. 2001-ci ildən AMEA-nın həqiqi üzvüdür. Azərbaycan Dövlət Universitetində fiziki-kimya fənni ilə dərs demişdir. AMEA-nın Kimya Problemləri İnstitunun baş mütəxəssisdir. 1993-cü il 3 iyul tarixindən Ramiz Rizayev Rusiya Federasiyası fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir, Azərbaycan Prezidentinin Fərmanı ilə Moskvada, 1994-cü 15 avqust tarixindən səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin edilib. 2005-ci ildə vəzifəsindən geri cağırılıb.
Ramiz Rzayev
Ramiz Yaqub oğlu Rzayev (25 fevral 1953, Xaçmaz) — Azərbaycan Respublikası Ali Məhkəməsinin sabiq sədri, Azərbaycanın əməkdar hüquqşünası. == Həyatı == Ramiz Rzayev 1953-cü il fevralın 25-də Xudat şəhərində anadan olmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1977–1979-cu illərdə həqiqi hərbi xidmət keçmişdir. 1979-cu ildən Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda müstəntiq, 1981-ci ildən Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsində baş müstəntiq, 1983-cü ildən Azərbaycan Respublikası Baş Prokurorunun yanında xüsusi mühüm işlər üzrə müstəntiq, 1991-ci ildən Azərbaycan Respublikası Baş Prokurorunun yanında Xüsusi Mühüm İşlər üzrə İstintaq Şöbəsinin böyük prokuroru, 1992–1993-cü illərdə Dəvəçi (indiki Şabran) rayon prokuroru, 1993–1995-ci illərdə Beyləqan rayon prokuroru, 1995–2000-ci illərdə Azərbaycan Respublikasının Hərbi Prokuroru vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 25 may 1998-ci il tarixli fərmanı ilə general-mayor ali hərbi rütbəsi, 17 iyun 2000-ci il tarixli fərmanı ilə III dərəcəli, 17 yanvar 2002-ci il tarixli fərmanı ilə isə II dərəcəli dövlət ədliyyə müşaviri rütbəsi verilmişdir. 2000–2005-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini olmuşdur. 2005-ci ilin aprelin 19-dan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri olmuşdur. 2005-ci ildən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvüdür. 6 mart 2023-cü il tarixində Ramiz Rzayevin Azərbaycan Respublikası Ali Məhkəməsi hakimliyi səlahiyyət müddəti bitmişdir.Ailəlidir, 3 övladı var.
Ramiz
Ramiz — kişilərə verilən şəxsi ad. Ramiz Rövşən — Azərbaycan şairi. Ramiz MirzəyevRamiz Mirzəyev — AFFA-nın keçmiş prezidenti. Ramiz Mirzəyev (Ramiz Həsənoğlu) — Azərbaycan Respublikasının Əməkdar İncəsənət XadimiRamiz Məlik Ramiz Alıquliyev — texnika elmləri doktoru, professor. Ramiz Bağırov (I) — istedadlı musiqiçi, vokal sənətini respublikada geniş təbliğ edən müəllim. Ramiz QasımovRamiz Qasımov (pilot) — Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Ramiz Qasımov (mühəndis) — elm xadimi, professor.Ramiz Tahirov (general) — general. Ramiz Əbdülrəhimov — memarlıq doktoru, professor.
Ramiz Rövşən
Rövşən Ramiz Məmmədəli oğlu (15 dekabr 1946, Əmircan) — şair, yazıçı, esseist, kinossenarist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981). Azərbaycan Respublikasının Xalq şairi (2019). == Həyatı == Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964–1969), Moskva Ali Ssenari Kurslarını bitirib (1976–1978). Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974–1975), ssenari redaksiya heyətinin üzvü (1979–1987), kinostudiyanın baş redaktoru (1987–1992), Azərbaycan Tərcümə Mərkəzinin baş redaktoru (1992–2020) işləyib. Bir neçə şeir kitabının müəllifidir. Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-də, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub.
Ramiz Rəhmanov
Ramiz Ələskər oğlu Rəhmanov (15 dekabr 1906, Şamaxı – 15 mart 1983, Bakı) — Azərbaycan SSR neft sənayesinin və Kommunist partiyasının görkəmli xadimi. == Həyatı və xidməti fəaliyyəti == 1906-cı il dekabrın 15-də Şamaxı şəhərində fəhlə ailəsində anadan olub. Ailəsi 1918-ci ildə məlun mart hadisələrindən sonra Bakıya köçüb. Burada 13 yaşında mətbəədə mürəttib kimi işləməklə yanaşı Realni məktəbdə oxuyur. Sonra N.Nərimanov adına Neft Texnikumunu bitirir. 1927-ci ildə 22 yaşında Qazolin zavoduna direktor təyin olunur. 1928-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) neft-mədən fakültəsinə daxil olur, 1932-ci ildə oranı bitirir. 1932–1936-cı illərdə "Molotovneft" trestində (indiki Ə.Əmirov adına Neft-Qaz Cıxarma İdarəsi) müxtəlif sahələrdə mühəndis vəzifəsində çalışıb. 1937-ci ildə Bakının qazlaşdırılması ilə əlaqədar olaraq, "Bakqaz" trestinə keçirilərək, 1941-ci ilə kimi orada texniki nəzarət şöbəsinin mühəndisi, texniki şöbənin baş mühəndisi, tikinti kontorunun rəisi, trestin baş mühəndisi və direktoru vəzifələrində işləyir. 1941-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarı ilə ikitərəfli müqaviləyə əsasən İran ərazisinə daxil olan Sovet ordusunun tərkibində görkəmli partiya və dövlət xadimi Əziz Əliyevin başçılıq etdiyi qrupda qulluq edir.
Ramiz Sadıqov
Ramiz Cəmil oğlu Sadıqov — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR tikinti materialları sənayesi naziri (1981–1988). == Həyatı == Ramiz Cəmil oğlu Sadıqov 1932-ci ildə sənətkar ailəsində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunu bitirmişdir.1952-ci ildən tikinti layihələrində iş icraçısı, Ehtiyat Əmək Qüvvələri İdarəsinin istehsalat təlimi ustası, metodisti, böyük müfəttişi, texniki peşə məktəbinin direktoru olmuşdur. 1965-ci ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təlimatçısı, Bakı asbest-şifer və keramika məmulatları kombinatının direktoru, Azərbaycan SSR tikinti materialları sənayesi nazirinin birinci müavini, 1974-cü ildən isə Azərbaycan KP MK tikinti və şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifələrində işləmişdir. 1981-ci ildən Azərbaycan SSR tikinti materialları sənayesi naziri olmuşdur.Ramiz Sadıqov Azərbaycan KP MK üzvlüyünə namizəd olmuş və Azərbaycan SSR Ali Sovetinin deputatı (9–11-ci çağırış) seçilmişdir.
Ramiz Sultanov
Ramiz Abbas oğlu Sultanov — azərbaycanlı alim, kimya üzrə elmlər doktoru, professor. == Həyatı == Ramiz Abbas oğlu Sultanov 1934-cü il mayın 9-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1953-cü ildə Bakı şəhəri 171 saylı orta məktəbi gümüş medalla bitirmişdir. Həmin ildə D.İ.Mendeleyev adına Moskva Kimya Texnologiya İnstitutunun kimya-texnologiyası fakültəsinə qəbul olunmuş və 1959-cu ildə oranı bitirmişdir. == Elmi fəaliyyəti == 1959-cu ildən Azərbaycan Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi vəzifəsində işləmişdir. 1960-1962-ci illərdə Moskvada SSRİ EA N.Zelinski adına Ümumi Kimya İnstitutunun aspiranturasında oxumuşdur. 1962-1966-cı illərdə Azərbaycan EA Y.Məmmədəliyev adına NKPİ-də böyük mühəndis, kiçik və böyük elmi işçi vəzfələrində işləmidir. 1966-cı ildə Azərbaycan EA NKPİ-nin Sumqayıt Filialına böyük elmi işçi vəzifəsinə keçirilmişdir. 1967-1979-cu illərdə NKPİ-nin Sumqayıt Filialında, sonralar onun əsasında yaradılmış Azərbaycan EA Xlor-üzvi Sintez İnstitutunda “Silisium-üzvi birləşmələr” laboratoriyasına rəhbərlik etmişdir. 1979-cu ildən indiki Azərbaycan Sənaye İnstitutunda (Sumqayıt) əvvəlcə (1979-1986-cı illərdə) “Əsas üzvi sintezin texnologiyası” kafedrasında, 1986-cı ildən ömrünün sonuna kimi “Ümumi kimya” kafedrasında müdir vəzifəsində işləmişdir.
Ramiz Sərkərov
Ramiz Beqay oğlu Sərkərov (3 iyul 1959, Qax – 7 aprel 2007) — aktyor, prodüsser. == Həyatı == Ramiz Sərkərov 3 iyul 1959-cu ildə Qax rayonunda dünyaya gəlib. 1987-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1980-ci ildən ömrünün sonuna qədər Gənc Tamaşaçılar Teatrında işləyib. Əvvəlcə texniki vəzifələrdə çalışıb, sonralar aktyor kimi fəaliyyət göstərib. R.Sərkərov həm də bir sıra filmlərdə canlandırdığı maraqlı rolları ilə tamaşaçıların yaddaşında qalıb. 7 aprel 2007-ci ildə vəfat edib. == Xatirəsi == 2017-ci ilin aprelində aktyorun vəfatının 10-cu ildönümü münasibətilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında xatirə gecəsi keçirilib. == Əsas rolları == Açıl, bənövşəm açıl (İ.Coşğun) — İsa Ərizə (Ə.Əmirli) — Kamil Cəza (Ə.Əmirli) — aktyor Mağara (A.Həsənzadə) — Eldəniz Sarıköynək günəşi necə gətirdi? (N.Qocaoğlu) — Sarıköynək Mahmud və Məryəm (Elçin) — Süleyman paşa Ölüm hökmü (Elçin) — A.M.Şərifzadə Ağ div və qara div (Ə.Səmədli) — qara div Yaddaş ağrısı (H.Mirələmov) — Vahan Molla Nəsrəddin və Əmir Teymurun filləri (Əjdər Ol) — şair Əmiri Ezop (G.Fiqeyredo) — Ksanf Mustafa (O.Asena) — Hüseyn dayı Hacı Qara (M.F.Axundzadə) — Sərkis Danışan gəlincik (A.Şaiq) — padşah == Filmoqrafiya == Apardı sellər Saranı (film, 1996) At ilinin birinci ayı (film, 1993) Bir anın həqiqəti (film, 2003) Cavid ömrü (film, 2007) Ərazi (film, 2005) Gəlinlər (film, 2002) Halal pullar (film, 2008) Hərənin öz payı+tayı (film, 2006) Kəndim+nizə qayıdın!?
Ramiz Təkani
Ramiz Təkani — şair, 1971-ci il, Sumqayıt, Azərbaycan SSR, SSRİ == Həyatı == Ramiz Təkani (Sultanov) Mirzəxan oğlu 1971-ci ilin yanvar ayının 1-də Sumqayıt şəhərində anadan olub. Əslən Yardımlı rayonu Bürzünbül kəndinin Sultanlı nəslindəndir. 1978-ci ildə Sumqayıt şəhəri Məhəmməd Füzuli adına 15 saylı orta məktəbə daxil olub, 1986-cı ildə Sumqayıt şəhər Inşaatçılar qəsəbəsinin 7 saylı texniki peşə məktəbinin şagirdi olmuşdur. Orta ixtisas təhsillidir. Şeir-sənət aləminə 10 yaşda qədəm qoymuşdur. 13 yaşından hərbi xidmətə qədər Sumqayıt şəhər Nəriman Nərimanov adına mədəniyyət evinin "İlkin" adına poeziya dərnəyində mərhum ustadı istedadlı satirik şair, mahir qəzəlxan Qulam Feyzullayevin rəhbərliyi altında fəaliyyət göstərmişdir. 1992-ci ildə Sumqayıt şəhər "Uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzi"ndə "Vahid" adına meyxana, poeziya dərnəyinin yaradıcısı və məhsuldar rəhbəri olmuşdur. Dövrü-mətbuatda mütəmadi olaraq çıxış etmiş, şeir müsabiqələrinin dəfələrlə qalibi olmuşdur. "Bu dünyanın dərddən başqa nəyi var ki…." adlı şeirlər kitabının müəllifidir. Hal hazırda Bakı şəhəri Suraxanı rayonu Yeni Bahar qəsəbəsində yaşayır.
Ramiz Vəliyev
Ramiz Vəliyev – Azərbaycan Respublikasının Əməkdar artisti. == Həyatı == Ramiz Vəliyev 1959-cu ildə Gəncədə anadan olmuşdur. 1974-cü ildən Gəncə Dövlət Dram teatrında yaradıcı aktyor heyətində, aktyor kimi işə başlayıb, 1981–1985 ci illərdə M.A.Əliyev adına İncəsənət universitetinin Dram və kino aktyoru şöbəsini, Şəfiqə Məmmədovanın tam kursunu fərqlənmə diplomu ilə bitirmişdir. 1990-cı ildən C.Cabbarlı adına Gəncə Dövlət dram teatrında işləməyi ilə bərabər Gəncə Dövlət Nizami Poeziya teatrında da aktyor fəaliyyətinə başlamışdır. İşlədiyi müddətdə aşağıdakı rolları oynamışdır: "Bəhram şah"da Bəhram şah, "Şairin məhəbbəti"ndə Məhəmməd, "Gül və Zəhərdə" II loğman, "Qızıl zəncirlər"də Usta, "Məhəbbətin qənimi"ndə Aqil, "Memarın məhəbbəti" – Əcəmi, "Yeddi məhbusun şikayəti" – Çoban, "Dərd yükü" – aparıcı və s. Hazırda Volterin "Sadiq və ya Tale" povestinin motivləri əsasında Fərman Rzayevin səhnələşdirdiyi "Əlmanə" tamaşasında Səddaq obrazı üzərində işləyir. Respublikanın əməkdar artisti fəxri adına layiq görülmüşdür, "Qızıl Dərviş" mükafatı laureatıdır. 25 iyun 2013-cü ildə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Ailəlidir. İki övladı var.
Ramiz Yediyarov
Ramiz Qəni oğlu Yediyarov (31 may 1966, Vedi rayonu, Ermənistan SSR) — Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı (2012–2018). == Həyatı == Ramiz Yediyarov 1966-cı il mayın 31-də Ermənistan SSR-nin Vedi rayonunda anadan olub. 1983-cü ildə Şəki şəhər orta məktəbini bitirib. 1984-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə-kredit fakültəsinə daxil olub, təhsilini davam etdirmək üçün Ukrayna SSR Poltava Kooperativ İnstitutuna göndərilmişdir. 1984–1986-cı illərdə Kuybuşev şəhərində hərbi xidmətdə olub. 1990-cı ildə Poltava Kooperativ İnstitutunu bitirərək iqtisadçı ixtisasına yiyələnmişdir. Ailəlidir, 3 övladı vardır. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1990-cı ildə Şəki şəhəri 77 nömrəli Təsərrüfatlararası Mexanikləşdirilmiş Səyyar Dəstə üzrə iqtisadçı kimi başlamış, 1995–1997-ci illərdə Şəki rayonu C.Cabbarlı adına kolxozda mühasib işləmişdir. Ramiz Yediyarov 1997-ci ildən vergi orqanlarında bir sıra vəzifələrdə çalışmış, habelə 2008–2012-ci illərdə Bakı şəhəri Vergilər Departamentinin 2 saylı filialının rəisi, Bakı şəhəri Vergilər Departamentinin rəis müavini və 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi kimi fəaliyyət göstərmişdir. 2012–2018-ci illərdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmişdir.
Ramiz Yusifov
Yusifov Ramiz Yusif oğlu — Azərbaycan geoloq alimi, geologiya elmlər üzrə fəlsəfə doktoru, professor, təcrübi-metodiki geofiziki ekspedisiyanın baş geoloqu (1980-1997), Boks üzrə SSRİ mükafatçısı, 5 dəfə Azərbaycan çempionu, 1958 -ci ildən SSRİ idman ustası, 1996-cı ildən boks üzrə Beynəlxalq dərəcəli hakim, Dəfələrlə Avropa və Dünya çempionatlarında müvəffəqiyyətlə iştirak edib. Azərbaycan Respublikası Boks Federasiyasının vitse-prezidenti (1995-2009), həmin federasiyanın icraçı komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin üzvü, Veteranlar Şurasının sədri və Prezident təqaüdçüsüdür. "Azpetrol LTD"nin birinci müavini və təhlükəsizlik xidmətinin rəisi olmuş, hazırda isə ictimaiyyətlə əlaqə departamentinin müdiridir. Yusif Yusifov (dövlət xadimi)nin oğludur. Qazax rayonunun Xanlıqlar kəndindəndir. == Həyatı == Yusifov Ramiz Yusif oğlu - 1936-cı ildə Ağdam rayonunda mayın 15-də anadan olub. O, ilk İbtiadi təhsilini Ağdam rayonunda 1 N-li məktəbdə sonra , Naxçıvan şəhər 1 saylı orta məktəbin 7-ci sinfini, 1954-cü ildə isə Bakı şəhər 199 saylı orta məktəbini bitirib. Evlidir. İki övladı, 4 nəvə, 2 nəticəsi var. == Elmi fəaliyyatı == 1954-cü ildə BDU-nun Geoloji-Coğrafiya fakültəsinə qəbul olunub.
Ramiz Məmmədov (okeanoloq-hidroloq)
Ramiz Mahmud oğlu Məmmədov (4 fevral 1950, Qaracalar, Qardabani rayonu – 7 iyun 2021, Bakı) — Azərbaycan alimi, ictimai-siyasi xadim, okeanoloq-hidroloq, texnika elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü (2014), Doktorluq Dissertasiyası Şurasının sədri (2002), Xəzər dənizi Tədqiqatları üzrə Əlaqələndirmə Şurasının sədri (2005), Coğrafiya Elminin Fundamental Problemləri üzrə Beynəlxalq Elmi Şuranın (Moskva ş.) (2002), Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı nəzdində yaradılmış Təmiz su beynəlxalq mərkəzin direktorlar şurasının üzvü (2001), Avropa İttifaqının Cənubi Qafqaz ölkələri üzün təsis etdiyi Beynəlxalq Ekoloji Mərkəzin (Tbilisi) Konsultativ Şurasının prezidenti Körpü Azərbaycan-Gürcüstan dostluq və mədəni əlaqələr cəmiyyətinin sədri, Respublika Dövlət Mükafatı Laureatı (2016) ,Azərbaycan Coğrafiya Cəmiyyətinin sədri, Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının sədri, AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru. == Həyatı == Ramiz Məmmədov 4 fevral 1950-ci ildə Gürcüstan SSR Qardabani rayonunun Qaracalar kəndində anadan olmuşdur. 1967-ci ildə həmin kəndin orta məktəbini bitirmiş və Azərbaycan Dövlət Universitetinin fizika fakultısinə qəbul olunmuş və 1972-ci ildə ali təhsilini başa vurmuşdur. 1973-cü ildə AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Xəzər Dənizi Problemləri Mərkəzində başlamışdır. Coğrafiya İnstitutunun Elmi şurasının qərarı ilə 1975–1976-cı illərdə Moskva Okeanologiya İnstitutunda stajyor olmuş, 1977-ci ildə isə həmin institutun əyani aspiranturasına qəbul olunmuşdur. 1980-ci ilin yanvar ayında o Dayaz dənizlərdə və şirinsulu sututarlarında turbulent mübadilə mövzusunda Moskva Okeanologiya İnstitutunun Dissertasiya Şurasında Okeanologiya ixtisası üzrə namizədlik ddissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi adını almışdır. 1980–1985-ci illərdə Azərbaycan Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyində Xəzər elmi tədqiqat stansiyasının müdiri vəzifəsində çalışmış, 1985-ci ildə AMEA-nın Rəyasət Heyətinin qərarı ilə əvvəl Geologiya, 1989-cu ildə isə yenidən Coğrafiya İnstitutuna işə qaytarılmışdır. 1991-ci ildən AMEA akad.H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzinin müdiri, 1995–2013-cü illər ərzində isə həmin institutun elmi işlər üzrə direktor müavini vəzifəsində işləmiş, 2013-cü ildən isə AMEA H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru vəzifəsində çalışır. 1996-cı ildə Xəzər dənizinin hidrofiziki sahələrinin dəyişkənliyi və onların çirkləndiricilərin yaılmasına təsiri mövzusunda doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru elmi adını almış, 2001-ci ildə coğrafiya ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmişdir. 2009-cu ildə Azərbaycan Ali Attestasiya Komissiyasının qərarı ilə ona hidrologiya ixtisası üzrə professor elmi rütbəsi verilmişdir.
Ramiz Məmmədzadə (şair)
Ramiz Məmmədzadə (azərb. Ramiz Yaqub oğlu Məmmədzadə‎; d.1 yanvar 1937, Azərbaycan, Ağdam) — şair, 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı, "Yaddaş" milli mükafatı laureatı. == Həyatı == 1937-ci il yanvarın 1-də Azərbaycanın Ağdam rayonunda anadan olub. 1955-58-ci illərdə 1 saylı orta məktəbi, habelə Bakı dəmiryol məktəbini bitirmişdir. 1962-63-cü illərdə APİ-nin pedaqoji fakültəsində təhsilini davam etdirmiş, şair sonralar Abşeron rayonunun Saray kənd orta məktəbində müəllim işləmişdir. 1963-67-ci illərdə Azərbaycan LKGİ Abşeron rayon komsomol komitəsində şöbə müdiri, katib, 1967-68-ci illərdə Azərbaycan KP Abşeron Rayon Komitəsində təbliğat və təşviqat şöbəsinin müdiri, 1970-1992-ci illərdə Azərbaycan KP MK Siyasi maarif evində məsləhətçi vəzifələrini icra edən Milli Yaradıcılıq Akademiyasının filologiya doktoru eyni zamanda 1993-2000-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetində böyük referent kimi çalışmışdır. 1968-70-ci illərdə Bakı Ali partiya məktəbində təhsil alan R.Məmmədzadə 1991-ci ildə Bakı şəhər Sovetinin deputatı seçilmişdir. Hazırda qaçqınların və məcburi köçkünlərin sosial problemləri ilə məşğul olan "Azəriserviz" təşkilatında mətbuat xidmətinin rəhbəridir. 1976-82-ci illərdə Yuqoslaviya, Çexoslovakiya, Türkiyə-Misir-Kipr-Yunanıstan, Kuba respublikası ölkələrinə səfərə çıxan sovet turist qrupuna rəhbərlik etmişdir. == Yaradıdıcılığı == Ədəbi fəaliyyətə 1960-cı ildə "Bakı" qəzetində dərc olunmuş "Milyon ananın övladı" adlı ilk şeiri ilə başlamışdır.
Ramiz Qasımov (alim)
Ramiz Əlicavad oğlu Qasımov (rus. Рами́з Алиджава́д оглы́ Гасу́мов) — Rusiya Federasiyasının əməkdar elm xadimi, "Qazprom" ASC-nin və "Şimali Qafqaz Elmi Tədqiqat və Layihə İnstitutu" (ŞimQafETLİ) ASC-nin baş direktoru, Texnika Elmlər Doktoru, Professor, Rusiya təbiyyat elmləri akademiyasının, Dağ Elmləri Akademiyasının, Rusiya Təbiətşünaslıq Akademiyasının və Beynəlxalq İnformatizasiya Akademiyasının akademiki, Ümumittifaq ixtiraçılar və səmərələşdiricilər cəmiyyətinin laureatı, "Qazprom" ASC-nin laureatı, N.K.Baybekov adına mükafatın laureatı, A.Nobel adına mükafatın laureatı, Qaz sənayesinin fəxri işçisi, RF-nin Sənaye və Energetika nazirliyinin Fəxri fərmanı ilə təltif edilib. Bütün dünyada istifadə olunan 540-dan çox elmi işin (məqalə, kitab, tezis və s.), 120-dən ixtira və 18 elmi əsərin müəllifi. == Həyatı == Ramiz Əlicavad oğlu Qasımov 1958-ci il avqustun 23-də Sabirabad rayonunun Qarasu kəndində çoxuşaqlı ailədə anadan olub. 1976-cı ildə orta məktəbi əla qiymətlərlə bitirmiş və M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna (Bakı) daxil olmuşdur. 1977-ci ildən 1979-cu ilədək olan dövrdə onu dəfələrlə Nijnivartovsk şəhərinə inşaat dəstələrinə göndəriblər. 1979-cu ildə SSRİ-nin ən yaxşı tələbələrinin tərkibində keçmiş Yuqoslaviyanın respublikalarına istehsalat praktikasına göndərilib. 1981-ci ildə fərqlənmə diplomu ilə Neft, qaz və mədən fakultəsinin "Neft və qaz quyularının qazılması" ixtisasını bitirib və dağ mühəndisi dərəcəsini alıb. == Əmək fəaliyyəti == İnstitutu bitirdiyi vaxtdan R.Ə.Qasımovun əmək fəaliyyəti qaz sənayesi ilə sıx bağlıdır. 1981-ci ildən 1991-ci ilədək o, "Türkmənqazprom" BİB-nin Cərcov axtarış qazma idarəsində texnoloq, rayon mühəndislik-texnoloji xidmətinin baş texnoloqu, mühəndis, baş mühəndis, texnoloji şöbənin müdiri, "Türkmənqazprom" BİB-nin, "Türkmənburqazprom" İB-nin baş texnoloqu.
Ramiz Qasımov (mühəndis)

Ramiz Qasımov (pilot)
Ramiz Vaqif oğlu Qasımov (17 fevral 1975, Jdanov – 22 oktyabr 2020, Bakı) — Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı, USTA dərəcəli pilot, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsinin birinci saatlarında "SPAYK" uzun mənzilli raketlərilə silanlanan "Mi-17" hücum vertolyotu ilə cəbhənin Tərtər-Madagiz-Talış istiqamətlərində Ermənistan Ordusunun strateji əhəmiyyətli hədəflərini məhv edən birinci pilotlardan idi. Hərbi hədəflərin məhv edilməsindən sonra Ramiz Qasımovun idarə etdiyi "Mi-17" hücum vertolyotu geri dönən zaman Tərtər rayonunun Azad Qaraqoyunlu istiqamətində olan zaman Ermənistan Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının (HHM) bölmələri tərəfindən vurulmuşdur. Ramiz Qasımov dərhal bortda olan digər 2 nəfər heyət üzvünə vertolyotdan "atılma" əmrini vermişdir. Özü isə "Mi-17" hücum vertolyotunun yaşayış evlərinə düşməməsi üçün boş sahəyə tərəf istiqamətləndirməyə başlamışdır. Nəticədə Ramiz Qasımov vertolyotla yaşayış məntəqəsindən uzağa, boş sahəyə istiqamətlənməyi bacarmışdır. Özü son anda paraşütlə vertolyotdan atılsa da, başından ağır zərbə almışdır. Koma vəziyyətində 25 gün qalandan sonra oktyabrın 22-də həlak olmuşdur. == Həyatı == Ramiz Qasımov 1975-ci il fevralın 17-də Beyləqan şəhərində anadan olub. === Təhsili === Ramiz Qasımov 1981-ci ildə Beyləqan şəhərində 4 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuşdur və 1992-ci ildə oradan məzun olmuşdur. 80-ci illərin sonları, 90-cı illərin əvvəlində Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları Birinci Qarabağ müharibəsinin başlamasına səbəb olmuşdur.
Ramiz Qasımov (polkovnik-leytenant)

Ramiz Qasımov (əməkdar elm xadimi)
Ramiz Əlicavad oğlu Qasımov (rus. Рами́з Алиджава́д оглы́ Гасу́мов) — Rusiya Federasiyasının əməkdar elm xadimi, "Qazprom" ASC-nin və "Şimali Qafqaz Elmi Tədqiqat və Layihə İnstitutu" (ŞimQafETLİ) ASC-nin baş direktoru, Texnika Elmlər Doktoru, Professor, Rusiya təbiyyat elmləri akademiyasının, Dağ Elmləri Akademiyasının, Rusiya Təbiətşünaslıq Akademiyasının və Beynəlxalq İnformatizasiya Akademiyasının akademiki, Ümumittifaq ixtiraçılar və səmərələşdiricilər cəmiyyətinin laureatı, "Qazprom" ASC-nin laureatı, N.K.Baybekov adına mükafatın laureatı, A.Nobel adına mükafatın laureatı, Qaz sənayesinin fəxri işçisi, RF-nin Sənaye və Energetika nazirliyinin Fəxri fərmanı ilə təltif edilib. Bütün dünyada istifadə olunan 540-dan çox elmi işin (məqalə, kitab, tezis və s.), 120-dən ixtira və 18 elmi əsərin müəllifi. == Həyatı == Ramiz Əlicavad oğlu Qasımov 1958-ci il avqustun 23-də Sabirabad rayonunun Qarasu kəndində çoxuşaqlı ailədə anadan olub. 1976-cı ildə orta məktəbi əla qiymətlərlə bitirmiş və M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna (Bakı) daxil olmuşdur. 1977-ci ildən 1979-cu ilədək olan dövrdə onu dəfələrlə Nijnivartovsk şəhərinə inşaat dəstələrinə göndəriblər. 1979-cu ildə SSRİ-nin ən yaxşı tələbələrinin tərkibində keçmiş Yuqoslaviyanın respublikalarına istehsalat praktikasına göndərilib. 1981-ci ildə fərqlənmə diplomu ilə Neft, qaz və mədən fakultəsinin "Neft və qaz quyularının qazılması" ixtisasını bitirib və dağ mühəndisi dərəcəsini alıb. == Əmək fəaliyyəti == İnstitutu bitirdiyi vaxtdan R.Ə.Qasımovun əmək fəaliyyəti qaz sənayesi ilə sıx bağlıdır. 1981-ci ildən 1991-ci ilədək o, "Türkmənqazprom" BİB-nin Cərcov axtarış qazma idarəsində texnoloq, rayon mühəndislik-texnoloji xidmətinin baş texnoloqu, mühəndis, baş mühəndis, texnoloji şöbənin müdiri, "Türkmənqazprom" BİB-nin, "Türkmənburqazprom" İB-nin baş texnoloqu.
Ramiz Rzayev (dəqiqləşdirmə)
Ramiz Rzayev (hüquqşünas) — Azərbaycan Ali Məhkəməsinin sədri, Azərbaycanın əməkdar hüquqşünası. === Digər === Ramiz Rizayev — Azərbaycan alimi, kimya elmləri doktoru, AMEA-nın üzvü.
Ramiz Rzayev (hüquqşünas)
Ramiz Yaqub oğlu Rzayev (25 fevral 1953, Xaçmaz) — Azərbaycan Respublikası Ali Məhkəməsinin sabiq sədri, Azərbaycanın əməkdar hüquqşünası. == Həyatı == Ramiz Rzayev 1953-cü il fevralın 25-də Xudat şəhərində anadan olmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1977–1979-cu illərdə həqiqi hərbi xidmət keçmişdir. 1979-cu ildən Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda müstəntiq, 1981-ci ildən Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsində baş müstəntiq, 1983-cü ildən Azərbaycan Respublikası Baş Prokurorunun yanında xüsusi mühüm işlər üzrə müstəntiq, 1991-ci ildən Azərbaycan Respublikası Baş Prokurorunun yanında Xüsusi Mühüm İşlər üzrə İstintaq Şöbəsinin böyük prokuroru, 1992–1993-cü illərdə Dəvəçi (indiki Şabran) rayon prokuroru, 1993–1995-ci illərdə Beyləqan rayon prokuroru, 1995–2000-ci illərdə Azərbaycan Respublikasının Hərbi Prokuroru vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 25 may 1998-ci il tarixli fərmanı ilə general-mayor ali hərbi rütbəsi, 17 iyun 2000-ci il tarixli fərmanı ilə III dərəcəli, 17 yanvar 2002-ci il tarixli fərmanı ilə isə II dərəcəli dövlət ədliyyə müşaviri rütbəsi verilmişdir. 2000–2005-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini olmuşdur. 2005-ci ilin aprelin 19-dan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri olmuşdur. 2005-ci ildən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvüdür. 6 mart 2023-cü il tarixində Ramiz Rzayevin Azərbaycan Respublikası Ali Məhkəməsi hakimliyi səlahiyyət müddəti bitmişdir.Ailəlidir, 3 övladı var.
Rinorea ramiziana
Rinorea ramiziana (lat. Rinorea ramiziana) — bənövşəkimilər fəsiləsinin rinorea cinsinə aid bitki növü.

Значение слова в других словарях

выра́внивание лудди́ты натру́живаться нерента́бельность фракту́рный бэтээ́ровский кану́фер коноплёвые лимузи́н некомпле́кт слюного́нный ужо́нок кат beaverette Bhutan cornigerous intractability loony bin pest control trade commissioner ytterbium одноразовый строгаль ужель фабричный