RAST¹

\[fars.\] прил. 1. дуьз; дугъри; 2. дуьшуьш; rast gəlmək кил. rastlaşmaq; rast olmaq кил. rast gəlmək; rastına gəlmək (çıxmaq) вилик акъатун, дуьшуьш хьун, туьш хьун, гьалтун.
RASİONALİZM
RAST²
OBASTAN VİKİ
Rast
Rast – Azərbaycan musiqisində 1) yeddi ladlarından (məqamlarından) biri, 2) əsas Azərbaycan muğam dəstgahlarından biri. Bütün müsəlman ölkələrində mövcuddur. == Etimologiya == "Rast" sözü farsca "düz, dürüst, müstəqim, düzgün" deməkdir. == Tarixçə == Orta əsr musiqi elmində Rast ən birinci və bütün digər muğamların əsası sayılır. Musiqişünaslar Rastı "muğamların anası" adlandırmışlar. Rast Yaxın Şərq xalqlarının şifahi – peşəkar musiqisində 12 əsas muğamdan biridir. Baxmayaraq ki, 12 klassik muğamdan bəziləri şöbə halına keçmiş, bəziləri isə kiçik həcmli muğam əhəmiyyətini kəsb etmişdir, qədim zamanlardan 12 muğamdan Rast öz əvvəlki mahiyyətini bu günədək qoruyub saxlamışdır. Üzeyir Hacıbəyov "Azərbaycan xalq musiqisinin əsasları" kitabında muğamların dəyişikliyə uğradığını söyləyir. O, Rastı "indiyədək zamanın və hadisələrin sarsdıcı təsirinə qarşı möhkəm duran yeganə muğam" adlandırmışdır. Bakı, Şamaxı, Şuşanın özünəməxsus "muğam məktəbləri"ndə Rast dəstəgahının şöbə və guşələrinin həm say, həm də ardıcıllıq etibarilə müqayisə nəticəsində belə qənaətə gəlmək olur ki, əgər Bakı musiqi məclisində Rast dəstgahı 15, Şuşa məclisində 18, Şamaxıda 21-ə çatır: Rast ailəsinə bir sıra muğamlar aiddir.
RAST (qrup)
RAST — Azərbaycanda, əsasən pop - caz janrında ifa edən məşhur qrup Rəhbəri Azərbaycan Respublikasının Əməkdar Artisti pianoçu-bəstəkar, həmçinin aranjemançı Rəşad Haşımovdur, == Yaranması və fəaliyyəti == === 1990'lar === 1993-cü ildə Vaqif Gərayzadənin rəhbəri olduğu ''Aypara'' qrupunun 4 üzvü (Rəşad Haşımov (pianoçu), Asif Kərimov (skripka), Vilayət Qəhrəmanzadə (ritm guitar), İlqar Quliyev (vokal)) tərəfindən yaradılmışdır. Bir müddət sonra qrupa İlham Ələsgərov (solo guitar) Sevda Ələkbərzadə (vokal), daha sonralar Ruslan Hüseynov (bass guitar) İsgəndər Ələsgərov (zərb alətləri) Emin Kərimi (pianoçu) qoşulmuşdur. 1993 - 2001 illərdə qrupun solisti Sevda Ələkbərzadə olmuşdur. 1996-ci ildə Fransada keçirilən ''Radio France Internationale'' müsabiqəsində 365 qrupdan 11 ən yaxşı qrup adını qazanmışdır. 1997-ci ildə ''Rast"[1] adlı ilk albom tamaşaçılara təqdim olunmuşdur. Bu albomun ən çox sevilən mahnılarından "Gəl Yanıma"[2] və "Ömrün Allahı Sevgidir"[3] kliplərini misal göstərmək olar. Qrup, 1999-cu ildə H.Əliyev adına sarayda möhtəşəm solo konsertlə tamaşılarını sevindirmişdir.[4] 2000-ci ildə isə ''Rast Dünyası"[5] adlı albomlar tamaşaçılara təqdim olunmuşdur. Bu albomun, ümumilikdə bu dövrün ən çox sevilən mahnısı ''Kaş ki, mən dəniz olaydım'' [6] klipidir. Mahnının sözləri Samirə Xasməmmədovaya, musiqisi Rəşad Haşımova aiddir. === 2000'lər === Sevda Ələkbərzadə'nin solo karyeraya başlamasının ardından, qrup Zülfiyyə Xanbabayeva ilə əməkdaşlığa başladı.
Rast (balet)
"Rast" — Niyazinin eyniadlı simfonik muğamı və skif qadın-sərkərdəsi Tomris haqqında əfsanə əsasında 2004-cü ildə səhnəyə qoyulmuş ilk ikipərdəli muğam-balet. Libretto müəllifi jurnalist Əjdər Ulduzdur, xoreoqrafı Tamilla Şirəliyeva, quruluşçu-rəssamları Rafiz İsmayılov və Tahir Tahirovdur. == Məzmun == Tomris Banu == Mənbə == Искусствовед-хореограф Афаг Гусейнова. Магистр хореографического искусства.
Rast (dəqiqləşdirmə)
Rast — əsas Azərbaycan muğam dəstgahlarından biri. Rast (balet) — ilk ikipərdəli muğam-balet. RAST (qrup) — Azərbaycanda caz janrında musiqi ifa edən qrup. Rast. Niyazi (film, 2014) — rejissor Nonna Müzəffərovanın sənədli filmi.
Rast Prodakşn
RAST — Azərbaycanda, əsasən pop - caz janrında ifa edən məşhur qrup Rəhbəri Azərbaycan Respublikasının Əməkdar Artisti pianoçu-bəstəkar, həmçinin aranjemançı Rəşad Haşımovdur, == Yaranması və fəaliyyəti == === 1990'lar === 1993-cü ildə Vaqif Gərayzadənin rəhbəri olduğu ''Aypara'' qrupunun 4 üzvü (Rəşad Haşımov (pianoçu), Asif Kərimov (skripka), Vilayət Qəhrəmanzadə (ritm guitar), İlqar Quliyev (vokal)) tərəfindən yaradılmışdır. Bir müddət sonra qrupa İlham Ələsgərov (solo guitar) Sevda Ələkbərzadə (vokal), daha sonralar Ruslan Hüseynov (bass guitar) İsgəndər Ələsgərov (zərb alətləri) Emin Kərimi (pianoçu) qoşulmuşdur. 1993 - 2001 illərdə qrupun solisti Sevda Ələkbərzadə olmuşdur. 1996-ci ildə Fransada keçirilən ''Radio France Internationale'' müsabiqəsində 365 qrupdan 11 ən yaxşı qrup adını qazanmışdır. 1997-ci ildə ''Rast"[1] adlı ilk albom tamaşaçılara təqdim olunmuşdur. Bu albomun ən çox sevilən mahnılarından "Gəl Yanıma"[2] və "Ömrün Allahı Sevgidir"[3] kliplərini misal göstərmək olar. Qrup, 1999-cu ildə H.Əliyev adına sarayda möhtəşəm solo konsertlə tamaşılarını sevindirmişdir.[4] 2000-ci ildə isə ''Rast Dünyası"[5] adlı albomlar tamaşaçılara təqdim olunmuşdur. Bu albomun, ümumilikdə bu dövrün ən çox sevilən mahnısı ''Kaş ki, mən dəniz olaydım'' [6] klipidir. Mahnının sözləri Samirə Xasməmmədovaya, musiqisi Rəşad Haşımova aiddir. === 2000'lər === Sevda Ələkbərzadə'nin solo karyeraya başlamasının ardından, qrup Zülfiyyə Xanbabayeva ilə əməkdaşlığa başladı.
Rast. Niyazi (film, 2014)
Rast. Niyazi — rejissor Nonna Müzəffərovanın sənədli filmi. Beynəlxalq Muğam Mərkəzində filmin təqdimatı olub. == Məzmun == Film Azərbaycanın görkəmli dirijoru və bəstəkarı, SSRİ Xalq Artisti, Dövlət və Beynəlxalq mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Niyazi Tağızadə-Hacıbəyova həsr olunmuşdur. == Film haqqında == Filmin çəkilişləri Azərbaycanda, Türkiyədə və Rusiyada aparılıb. Film üzərində işləyərkən Niyazinin ev-muzeyinin fondundakı sənədlərdən istifadə edilib. Filmdə Niyazinin "Rast" simfonik muğamından istifadə edilib.
Bartolomeo Rastrelli
Françesko Bartolomeo Rastrelli (it. Francesco Bartolomeo Rastrelli; rus. Растрелли, Бартоломео Франческо; 1700[…], Paris – 29 aprel (10 may) 1771, Sankt-Peterburq) — Rusiya vətəndaşlığını qəbul etmiş italyan memarı. Françesko Sankt-Peterburq şəhərinə gələndən sonra burada erkən Barokko stilində məşhur incəsənət nümunələri yaratmışdır. Sankt-Peterburq şəhərində yerləşən Qış sarayı və Çarskoe selo (rus. Ца́рское Село) kompleksində yerləşən Böyük Yekaterina sarayı memarın ən məşhur işlərindən hesab olunur. == Həyatı == Françesko Bartolomeo Rastrelli 1700-cü ildə Fransanın paytaxtı Paris şəhərində memar ailəsində anadan olmuşdur. 1715-ci ildə atası və digər bir İtaliyalı memar olan Karlo Bartolomeo Rastrelli ilə birlikdə Rusiyaya gəlir. Gənc yaşlarında memarlığa böyük həvəs göstərən Françeskonun ən böyük arzusu İtaliya memarlıq incəsənəti ilə Moskva Barokko üslubunu birləşdirmək və bu iki memarlıq məktəbinin vəhdətindən yeni bir üslub formalaşdırmaq olur. Memarlıq fəaliyyətinin ilk illərində Sankt-Peterburq və ətraf ərazilərdə müxtəlif təyinatları binaların tikintisnə rəhbərlik etməyə başlayır, lakin Françeskoya özünü memar kimi təsdiq etməsi üçün ilk şansı 1721-ci ildə Boqdanın keçmiş qubernatoru Dmitri Kantemir üçün saray tikintisi üçün sifariş almaqla əldə edir.
Françesko Bartolomeo Rastrelli

Mistislav Rastropoviç
Mstislav Leopoldoviç Rostropoviç (27 mart 1927[…], Bakı – 27 aprel 2007[…], Moskva) – violenç ifaçısı və dirijor. Musiqiçi olmaqla bərabər, ictimai xadim, insan hüquq və azadlıqlarının fəal müdafiəçisi kimi də tanınırdı. XX əsrin ən dahi violenç ifaçılarından biri sayılır. == Həyatı == Mstislav Rostropoviç 1927-ci ildə Azərbaycanda, Bakı şəhərində dünyaya gəlmişdir. Atası Leopold Rostropoviç qismən belorus-polyak zadəganlar nəslinə məxsus Orenburqdan Bakıya mühacirət etmiş rus əsilli musiqiçi idi. Rostropoviç uşaqlıq və gənclik illərini Bakıda keçirmişdir. İkinci dünya müharibəsi illərində ailəsi yenidən Orenburqa, daha sonra 1943-cü ildə Moskvaya köçür. Rostropoviç artıq dörd yaşında ikən anasından pianino ifaçılığının sirrlərini öyrənir. On yaşında isə atası, tanınmış violenç ifaçısı və vaxtilə Pavlo Kasalasın tələbəsi olmuş Leopold Rostropoviçdən ilk dəfə violençin incəliklərini öyrənir. 1943–1948-ci illərdə Rostropoviç Moskva konservatoriyasında təhsil alır və sonralar, daha dəqiq desək 1956-cı ildə bu konservatoriyanın violenç ifaçılığı şöbəsində professor təyin edilir.
Qayıdış – rastr displeyində
Retrace ~ обратный ход ~ geri akma ~ qayıdış – rastr displeyində: elektron şüasının ekranda sağdan sol qırağa, yaxud aşağıdan yuxarı qırağa qayıdarkən getdiyi yol. Qayıdış elektron şüasını eninə daramanın yeni dövrəsi üçün başlanğıca, yaxud ekranın aşağısına yerləşdirir; bu müddətdə şüa ani olaraq sönür ki, onun ekranda izi görünməsin. Qayıdış hər saniyədə dəfələrlə yerinə yetirilir və həm də ciddi sinxronlaşdırılmış siqnallardan istifadə olunur ki, qaydış zamanı elektron şüasının sönməsi təmin edilsin. Bax: HORIZONTAL RETRACE, VERTICAL RETRACE. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Rasta bazar (Şuşa)
Məhəmməd Əmin Rəsulzadə küçəsi və ya Rasta bazar küçəsi — Şuşa şəhərinin tarixi mərkəzində yerləşməkə Divanxana və Meydanı birləşdirən, XIX əsrin II yarısından etibarən isə həm də əsas ticarət mərkəzi rolunu oynayan tarixi küçə. == Tarixi == Aşağı bazar küçəsindən fərqli olaraq, Rasta bazar küçəsi Şuşa şəhərinin tarixi qeyd edilməmiş baş planında dəqiq və yaxşı planlaşdırılmaya malik deyil. Buna görə də, XIX əsrin yarısına kimi gələcəkdə şəhərin əsas ticarət magistralı olacaq Rasta bazar küçəsi yalnız köməkçi küçə rolunu oynamışdır. Həmin dövrdə şəhərin əsas ticarət magistralı isə Aşağı bazar küçəsi idi. Qarabağ xanlığının Rusiya imperiyasına birləşdirilməsi və 1828-ci ildə Qacarlarla Rusiya imperiyası arasında Türkmənçay müqaviləsinin imzalanmasından sonra hərbi təhlükənin aradan qalxması ilə digər qala şəhərlər kimi Şuşa da müdafiə əhəmiyyətini itirir və şəhərdə ticarətin inkişafına başlanılır. Bu isə şəhərin köhnə ticarət küçəsi olan Aşağı bazar küçəsinin yenidən qurulması və Rasta bazar kimi yeni və daha böyük ticarət küçəsi yaradılmasına ehtiyac formalaşdırır.Şuşada ticarət mərkəzinin genişləndirilməsi zamanı ictimai ticarət binaları ilə tikilmiş bir neçə böyük ticarət-bazar kompeksi olan meydanlar və küçələr meydana çıxır. Yeni memarlıq-planlaşdırma mərkəzinin formalaşması Şuşanın 1855-ci ilə aid baş planında da əksini tapmışdır. Həmin plana görə şəhərin mərkəzi Aşağı meydandan Cümə məscidinin qarşısında yerləşən Meydana keçirilir. Bu şəhərsalma prosesini qeyd edən Baharlı bildirir ki, şəhərin bir zamanlar ictimai-ticarət tikililəri (karvansaralar, ticarət sıraları və hamamlar) ilə zəngin olan aşağı hissəsi tədricən əhəmiyyətini itirir, yuxarı hissəsi isə abadlaşdırılaraq, mərkəzə çevrilir.Aparılan yenidənqurma işləri zamanı Şuşanın tarixi qeyd edilməmiş baş planında göstərilmiş ən uzun keçid küçəsi abadlaşdırılaraq 1837-ci ildə düzləşdirilərək yeni böyük ticarət mərkəzinə çevrilir. == Xüsusiyyətləri == Şuşanın 1855-ci ilə aid baş planından başlayaraq, bütün digər planlarda çoxşaxəli məhəllə küçələri arasında demək olar ki düz olan üç paralel küçə diqqəti cəlb edir.
Rasta bazar küçəsi (Şuşa)

Rastafari hərəkatı
Rastafari hərəkatı və ya Rasta — 1930-cu illərdə Yamaykada yaranan yeni bir dini hərəkat. O zaman Yamayka əsasən xristian mədəniyyəti olan bir ölkə və xalqının 98%-i qara qulların nəslindən idi. Efiopiyanın son imperatoru olan Hayle Selassi (Ras Tafari Makonnen: vəliəhd Tafari Makonnen) tanrının dünyadakı əksi olaraq görən dinin və bu dinə bağlı olaraq ortaya çıxmış olan inanc və düşüncə formasınındır. Markus Qarvey də bu dinin peyğəmbəri kimi görülür. Buna qarşı, nə Hayle Selassi, nə də Markus Qarvey özlərini bu dinlə əlaqələndirmişlərdir. Bab Marleyin də mənsublarından biri olduğu bu dinin qurucusu Leonard Hovell olaraq tanınır. Misir mənşəli Ra dinlərinin Xristianlıq və Yəhudilik ilə qarışığından ibarət olan bir dindir. Musanın əsl yol göstərdiyi müqəddəs qövmmün qaralar xüsusilə də Etiyopyalılar olduğunu müdafiə edir. Rastafari hərəkatında müqəddəs vəd edilmiş torpaqlara zion (bir mənada cənnət) deyilməkdədir. Rastafarianistlər öz içlərində bir çox qola ayrıldıqlarından müxtəlif inanclara və cah (jah) anlayışına sahib ola bilirlər.
Rastak
Rastak (fars. رستاک‎), rəsmi olaraq Rastak Music Group (fars. گروه موسیقی رستاک‎, azərb. Rastak musiqi qrupu‎) — İran musiqi qrupu. Qrup 1997-ci ildə Siyamək Səpehri tərəfindən təsis edilmişdir və İran, Azərbaycan, kürd, bəluc, ərəb, Mazandaran, Gilan, lur xalq mahnılarını oxuyur, musiqilərini ifa edirlər. Qrup çoxlu beynəlxalq musiqi festivallarında iştirak etmiş, İran, Türkiyə, ABŞ, Yaponiya, Hindistan, eləcə də bir sıra Avropa ölkələrində konsertlər təşkil etmişdir.
Rastaşanovun villası
Rastaşanovun villası — muzey, memorial-incəsənət ekspozisiyası olaraq rus və sovet artisti , müğənni Yuri Rastaşanovun şərəfinə təşkil edilmişdir. Villa Rostov vilayəti Neklinovski rayonu ərazisində qərarlaşır. == Təsviri == Muzey Yuri Rastaşanovun 1998-ci ildən 2011-ci ilə yaşadığı evdə təşkil edilişdir. Muzey ilk dəfə 2012-ci ilin fevralında seyrcilərin üçünə açılmışdır. Kolleksiyanın əsası Yuri Rastaşanov tərəfindən müxtəlif illərdə toplanılmış şəkillərdən ibarətdir. Binada ədəbiyyat gecələri və fortapiano musiqisi səsləndirilən konsertlər təşkil edilir. == Muzey fondu == Muzey fondu olduqca zənginliyi ilə seçilir. Burada təkcə 150 saxlanc yeri vardır. Muzeyə toplanan şəkil ekisponatları arasında məşhur sovet rəssamlarının əsərləri belə vardır. Misal İ. V. Rodamon, A. E. Strelov, O. X. Hüseynov.
Rastgordan
Rastgordan (fars. راستگردان‎; azərb. Razgürdan‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin İsfəndan dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 32 ailədə 59 nəfəri kişilər və 47 nəfəri qadınlar olmaqla cəmi 43 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Rastorquev adası
Rastorquev adası — Kara dənizində, Pyasin körfəzində, Sibir sahillərindən şimalda, Pyotr Çiçakov sahilindən şimalda yerləşir. İnzibati cəhətdən Krasnoyarsk diyarı ərazisində yerləşir. Vostoçnıy Kamennıe adasından şərqdə yerləşir. Onları eni 9,2 km olan Alekseev boğazı ayırır. Böyük Arktik qoruğunun tərkibinə daxildir. Ada kazak Stepan İnnokenteviç Rastorquevin şərəfinə adlandırılmışdır. ilə ayrılır. Adanın uzunluğu 16 km, orta eni isə 3 km təşkil edir. Şimal-şərqində Dolqiy, cənub-şərqində Morjov, şərqində isə Zveroboy və Böyük Labirint adaları yerləşir. Adanın ucqar cənub nöqtəsi ilə materik arasında məsafə 27,2 km-dir.
Rastoçe
Raztoçe, Rostoçe, Rastoçe (ukr. Розточчя, pol. Roztocze) — Polşa ərazisində ensiz təpə silsiləsi. Eni 15-20 km, hündürlüyü 400 metr olan bu silsilə Ukraynanın Lvov ərazisindən başlayır və Polşa ərazisinə daxil olaraq şimal-qərbə uzanır. Nadsyan düzənliyi silsilənin cənub-qərbində, Nadbujay çökəkliyi isə şimal-şərqdə yerləşir. Bu bölgədə silsilənin hündürlüyü 100—150 metr arasında dəyişir. Şimal-qərbdə təpə Xolmsk və Lyublin yüksəkliyi ilə birləşir. == Ümumi məlumat == Rastoçe silsiləsi qeyri-simmetrik antikilinal hesab olunur. Geoloji baxımdan təbaşir və miosen yaşlı süxurlardan təşkil olunub. Buzlaq mənşəli relyef formaları diqqəti cəlb edir.
Rastr təsvir
Rastr təsvir — kompüter monitorunda, kağızda və ya başqa əks etdirmə qurğularda və materiallarda piksellərdən və ya rəngli nöqtələrdən (adətən düzbucaqlı formalı) təşkil olunmuş təsvir. Təsvirin əhəmiyyətli xarakteristikası: piksellərin miqdarı — göstərilə bilər en və hündürlük üzrə piksellərin miqdarı (1024×768, 640×480 və s.) və ya piksellərin ümumi sayı; istifadə edilən rənglərin miqdarı və ya rəngin dərinliyi (bu xarakteristikalar N = 2 k {\displaystyle N=2^{k}} asılığına malikdir, N {\displaystyle N} — rənglərin miqdarı, k {\displaystyle k} — rəngin dərinliyi); rəng sahəsi (rəng modeli) — RGB, CMYK, XYZ, YCbCr və başqaları; displey ölçüsü — təsvirin məsləhət görülən ölçüsü.Rastr təsvirini rastr qrafik redaktorlarının köməyi ilə redaktə etmək olar. Rastr təsviri fotoaparatlarla, skanerlərlə, bilavasitə rastr redaktorları və s. ilə yaratmaq mümkümdür.
Rastrophyllum
Rastrophyllum (lat. Rastrophyllum) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.

Значение слова в других словарях

ай барочный благоприя́тность кнут облеся́ть пых раке́тно-я́дерный ровня́ться электрои́скра неулови́мо одутлова́тый осажда́ться плака́тность укомплекто́вываться эпи́тет зорь gowk intone ocean engineering sheriffship steamed-up walk over елей паратиф сложно