RAVƏND
RAYON
OBASTAN VİKİ
Ravi çayı
Ravi — Hindistanda və Pakistanda çay, Çinab çayının (Hind çayı hövzəsi) sağ qolu. Uzunluğu təqribən 725 km-dir. Himalay dağlarından başlanır. Pəncab düzənliyindən keçir. Yayda gursulu olur. Suvarmada istifadə edilir. Ravidən çoxlu suvarma kanalları çəkilmişdir. Lahor şəhəri Ravi çayı sahilində yerləşir.
Ravi Şankar
Ravi Şankar(ing. Ravi Shankar, benq. রবি শঙ্কর Robi Shôngkor, hind रवि शङ्कर yaxud शंकर; 7 aprel 1920[…], Varanasi, Britaniya Hindistanı – 11 dekabr 2012[…], San-Dieqo, Kaliforniya) — bəstəkar. == Həyatı == Ravi Şankar 1956-cı ildə Papanasamda doğulmuşdur. O, 4 yaşında ikən Bhagavad Gitanın şeirlərini söyləyə bilirdi, onun ilk müəllimi Sudhakar Çaturvedi olur. Ravi Şankar dünyadakı gərginliyi,ictimai problemləri, zorakılığı aradan qaldırmaq üçün yaradılan “Yaşama Sənəti” proqramının banisidir. Bu proqram halhazırda dünyanın 150-dən çox ölkəsində tətbiq olunur. == Yaradıcılığı == === Fikirləri === Həyat iki yol göstərir: pozitiv və neqativ. Diqqəti yaxşıya yönəlt və addımla. “Mən vermişəm ki,mən almalıyam” qəmə gedən yol, “Mən almışam ki, mən verməliyəm” pozitivə gedən yoldur.
Anatoli Ravikoviç
Anatoli Yuryeviç Ravikoviç — (24 dekabr 1936-cı il, Leninqrad — 8 aprel 2012-ci il, Sankt-Peterburq) — SSRİ və Rusiya teatr və kino aktyoru. RSFSR Xalq Artisti (1988). == Həyatı == Anatoli Ravikoviç 24 dekabr 1936-cı ildə Leninqradda anadan olub. Leninqrad Dövlət Teatr, Musiqi və Kino İnstitutunda təhsil alıb (1954–1958). Komsomolsk-na-Amur Dram Teatrında (1958–1961), M. Qorki adına Stalinqrad Teatrında (1968–1961), Lensovet adına Leninqrad Teatrında (1962–1988), N. Akimov adına Sankt-Peterburq Akademik Komediya Teatrında (1988) çalışıb. Rusiyanın əməkdar artisti (1973) və xalq artisti (1982) fəxri adlarına layiq görülüb.
Mimocichla ravida
Böyük Kayman qaratoyuğu (lat. Turdus ravidus) — qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Ravil Hümbətov
Ravil Mübariz oğlu Hümbətov (10 yanvar 1987; Cəbrayıl rayonu, Azərbaycan SSR — 12 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı. == Həyatı == Ravil Hümbətov 1987-ci il yanvar 10-da Cəbrayıl rayonunun Yarəhmədli kəndində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini (ADMİU) bitirib. Ailəli idi. 2 qızı var idi. == Hərbi xidməti == Xüsusi Təyinatlı Qüvvələrin zabiti, leytenant Ravil Hümbətov 7 yaşında çıxarıldığı torpaqlara döyüşçü kimi qayıtmış, 44 günlük Vətən müharibəsində iştirak etmişdir. 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.
Ravil Novruzov
Ravil Elman oğlu Novruzov (5 sentyabr 1986, Giləzi, Abşeron rayonu – 2 aprel 2016, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Ravil Novruzov 1986-cı ilin 5 sentyabr günündə Xızı rayonunun Giləzi kəndində anadan olub. == Hərbi xidməti == Gizir Ravil Novruzov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 4-ü isə Ravil Novruzov doğulduğu Xızı rayonunun Giləzi kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Novruzov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Ravil Novruzov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Ravil Qaynutdin
Ravil Qaynutdin — Moskva Ali İslam Ruhani Kollecinin professoru, Beynəlxalq Slavyan və Beynəlxalq İnformatizasiya akademiyalarının, eləcə də Rusiya prezidenti yanında Dini Qurumlarla İş üzrə Şuranın üzvü, Rusiya Müftilər şurasının sədri. == Həyatı == Ravil İsmayıl oğlu Qaynutdinov 1959-cu il avqust ayının 25-də Tatarıstan Respublikasının (TR) Şali rayonunda tatar ailəsində anadan olub. Hal-hazırda Rusiya Federasiyası (RF) Müftilər Şurasının sədridir. Etnik baxımdan tatar olan R.Qaynutdin RF İctimai Palatasının da üzvüdür. == Dini fəaliyyəti == Gənc yaşlarında Kazan televiziyasında rejissorun köməkçisi işləyən Ravil 1979-cu ildə Özbəkistanın Buxara şəhərinin "Mir Ərəb" mədrəsəsinə daxil olur. Mədrəsədə təhsilini fərqlənmə diplomu ilə başa vurduqdan sonra o, Kazanın ikinci "Nur İslam" mərkəzi məscidinın ilk imam-xətibi təyin olunur. Qaynutdin 1985-ci ildə Ufada RF və Sibir Müsəlmanları Ruhani İdarəsinin məsul katibi seçilir. 1987-ci ildə Moskva Cümə Məscidinin imam-xətibi, bir il sonra isə həmin məscidin Baş imam-xətibi seçilir. R.Qaynutdin 1991-ci ildə Moskva və Moskvaətrafı bölgəsi üzrə İslam Mərkəzinin prezidenti vəzifəsinə təyin olunur. 1994-cü il yanvar ayının 29-da Rusiya Müsəlmanları Ruhani İdarəsi Mərkəzi-Avropa regionunun müftisi seçilən R.Qaynutdin 2 il sonra isə Rusiya Müftilər Şurasının sədri olur.
Ravil Yusifli
Ravil Yusifli (20 mart 1998-ci ildə Azərbaycanda anadan olub) — Azərbaycan Birinci Liqası təmsilçilərindən olan Zaqatala klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. == Klub karyerası == === Zaqatala === Yusifli Qəbələ akademiyası vasitəsilə inkişaf etmişdir. O, 2018-ci ilin yanvar ayında Zaqatala klubu ilə müqavilə imzalamışdır. Yusifli öz peşəkar karyerasında debütünü Zaqatala klubu ilə 16 fevral 2018-ci ildə Qaradağ Lökbatan klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Azərbaycan Birinci Liqası görüşündə Zaqatala rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. == Karyera statistikası == === Klub === 20 fevral 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Azərbaycan Superkuboku görüşləri daxildir.
Slavomir Raviç
Slavomir Raviç (1 sentyabr 1915, Pinsk, Minsk quberniyası[d] – 5 aprel 2004[…], Nottinqem) Polşa ordusunun leytenantı, Polşanın Alman-Sovet qoşunları tərəfindən işğalından sonra Rusiya NKVD (Xalq Daxili İşlər Komissarlığı) tərəfindən həbs edilib. 1941-ci ildə o və digər 6 nəfər Sibirin QULAQ düşərgəsindən qaça bilmişdilər və onlar cənub istiqamətinə təxminən 6500 km məsafəni ayaqla qət edərək uzun səyahətlərinə başladılar. Onlar Gobi səhrasından, Tibet və Himalay dağlarından keçərək 1942-ci ilin qışında Britaniya Hindistanına çata bildilər. 2006-cı ildə BBC-nin Sovet mənbələrindən əldə etdiyi qeydlərə istinadən verdiyi məlumata görə, 1942-ci ildə SSRİ-də əfv olunan Polşalılar arasında Raviç də olmuşdur. O sonradan Xəzər dənizi üzərindən keçərək İranda qaçqınlar düşərgəsinə gəlib çatmışdır. 2009-cu ilin mayında Birləşmiş Krallıqda yaşayan İkinci Dünya Müharibəsi veteranı polşa əsilli Vitold Qlinski, Raviçin başına gələn bu hadisələrin doğru olduğunu söyləmiş və bu hadisələrlə tək Raviçin deyil, özünün də üzləşdiyini vurğulamışdır. Qlinskinin iddiaları müxtəlif mənbələrdən sorğu-sual edilmişdir. Müharibə dövründə Hindistana göndərilmiş Britaniyalı kəşfiyyatçı Rubert Mayne, 1942-ci ildə Kəlkətədə özlərini Sibir düşərgələrindən qaçmış kimi qələmə verən 3 taqətdən düşmüş insandan müsahibə almışdı. Mayne həmişə “The Long Walk” (Uzun Yürüş) adı verilmiş bu hekayəyə inanmış, lakin 1 il sonra bu hekayəni danışan şəxslərin adını unutmuşdu. == Həyatı == Slawomir Raviç 1915-ci ildə Varşavada mülkədar ailəsində anadan olmuşdur.
Turdus ravidus
Böyük Kayman qaratoyuğu (lat. Turdus ravidus) — qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.

Digər lüğətlərdə

аллю́р днесь заква́шивание капите́льный надко́вываться прекрати́ться присмири́ть серьёзность скучли́вый геноти́п нацепи́ть осяза́тельность подши́пник радиоуглеро́дный flag-tower long-range pleasure boat pud spatial strategist tipcart wagon train wattmeter едкий укорить