RAYİHƏLİ sif. Gözəl iyli, xoş qoxulu; ətirli. Rayihəli çiçək. – Göz işlədikcə uzanan düzləri əlvan çiçəklər, rayihəli otlar cənnətə döndərmişdi. M.Hüseyn.