RAZILIQ
REAKSİYA
OBASTAN VİKİ
Razyana
Razyana (lat. Foeniculum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin razyana cinsinə aid bitki növü. Razyana meyvələri bütöv halda yeyinti sənayesində və tibdə istifadə olunur. Razyana toxumlarının tərkibində 4-6 % efir yağı vardır. Ona görə də razyana efir yağı almaq üçün də becərilir. Efir yağının ən qiymətli tərkib hissəsi anetol adlanan ətirli maddədir. Efir yağı və onun tərkibində olan anetol yeyinti, ətriyyat - kosmetika və əczaçılıq sənayesində işlədilir. Dərman məqsədilə meyvələrindən istifadə olunur. Meyvəsini sentyabr ayında yetişənə az qalmış toplayıb açıq havada bir müddət qurudur, xüsusi maşında başqa qarışıqlardan təmizləyib ayırır, aptek anbarına təhvil verirlər. Meyvəsinin tərkibində efir yağından başqa 16-18 % piyli yağ və 27 % zülal maddəsi vardır.
Adi razyana
Adi razyana (lat. Foeniculum vulgare) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin razyana cinsinə aid bitki növü. Adi raziyana boyu 2 metrə qədər uzanan ikillik ətirli ot bitkisidir. Razyananın nəzəri cəlb edən sarı rəngdə xırda çiçəkləri vardır. Uzunsov yumurtavarı, qoşa dənədən ibarət meyvələri olur. Vətəni Aralıq dənizi və Yaxın Şərqdir. Azərbaycanda bu bitkiyə Dəvəçi-Xaçmaz zonasında və Abşeronda çox rast gəlinir. Meyvələrinin tərkibində efir yağı, piyli yağ, karotin, C vitamini və s. olur. Dərman məqsədilə razyananın meyvələrindən istifadə olunur.
Razyana yağı
Razyana yağı (Foenıculum mıll) – iki və ya çoxillik çətirşəkilli olub, sarı rənglidir. Bitkisinin bütün orqanları ətirlidir. İyun-iyul aylarında çiçək açır, avqusta isə toxumları yetişir. Toxumlarından alınan efir yağının miqdarı 2.5-3.5% olur. Efir yağının əsas tərkib hissəsi 50-60% anetoldan ibarətdir. Anetol – şirintəhər, özünə məxsus iyə malikdir. == Tərkibi == Razyana yağında 10-12%-ə qədər fenxona, pinenə, dipentenə, kamfenə, anis (cirə) aldehidinə, metilxavinol və anis turşusuna rast gəlinir. Razyana toxumlarından alınan efir yağının tərkibində rəngli maddələr, doymuş yağlar (18-23%) doymamış olein yağı (22%) kəhraba, alma turşuları vardır. == Istifadə sahələri == Razyana toxumlarından alınan efir yağı farmokopeyada mədə ağrılarına və öskürəyə qarşı istifadə olunan dərman kimi istifadə olunur. Onun toxumlarını əzib dəmləmək öskürək üçün təbii məlhəmdir.
Aptek razyanası
Adi razyana (lat. Foeniculum vulgare) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin razyana cinsinə aid bitki növü. Adi raziyana boyu 2 metrə qədər uzanan ikillik ətirli ot bitkisidir. Razyananın nəzəri cəlb edən sarı rəngdə xırda çiçəkləri vardır. Uzunsov yumurtavarı, qoşa dənədən ibarət meyvələri olur. Vətəni Aralıq dənizi və Yaxın Şərqdir. Azərbaycanda bu bitkiyə Dəvəçi-Xaçmaz zonasında və Abşeronda çox rast gəlinir. Meyvələrinin tərkibində efir yağı, piyli yağ, karotin, C vitamini və s. olur. Dərman məqsədilə razyananın meyvələrindən istifadə olunur.

Digər lüğətlərdə

агедони́я асимметри́чески измери́мость потни́ца поу́жинать ребя́ческий сла́денький выпека́ть выпива́ла докати́ться искупи́тельный ке́мпинг моё де́ло маленькое худо́й экстрасе́нс ad referendum ambassadress jungly Kama knobkerrie Miserere non-ego satirically torque wrench беспроволочный