REFERENDUM

\[lat. referendum-məlumat verilməli\] референдум (девлетдин лап еке метлеб авай са месэладин гьакъиндай халкьдин фикир ччирун патал ам вирихалкьдин сесинал эцигун).
REFERAT
REFERENT
OBASTAN VİKİ
Referendum
Referendum (lat. referendum – məlumatverilməli) — Xüsusi əhəmiyyətli dövlət məsələlərinin həlli üçün ümumxalq sorğusu, ümumi rəy sorğusu. Konstitusiya haqqında referendum.
Tatarıstanın suverenliyi haqqında referendum
Tatarıstan Respublikası Suverenliyi haqqında Referendum — Rusiya Federasiyasının subyekti olan Tatarıstan Respublikasının suverenliyi ilə əlaqədər keçirilən referendum. Referendum 21 mart 1992-ci ildə keçirilmişdir. Referendum nəticəsində respublikanın dövlət suverenliyi qəbul edilmişdir. == Tarixi == 6 avqust 1990-ci ildə RSFSR Ali Sovetinin sədri Boris Yeltsin Ufada çıxış edərək bunları demişdir: «Biz Ali Sovet olaraq Başqırdıstan hökumətinə deyirik:sizlər uda biləcəyiniz hakimiyyəti götürün». Mətbuatda isə bu ifadə «Suverenlikdən uda biləcəyiniz qədər götürün» kimi yayılmışdır. 30 avqust 1990-cı ildə Tatarıstan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti Tatar SSR dövlət suverenliyi haqqında deklorasiya qəbul etmişdir. Deklarasiyada Rusiyanın tərkibinə daxil olan digər muxtariyyətlərdən fərqli olaraq Tatarıstanın nə RSFSR, nə də SSRİ tərkibində deyil tam müstəqil olması göstərilirdi. Burada Tatar SSR konstitusiyası və qanunları Tatarıstanın bütün ərazilərində ali hüquqa malik olması göstərilir. 26 dekabr 1991-ci ildə Belovej anlaşması ilə SSRİ süquta uğrayaraq MDB ilə əvəz edilir. Tatarıstanın MDB-yə təsisçi olaraq daxil olması üçün deklorasiya qəbul edilir .
Kürdüstanın müstəqilliyi üzrə referendum (2017)
Kürdüstanın müstəqilliyi üzrə referendum – 25 sentyabr 2017-ci ildə keçirilən və Kürdüstanın İraq dövlətindən müstəqilliyini nəzərdə tutan referendum. Səsvermə yerli vaxtla saat 20:00-dək davam etmişdir. == Reaksiyalar == İraq referendumun dayandırılmalı olduğunu qeyd edərək qarşı olduğunu bildirmişdir.Referendumdan öncə baş nazir Heydər əl-Abadi bildirmişdir ki, referendum konstitusiyaya ziddir və sülh prosesini təhlükəyə atır. Bundan sonra İraq hökuməti Kürdüstan bölgəsindən beynəlxalq sərhəd məntəqələrində nəzarətin verilməsini tələb etmişdir.İraq həmçinin digər ölkələrdən Kürdüstan regionundan neft almamağa və "neft və sərhədlər"ə görə danışıqları yalnız hökumətlə aparmağa çağırış etmişdir. Neft Kürdüstan regionunun əsas ixrac məhsullarından biridir.İsrail müstəqillik referendumunu açıq dəstəkləyən yeganə ölkə olmuşdur. == Nəticə == Səsvermədə iştirak edənlərin 92,73 %-i müstəqilliyə "hə" deyib. Seçkidə 3 milyon 305.925 nəfər (78 %) iştirak edib. 21.180 nəfərin səsi etibarsız hesab edilib.
Şotlandiyanın müstəqilliyi haqqında referendum (2014)
Şotlandiyanın müstəqilliyi haqqında referendum — 2014-cü ilin 18 sentyabr tarixində Şotlandiyada keçirlmiş referdum. Referdendum nəticəsində şotlandların Böyük Britaniya tərkibində qalıb-qalmamaları ilə bağlı fikirləri öyrənilib və seçkidə iştirak edən 2,001,926 nəfər seçiçi YOX (55.3%) səsindən istifadə edərək müstəqilliyinin əlehinə səs verib. == Tarix == Şotlandiya 1707-ci ildən Böyük Britaniyanın tərkibinə daxil edilib, 1997-ci ildə isə muxtariyyət alıb. Ancaq son rəy sorğuları iki düşərgə arasında fərqin azaldığını göstərir. Müstəqilliyin elan edilməsi vaxtı Şotlandiya hökumətinin rəsmi sənədi olan "Ağ kitab"a daxil edilib. Kitab 26 noyabr 2013-də nəşr olunub. == Debatlar == Şotlandiyanın Britaniyadan ayrılması ilə bağlı referendumdan 6 həftə əvvəl televiziya debatı keçirilib. Sorğuya əsasən, Şotlandiyanın müstəqilliyi kampaniyasının və Şotlandiya Milli Partiyasının (SNP) lideri Aleks Salmond İttifaq tərəfdarlarının lideri Alister Darlinqlə toqqaşıb. Televiziya debatında Salmond deyib ki, müstəqil Şotlandiya daha varlı və ədalətli bir cəmiyyət olacaq. Britaniya hökuməti nüvə silahlarına çox pul xərcləyib, vergiyə gələndə isə şotlandları yaddan çıxarıb.
Şotlandiyanın müstəqilliyi üzrə referendum (2014)
Şotlandiyanın müstəqilliyi haqqında referendum — 2014-cü ilin 18 sentyabr tarixində Şotlandiyada keçirlmiş referdum. Referdendum nəticəsində şotlandların Böyük Britaniya tərkibində qalıb-qalmamaları ilə bağlı fikirləri öyrənilib və seçkidə iştirak edən 2,001,926 nəfər seçiçi YOX (55.3%) səsindən istifadə edərək müstəqilliyinin əlehinə səs verib. == Tarix == Şotlandiya 1707-ci ildən Böyük Britaniyanın tərkibinə daxil edilib, 1997-ci ildə isə muxtariyyət alıb. Ancaq son rəy sorğuları iki düşərgə arasında fərqin azaldığını göstərir. Müstəqilliyin elan edilməsi vaxtı Şotlandiya hökumətinin rəsmi sənədi olan "Ağ kitab"a daxil edilib. Kitab 26 noyabr 2013-də nəşr olunub. == Debatlar == Şotlandiyanın Britaniyadan ayrılması ilə bağlı referendumdan 6 həftə əvvəl televiziya debatı keçirilib. Sorğuya əsasən, Şotlandiyanın müstəqilliyi kampaniyasının və Şotlandiya Milli Partiyasının (SNP) lideri Aleks Salmond İttifaq tərəfdarlarının lideri Alister Darlinqlə toqqaşıb. Televiziya debatında Salmond deyib ki, müstəqil Şotlandiya daha varlı və ədalətli bir cəmiyyət olacaq. Britaniya hökuməti nüvə silahlarına çox pul xərcləyib, vergiyə gələndə isə şotlandları yaddan çıxarıb.
Qərbi Saxarada referendum üzrə BMT missiyası
Qərbi Saxarada referendum üzrə BMT missiyası (ərəb. بعثة الأمم المتحدة لتنظيم استفتاء في الصحراء الغربية‎; fr. Mission des Nations Unies pour l'Organisation d'un Référendum au Sahara Occidental; isp. Misión de las Naciones Unidas para la Organización de un Referéndum en el Sáhara Occidental; MINURSO) — Mərakeş ilə Polisario Cəbhəsi arasındakı qarşıdurmada atəşkəsin yolunu açan Qəsəbə Planının bir hissəsi olaraq 1991-ci ildə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 690 saylı Qərarına uyğun olaraq 1991-ci ildə qurulmuş, Qərbi Sahardakı Birləşmiş Millətlər Təşkilatının sülhməramlı bir missiyadır. Sahra Ərəb Demokratik Respublikası) mübahisəli Qərbi Sahara ərazisi üzərində (əvvəllər İspaniya Səhrası). MINURSO-nun missiyası atəşkəsi izləmək və Qərbi Sahara xalqının Mərakeşlə inteqrasiya və müstəqillik arasında seçim etməsinə imkan verəcək Qəsəbə Planına uyğun olaraq referendum təşkil etmək və keçirmək idi. Bu, Səhravilər üçün öz müqəddəratını təyin etmək və beləliklə Qərbi Səhranın hələ bitməmiş dekolonizasiya prosesini başa çatdırmaq məqsədi daşıyırdı (Qərbi Səhra, BMT-nin müstəsna ərazilər siyahısında qalan son böyük ərazidir). == Mandat == Birləşmiş Millətlər Təşkilatına görə, MINURSO "əvvəlcə həll planına əsasən səlahiyyət almışdı: atəşkəsə nəzarət etmək; ərazidə Mərakeş əsgərlərinin azaldılmasını yoxlamaq; Mərakeş qoşunlarının və Polisario Cəbhəsi qoşunlarının təyin olunmuş yerlərdə saxlanmasına nəzarət etmək; bütün Qərbi Sahara siyasi məhbuslarının və ya məhbusların sərbəst buraxılmasını təmin etmək üçün tərəflərlə addımlar atmaq; Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən hərbi əsir mübadiləsinə nəzarət etmək; Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMMYK) tərəfindən götürüləsi bir vəzifə olan Qərbi Sahra qaçqınlarını geri qaytarmaq; ixtisaslı seçiciləri müəyyənləşdirmək və qeyd etmək; azad və ədalətli referendumu təşkil edir və təmin edir və nəticələrini elan edir; partlamamış hərbi sursat və mina təhlükəsini azaltmaq. == Planlar == Bir müstəqillik referendumu əvvəlcə 1992-ci ilə planlaşdırılırdı, lakin səsvermə hüququ ziddiyyətləri səbəbindən keçirilmədi. Hər iki tərəf bir-birini prosesi təxirə salmaqda günahlandırdı.
Dağlıq Qarabağ Respublikasının müstəqilliyi haqqında referendum
Dağlıq Qarabağ Respublikasının müstəqilliyi haqqında referendum — Dağlıq Qarabağın Azərbaycandan müstəqilliyi haqqında 10 dekabr 1991-ci ildə keçirilmiş referendumdur. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) və ona bitişik Şaumyan rayonu ərazisində baş tutmuşdur. Bu sualı verilmişdir: Seçicilərin 99,89%-i respublikanın müstəqilliyinin lehinə səs vermişdir. Bu, Dağlıq Qarabağın azərbaycanlı əhalisi tərəfindən boykot edilmişdi. Onlar 1989-cu ildə keçmiş DQMV əhalisinin təxminən 21%-ni təşkil edirdilər. Referendum Azərbaycan Respublikasının razılığı olmadan keçirilmiş və BMT-yə üzv dövlətlər tərəfindən beynəlxalq səviyyədə tanınmamışdı. Referendumun hazırlanması, keçirilməsi və nəticələrinin yekunlaşdırılması "Dağlıq Qarabağ Respublikasının referendumunun keçirilməsi haqqında müvəqqəti əsasnamə"yə uyğun olaraq həyata keçirilmişdi. Əsasnaməyə görə, seçicilərin ən azı 2/3-ü 50%-dən az olmayaraq onun lehinə səs verərsə, qərar qəbul edilmiş sayılır. Səsvermə bülletenlərində erməni, azərbaycan və rus dillərində sual, həmçinin "ДА" və "НЕТ" sözləri (arzuolunmazların üstündən xətt çəkilməlidir) var idi. == Qeydlər == == İstinadlar == == Xarici keçidlər == Berg-Karabach (Aserbeidschan), 10.
Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Referendum (2016)
"Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum — Azərbaycan Respublikasının Konstitusiyasına 2016-cı ildə təklif edilən dəyişikliklərlə bağlı 26 sentyabr 2016-cı ildə keçirilən referendum və onun nəticələri. == Tarixi == 18 iyul 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı layihəsi barədə sərəncam imzaladı. Layihəyə görə Azərbaycan Respublikasının Konstitusiyasının 42 maddəsinə 29 dəyişiklik təklif edilirdi. Həmin tarixlə Prezident sərəncamı ilə “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi rəy verilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərildi.
2014-cü il Şotlandiyanın müstəqilliyi haqqında referendumda tərəfdarların siyahısı
Bu siyahıda 2014-cü ildə keçirilən Şotlandiyanın müstəqilliyi haqqında referendumda ictimaiyyətə açıq bir fikir bildirən şəxslər və təşkilatlar sıralanmışdır. Siyahıya daxil olan şəxslərin hamısı referendumda səs veməyib.
2017 Kataloniya müstəqillik referendumu
2017 Kataloniya müstəqillik referendumu və ya 1-O — Kataloniya (İspaniyada yerləşən muxtar vilayət) hökuməti tərəfindən 1 oktyabr 2017 tarixində keçirilən referendum. Referendum, İspaniya hakimiyyəti tərəfindən qeyri-qanuni sayılır. == Arxa plan == Pireney yarımadasının qədim sakinləri iberlərlər olub, onları yalnız tədqiqatçılar keltlər, digərləri isə Şimali Afrikadan gələnlər hesab edirdilər. Sivilizasiya İberiyaya şərqdən gəlib və ilk olaraq Aralıq dənizinə təsir edib. Nəticədə Kataloniya adlanan bölgənin tarixi e.ə 575-ci ildə, yunanlar dəniz sahillərində Emporion müstəmləkəsi yaradan zaman başlayıb. Cənubda yerləşən müasir Alikante və Kartaqena liman şəhərləri də həmin vaxtı yaranıb. İberlər və yunanlardan sonra karfagenlər meydana çıxıb. === Kataloniyanın yaradılması === Əfsanəyə görə Barselonanın yaranması Heraklın adıyla bağlıdır. Əslində isə onun əsasını e.ə 237-ci ildə Karfagen sərkərdəsi Haminkar, Hannibalın atası qoyub. Haminkarı hamı Barka (azərb.
Azərbaycanda Etimad Referendumu (1993)
Azərbaycanda Etimad Referendumu- 29 Avqust 1993-cü ildə Sürət Hüseynovun çevrilişindən sonra keçirilən prezident Əbülfəz Elçibəyə etimad referendumu. == Haqqında == 1993-cü il avqustun 29-da Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyə etimad göstərilməsi məsələsi haqqında ümumxalq səsverməsi olmuşdur. Referendumda "Siz Azərbaycan Respublikasının Prezidentinə etimad edirsiniz mi?" sualı verilmiş, seçici siyahılarına salınmış 4.097.367 vətəndaşın 3.767.928 nəfəri seçkilərdə iştirak etmiş, 92,02 faizi Ə.Elçibəyə etimad göstərilməsi əleyhinə səs vermiş, yalnız 77.730 nəfəri, yaxud 2,1 faizi ona etimad göstərmişdir. Seçici fəallığı 91,6% olmuşdur.
Azərbaycanda Konstitusiya Referendumu (1995)
Azərbaycanda Konstitusiya Referendumu-12 Noyabr 1995-ci ildə Azərbaycanda Parlament seçkilərinin (1995–1996) ilk mərhələsi ilə birgə səsverməyə qoyulmuş konstitusiya referendumudur. Seçicilərə "Siz prezident Heydər Əliyevin sədrlik etdiyi Komissiyanın hazırladığı və təqdim etdiyi ilk milli konstitusiya layihəsinin Azərbaycan Respublikasının Konstitusiyası olaraq qəbul edilməsinə razısınız mı?" soruşulmuşdur.
Azərbaycanda Konstitusiya Referendumu (2016)
"Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum — Azərbaycan Respublikasının Konstitusiyasına 2016-cı ildə təklif edilən dəyişikliklərlə bağlı 26 sentyabr 2016-cı ildə keçirilən referendum və onun nəticələri. == Tarixi == 18 iyul 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı layihəsi barədə sərəncam imzaladı. Layihəyə görə Azərbaycan Respublikasının Konstitusiyasının 42 maddəsinə 29 dəyişiklik təklif edilirdi. Həmin tarixlə Prezident sərəncamı ilə “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi rəy verilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərildi.
Azərbaycanda Müstəqillik Referendumu (1991)
Azərbaycanda Müstəqillik Referendumu- SSRİ-nin dağılmasından 3 gün sonra, 29 Dekabr 1991-ci ildə Azərbaycanda keçirilən müstəqillik referendumu. Referendumun lehinə 99,8% səs vermişdir. == Haqqında == 1991-ci il dekabrın 29-da Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Ali Sovetin Konstitusiya Aktının qəbul olunması məsələsi barədə referendum keçirilmiş və "Siz Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?" sualı qoyulmuşdu. == Nəticələr == Referendumda 3.751.174 nəfər və ya səsverənlərin siyahılarına daxil edilmiş vətəndaşların 95,27 faizi iştirak etmiş, səsverənlərin 99,58 faizi sualın lehinə 0,2 faizi isə əleyhinə səs vermişdir.
Belarus referendumu (1995)
1995 Belarus referendumu və ya dörd-suallı referendum — 14 may 1995 tarixində Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko tərəfindən keçirilən ölkənin ilk referendumu. Referendumda dörd sual soruşuldu. Birinci sual Belarus və rus dilinin bərabər şəkildə istifadəsi, ikinci sual Rusiya Federasiyası ilə iqtisadi inteqrasiya, üçüncü sual Belarus dövlət bayrağının və dövlət gerbinin dəyişməsi, dördüncü sual isə, Ali Sovetin səlahiyyətlərinin Dövlət Prezidenti tərəfindən sonlandırılması idi. Referendumunda müvafiq olaraq 87%, 79%, 87% və 82% lehinə səs verilmişdir. Mübahisəli referenduma faşist işğalı zamanı istifadə olunan bayraqlar və gerblər müzakirə mövzusu olmuşdur. == Suallar və nəticələr == === Rus dilinin vəziyyəti === Birinci sual "Siz rus dilini Belarus dili ilə eyni statusa keçirməyi qəbul edirsiz?" idi. === Rusiya ilə iqtisadi inteqrasiya === İkinci sual "Siz prezidentin Rusiya ilə iqtisadi inteqrasiyanı hədəfləyən hərəkətləri dəstəkləyirsinizmi?" idi === Dövlət rəmzləri === Üçüncü sual "Yeni Belarus dövlət bayrağı və gerbinin tədqim edilməsiylə əlaqədar təklifi dəstəkləyirsiniz?" idi. === Parlamentin vəzifədən azad edilməsi === Dördüncü sual "Siz Konstitusiyanın sistematik və ya ciddi pozulması hallarında Belarus Respublikasının Prezidenti tərəfindən Ali Sovetin plenar səlahiyyətlərinin erkən dayandırılmasını təmin edən Belarus Respublikasının fəaliyyət göstərən konstitusiyasına dəyişikliklərin edilməsi zəruriliyini dəstəkləyirsiniz?" idi == Sonrası == Yeni konstitusiya dəyişikliklərinin tərəfdarı Aleksandr Lukaşenko, bu referendumun xüsusilə Böyük Vətən müharibəsi əsnasında əldə edilən qalibiyyətlə əlaqəli olduğunu vurğuladı və referandum nəticəsini qalibiyyət elan edərək "Vuruşduğunuz ölkənin bayrağını sizə geri qaytardıq. Sizə həm xatirəni həm də qüruru geri qaytardıq" ifadələrindən istifadə etdi. Yeni seçilən dövlət gerbinin Belarus xalqının sülhsevər təbiətini simvolikləştirdiyi deyilmişdir.
Gürcüstanda Müstəqillik Referendumu (1991)
Gürcüstan Respublikası ərazisində müstəqillik referendumu 31 mart 1991-ci ildə keçirildi. Səs verənlərin 99.5%-ı lehinə qərar vermişdilər. == Arxa plan == Referendum 1990-cı ilin oktyabr ayında Sovet Gürcüstanında keçirilmiş ilk çoxpartiyalı seçkilərdə seçilən Gürcüstan Ali Şurası tərəfindən təsdiqləndi və şurada Sovet dönəminin dissidenti Zviad Qamsaxurdianın rəhbərlik etdiyi müstəqillik tərəfdarı olan Dəyirmi Masa—Azad Gürcüstan bloku üstünlük təşkil edirdi. Federasiyanın davamına dair ümumittifaq referendumu və 17 martda yeni ittifaq müqaviləsi üzrə danışıqları əsasən boykot edən Gürcüstan üç Baltikyanı dövlətdən (9 fevral 1991-ci ildə Litvada, həmin il 3 mart Latviya və Estoniya) sonra müstəqillik referendumu təşkil edən dördüncü Sovet respublikası oldu.Referendumun yeganə sualı bu idi ki, "26 may 1918-ci il tarixli Gürcüstan İstiqlal Bəyannaməsi Aktına uyğun olaraq Gürcüstanın müstəqilliyinin bərpasını dəstəkləyirsinizmi?". Rəsmi nəticələrə əsasən, seçicilərin 90.6%-nın iştirak etdiyi səsvermədə 99% lehinə qərar verdilər. Etnik zəmnində baş verən ixtilaf səbəbindən Abxaziya və Cənubi Osetiyanın qeyri-gürcü sakinləri səsverməni boykot etdilər.Nəticələrin açıqlanmasından dörd gün sonra Gürcüstan Ali Şurası Sovet İttifaqının 1989-cu il aprelin 9-da müstəqillik elanını yekdilliklə qəbul etdi, bu hadisə Tbilisidə Sovet ordusunun dinc nümayişlərə basqınının ikinci ildönümündə baş verdi.Referendum ABŞ-nin keçmiş prezidenti Riçard Niksonun Gürcüstanın paytaxtı Tbilisdə bir neçə seçki məntəqəsini ziyarət etdiyi xüsusi səfəri ilə üst-üstə düşdü, daha sonra prezident həmin gün Moskva şəhərinə yola düşdü.
Kataloniya müstəqillik referendumu (2017)
2017 Kataloniya müstəqillik referendumu və ya 1-O — Kataloniya (İspaniyada yerləşən muxtar vilayət) hökuməti tərəfindən 1 oktyabr 2017 tarixində keçirilən referendum. Referendum, İspaniya hakimiyyəti tərəfindən qeyri-qanuni sayılır. == Arxa plan == Pireney yarımadasının qədim sakinləri iberlərlər olub, onları yalnız tədqiqatçılar keltlər, digərləri isə Şimali Afrikadan gələnlər hesab edirdilər. Sivilizasiya İberiyaya şərqdən gəlib və ilk olaraq Aralıq dənizinə təsir edib. Nəticədə Kataloniya adlanan bölgənin tarixi e.ə 575-ci ildə, yunanlar dəniz sahillərində Emporion müstəmləkəsi yaradan zaman başlayıb. Cənubda yerləşən müasir Alikante və Kartaqena liman şəhərləri də həmin vaxtı yaranıb. İberlər və yunanlardan sonra karfagenlər meydana çıxıb. === Kataloniyanın yaradılması === Əfsanəyə görə Barselonanın yaranması Heraklın adıyla bağlıdır. Əslində isə onun əsasını e.ə 237-ci ildə Karfagen sərkərdəsi Haminkar, Hannibalın atası qoyub. Haminkarı hamı Barka (azərb.
Lombardiya muxtariyyət referendumu (2017)
2017 Lombardiya muxtariyyət referendumu — Lombardiya (İtaliyada yerləşən region) regional şurası tərəfindən 22 oktyabr 2017 tarixində keçirilmiş referendum. Referendum İtaliya konstitusiyasının 116-cı maddəsinin 3-cü bəndinə əsasən, öz ərazi qurumlarına verilməsi üçün əlavə formalar və muxtariyyət şərtləri ilə bağlı region əhalisinin fikirlərini öyrənmək üçün regional şura tərəfindən hazırlanmışdır.Regional əsasnaməsinin 52-ci maddəsində nəzərdə tutulan və heç bir kvorum tələb olunmadığından elektron şəkildə keçiriləcəkdir. == Seçkidən əvvəl səsvermə == == Nəticə == Referendumda 7,897,056 seçici iştirak etmişdi. Lombardiyanın 1,523 bələdiyyəsində 9,224 seçki məntəqəsi var idi. == Həmçinin bax == Lombardiya Regional Şurası Veneto muxtariyyət referendumu (2017) Kataloniya müstəqillik referendumu (2017) == İstinadlar == == Xarici keçidlər == "Referendum per l'autonomia (schede informative)" (italyan). D.C.R. n.
Qazaxıstanda Konstitusiya Referendumu (2022)
2022-ci il iyunun 5-də Qazaxıstanda Konstitusiyaya 56 dəyişikliyin təsdiq edilib-edilməməsi ilə bağlı referendum keçirilib. Bu, müstəqil Qazaxıstanda keçirilən üçüncü referendum idi və sonuncu referendum 1995-ci ildə keçirilmişdi. Səsvermə yerli dildə Respublika referendumu adlandırıldı və 1995-ci ildə ilk dəfə olan ratifikasiyadan sonra qəbul edilmiş qanunun tərifinə uyğun olaraq ilk dəfə Respublikaçı referendum (qaz. Республикалық референдум, romanlaşdırılmış: Respublikalyq referendum; rus. Республиканский референдум, romanlaşdırılmış: Respublikanskiy referendum) adlandırıldı. Yeni təklif olunan düzəlişlər ilk dəfə prezident Qasım-Comərd Tokayev tərəfindən 2022-ci ilin martında, iqtisadi şəraitin pisləşməsi və sürətli siyasi islahatlara çağırışların artması nəticəsində həmin ilin yanvar ayında baş tutan zorakı vətəndaş iğtişaşlarına cavabdan sonra ilk dəfə xalqa müraciəti zamanı açıqlanıb. Tokayev açıqlamalarından sonra parlamentlə birlikdə konstitusiya dəyişiklikləri ilə bağlı təkliflərin formalaşdırılması üzrə işçi qrupu yaradıb və 2022-ci ilin aprelində konstitusiyaya dəyişikliklər layihəsi əvvəlcə Tokayev tərəfindən Konstitusiya Şurasına təsdiq olunmaq üçün təqdim edilməklə ictimaiyyətə təqdim edilib. Dəyişikliklərin hazırlanması zamanı deputatlar və qazax rəsmiləri tərəfindən rus dilinin qazax dili ilə birlikdə ortaq rəsmi dil kimi istifadəsinin istisna edilməsi və ən əsası, müxalifətlə üzləşən keçmiş prezident Nursultan Nazarbayevin imtiyazları ilə bağlı bir sıra mübahisəli təklif edilən dəyişikliklər edilib, əvvəlcə ona “müstəqil Qazaxıstanın qurucusu” kimi yeni fəxri adın verilməsi təklifi irəli sürülüb lakin bu ictimai reaksiyadan sonra ləğv edilib. Aprelin 29-da Qazaxıstan Xalq Assambleyasının sessiyasında prezident Tokayev konstitusiyaya edilən dəyişiklik və əlavələrin təsdiqi üçün respublika referendumunun keçirilməsi ideyasını qaldırıb. Mayın əvvəlində parlament konstitusiyaya dəyişikliklər və əlavələr paketi layihəsini qəbul edib, daha sonra Tokayev tərəfindən imzalanıb və prezident fərmanı ilə referendumun keçirilmə tarixini təyin edib.
Qvineya konstitusiya referendumu (2001)
Konstitusiya referendumu Qvineyada 11 noyabr 2001-ci ildə keçirilmişdir. O Qvineyanın yeni Konstitusiyasının qəbul edilməsinə aid idi, hansı ki, prezidentlik müddətinin say məhdudiyyətini aradan qaldırırdı və 5 il olan müddət davamlığını 7-yə qədər artırırdı. Konstitusiya 98,36 % səs ilə təsdiq olunmuşdur. Müxalifətin referendumu boykot etmək çağırışına baxmayaraq, seçicilərin 87,2 % iştirak etmişdir. Referendumun nəticəsində prezident Lansana Konte qeyri-məhdud sayda seçilmək imkanını aldı ki, bu onun müxalifətlə münasibətlərini daha da çox kəskinləşdirdi.
Rusiya tərəfindən işğal edilmiş Ukrayna torpaqlarının ilhaqı referendumu
2022-ci il sentyabrın sonlarında Ukraynaya Rusiya tərəfindən göndərilmiş məmurlar Ukraynanın işğal olunmuş ərazilərinin Rusiya tərəfindən ilhaqı ilə bağlı referendumlar keçirmişdirlər. Keçirilmiş bu referendumlar şərhçilər tərəfindən saxta referendumlar kimi təsvir edilmiş və dünyanın müxtəlif ölkələri tərəfindən pislənmişdir. Hazırda referendumların nəticələrinin etibarlılığını Şimali Koreyadan başqa dünyanın heç bir suveren dövləti qəbul etməmişdir. Səsvermə Ukraynanın dörd regionunda - Ukraynanın Rusiya tərəfindən işğal olunmuş Donetsk və Luqansk vilayətlərində təşkil edilmiş, Rusiyanın marionet dövlətləri olan Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikası ərazilərində, həmçinin müharibənin ilk həftəsində Rusiya tərəfindən ələ keçirilmiş və Rusiya tərəfindən təyin edilmiş hərbi administrasiyaları olan Xerson vilayəti və Zaporojye vilayətində baş tutmuşdur. Rusiya Federasiyasının Silahlı Qüvvələri hərbi əməliyyatların davam etdiyi dörd regiondan heç birinə tam nəzarəti həyata keçirmir və eyni zamanda da, əhalinin böyük hissəsi 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü başlayandan sonra regionları tərk etmişdirlər. Referendumlar beynəlxalq hüquqa görə qeyri-qanuni olmuşdur və Birləşmiş Millətlər Təşkilatı tərəfindən Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin pozulması halı kimi qətiyyətlə pislənilmişdir. 2022-ci il sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putin Rusiya parlamentinin hər iki palatasına müraciətində Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin ilhaqını elan etmişdir. Birləşmiş Millətlər Təşkilatı, Ukrayna və bir çox başqa ölkələr ilhaqı pisləmişdirlər.
Rusiyada Konstitusiya Referendumu (2020)
2020-ci il Rusiyada Konstitusiya Referendumu - 25 iyun və 1 iyul tarixləri arasında keçirilir. Koronavirus pandemiyasına görə bir dəfə təxirə salınan ümumxalq səsverməsi seçicilərin sağlamlıq təhlükəsizliyi nəzərə alınaraq, həftə ərzində və ölkə tarixində ilk dəfə olaraq onlayn formada keçirilir. Ümumxalq səsverməsinin qəbul olunması üçün 50 faizdən çox seçici fəallığı tələb olunmur. Bu seçkilərdə Rusiya əhalisi paket formada, yəni, təklif olunan bütün dəyişikliklərə birdəfəlik səs verir. Buna səbəb isə mövcud konstitusiyaya 200-dən çox dəyişikliyin edilməsi və hər bir düzəlişə ayrıca olaraq səsvermənin texniki cəhətdən mümkün olmadığı göstərilir. Konstitusiyaya dəyişikliklərdə Rusiya qanunvericiliyinin beynəlxalq qanunvericilik üzərində üstünlüyü, Rusiya xalqı və tanrı barədə anlayışlara düzəlişlər, eləcə də hazırkı ölkə Prezidentinin növbəti müddətə seçilmək imkanı nəzərdə tutulur. == Dəyişikliklər == 2020-ci ildə Federal Məclisə göndərdiyi mesajda Putin ölkənin Əsas Qanununa bir sıra dəyişikliklər təklif etdi. Sonradan təkliflər xüsusi yaradılmış işçi qrupu tərəfindən işlənib hazırlanandan sonra prezident müvafiq qanun layihəsini Dövlət Dumasının müzakirəsinə təqdim etdi. Mövcud Konstitusiyaya 171 dəyişiklik edilməsi planlaşdırılır. Təklif edilən dəyişikliklərə əsasən konstitusiyada prezidentlik müddətinin "sıfırlanması", yəni düzəlişlərin qüvvəyə minməsindən sonra indiki prezidentin də yenidən namizədliyini irəli sürməsi imkanının yaradılması (bu isə o deməkdir ki, Putin 2024-cü ildən sonra yenidən iki müddət, yəni 12 il prezident ola biləcək) nəzərdə tutulur.
Veneto muxtariyyət referendumu (2017)
2017 Veneto muxtariyyət referendumu — Veneto (İtaliyada yerləşən region) regional şurası tərəfindən 22 oktyabr 2017 tarixində keçirilən referendum. Referendum İtaliya konstitusiyasının 116-cı maddəsinin 3-cü bəndinə əsasən, öz ərazi qurumlarına verilməsi üçün əlavə formalar və muxtariyyət şərtləri ilə bağlı region əhalisinin fikirlərini öyrənmək üçün regional şura tərəfindən hazırlanmışdır.Referendum, bir məsləhətçi olaraq, hüquqi cəhətdən məcburi olmayacaq. Regional əsasnamənin 27-ci maddəsinin 2-ci bəndinə əsasən, kvoruma nail olunduqda, regional şuradan referendumun nəticələrinin elan olunduqdan sonra 90 gün ərzində araşdırılması tələb olunur. Belə bir vəziyyətdə, əgər cunta səsləri üstünlük təşkil edərsə, münsiflər sədri qanunverici məclisə dövlət icraçılığı ilə aparılacaq danışıqlar proqramını, fərqli muxtariyyətə nail olmaq üçün yolları və məzmunu tanıyan bir qanunla birlikdə təqdim edəcək. == Seçkidən əvvəl səsvermə == == Nəticə == Referendumda 4,019,628 seçici iştirak etmişdi. Venetonun 4,739 bələdiyyəsində 575 seçki məntəqəsi var idi. Mənbə: Veneto Regional Şurası == Həmçinin bax == Veneto Regional Şurası Lombardiya muxtariyyət referendumu (2017) Kataloniya müstəqillik referendumu (2017) == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Veneto muxtariyyət referendumu (2017) ilə əlaqəli mediafayllar var. "Referendum regionale consultivo sull'autonomia del Veneto". D.P.G.R. n. 2017-ci ilin 50-ci qanunu Legge regionale n.
Dağlıq Qarabağda konstitusiya referendumu (2006)
Dağlıq Qarabağda konstitusiya referendumu — 10 dekabr 2006-cı ilda tanınmamış Dağlıq Qarabağ Respublikasında Dağlıq Qarabağı suveren dövlət kimi müəyyən edən konstitusiya layihəsini təsdiq etmək üçün keçirilmiş konstitusiya referendumu. Azərbaycan referendumu qınamış və bildirmişdir ki, bu, sülh prosesinə zərər vurmaq üçün edilmiş konstitusiyaya zidd cəhddir.Referendumda seçicilərin 87%-i iştirak etmiş, onlardan 99,28%-i lehinə səs vermişdir.

Значение слова в других словарях

изуве́чить мужикова́тый облегчи́тельно помрачи́ть поруче́нец сква́жистый шлю́почка киносцена́рий потака́тельница противошо́ковый расчехля́ться штуф жеренки паскач слать chlorinate Duncan fly-guy Gambia Kishinev заартачиться заболотить истинный сабо сворачивать