REFORM

reform1

n 1. reforma; islahat; sweeping ~s əsaslı islahatlar; economic ~s iqtisadi islahatlar; 2. düzəltmə yaxşılaşdırma, yaxşılaşma

reform2

v 1. yaxşılaşdırmaq,islahat aparmaq, islah etmək;to ~ the electorial system seçki sistemin yaxşılaşdırmaq; 2. islah etmək, düzəltmək; to ~ one’s habits adətlərini islah etmək

REFLOAT
REFORMATION
OBASTAN VİKİ
Reformacılar
Kalvinizm — Jan Kalvinin XVI əsrin əvvəllərində ortaya atdığı ideyalara əsasən yaratdığı xristianlıq cərəyanı. Bu dini inanc sistemi, ilk dəfə Cenevrədə, daha sonra isə Niderland, Şotlandiya, Almaniya və Fransada qurulan yeni kilsələrdə qəbul edilib. Bu məzhəb Fransada Nant fərmanı ilə qəbul edilmişdir. Kalvinizm ənənəvi dini baxışları deyil, ilk xristian baxışlarını əsas götürür. Protestantlığın kalvinizm məzhəbi dürüstlük və çalışqanlığa üstünlük verir. Bu, o dövrdə, məsələn Niderlandda yüksələn iqtisadiyyatı dəstəkləyən bir inanc şəkli idi. Kalvinə görə çalışqan, dürüst olan, dünya nemətlərindən uzaq dayanaraq ibadət edənlər rahiblər qədər tanrıya yaxındırlar və seçilmişlər qrupu sayıla bilərlər. Bərbəzəkli həyat sürmək, parlaq paltarlardan və ləl-cəvahiratdan istifadə etmək, rəqs etmək, sərxoş olmaq və tənbəllik bu dini inancda günah sayılır.Kalvinizm inancına görə insanlar qurtuluş üçün seçilmiş və seçilməmiş olaraq doğulurdular. İnanca görə, bu vəziyyəti dəyişmək mümkün deyildi. İnsanlar lənətlənmiş və ya sən onu müqəddəsləşdirmiş olurdular və müqəddəsləşdirilmiş və ya lənətlənmiş olduqlarını iş həyatındakı uğurlarına görə anlayırdılar.
Reformasiya
Reformasiya (lat. reformatio) — XV-XVI əsrlərdə Katolik kilsəsinə qarşı başlanan dini etirazlar. == Tarixi zəmin == XVI əsrin ikinci yarısında Appenin yarımadasında mədəniyyət ve elm sahələrində inanılmaz inkişaf yaşanmağa başladı. İntibah dövrü adlanan bu hərəkat müasir Avropa ilə antik Avropa arasında kəsilmiş əlaqəni yenidən bərpa etdi. Avropalı alimlər, bu dövrlərdə İslam dünyasındakı alimlərin hesabına riyaziyyat elminin sirlərinə yiyələndilər. Qatı dini fikirlərlə yanaşı, dini inkar və ya tənqid edən müxtəlif fəlsəfi cərəyanlar yaranmağa başladı. İohann Qutenberqin kitab çapını asanlaşdırmasından sonra, Avropada kitabların istifadəsi genişləndi. Mədəniyyət, Ədəbiyyat və Memarlıq sahələrində yazılmış kitablar çoxaldılaraq Avropanın müxtəlif ölkələrində yerləşən universitetlərə və elm mərkəzlərinə göndərilirdi. Orta əsrlər eyni zamanda Qədim Roma zamanında əsası qoyulan, ancaq texniki inkişafın olmaması səbəbindən yarımçıq qalmış Coğrafi kəşflərində sürətlənməsinə və genişlənməsinə səbəb olmuşdur. İtalyan İntibahı Orta əsrlərin ən mühüm hadisələrədən biri hesab olunur.
Reformizm
→ Bu maddə sosializmdə reformizm qavramı ilə əlaqəlidir.Reformizm ya da təkamülçü sosializm, mərhələli artan demokratik irəliləmənin cəmiyyətin təməl iqtisadi əlaqələrini və siyasi funtamentini dəyişdirəcəyini deyən ideologiya. Bu ideologiya Marksist düşüncədə yer alan cəmiyyəti, spesifik anlamda təməli dəyişdirmək üçün inqilabın şərt olduğu yönündəki inqilabçı anlayışa qarşıdır. Bu səbəblə real sosialist və kommunistlər tərəfindən refizyonizm, opurtunizm, parlemantarizm kimi qavramlarla yan-yana qəbul edilir. == Tarixi == Sosialist reformizm ilk dəfə iki məşhur sosial-demokrat Eduard Bernşteynin və Karl Kautsky tərəfindən ortaya atılmışdır. Bu görüş qısa müddətdə Roza Luksemburq və Lenin kimi inqilabçı filosofların və siyasətçilərin tənqidinə məruz qalmışdır. Bolşeviklərin Rusiyada idarəçiliyi ələ keçirməsindən sonra reformistlər Komintern tərəfindən Avropada şərtlərin yaranmasına rəğmən inqilabın önündə maneə təşkil edən burjuaziya sözçüsü sosial faşistlər olaraq qeyd edilmişdirlər.Günümüzdə reformistlər ölkədən ölkəyə tanım dəyişdirməklə bərabər ortanın solu olaraq adlandırılırlar. Daha çox reformizmin siyasi hərəkatı sosial-demokrat partiyaları nəzdində fəaliyyət göstərir.

Digər lüğətlərdə

бры́нза закути́ться копе́йчатый коробе́йка богаде́льня вы́прыгнуть выступле́ние занава́живать зна́ковый как ма́слом по сердцу негабари́тность полупусты́нный презентацио́нный ску́пщина interconversion muddle along prosecute tobacco cutter tracked vertebrata грядущий осиянный разнуздываться стажёр трусы