reklam agentliyi

Hüquqi şəxs olan, reklam istehsalı və yayımı ilə bağlı kompleks xidmətlər göstərən peşəkar təşkilat

reklam
reklam daşıyıcısı
OBASTAN VİKİ
Reklam
Reklam — insanların hər hansı bir məhsulu almağına, xidmətdən istifadə etməyinə və ya hər hansı bir siyasi namizədi və ya onun ideyasını dəstəkləməsinə təsir etməkdə istifadə olunan məlumatlandırma vasitəsi. Reklam qəzet, websaytlar, radio, bilbord və s. kimi vasitələrlə ötürülə bilər. Bir qayda olaraq reklam məhsulun və ya xidmətin adı və bu məhsul və ya xidmətin alıcıya necə faydalı olacağı barədə məlumatları özündə saxlayır. Reklam bir çox hallarda potensial alıcıları hər hansı bir markanın məhsul və ya xidmətlərindən istifadə etməyə inandırmağa cəhd göstərir. Müasir reklam kütləvi istehalın artdığı 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində inkişaf etmişdir. Ticarət məqsədli reklamverənlər öz məhsul və ya xidmətlərinin istehlakını məhsulun təsvirini və ya adını özündə ehtiva etməklə istehlakçının yaddaşında məhsulun müvafiq xüsusiyyətləri ilə brend arasında əlaqə yaratmağa yönəldilmiş brendləşdirmə yolu ilə artırmağa çalışırlar. Reklam məlumatları ənənəvi qəzet, jurnal, radio, televiziya, bilbord kimi vasitələr də daxil olmaqla bir çox müxtəlif informasiya vasitələri ilə çatdırıla bilər. Reklam şirkət və ya təşilat adından reklam agentliyi tərəfindən də yerləşdirilə bilər. Reklama vəsait xərcləyən müxtəlif təşkilatlar yalnız istehlakçılar üçün nəzərdə tutulan mal və ya xidmətləri deyil həm də siyasi partiyaları, dini təşkilatları və dövlət agentliklərini də təbliğ edə bilərlər.
Damüstü reklam qurğuları
Damüstü reklam qurğular — Açıq hava reklamının bir növü. Damüstü reklam, quraşdırıldığı yerə görə (damda), ilkin və ikincidərəcəli auditoriyanı cəlb etmək üçün əvəzedilməz imic konstruksiyasıdır. Bundan əlavə, damüstü qurğu, potensial istifadəçilərə təsir göstərmək üçün yeni imkanlar açır. Bu növ qurğular hətta 10 km uzaqlıqdan belə insanların diqqətini cəlb edir. == Mənbə == Damüstü qurğular.
Turizm sahəsində reklam
Turizm sahəsində reklam - informasiya fəaliyyəti iki səviyyədə həyata keçirilir: a) Dövlət və ya makrosəviyyədə b) Kommersiya strukturları səviyyəsində və ya mikrosəviyyədə == Makrosəviyyəli reklam == Dövlət tənzimlənmə orqanları tərəfindən həyata keçirilir. ÜTT onları ümumiləşdirərək, Milli Turizm Təşkilatları (MTT) adlandırır. Regionların, bələdiyyələrin turizmi idarə edən orqanları və assosiasiyaları da belə təşkilatlar sırasına aid edilir. Makrosəviyyəli reklam əsas məqsədi: ölkənin və ya onun regionların xoş simasını yaratmaq potensial istehlakçıda öz səyahəti üçün çox saylı turist istiqamətləri arasında yalnız bu ölkəni və ya regionu seçməyə həvəs yaratmaqdır. == Mikrosəviyyəli reklam == Mikrosəviyyəli və ya kommersiya xarakterli reklamın əsas məqsədi ölkənin xoş simasını yaradan reklamdan fərqli olaraq, alıcını bazarda təklif edilən çoxsaylı məhsullar arasında yalnız konkret məhsul almağa sovq etməkdir. Turizmdə reklam vasitələrinə aşağıdakılar aid edilir: Kütləvi informasiya vasitələri Çap reklam nəşləri Kino və videoreklam Küçə reklamı Reklam suvenirləri Sərgilər, birjalar, yarmarkalar və s.
Ərəb ölkərində reklam
“Reklam araşdırmaları jurnalı”na əsasən ərəb dünyasında reklam üçün baş vasitə televiziyadır. Baxmayaraq ki, keçmişdə hökumətin televiziya izləməsinə qoyduğu məhdudiyyətlər səbəbindən reklam əsasən çap və digər mediada cəmləşmişdir.Jurnalda qeyd olunur ki, bir çox ərəb ölkələrində peyk televiziyasına yüksək tələb və geniş istifadə kommersiyanı aşağı qiymətlərlə təklif edir və bu da televiziyanı əsas marketing alətinə çevirir. == İnkişafı == Dubai Press Clubun[Press Club] qeydinə görə Ərəb dünyasında onlayn jurnalist xəbərləri alanların sayının çap vasitəsinin alanların sayından getdikcə artması çap reklam bazarını azaltmış və onlayn reklam imkanlarını isə artırmışdır. Lakin, Dubai Press Club eyni zamanda qeyd edir ki, internet hələ Ərəb ölkələrinin hər yerində mümkün deyil. == Qadınların reklamda çəkilməsi == “Business İnsider” əsasən qadınların ümumiyyətlə Ərəb dünyasındakı reklamlarda çəkilməməsi strereotipi yanlışdır . Lakin Qərb ölkələri ilə müqayisədə Ərəb ölkələrinin reklamlarında qadınlar daha az çəkilir. Bununla belə, qadının reklamda çəkilməsi konkret ərəb ölkəsindən və onun nə dərəcədə sosial konservativ olmasında asılıdır.Qeyd etdiyim kimi, sarışın saçlı qızlar Ərəb ölkələrində reklamlarda faktiki olaraq çəkilmir. Nəticədə xırda biznes sahibləri Ərəb dünyasında reklamdan istifaə etməmiş onun müxtəlif ərazilərində individual olaraq əvvəlcədən tədqiqat aparmalıdırlar. == İslam Mədəniyyətindən istifadə == Ərəb dünyasında reklamların hamısının müsəlman stereotipləri ilə uyğunlaşmamasına baxmayaraq, onların içərisində uyğunlaşanlar da vardır . Reklamlarda tez-tez insanların ənənəvi geyimlərində olmaları və ya islam və ya yerli bayram ilə uyğunlaşmaları çəkilir .
Tokio Reklam Muzeyi
Tokio Reklam Muzeyi (アド・ミュージアム東京, Ado Myuciamu Tokyo) – Yaponiyanın Tokio şəhərinin Minato rayonunda yerləşən muzey. Muzey Yaponiyada reklamçılığa həsr olunmuş yeganə muzeydir. == Tarixi == Tokio Reklam Muzeyi 1 dekabr 2002-ci ildə Yoşida Hideo Memorial Fondu tərəfindən Yoşida Hideonun 100 illik yubileyi münasibətilə yaradılmışdır. 2017-ci ilin dekabrında muzeydə yenidənqurma işləri həyata keçirilmişdir. == Xüsusiyyətlər == Ümumi sahəsi 1078,3 m2 olan muzeydəki sərgilər xronoloji ardıcıllıq yerləşdirilmişdir. Muzey Edo dövründə iş adamlarının istifadə etdikləri reklam hiylələrinə həsr olunmuş sərgi ilə başlayır. Burada hikifudalar, nişiki-elər və ebiralar sərgilənir. Sərgidəki məlumatların iddiasına görə həmin dövrdə yaşamış Takatoşi Mitsui dünyanın ilk marketinq dahisi olmuşdur. Muzeydə ümumilikdə təxminən 330 min reklam materialı saxlanılır.Şova dövründə Yaponiyada reklam işi Qərb mədəniyyətinin təsirinə məruz qalmışdır və muzeyin kolleksiyasında həmin dövrə aid "Shiseido", "Calpis" və "Morinaga Milk Caramel" kimi brendlərin reklam məhsulları sərgilənir. Muzeyin son sərgisi XX əsrin sonunda Yaponiyada reklamçılığın inkişaf tarixinə həsr olunmuşdur.
DOST Agentliyi
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi — "DOST" mərkəzlərinin idarə edilməsi, onların fəaliyyətinə nəzarət və qiymətləndirmənin həyata keçirilməsi, eləcə də məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində, habelə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi siyahıda göstərilən xidmətlərin "DOST" mərkəzlərində göstərilməsinin təşkili ilə bağlı fəaliyyət göstərən publik hüquqi şəxsdir. == Tarixi == DOST Agentliyi Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2018-ci il tarixli 229 saylı Fərmanına əsasən yaradılıb. Azərbaycan Respublikası Prezidentinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) fəaliyyətinin təmin edilməsi haqqında 10 dekabr 2018-ci il tarixli 387 saylı Fərmanına əsasən DOST Agentliyin Nizamnaməsi, Strukturu, "DOST" mərkəzlərində göstərilən xidmətlərin siyahısı və xidmətlərin göstərilmə Qaydası təsdiq edilib. 9 may 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə DOST Agentliyinin və 1 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 24 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 19 may 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə 3 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 30 mart 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 4 saylı Bakı DOST Mərkəzinin açılışı həyata keçirilib. 14 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Abşeron DOST Mərkəzinin açılışı həyata keçirilib. 22 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışı həyata keçirilib. 28 dekabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 5 saylı Bakı DOST Mərkəzinin açılışı olub.
Innovasiyalar Agentliyi
“İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs: Rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkilini, əlaqələndirilməsini, həyata keçirilməsini (o cümlədən nəzarət və tənzimləməni) təmin edir; Yüksək texnologiyalar, nüvə elmləri, nüvə texnologiyaları və nüvə energetikası sahəsində kompleks tədbirləri, elmi, elmi-texniki, innovasiya fəaliyyətini və müvafiq sınaq təcrübələrini həyata keçirir; Fiziki və hüquqi şəxslərə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərir, innovasiya yönümlü elmi tədqiqatları və innovativ layihələri (o cümlədən startapları) təşviq edir, onlara maliyyə dəstəyi verən innovasiya təşəbbüskarlığını təbliğ edir. == Yaranması == Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs yaradılıb. == Məqsəd və vəzifələri == Agentliyin əsas məqsədi İKT sektorunun davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi, elmi tədqiqatların aparılması, yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasıdır.
Səyahət agentliyi
Səyahət agentliyi - turistlərə turizm haqqında məlumat verən, turları təşkil edən, öz turlarını və digər səyahət agentliklərinin təşkil etdiyi turları satan şirkətdir. Fərdlər və qruplar üçün səyahətlər, səfərlər və ekskursiyaları planlaşdırır, təşkil edir və həyata keçirir. == Tarixi == Müasir səyahət agentlikləri XIX əsrin ikinci yarısında ortaya çıxmışdır.1841-ci ildə Tomas Kuk Midland Railway şirkəti ilə müştərək olaraq agentliklər şəbəkəsi yaratdı. Onlar öz turlarından əlavə digər firmaların da xidmətlərini təklif edirdilər. Digər ilk Britaniya səyahət agentlikləri Dean & Dawson,, the Polytechnic Touring Association, və the Co-operative Wholesale Society agentlikləri idi. ABŞ-də ən yaşlı səyahət agentliyi Brownell Travel şirkətidir. Bu şirkət 4 iyul 1887-ci ildə Devonia adlı gəmi ilə 10 nəfəri Nyu-Yorkdan Avropaya yola saldı.1920-ci illərdə ticari aviasiyanın inkişafı turizm agentliklərini də ön plana çəkdi. == Növləri == === Türkiyə === Türkiyə Mədəniyyət və Turizm Nazirliyi səyahət agentliklərini 3 qrupa bölür : A qrup - Bütün səyahət agentlikləri vəzifələrini yerinə yetirirlər. B qrup - Beynəlxalq quru, dəniz və hava nəqliyyat vasitələri A qrupunun təklif etdiyi turların biletlərini satırlar. C qrup - Yalnız Türkiyə vətəndaşları üçün ölkədaxili turlar təşkil edirlər.
Yəhudi Agentliyi
İsrail üçün Yəhudi Agentliyi (ivr. ‏הסוכנות היהודית לארץ ישראל‏‎) — Dünyanın ən böyük yəhudi qeyri-kommersiya təşkilatıdır. 1929-cu ildə Dünya Sionist Təşkilatının operativ şöbəsi olaraq quruldu.
APA informasiya agentliyi
Azərbaycan Press Agentliyi və ya qısa olaraq APA — 2005-cü ildən fəaliyyət göstərən Azərbaycanın informasiya agentliyi. "APA" informasiya agentliyi 2005-ci ildən fəaliyyət göstərir. 2012-ci ilin 3 oktyabrında agentliyin əsasında "APA Holdinq" təsis olunub. Holdinqə Azəri Press Agentliyi, "Lent.az" İnformasiya Agentliyi MMC, "Vesti.az" İnformasiya Agentliyi MMC, "Kulis.az", "APASport.az" İnformasiya Agentliyi MMC, APA TV, "APA ADVERTİSEMENT PR" MMC, "APA SERVİS" MMC daxildir.2018-ci ildə bir müddət fəaliyyətini dayandırıb.Holdinqin prezidenti Vüsalə Mahirqızı, Direktorlar Şurasının sədri isə Nurşən Quliyevdir.
Aqrar Xidmətlər Agentliyi
Aqrar Xidmətlər Agentliyi-Azərbaycan Respublikası Prezidenti 2019-cu il 14 yanvar tarixli 467 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılmışdır. == Haqqında == Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 may tarixli 701 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə”si təsdiq olunmuşdur. Aqrar Xidmətlər Agentliyi ölkədə heyvan və bitki sağlamlığı, seleksiya nailiyyətləri, toxumçuluq, nəqliyyat vasitələri və digər kənd təsərrüfatı texnikası ilə bağlı dövlət xidmətlərinin təşkilini, habelə seleksiya nailiyyətləri, toxumçuluq və kənd təsərrüfatı texnikası sahələrində dövlət nəzarətini həyata keçirir. == Fəaliyyəti == AXA qarşısında duran əsas hədəflər: heyvan sağlamlığının təmin edilməsi, heyvandarlıqda məhsuldarlığın artırılması, bitki sağlamlığı, bitkiçilikdə məhsuldarlığın artırılması sahələrində fitosanitar, o cümlədən aqrokimyəvi xidmətlərin təşkilində, seleksiya nailiyyətlərinin qeydiyyatını və mühafizəsində, kənd təsərrüfatı sahəsində toxumçuluğun idarə edilməsində və toxumçuluğa dövlət nəzarətində, eləcə də kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatının aparılmasında, texniki vəziyyətinə və istismarına dövlət nəzarətini innovativ üsulları tətbiq etməklə həyata keçirməkdir.
Avropa Kosmik Agentliyi
Avropa Kosmik Agentliyi (ing. European Space Agency, ESA) — 1975-ci ildə kosmosun tədqiq üçün yaradılmış beynəlxalq təşkilat. ЕSА-nın 22 daimi üzvü var, bəzi layihələrində Sloveniya, Latviya və Kanada da iştirak edirlər.
AzPress Informasiya Agentliyi
AzPress Informasiya Agentliyi — Azərbaycanın 2006-cı ildə yaradılmış informasiya agentliyidir. Agentliyin təsisçi-redaktoru fotojurnalist Rasim Sadıxovdur. == Tarixi == AzPress İnformasiya Agentliyi 2006-cı ildə fotojurnalist Rasim Sadıxov tərəfindən təsis edilmişdir. Rasim Sadıxovun 13 il öncə təsis etdiyi "AzPress" İnformasiya Agentliyi qısa vaxtda oxucularda, tamaşaçılarda böyük maraq yaratdı. Bütün bu illərdə bu informasiya agentliyi Azərbaycan Dövləti və dövlətçiliyi üçün çox böyük işlər görüb. Bu illər ərzində agentlik bir çox mükafatlara layiq görülüb. Bu informasiya agentliyi məhz Rasim Sadıxovun böyük zəhmətinin sayəsində Azərbaycan həqiqətlərini tez və operativ formada dünya oxucularına və tamaşaçılarına çatdıran agentliklərdən biridir. Həm də özünün maraqlı informasiyalarına, orijinal videolarına görə ən çox oxunan və baxılan agentliklərdən biridir AzPress İnformasiya Agentliyi. Bütün bunlar da bir daha jurnalist kimi Rasim Sadıxovun əsl peşəkarlığının bir sübutudur. == İstinadlar == 1.
Azərbaycan ISBN agentliyi
Azərbaycan ISMN agentliyi
Azərbaycan Press Agentliyi
Azərbaycan Press Agentliyi və ya qısa olaraq APA — 2005-cü ildən fəaliyyət göstərən Azərbaycanın informasiya agentliyi. "APA" informasiya agentliyi 2005-ci ildən fəaliyyət göstərir. 2012-ci ilin 3 oktyabrında agentliyin əsasında "APA Holdinq" təsis olunub. Holdinqə Azəri Press Agentliyi, "Lent.az" İnformasiya Agentliyi MMC, "Vesti.az" İnformasiya Agentliyi MMC, "Kulis.az", "APASport.az" İnformasiya Agentliyi MMC, APA TV, "APA ADVERTİSEMENT PR" MMC, "APA SERVİS" MMC daxildir.2018-ci ildə bir müddət fəaliyyətini dayandırıb.Holdinqin prezidenti Vüsalə Mahirqızı, Direktorlar Şurasının sədri isə Nurşən Quliyevdir.
Azərfoto İnformasiya Agentliyi
Azəri-Press Agentliyi
Azərbaycan Press Agentliyi və ya qısa olaraq APA — 2005-cü ildən fəaliyyət göstərən Azərbaycanın informasiya agentliyi. "APA" informasiya agentliyi 2005-ci ildən fəaliyyət göstərir. 2012-ci ilin 3 oktyabrında agentliyin əsasında "APA Holdinq" təsis olunub. Holdinqə Azəri Press Agentliyi, "Lent.az" İnformasiya Agentliyi MMC, "Vesti.az" İnformasiya Agentliyi MMC, "Kulis.az", "APASport.az" İnformasiya Agentliyi MMC, APA TV, "APA ADVERTİSEMENT PR" MMC, "APA SERVİS" MMC daxildir.2018-ci ildə bir müddət fəaliyyətini dayandırıb.Holdinqin prezidenti Vüsalə Mahirqızı, Direktorlar Şurasının sədri isə Nurşən Quliyevdir.
Azəri Press Agentliyi
Azərbaycan Press Agentliyi və ya qısa olaraq APA — 2005-cü ildən fəaliyyət göstərən Azərbaycanın informasiya agentliyi. "APA" informasiya agentliyi 2005-ci ildən fəaliyyət göstərir. 2012-ci ilin 3 oktyabrında agentliyin əsasında "APA Holdinq" təsis olunub. Holdinqə Azəri Press Agentliyi, "Lent.az" İnformasiya Agentliyi MMC, "Vesti.az" İnformasiya Agentliyi MMC, "Kulis.az", "APASport.az" İnformasiya Agentliyi MMC, APA TV, "APA ADVERTİSEMENT PR" MMC, "APA SERVİS" MMC daxildir.2018-ci ildə bir müddət fəaliyyətini dayandırıb.Holdinqin prezidenti Vüsalə Mahirqızı, Direktorlar Şurasının sədri isə Nurşən Quliyevdir.
Bakı Nəqliyyat Agentliyi
Bakı Nəqliyyat Agentliyi — publik hüquqi şəxs statusunda Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin edən dövlət şirkəti. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2015-ci il 21 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmışdır. Azərbaycan Prezidentinin 7 fevral 2022 tarixli fərmanına əsasən Bakı Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilmişdir. Azərbaycan Prezidentinin 19 aprel 2023-cü il tarixli fərmanı ilə ləğv olunaraq əmlakı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin balansına verilmişdir. == Tarixi == Bakı şəhərində nəqliyyat sahəsində idarəetməni tənzimləmək üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2015-ci il 21 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılmışdır. Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli Fərmanı ilə "İcra hakimiyyəti orqanı" hüquqi statusuna malik Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi əsasında "Bakı Nəqliyyat Agentliyi" publik hüquqi şəxs statusu verilmişdir.Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 2 aprel tarixli Fərmanına əsasən Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsi təsdiq olunmuşdur. == Məqsədi == Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir. Bakı Nəqliyyat Agentliyi Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edən, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləməni və nəzarəti həyata keçirən publik hüquqi şəxsdir. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. == Fəaliyyət istiqamətləri == Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: sərnişindaşıma sahəsində nəzarəti və tənzimləməni həyata keçirir; yol hərəkətinin təşkilində iştirak edir; nəqliyyat axınının mərkəzləşdirilmiş qaydada idarə olunmasında iştirak etmək və aidiyyəti qurumlarla birlikdə nəqliyyat axınının tənzimlənməsini təmin edir; nəqliyyatı intellektual idarəetmə sistemini tətbiq edir; sərnişindaşıma sahəsinin inkişafını təmin edir.
FARS Xəbər Agentliyi
Fars Xəbər Agentliyi (fars. خبرگزاری جمهوری اسلامی‎‎‎, ing. Fars News Agency), 2003-cü ildə yaradılmış , mərkəzi İranda yerləşən xəbər agentliyidir. Fars Xəbər Agentliyi özünü “İranın ən birinci müstəqil xəbər agentliyi” olaraq adlandırır, bununla bərabər digər media qurumları onu İran Dövlətinin “yarım-rəsmi” xəbər agentliyi olaraq qiymətləndirirlər.Fars Xəbər Agentliyi farscadan başqa, türkcə, ingiliscə və ərəbcə də xəbərlər verir.
Kərkük Xəbər Agentliyi
Kərkük Xəbər Agentliyi (türk. Kerkük Haber Ajansı) və ya qısaca KHA — İraqda fəaliyyət göstərən informasiya agentliyi. Baş direktoru Ersan Sarıkahyadır. == Tarixi == Kərkük Xəbər Agentliyi 2005-ci ildə yaradılmışdır. == Rəsmi dilləri == Agentlik iki dildə – türk və ərəb dillərində fəaliyyət göstərir. 2011-ci ildə agentliyin ingilis dilində də xəbər yayımı planlaşdırılmışdır. == Müxbir postları == Agentliyin İraqdan başqa, Türkiyənin Ankara şəhərində müxbir postu var.
Medianın İnkişafı Agentliyi
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) ― Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə yaradılmışdır. == Haqqında == Agentlik medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində fəaliyyət göstərən publik hüquqi şəxsdir. === Fəaliyyət istiqamətləri === Müvafiq sahənin inkişafını təmin etmək;Müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;Müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nİzamnaməsi" ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.
Milli Səhiyyə Agentliyi
Milli Səhiyyə Agentliyi və ya Milli Sağlamlıq İnstitutları (ing: National Institutes of Health (NIH)), Amerika Birləşmiş Ştatlarının Səhiyyə və Sosial Xidmətlər Departamentinin biotibb və ictimai sağlamlıq sahələrində əsas tədqiqatlar aparan bir agentliyidir. Baş ofisi Merilend ştatının Bethesda şəhərində yerləşir.Milli Sağlamlıq İnstitutları əsas, tərcümə və klinik tədqiqatlarda 1200 əsas tədqiqatçı və 4000-dən çox həkimlə dünyanın ən böyük biotibbi tədqiqat müəssisəsi hesab edilir. NIH 27 müxtəlif institut və mərkəzdən ibarətdir və bir çox elmi nailiyyətlərə cavabdehdir, o cümlədən dişlərin çürüməsinin qarşısını almaq üçün flüoridin kəşfi, bipolyar pozğunluğu idarə etmək üçün istifadə olunan litiumun istifadəsi və hepatitə qarşı peyvəndlərin yaradılması.
Milli Təhlükəsizlik Agentliyi
Milli Təhlükəsizlik Agentliyi (ing. National Security Agency) — Milli Kəşfiyyat Direktorunun (DNI) səlahiyyəti altında olan ABŞ Müdafiə Nazirliyinin milli səviyyəli kəşfiyyat orqanı. MTA, siqnal kəşfiyyatı (SIGINT) kimi tanınan bir intizam üzrə ixtisaslaşmış xarici və yerli kəşfiyyat və əks-kəşfiyyat məqsədləri üçün məlumat və məlumatların qlobal monitorinqi, toplanması və işlənməsinə cavabdehdir. O həmçinin ABŞ rabitə şəbəkələrinin və informasiya sistemlərinin mühafizəsi ilə məşğuldur. MTA öz missiyasını yerinə yetirmək üçün müxtəlif tədbirlərə güvənir, lakin onların əksəriyyəti gizlidir. Agentliyin mövcudluğu 1975-ci ilə qədər gizli saxlanılıb. Təxminən 32.000 əməkdaşı var.İkinci Dünya Müharibəsində kodlaşdırılmış kommunikasiyaları deşifrə etmək üçün yaradılmış, daha sonra 1952-ci ildə prezident Harri Trumen tərəfindən rəsmi olaraq yaradılmışdır. O zaman və Soyuq Müharibənin sonu arasında, personal və büdcə baxımından ABŞ kəşfiyyat təşkilatları arasında ən böyüyü olmuşdur, lakin 2013-cü ilə qədər mövcud olan məlumatlar Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) 14,7 milyard dollarlıq büdcə ilə bu mövzuda irəlidə olduğunu göstərir. MTA hazırda bütün dünyada kütləvi məlumatların toplanması ilə məşğuldur və bu məqsədlə bir üsul olaraq elektron sistemləri fiziki olaraq səhv salması məlumdur. MTA-nın həmçinin İranın nüvə proqramına ciddi ziyan vuran Stuxnet kimi hücum proqramlarının arxasında olduğu iddia edilir.
волхвова́ть гри́дин крупи́нка ледене́ние многовале́нтный отде́лочник се́врский четвёрочница ша́нкерный бракосочета́вшиеся коша́ра по вертика́ли чахол blastolation churlish fruit-fly hydropathy peanut-roaster thrombophlebitis trash can Vladivostok youthy будущность подкормка прах