rektifikasiya
rektorluq
OBASTAN VİKİ
Rektor
Rektor (lat. rector — idarə edən, rəhbər) — ali məktəbin rəhbəri. Dirçəliş dövründə çoxsinifli məkəblərin baş müəllimləri və müdürləri rektor adlanırdı. Fransada tədris dairəsinin ("Akademiya") rəhbəri də rektor adlanır.
Ceyhun Məmmədov (rektor)
Ceyhun Məmmədov (28 yanvar 1975, Şükürbəyli, Cəbrayıl rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, İlahiyyat üzrə fəlsəfə doktoru. == Həyatı == Ceyhun Məmmədov 28 yanvar 1975-ci ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olub. 1991–1994-cü ildə Suriya Ərəb Respublikasındakı Əbu Nur İslam Kompleksində, Dəvət və İrşad İnstitutunda təhsil almışdır. 1994–1998-ci illərdə Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsində İslama dəvət fakültəsində ərəb dili və dinşünaslıq üzrə bakalavr təhsili almışdır. 2000–2002-ci illərdə Xəzər Universitetində Ərəb dili üzrə magistr dərəcəsinə yiyələnmişdir. 1998–2001-ci illərdə İrşad İslam Araşdırmaları mərkəzində tərcüməçi, 2001–2002-ci illərdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Qarabağ bölgəsi üzrə baş mütəxəsis kimi çalışmışdır. 2002–2012-ci illərdə Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhsil şöbəsinin müdiri olmuş, həmçinin "Dövlət və Din" ictimai fikir toplusunun redaktoru olmuşdur. 2012–2013-cü illərdə Avrasiya Tərcümə Mərkəzində tərcüməçi kimi çalışmışdır. 2013–2014-cü illərdə AMEA-nın Şərqşünaslıq institutunda Din və ictimai fikir tarixi şöbəsinin böyük elmi işçisi olmuşdur. 2015–2018-ci illərdə AR Prezidentinin Adminstrasiyasında Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsində böyük məsləhətçi vəzifəsində çalışmışdır.
Elmar Qasımov (rektor)
Elmar Eldar oğlu Qasımov (8 sentyabr 1973) — Bakı Ali Neft Məktəbinin rektoru (2012-ci ildən). == Həyatı == Elmar Qasımov 8 sentyabr 1973-cü ildə anadan olub. 1990-cu ildə orta məktəbi gümüş medalla, Bakı Dövlət Universitetinin coğrafiya və hüquq fakültəsini Fərqlənmə diplomu ilə bitirib. Coğrafiya elmləri namizədidir. 1995–1999-ci illərdə Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar Komitəsinin sədri olaraq fəaliyyət göstərib. 1999–2016-ci illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. === Ailəsi === Ailəlidir, iki övladı var. == İctimai-siyasi fəaliyyəti == 1999-cu ildə, 26 yaşında təhsil nazirinin müavini təyin edilmişdir. 1999-2011-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini vəzifəsində çalışıb. 2011–2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentinin müavini vəzifəsində çalışıb.
Elxan Hüseynov (rektor)
Elxan Bahadur oğlu Hüseynov (1 yanvar 1948, Kirovabad) — Sumqayıt Dövlət Universitetinin rektoru (2014-2023)), Rusiya və Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının Azərbaycan tərəfdən həmsədri, professor. == Həyatı == Elxan Bahadur oğlu Hüseynov 1 yanvar 1948-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1966-cı ildə Gəncə şəhəri 18 nömrəli tam orta məktəbi bitirmişdir. 1966–1967-ci illərdə Azərbaycan dəmir yolu Gəncə şəhəri Vaqon deposunda defektoskopist vəzifəsində çalışmışdır. 1967–1970-ci illərdə Yüngül Sənaye Nazirliyinin Elmi-Tədqiqat laboratoriyasında laborant, 1970–1971-ci illərdə Azərbaycan LKGİ Oktyabr rayon komitəsində təlimatçı, 1971–1973-cü illərdə Azərbaycan Dövlət Universitetində Komsomol komitəsi katibinin müavini vəzifələrində çalışmışdır. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirmişdir[2]. 1973–1974-cü illərdə ordu sıralarında xidmət keçmiş, 1974–1978-ci illərdə Yerli Sənaye Texnologiya texnikumunda komsomol komitəsinin katibi, Azərbaycan LKGİ Bakı şəhər komitəsində təlimatçı, Azərbaycan KP Oktyabr Rayon Komitəsində təlimatçı vəzifələrində çalışmışdır. 1978–1991-ci illərdə Azərbaycan Dövlət Universitetinin Partiya Komitəsi Katibinin müavini olmuş, 1991–1995-ci illərdə Bakı Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1995–1999-cu illərdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, 1999–2002-ci illərdə BDU-nun birinci prorektoru-tədris işləri üzrə prorektoru vəzifələrində çalışmışdır. 2002–2010-cu illərdə Azərbaycan Respublikasından kənarda diplomatik fəaliyyətdə olmuşdur.
Fuad Hacıyev (rektor)
Fuad Hacıyev (tam adı: Fuad Hacı oğlu Hacıyev; 27 yanvar 1962, Daş Salahlı, Qazax rayonu) — Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru. == Həyatı == 27 yanvar 1962-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 1979-cu ildə 1 nömrəli kənd orta məktəbini bitirib. 1984-cü ildə M.V.Lomonosov adına Odessa Yeyinti Sənayesi Texnologiyası İnstitutunu fərqlənmə diplomu ilə bitirib və “Mühəndis-texnoloq” ixtisasına yiyələnib. 1994-cü ildə ali siyasi təhsil alıb – Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (hazırkı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) fərqlənmə diplomu ilə bitirib və “politoloq” ixtisasına yiyələnib. İdmanla məşğul olduğu müddətdə karate üzrə yaşıl kəmərə layiq görülüb. Karate üzrə SSRİ-nin mükafatçısı olub. Sərbəst güləş üzrə bir sıra uğurlar qazanıb. == Karyerası == Ali təhsilini başa çatdırdıqdan sonra istehsalatda mühəndis-texnoloq işləyib, Azərbaycan Komsomolunun Mərkəzi Komitəsində, müstəqillik dövründə Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətində məsul vəzifələrdə işləyib. 90-cı illərdə kommersiya ve sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
Fuad Ələsgərov (rektor)
Fuad Ələsgərov (Fuad Nəsrullah oğlu Ələsgərov) — 1989–1992-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor. == Həyatı == 1989–1992-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru olmuşdur. 1979–84-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində dekan olmuşdur. 7 iyul 2020-ci ildə Bakı şəhərində vəfat edib.
Maqsud Məmmədov (rektor)
Maqsud Məmməd oğlu Məmmədov (dekabr 1897, İrəvan – 5 yanvar 1938, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR xalq maarifi komissarı. == Həyatı == Maqsud Məmmədov 1897-ci ildə İrəvan şəhərində kəndli ailəsində dünyaya göz açıb. İrəvan gimnaziyasında oxuyub.M. Məmmədovu 1920-ci ildən rəhbər partiya işlərinə irəli çəkməyə başlamışlar. O, rektor təyin olunana qədər Azərbaycan SSR-in Ərzaq Nazirliyində, Naxçıvanda Fövqəladə Maliyyə Komissarlığında və s. yerlərdə işləmişdir. 1929-cu ildə Bakı Dövlət Universitetinin rektoru təyin olunmuş və bir il bu vəzifədə çalışmışdır.M. Məmmədov 1931-ci ildən Azərbaycan SSR xalq maarif komissarı, 1931–1933-cü illərdə Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin katibi kimi yüksək vəzifələrdə çalışmışdı, lakin M. C. Bağırovun Azərbaycana rəhbər təyin olunması ilə bu görkəmli dövlət və elm xadiminin də təqibi başlamışdı. O, dialektik və tarixi materializmə, SSRİ-də milli məsələlərin həllinə və s. aid xeyli sayda marksizm-leninizm metodologiyası mövqeyindən məqalə yazmışdı. 1937-ci ildə M. Məmmədov günahsız yerə həbs edilib güllələndikdən sonra həmin məqalələr məhv edilmiş və itirilmişdir. O, yalnız 1957-ci ildə ölümündən sonra bəraət almışdır.
Tofiq Əliyev (rektor)
Tofiq Məmməd oğlu Əliyev (1 iyul 1928, Gəncə – 6 noyabr 1993, Bakı) — Azərbaycan alimi, texnika elmləri doktoru (1967), professor (1969), Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1989), hazırkı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru (1988–1993), Azərbaycan SSR əməkdar elm və texnika xadimi (1981), iki dəfə SSRİ Dövlət mükafatı (1969, 1983) və Azərbaycan SSR Dövlət mükafatı (1974) laureatı. == Həyatı == Tofiq Məmməd oğlu Əliyev 1928-ci il iyun ayının 1-də Gəncə şəhərində anadan olmuşdur. 1945-ci ildə Gəncə şəhərində 4 saylı orta məktəbi qızıl medalla bitirmiş və həmin il Azərbaycan Sənaye İnstitutunun energetika fakültəsinə daxil olmuşdur. 1951-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək mühəndis elektrik ixtisasına yiyələnmişdir. 1967-ci ilin iyun ayında doktorluq dissertasiyasını müdafiə etmişdir. Tofiq Məmməd oğlu Əliyev 1993-cü ildə vəfat etmişdir. == Elmi fəaliyyəti == Tofiq Məmməd oğlu Əliyev 1988-ci ilin iyun ayından etibarən indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində elmi işlər üzrə prorektor vəzifəsinə, həmin ilin dekabrından isə rektor vəzifəsinə təyin edilmiş və 1993-cü ilə kimi bu vəzifədə çalışmışdır. Tofiq Məmməd oğlu Əliyev 227 elmi məqalənin, 213 ixtiranın, 40-a yaxın monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin müəllifi olmuşdur. Onun rəhbərliyi altında 5 elmlər doktoru, 38 elmlər namizədi hazırlanmışdır. Tofiq Məmməd oğlu Əliyev Azərbaycan "Cihazsənaye" Elmi-Texniki Cəmiyyətinin sədri, Sumqayıt şəhər Xalq Deputatları Şurasının deputatı seçilmişdir.
Yadigar Əliyev (rektor)
Yadigar Vəli oğlu Əliyev — Gəncə Dövlət Universitetinin rektoru (2013), filologiya üzrə elmlər doktoru (2013). == Həyatı == Yadigar Vəli oğlu Əliyev 1969-cu ildə Gəncədə anadan olmuşdur. 1975–1985-ci illərdə orta məktəbdə təhsil alıb. 1993-cü ildə BDU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1994–1996-cı illərdə BDU-da "Türk dilləri" ixtisası üzrə aspirant, 2000–2004-cü illərdə BDU-nun türkologiya kafedrasının doktorantı olmuşdur. 1999-cu ildə "Qədim türk (runik) yazılı abidələrinin dili dialektfövqü (ədəbi) hadisə kimi" mövzusunda namizədlik disertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 2013-cü ildə isə "Qədim türk ədəbi dilindən orta əsrlər türk ədəbi dilinə (türkü) keçid dövrü" mövzusunda disertasiya müdafiə edərək filologya üzrə elmlər doktoru adı alıb. Ailəlidir, iki övladı var. 1996–2001 Gəncə Elm Təhsil mərkəziDillər kafedrasında müəllim, baş müəllim 2001–2005, GDU-nun Azərbaycan dili kafedrasında müəllim 2005–2011, Azərbaycan dili kafedrasının dosenti 2011–2013, filologiya fakültəsinin dekanı 2013, rektorApardığı dərslər: Azərbaycan dili tarixi, Azərbaycan dialektologiyası, Əski Azərbaycan yazısı, Türkologiyaya giriş TƏDQİQAT SAHƏSİ: Qədim və orta əsrlər türk yazılı abidələri == Əsərləri == Qədim türk (runik) yazılı abidələrindən orta əsrlər türk yazılı abidələrinə keçid: ədəbi dil normalarının inkişafı. Bakı, "Nurlan" nəşriyyatı, 2004, 190 səh.
Çingiz Əliyev (rektor)
[mənbə göstərin] Çingiz Əliyev (tam adı: Çingiz Mansur oğlu Əliyev; v. 7 yanvar 2019) — Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru (24 iyul 2015-7 yanvar 2019). == Həyatı == Əliyev Çingiz Mansur oğlu 5 yanvar 1963-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1986-cı ildə Leninqrad Su Nəqliyyatı İnstitutunu gəmi mühəndisliyi ixtisası üzrə bitirmişdir. 1987–93-cü illərdə "Xəzərdənizneftdonanma" idarəsində kapitan köməkçisi vəzifəsindən kapitan rütbəsinə kimi yüksəlmiş, 1993–96-cı illərdə "Xəzərdənizneftdonanma" idarəsində dənizdə təhlükəsiz üzmə xidməti üzrə rəis müavini, 1996–2006-cı illərdə British Petroleum şirkətində dəniz işləri üzrə rəis , 2006–13-cü illərdə "Caspian Marine Services" LTD şirkətində direktor. 2013-cü ilin dekabr ayından Azərbaycan Dövlət Dəniz Akademiyasının Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışmışdır. 2014-cü ilin iyul ayından 2015-ci ilin iyul ayınadək isə tədris və tərbiyə işləri üzrə prorektor vəzifəsində çalışmışdır. Həmçinin "Naviqasiya" kafedrasının dosenti kimi fəaliyyət göstərib. "Caspian Marine Services" LTD şirkətində işlədiyi dövrdə o, gəmilərdə istifadə olunan baş və köməkçi mühərriklərdə silindr oymaqlarının sıradan çıxması səbəblərini araşdırmış və dərin elmi tədqiqatlar aparmış. "Silindr oymaqlarının xarici səthinə məsaməli örtük çəkməklə dizel mühərriklərinin uzunömürlülüyünün artırılması" mövzusunda texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
İbrahim Cəfərov (rektor)
İbrahim Cəfərov (tam adı: İbrahim Həsən oğlu Cəfərov; 20 yanvar 1956, Düdəngə, Noraşen rayonu) — Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru (25 iyul 2013 – 06 sentyabr 2022). Kənd təsərrüfatı elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü. == Həyatı == İbrahim Cəfərov 20 yanvar 1956-cı ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonu Düdəngə kəndində anadan olub. 1974–1976-cı illərdə keçmiş Sovet Ordusu sıralarında hərbi xidmət keçib.1979-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dinləyici, 1980–1985-ci illərdə həmin institutda tələbə olub, "Bitki mühafizəsi" fakültəsini bitirib. 1985–1988-ci illərdə K. A. Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyası "Fitopatologiya" kafedrasının əyani aspirantı olub.13 fevral 1989-cu ildə SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi verilib.1993-cü ildən 2002-ci ilədək Meyvə-tərəvəzçilik və üzümçülük fakültəsinin, sonra isə Aqronomluq və torpaqşünaslıq fakültəsinin dekanı işləyib. 2005-ci ilin iyun ayında doktorluq dissertasiyasını müdafiə edib. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 16 iyun 2006-cı il tarixli qərarı ilə kənd təsərrüfatı elmləri doktoru elmi dərəcəsi verilib.İbrahim Cəfərov 25 iyul 2013 tarixində Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru təyin olunmuşdur. İbrahim Cəfərov bu təyinatadək ADAU-nun rektor əvəzi, tədris işləri üzrə prorektoru idi.İbrahim Cəfərov 6 sentyabr 2022-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsindən azad edilib.İbrahim Cəfərov 6 oktyabr 2022-ci ildə kənd təsərrüfatı naziri İnam Kərimovun əmri ilə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsinə təyin olunub. == Siyasi fəaliyyəti == 2000–2013-cü illərdə 39 saylı Kəpəz birinci (Gəncə) Dairə Seçki Komissiyasının, sonra isə 38 saylı Nizami ikinci (Gəncə) Dairə Seçki Komissiyasının sədri olmuşdur. == Elmi fəaliyyəti == 3 dərslik, 1 dərs vəsaiti, 100-dən artıq elmi məqalə, 4 metodiki tövsiyə, fənn proqramları və metodik göstərişlərin müəllifidir.
İsmayıl Əliyev (rektor)
Əliyev İsmayıl İsrafil oğlu (1950, Naxçıvan rayonu) — pedaqogika elmləri doktoru, professor, "Naxçıvan" Universitetinin rektoru (1999–2019), Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı. == Həyatı == İsmayıl Əliyev 1950-ci ildə Babək rayonunun Təzəkənd kəndində anadan olmuşdur. 1957-ci ildə Naxçıvan şəhər 1 №-li orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1967-ci ildə həmin məktəbin 10-cu sinfini bitirmiş, 1968-ci ilin sentyabr ayınadək həmin məktəbdə laborant vəzifəsində işləmişdir. 1968-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutu Naxçıvan Filialının dil-ədəbiyyat fakültəsinə daxil olmuş, 1972-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. == Elmi-pedaqoji fəaliyyəti == 1972–1973-cü illlərdə 32 №-li Texniki-peşə məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir. 1973-cü ilin mart ayından Naxçıvan Dövlət Pedaqoji İnstitutu (indiki Naxçıvan Dövlət Universiteti) pedaqogika kafedrasında əvvəlcə pedaqoji təcrübə üzrə inspektor, sonradan assistent, müəllim, baş müəllim, dosent, kafedra müdiri, tarix-filologiya fakültə dekanının müavini vəzifəsində işləmişdir. 1988-ci ildə namizədlik, 2003-cü ildə doktorluq dissertasiyaları müdafiə etmişdir. 2002-ci ildə ABŞ Bioqrafiya İnstitutu tərəfindən ilin adamı seçilmişdir. 2005-ci ildən Naxçıvan Dövlət Universiteti pedaqogika və psixologiya kafedrasının professorudur. "Naxçıvan" Universitetinin ilk rektoru olmuşdur.
Şahin Bayramov (rektor)
Şahin Vaqif oğlu Bayramov (4 iyul 1979, Mingəçevir) — iqtisad üzrə fəlsəfə doktoru, Mingəçevir Dövlət Universitetinin rektoru. == Həyatı == Şahin Bayramov 1979-cu il 4 iyul tarixində Mingəçevir şəhərində anadan olub. 2012-ci ildə "Avropa İttifaqının Qonşuluq Siyasəti və Azərbaycanın iqtisadi məkanına inteqrasiyası problemləri" mövzusunda dissertasiyanı müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. == Fəaliyyəti == 2015-ci ilin sonunda ABŞ-nin Nyu York şəhərində "İcraçılar üçün Qabaqcıl Liderlik Proqramı"nda (Advanced Executive Leadership Program) iştirak edib. Üç gün davam edən intensiv seminarlarda liderlik keyfiyyətləri, vizion, missiya və məqsədlərin müəyyən edilməsi, strateji qərarların qəbulu, heyətin və risklərin idarə olunması, kommunikasiya və danışıqlar aparılması bacarıqları, böhran şəraitində idarəetmə və digər mövzularda praktiki təlimlər keçirilib. Tədbirə Avropa kontinentindən qoşulan yeganə nümayəndə Ş.Bayramov Seminarda aktiv iştirak edib. 2016-cı ilin fevralında ABŞ-nin Mayami şəhərində Şimali Amerika regionu üzrə İkinci Beynəlxalq Universitetlər Şəbəkəsi Konfransında (International Universities Networking Conference – IUNC North America 2016) iştirak edib. Tədbir çərçivəsində ABŞ, Yaponiya, Braziliya, İspaniya, Fransa, İtaliya, Çexiya, Hindistan və digər ölkələri təmsil edən universitetlərin və ali təhsil agentliklərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə universitetlərarası əməkdaşlıq imkanları və UNEC-ə xarici tələbə cəlb olunması məsələləri müzakirə olunub. 2016-cı ilin mayında ABŞ-nin Kornell Universitetində keçirilən 2016-cı il III Beynəlmiləlləşmə Simpoziumunda (3rd Internationalization Symposium 2016) iştirak edib.
Şamil Əliyev (rektor)
Şamil Əliyev (1912, Şuşa – 1969, Bakı) — Bakı Dövlət Universitetinin rektoru (1941–1944). == Həyatı == Şamil Əliyev 1912-ci ilin dekabrında Şuşada anadan olub. Əvvəlcə Şuşa şəhərindəki birinci dərəcəli məktəbdə oxuyub, sonra təhsilini Müəllimlər Seminariyasında davam etdirib. Ali təhsil almaq məqsədilə Bakıya gələn Şamil Əliyev 1928–1931-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix və eyni vaxtda şərqşünaslıq fakültələrində oxuyub. İnstitutu bitirdikdən sonra Ağdam Pedaqoji Texnikumuna müəllim kimi göndərilən Şamil Əliyev bir neçə il burada fəaliyyət göstərib. Elmə olan marağı onu yenidən paytaxta gətirib. Aspiranturada təhsil alan Şamil Əliyev 1936-cı ildə İpəkçilik üzrə namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsi alıb. Akademik Fuad Qasımzadə yazırdı: 1939-cu ildə Azərbaycan hökumətinin qərarı ilə Şamil Əliyev Moskvaya partiya məktəbində oxumağa göndərilib. 1941-ci ildə həmin məktəbi bitirən Şamil Əliyev bir müddət Ümumittifaq Radio Komitəsində Yaxın və Orta Şərq ölkələri üçün verilişlər şöbəsinə başçılıq edib. Hərtərəfli və geniş biliyə malik Şamil Əliyevin əsas tədqiqat sahəsi siyasi iqtisad olsa da, onun başqa elmlərə də marağı var idi.

Значение слова в других словарях

отграни́чивать отка́тка порошо́к распла́станный самонаде́янный челю́скинец кена́ф ко́лледж поднача́льный пращ приёмный трелева́ть biological engineering dissertation fellowship jackal miscite networkerly Osmanli postal card pyogenic riding well hole испытующий кома перестелить