RELİ́KT

is. [ lat. relictum – qalıq] Çox qədim dövrlərin qalığı olan şey, hadisə; qalıq. Yalançı reliktlər.

Etimologiya

  • RELİKT lat. relictum – qalıq
RELÉ
RELS
OBASTAN VİKİ
Relikt
Relikt (lat. relictum - qalıq) - relikt bitki və heyvanlar — keçmiş geoloji dövrlərin müasir biosenozun tərkibinə daxil olan bitki və heyvan növləri, kiçik və geniş ərazini tuta bilər. Üçüncü dövr, pleystosen, postpleytosen reliktləri ayırırlar. Azərbaycan Respublikasında (əsasən Talış zonasında), yalanqoz, şabalıdyarpaq palıd, dəmirağac, ipək akasiyası, azat ağacı, bigəvər kolu, şümşad kolu üçüncü dövr reliktidir. Relikt endemlər (lat. relictum - qalıq) – keçmiş geoloji dövrlərdən indiyə kimi qalmış növlər. Relikt növlər olduqca məhdud sahədə qala bilər (məs., gingqo, eldar şamı, saqovnik, sekvoya və b.) həm də nisbətən məhdud ərazilərdə yayıla bilər (məs., üçüncü dövr reliktləri – azaliya, andromeda, budaqlı danaya, dəmirağac, şabalıdyarpaq palıd və s.) Əlverişli yaşama şəraitində (refiqiumlarda) qalan keçmiş fauna. Əlverişli şəraitlərdə fraqmentlər şəklində qalan qədim flora növlərinin məcmusu.
Relikt minerallar
Relikt minerallar — tapıldığı çökmə süxurlardan daha əvvəl əmələ gəlmiş minerallar. Buraya ekzogen proseslərə davamlı minerallar aiddir: kvars, maqnetit, sirkon, qranat, bəzən çöl şpatları, mikalar və dəmir-maqnezium silikatları. Süxur daha dərin dəyişilmə mərhələsində, yaxud əksinə (məsələn, metogenez mərhələsində mühafizə olunub qalmış sedimentasion və ya diagenetik kaolinit), rast gələn çöküntü süxurların zəif dəyişkənlik pilləsinin mineralları, habela metamorfik süxurlarda ilkin süxurdan (metamorfizmdən sonra) qalmış minerallar da relikt minerallar aiddir. Regional metamorfizmin hər hansı bir fatsial şəraitində əmələ gəlmiş və sonrakı fatsiyalarda dayanıqlı qalan minerallar da relikt minerallar sayılır. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Relikt relyef
Relikt relyef (rus. реликтовый рельеф, ing. relief landforms, past forms) — keçmiş geoloji dövrlərdə, başqa şəraitdə əmələ gəlmiş, relyef formaları. Məs: Şərqi- Avropa düzənliyində buzlaq relyef formaları.

Digər lüğətlərdə