RENAD
RESTUN
OBASTAN VİKİ
Renat Dadaşov
Renat Dadaşov (ləzg. Дадашрин Олеган хва Ренат) — 17 may 1999, Rüdeshaym-am-Reyn[d], Hessen) — Azərbaycan və Almaniya futbolçusu, Isvəçre "Grasshoppers Club Zurich" klubunun hücumçusu. == Həyatı == Renat Dadaşov 17 may 1999-cu ildə Almaniyanın Hessen əyalətindəki Rüdeshaym qəsəbəsində anadan olub. Milliyəti ləzgi. Atası Oleq cavan yaşlarında su polosu üzrə Azərbaycan millisində oynayıb. Renatın böyük qardaşı Rüfət Dadaşov da hal-hazırda Azərbaycan millisinin üzvüdür. == Klub karyerası == === Ayntraxt Frankfurt === 19 may 2017-ci ildə Dadaşov Bundesliqa klublarından Ayntraxt Frankfurtla 3 illik müqavilə imzaladı. O, Ayntraxtın 19 yaşadək futbolçulardan ibarət komandasında oynayarkən 22 matça 14 qol vurmuş, 9 assist etmişdir. === Eştoril === 11 iyun 2018-ci ildə Dadaşov Portuqal klublarından Eştorillə 2 illik müqavilə imzaladı. O, klubda ilk rəsmi matçına "Porto"nun əvəzedicilərdən ibarət komandasıyla qarşılaşmada çıxdı.
Renat Məhəmmədi
Renat Məhəmmədi (d. 10 dekabr 1948) — tatar türklərindən olan tanınmış yazıçı və filosof, “Abdullah Tokay” adına dövlət müfatı sahibi (1993), SSRİ Yazıçılar Birliyinin üzvü (1979-cü ildən etibarən). Həyatı Renat Məhəmmədi 1948-ci ilin 10 dekabrında Tatarıstanın Mamadiş bölgəsinin Keçe Kırman kəndində kolxozçu ailəsində anadan olmuşdur. == Təhsili == 1966-cı ildə bu bölgənin Tüben Uşmı məktəbini, 1971-ci ildə Qazan Dövlət Universitetinin tatar dili və dəbəiyyatı fakültəsini bitirmişdir. Daha sonra Kazan Televiziya Studiosunda işləmiş, 1973-1976-cı illərdə Kazan Dövlət Universitetinin jurnalistika fakültəsində magistr təhsili almışdır. == Fəaliyyəti == Magistr təhsilini bitirib, 1977-ci ilin fevralında Yazıçılar Cəmiyyətinin orqanı “Kazan utları” (Kazan odları) jurnalının redaktorluğunu etmişdir. Burada ədəbi tənqidlə məşğul olmuşdur. 1981-ci ilin may ayından etibarən bu jurnalın baş redaktoru olaraq çalışmışdır. 1979-cu ildə Renat Məhəmmədi filologiya sahəsində doktorluq dərəcəsi almışdır. Yazıçı 1980-ci ildən bTatarıstan Yazıçılar Birliyinə, 1987-1989-cu illərdə Tatarıstan kitab nəşriyyatı müdiri olmuşdur.
Renat Salavatov
Renat Salavat oğlu Salavatov (tatar. Ренат Салават улы Салаватов, 5 noyabr 1949-cu il, Çimkənd, Qazaxıstan SSR, SSRİ) — SSRİ dirijoru, bəstəkarı. Tatarıstanın xalq artisti və Qazaxıstanın əməkdar mədəniyyət xadimi, Rusiya Federasiyasının əməkdar artisti (2010). Musa Cəlil adına Tatarıstan Opera və Balet Teatrının baş dirijoru (2003-cü ildən). == Həyatı == Renat Salavatov oğlu Salavatov 5 noyabr 1949-cu ildə Qazaxıstan SSR-in Çimkənd şəhərində anadan olub. 1969-cu ildə Moskva Mərkəzi Musiqi Məktəbinin violonçel (müəllim Alla Evgenievna Vasilieva), 1974-cü ildə Leninqrad Dövlət Konservatoriyasının (indiki N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyası) simfonik dirijorluq fakültəsini bitirmişdir. Konservatoriyada onun müəllimləri professorlar K.A.Simeonov və İ.A.Musin idilər. Orduda xidmətdən sonra təhsilini professor L.M.Qinzburgun kursunda P.İ.Çaykovski adına Moskva Konservatoriyasının aspiranturasında davam etdirmişdir. === Yaradıcılığı === 1979-cu ildə aspiranturanı bitirdikdən sonra Kazan şəhərindəki Tatarıstan Dövlət Filarmoniyasının simfonik orkestrinin rəhbəri vəzifəsinə qəbul edilmişdir. 1985-ci ildə Abay adına Qazaxıstan Akademik Opera və Balet Teatrının baş dirijoru vəzifəsinə dəvət edildi.
Renat Xarisov
Renat Xarisov (tatar. Ренат Мәгъсүм улы Харисов; 6 may 1941, Tsilninsk rayonu[d], Ulyanovsk vilayəti) — şair, Rusiya Federasiyası Dövlət Mükafatı laureatı (2005), Qabdulla Tukay adına Tatarıstan Respublikası Dövlət Mükafatı laureatı (1997), 40-a yaxın şeir toplusunun və poemanın, musiqi və səhnə əsərlərinin müəllifi (Leonid Lyubovskinin "Yusuf əfsanəsi" baletinin librettosu daxil olmaqla). Rusiya Yazıçılar Birliyinin katibi, "Naş Sovrimennik", "Tatarıstan", "İstoriçeskaya Gazeta" (Moskva) jurnallarının redaksiya heyətinin üzvüdür. == Bioqrafiyası == Renat Xarisov 6 may 1941-ci ildə Ulyanovsk vilayətinin Tsilninsk rayonunun Elxovoe Ozero kəndində kənd müəllimləri ailəsində anadan olmuşdur. O alı təhsilini Kazan Dövlət Pedaqoji Universitetində alır. 1963–1964-cü illərdə Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının Arsk Pedaqoji Məktəbinin müəllimi işləyir. 1965–1971-cü illərdə Tatarıstan qəzetləri redaksiya heyətinin ədəbi əməkdaşı olur. 1971–1973-cü illrədə Tatarıstan MSSR Yazıçılar Birliyinin məsul katibi işləyir. 1973–1982-ci illərdə Tatarıstan MSSR Mədəniyyət nazirinin müavini olur. 1982–1989-cu illərdə "Kazan utları" ədəbi jurnalının baş redaktoru kimi fəaliyyət göstərir.
Renat Şıxnəbiyev
Renat Güləmməd oğlu Şıxnəbiyev (31 dekabr 1990, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Renat Şıxnəbiyev 31 dekabr 1990-cı ildə Qusar rayonunun Bala Qusar kəndində anadan olmuşdur. === Təhsili === Şıxnəbiyev 2008-ci ilə qədər Bala Qusar kənd tam orta məktəbində təhsil almışdır. Həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşdur. 2012-ci ildə ali hərbi məktəbi bitirmişdir. Həmin ildən 2013-cü ilə qədər Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində xüsusi təyinatlı ixtisası üzrə təhsil almışdır. === Ailəsi === Ailəlidir, üç övladı var. == Hərbi xidməti == 2012-ci ildə ali hərbi məktəbi bitirib "leytenant" rütbəsi alan Şıxnəbiyev 2013-cü ildə Naxçıvan Muxtar Respublikasında yerləşən xüsusi təyinatlıların "N" saylı hərbi hissəsində xidmətə başlamışdır. === Günnüt əməliyyatı === 2018-ci il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasında Azərbaycan və Ermənistan arasında Günnüt kəndi uğrunda döyüşlər baş verib.
Avstriyalı Sesilya Renata (Polşa kraliçası)
Avstriyalı Sesilya Renata (alm. Cäcilia Renata‎; pol. Cecylia Renata) (16 iyul 1611, Qras – 24 mart 1644, Vilnüs) — Polşa kralı və Reç Pospolita başhersoqu IV Vladislavın ilk xanımı. Atası Müqəddəs Roma imperatoru II Ferdinand, anası isə Mariya Annadır. == Mənbə == Podhorodecki, Leszek (1985). Wazowie w Polsce. Warszawa: Ludowa Spółdzielnia Wydawnicza. pp. 264–265.
Renate Linqor
Renate Linqor — Qadın futbolu üzrə dünya və Avropa çempionu, Olimpiya oyunlarının mükafatçısı == Həyatı == Renate Linqor Almaniyanın Karlsrue şəhərində doğulub. == Karyerası == === Klub karyerası === O, futbol oynamağa 1981-ci ildə "SV Blankenloch" klubunda başlayıb, 1983-cü ildən "Karlsrue SC" klubunun gənclərdən ibarət komandasında çıxış edib. Almaniya Bundesliqasında peşəkar karyerasına 14 yaşında "SC Klinge Seckach" klubu ilə müqavilə imzaladıqdan sonra başlayıb. Almaniyanın bir sıra aparıcı klublarından təklif almasına baxmayaraq, o, adıçəkilən klubda 1997-ci ilə qədər çıxış edib. Həmin il Renate Linqor "FFC Frankfurt" klubunda mərkəz yarımmüdafiəçi mövqeyində oynamağa başlayıb. Linqor 2 dəfə UEFA Kubokunun qalibi (2002, 2006), 5 dəfə Almaniya çempionu (1999, 2001, 2002, 2003, 2005), 5 dəfə Almaniya Kubokunun qalibi (1999, 2000, 2001, 2002, 2003) olub. 2007-2008-ci il mövsümündən sonra futbolçu karyerasını başa vurub. === Milli karyerası === 1995-ci ildə Almaniya milli komandasına dəvət olunan Renate Linqor buna qədər Almaniyanın 20 yaşlı futbolçulardan ibarət yığmasının tərkibində 19 oyunda meydana çıxıb. 2006-cı ildə Marta (Braziliya) və Kristin Lilli (ABŞ) ilə bərabər Dünyada İlin Ən Yaxşı Qadın Futbolçusu adına Renate Linqorun da namizədliyi irəli sürülüb. Linqor Milli komandada 2 dəfə dünya çempionu (2003, 2007), 2 dəfə Avropa çempionu (2001, 2005) və 2 dəfə Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı (2000, 2004) olub.
Renato Dulbekko
Renato Dulbekko (22 fevral 1914[…], Katansaro[…] – 19 fevral 2012[…], La-Hoyya[d], Kaliforniya) — İtaliya virusoloqu, tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı (xərçəng virusları və hüceyrənin genetik materialı arasında qarşılıqlı təsirə dair kəşflərinə görə). San-Diyeqo Kaliforniya Universitetinin məzunudur. == Həyatı == 1914-cü ildə İtaliyada doğulmuş Renato Dulbekko 35 yaşında Birləşmiş Ştatlara mühacirət etmişdir. O, əvvəlcə Kaliforniya Texnologiya Universitetində, sonra isə Solk Bioloji Tədqiqatlar İnstitutunda çalışmışdır. 1975-ci ildə o, şiş virusları və hüceyrənin genetik materialı arasındakı əlaqələr sahəsindəki tədqiqatlarına görə Nobel mükafatına layiq görülmüşdür. Tanınmış alim Kaliforniya ştatındakı La Colla şəhərində yerləşən evində 98 yaşında, yuxuda ikən dünyasını dəyişmişdir.
Renato Sançes
Renato Cunyor Luz Sançes (Portuqalca tələffüz: [[Beynəlxalq fonetik əlifba|[ʁɨˈnatu ˈsɐ̃ʃɨʃ]]]; 18 Avqust 1997-ci ildə anadan olub) — Yarımmüdafiəçi kimi çıxış edən peşəkar Portuqaliya futbolçusudur. Hal-hazırda Almaniyanın Bayern Münhen FK klubunun və Portuqaliya milli futbol komandasının əsas komandasının üzvüdür. Sançez karyerasına Portuqaliyanın Benfika FK klubunda başlamışdır. O, karyerasında 2014-cü ilin oktyabr ayında debütünü komandanın əvəzedici heyətində etmişdir. Peşəkar karyerasında debütünü isə əsas komandada 2015-ci ilin oktyabr ayında etmişdir. Sançez oynadığı yeganə mövsümdə Premyer Liqanın və Taça da Liqanın qalibi olmuşdur. 2016-cı ilin yay ayında 35 milyon dollar qarşılığında Almaniyanın Bayern Münhen FK klubuna tarnsfer olmuşdur. Bu qiymət Portuqaliyalı futbolçu üçün verilən ən yüksək transfer qiyməti hesab olunur.
Ruan Renato
Ruan Renato Bonifaço Auqusto (br-port. Ruan Renato Bonifácio Augusto; 14 yanvar 1994 və ya 19 yanvar 1999, Pauliniya, San-Paulu ştatı) — Braziliya futbolçusu, Azərbaycan Premyer Liqasında çıxış edən "Qəbələ" FK-nın müdafiəçisi. == Klub karyerası == Ruan Renato Braziliya çempionatında "Yuventude"nin heyətində üçün 3 fevral 2016-cı ildə debüt etmişdir.Renato 5 avqust 2021-ci ildə Azərbaycan Premyer Liqa klubu "Qəbələ" ilə müqavilə imzalamışdır.

Значение слова в других словарях

гимни́ческий залёживаться обхва́тываться охмуря́ть пантало́нцы пошля́к продуди́ть со́бственница фане́рный флекси́вный цементохрани́лище за́втрашний насанда́ливать травести́ финно́зный журавика трумфовать floral ordure pulling text-to-speech device unsuspicious барствовать гестапо накутать