REPREZENTATİV
sif. \[lat. re- "yenidən" + praesentare "təmsil etmək"\] Obyektin bir hissəsində aparılan tədqiqatın nəticələrinin obyektin bütün hissələrinə, eləcə də bütövlükdə obyektə aid edilməsinə imkan verən araşdırma, sorğu. Statistik araşdırmalarda, sosial sorğularda göstəricilərin, respondentlərin seçimi zamanı, adətən, reprezentativ yanaşma tətbiq olunur. □ Reprezentativ sorğu.