REQRÉSSİYA

is. [ lat. ] Dənizin tədricən geri çəkilməsi halı.

Etimologiya

  • REQRESSİYA lat. regressio – qayıtmaq, əksinə hərəkət
REQLAN
RELAKSİYA
OBASTAN VİKİ
Reqressiya
Reqressiya — (rus. регрессия , ing. regression) dənizin tədricən sahillərdən geri çəkilməsi, qurunun qalxması və ya okean dibinin enməsi. Qapalı su hövzələrində iqlim şəraitinin dəyişməsi təsirindən hövzələrdə su həcminin azalması ilə əlaqədardır. Dünya okeanı hövzəsində su həcminin azalması (məs., Buzlaq epoxalarında) nəticəsində baş verir. Qapalı su hövzələrində (Xəzər dənizi və s.) Reqressiya iqlim şəraitinin dəyişməsi təsirindən hövzələrdə su həcminin azalması ilə əlaqədardır. Xəzər dənizi dəfələrlə Reqressiyaya məruz qalmışdır. == Ümumi məlumat == Dəniz reqressiyası – transqressiyanın əksidir, bu zaman dəniz səviyyəsi quruya nisbətən düşür və sahil xətti keçmiş dəniz dibinə doğru yerini dəyişir. Çökmə süxurların fasiyasının (litoloji və üzvü tərkibinin) dəyişməsi dəniz transqressiyası və reqressiyasının sübutlarıdır. Pleystosen dövründə Azərbaycan ərazisində Xəzər dənizi ilə əlaqədar üç transqressiya və üç reqressiya hadisəsinin baş verdiyi bildirilir (A.V.Məmmədov, B.D.Ələsgərov, 2002).
Qrafik reqressiya
Qrafik reqressiya — statistik proqnozlar qrafik reqressiyanın köməyi ilə də verilə bilər. Bu zaman prediktor ədədi qiymətlə və ya keyfiyyət xarakterli göstəricilərlə verilə bilər. Bu üsul təcrübədə geniş şəkildə istifadə olunur. Burada X3 predikantı, X1 və X2 prediktorlarının funksiyaları kimi verilir. Qrafik reqressiya üsulunun mənfi cəhəti bu üsulun subyektiv xarakter daşımasıdır. Məlumdur ki, izoxəttlər nə qədər sadə olsa, götürülən kəmiyyət daha da statistik cəhətdən yararlı sayılır. Qrafik reqressiya üsulunun köməyilə hesablamalar sadələşdirilir və gözlənilən kəmiyyətin alınması sadələşir.
Reqressiya analizi
Reqressiya analizi — bir və ya bir neçə asılı olmayan dəyişənin digər asılı dəyişənə təsirinin statistik analiz üsulu. Məqsədi bir asılı olan, və bir və ya bir neçə asılı olmayan dəyişənlər arasındakı münasibəti araşdırmaqdır. Burada asılı dəyişənlərin sistematik təsiri nəticəsində asılı olmayan dəyişənlərin özlərini aparmasını izah etmək və onları təsadüfi təsirlərdən ayırd etmək əsas məsələlərdəndir. Asılı olmayan dəyişənlərə reqressorlar və ya prediktorlar, asılı olan dəyişənlər isə kriterial dəyişənlər adlanır. Tədqiqatda yalnız riyazi asılılıq nəzərdə tutulur. Araşdırılan prosesə misal kimi mexaniki emalda kəsmə qüvvəsinin dəyişməsi (asılı olan dəyişən) ilə prosesin gedişini müəyyənləşdirən kəsmə parametrləri (asılı olmayan dəyişən) arasındakı asılılığın təyinini göstərmək olar. Dəyişənlər arasındakı münasibət birölçülü halda y = f ( x ) + e {\displaystyle y=f(x)+e\quad } , formada,n-ölçülü halda isə y = f ( x 1 , x 2 , … , x n ) + e {\displaystyle y=f(x_{1},x_{2},\dotsc ,x_{n})+e\quad } formada axtarılır. Burada y asılı olan dəyişən (parametr), x isə asılı olmayan dəyişənlərdir (parametrlər). f axtarılan və ya qəbul olunmuş funksiyadır. e ilə xətanı təsvir edirlər.

Digər lüğətlərdə

двухголо́сный зака́пать наперчить обрисо́вываться переска́киваться прира́щивание расстано́вщик спе́шенный шутни́к градиро́вка грима́сница обо́дранный стеклоре́з chow gallop handwriting plate rack rosebud schnitzel tin-mordant wire-controlled missile Yankee балансёр ловеласничать сумасбродный